Surah An-Nahl Verse 70 - Azerbaijani Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov
Surah An-Nahlوَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ
Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan qocalığın ən düşgün dövründə bildiyini unudar, xasiyyətini dəyişib uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Qur’an oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir