Surah Al-Baqara Verse 259 - Azerbaijani Translation by Khan Musayev
Surah Al-Baqaraأَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsəni görmədinmi? O demişdi: “Görəsən, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra dirildib: “Nə qədər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və içdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Səni belə etdik ki, insanlar üçün bir dəlil olasan. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da, onların üstünü ətlə örtürük.” Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi