Surah Al-Baqara Verse 143 - Azerbaijani Translation by Khan Musayev
Surah Al-Baqaraوَكَذَٰلِكَ جَعَلۡنَٰكُمۡ أُمَّةٗ وَسَطٗا لِّتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيۡكُمۡ شَهِيدٗاۗ وَمَا جَعَلۡنَا ٱلۡقِبۡلَةَ ٱلَّتِي كُنتَ عَلَيۡهَآ إِلَّا لِنَعۡلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيۡهِۚ وَإِن كَانَتۡ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ
Beləliklə, siz insanlara şahid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Allah rəsulunun ardınca gedənləri üz döndərənlərdən fərqləndirə bilək. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqa hamıya ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir