Surah Al-Baqara Verse 249 - Azerbaijani Translation by Khan Musayev
Surah Al-Baqaraفَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ
Talut əsgərlərlə birlikdə döyüşə yola düşdükdə onlara dedi: “Allah sizi bir çayla sınağa çəkəcək. Kim ondan içsə, o məndən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim ondan içməsə, o məndəndir.” Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdi. Talut və onunla birlikdə olan möminlər çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun əsgərlərinə qarşı vuruşmağa gücümüz yoxdur.” Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstə olub ki, Allahın izni ilə çox saylı dəstəyə qalib gəlib!” Allah səbir edənlərlədir