Surah Al-Ikhlas - Azerbaijani Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov
قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur)
Surah Al-Ikhlas, Verse 1
ٱللَّهُ ٱلصَّمَدُ
Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir)
Surah Al-Ikhlas, Verse 2
لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ
O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir)
Surah Al-Ikhlas, Verse 3
وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ
Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
Surah Al-Ikhlas, Verse 4