UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Hajj - Azerbaijani Translation by Khan Musayev


يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡۚ إِنَّ زَلۡزَلَةَ ٱلسَّاعَةِ شَيۡءٌ عَظِيمٞ

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sar­sın­tı­sı müdhiş bir şey ola­caq­
Surah Al-Hajj, Verse 1


يَوۡمَ تَرَوۡنَهَا تَذۡهَلُ كُلُّ مُرۡضِعَةٍ عَمَّآ أَرۡضَعَتۡ وَتَضَعُ كُلُّ ذَاتِ حَمۡلٍ حَمۡلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٞ

Onu görəcəyiniz gün hər bir əm­zikli qadın əmiz­dirdi­yi­ni unu­da­caq, hər bir hamilə qa­dın bət­nin­dəkini sala­caqdır. İnsan­ları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir
Surah Al-Hajj, Verse 2


وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّبِعُ كُلَّ شَيۡطَٰنٖ مَّرِيدٖ

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haq­qında müba­hi­sə edir və hər bir asi şeytana itaət edir
Surah Al-Hajj, Verse 3


كُتِبَ عَلَيۡهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهۡدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ

Onun haqqında belə ya­zılmışdır; kim şeytanla dostluq etsə, şey­tan onu doğru yoldan çıxardıb alovlu Odun əza­bına sürükləyər
Surah Al-Hajj, Verse 4


يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ

Ey insanlar! Yenidən di­ri­ləcə­yini­zə şübhə edirsinizsə, bi­lin ki, hə­qiqətən də, Biz sizi tor­paqdan, sonra nütfədən, sonra lax­ta­lan­mış qandan, da­ha son­ra tam bir şəklə salınmış və ya salın­ma­mış bir parça ətdən ya­ratdıq ki, qüd­rə­ti­mizi sizə bə­yan edək. Bətnlərdə is­­tədi­yi­mizi müəyyən bir vaxt ərzində sax­layırıq. Sonra sizi oradan uşaq kimi çı­xardırıq ki, yetkinlik ça­ğına yetişəsiniz. Sizdən kimisi yet­­kinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rə­za­lətli dövrünə çatdırılır ki, vax­tilə bildiyi şey­ləri unutsun. Sən yer üzünü cansız gö­rürsən. Biz ona yağ­mur endirdiyimiz za­man o, hə­rəkətə gə­lib qaba­rır və cür­bə­cür gözəl bitkilər biti­rir
Surah Al-Hajj, Verse 5


ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّهُۥ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

Bunun səbəbi Allahın Haqq ol­masındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir
Surah Al-Hajj, Verse 6


وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبۡعَثُ مَن فِي ٱلۡقُبُورِ

Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbir­lərdə olanları di­rildəcəkdir
Surah Al-Hajj, Verse 7


وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol gös­təricisi və nur saçan bir kitabı olmadan Allah haqqın­da mü­ba­hi­sə edir
Surah Al-Hajj, Verse 8


ثَانِيَ عِطۡفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِۖ لَهُۥ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَنُذِيقُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَذَابَ ٱلۡحَرِيقِ

O, başını təkəbbürlə o yan-bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay ola­caq, Qi­yamət günü isə Biz ona Cə­hən­nəm məşəqqətini nəsib edə­cə­yik
Surah Al-Hajj, Verse 9


ذَٰلِكَ بِمَا قَدَّمَتۡ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ

Ona deyiləcəkdir: “Bu, əv­vəllər öz törətdiyin əməllə­rin əvə­zi­dir, yoxsa Allah qul­larına əsla zülm edən deyil­dir”
Surah Al-Hajj, Verse 10


وَمِنَ ٱلنَّاسِ مَن يَعۡبُدُ ٱللَّهَ عَلَىٰ حَرۡفٖۖ فَإِنۡ أَصَابَهُۥ خَيۡرٌ ٱطۡمَأَنَّ بِهِۦۖ وَإِنۡ أَصَابَتۡهُ فِتۡنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجۡهِهِۦ خَسِرَ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةَۚ ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ

İnsanlardan eləsi də var­ ki, Alla­ha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz dön­də­rib küfrə qayıdar. O adam dün­yanı da iti­rər, axi­rəti də. Ger­çək zərər də elə bu­dur
Surah Al-Hajj, Verse 11


يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ

O, Allahı tərk edərək özü­nə nə zə­rər, nə də xeyir verə bil­mə­yənə yal­varır. Dərin az­ğınlıq da elə budur
Surah Al-Hajj, Verse 12


يَدۡعُواْ لَمَن ضَرُّهُۥٓ أَقۡرَبُ مِن نَّفۡعِهِۦۚ لَبِئۡسَ ٱلۡمَوۡلَىٰ وَلَبِئۡسَ ٱلۡعَشِيرُ

Həm də zərəri xey­rin­dən daha ya­xın olana yalvarır. O nə pis köməkçi, nə pis yol­daş­dır
Surah Al-Hajj, Verse 13


إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ

Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərə daxil edəcək. Şübhəsiz ki, Allah istə­di­yi­ni edər
Surah Al-Hajj, Verse 14


مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ فَلۡيَمۡدُدۡ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لۡيَقۡطَعۡ فَلۡيَنظُرۡ هَلۡ يُذۡهِبَنَّ كَيۡدُهُۥ مَا يَغِيظُ

Kim Allahın, dünyada və axi­rətdə Öz peyğəmbərinə kö­mək göstər­mə­yəcəyi güma­nın­dadırsa, qoy yuxa­rı­ya – evi­nin tavanına bir ip salıb boy­nu­na keçirsin, sonra da ayağını yerdən üz­sün və gör­sün ki, onun bu hiyləsi, qə­zəbinə sə­bəb olduğu Allahın bu kömə­yinə mane ola bilərmi
Surah Al-Hajj, Verse 15


وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ ءَايَٰتِۭ بَيِّنَٰتٖ وَأَنَّ ٱللَّهَ يَهۡدِي مَن يُرِيدُ

Beləcə, Biz Quranı açıq-aydın ayə­lər kimi nazil etdik. Allah is­tədiyi kəsi doğru yola yönəldir
Surah Al-Hajj, Verse 16


إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّـٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلۡمَجُوسَ وَٱلَّذِينَ أَشۡرَكُوٓاْ إِنَّ ٱللَّهَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ

Şübhəsiz ki, Qiyamət gü­nü Allah möminlər, yəhudi­lər, sa­bi­ilər, xaçpə­rəst­­lər, atəş­pə­rəst­lər və müşriklər ara­sında hökm ve­rə­cəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir
Surah Al-Hajj, Verse 17


أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَسۡجُدُۤ لَهُۥۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُ وَٱلنُّجُومُ وَٱلۡجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٞ مِّنَ ٱلنَّاسِۖ وَكَثِيرٌ حَقَّ عَلَيۡهِ ٱلۡعَذَابُۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكۡرِمٍۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ۩

Məgər göylərdə və yer­də olan­la­rın, günəşin, ayın, ul­duz­la­rın, dağların, ağacların, hey­vanların və insanların xey­li hissəsinin Alla­ha səcdə etdi­yini görmürsənmi? Onların ək­səriyyəti isə əzab çək­məyə la­yiq olanlardır. Allahın alçalt­dı­ğı kimsəyə heç kəs hör­mət qoy­maz. Həqiqətən, Allah istə­di­yi­ni edər
Surah Al-Hajj, Verse 18


۞هَٰذَانِ خَصۡمَانِ ٱخۡتَصَمُواْ فِي رَبِّهِمۡۖ فَٱلَّذِينَ كَفَرُواْ قُطِّعَتۡ لَهُمۡ ثِيَابٞ مِّن نَّارٖ يُصَبُّ مِن فَوۡقِ رُءُوسِهِمُ ٱلۡحَمِيمُ

Onlar öz Rəbbi barə­sin­də hö­cət­ləşən iki dəstədir. Ka­firlər üçün oddan paltar bi­çi­lə­cək, başlarına da qaynar su tö­küləcəkdir
Surah Al-Hajj, Verse 19


يُصۡهَرُ بِهِۦ مَا فِي بُطُونِهِمۡ وَٱلۡجُلُودُ

Bununla, onların bətn­lə­rin­də­ki­ləri və dərisi əridilə­cək­dir
Surah Al-Hajj, Verse 20


وَلَهُم مَّقَٰمِعُ مِنۡ حَدِيدٖ

Onlar üçün dəmir top­puzlar da hazırlanmışdır
Surah Al-Hajj, Verse 21


كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَا مِنۡ غَمٍّ أُعِيدُواْ فِيهَا وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ

Onlar hər dəfə oradan çıx­maq, qəmdən qurtarmaq is­tə­dik­də yeni­dən oraya qayta­rı­la­caq və onlara: “Dadın odun əza­bını!”– de­yiləcəkdir
Surah Al-Hajj, Verse 22


إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ

Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­dir. Onlar orada qızıl bilərzik­lərlə və incilərlə bəzədiləcək, li­bas­ları da ipək­dən olacaqdır
Surah Al-Hajj, Verse 23


وَهُدُوٓاْ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلۡقَوۡلِ وَهُدُوٓاْ إِلَىٰ صِرَٰطِ ٱلۡحَمِيدِ

Onlar gözəl kəlamlar öy­rənməyə nail olmuş və Tə­rifə­layiq Alla­hın yolu­na yönəldil­mişlər
Surah Al-Hajj, Verse 24


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ ٱلَّذِي جَعَلۡنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلۡعَٰكِفُ فِيهِ وَٱلۡبَادِۚ وَمَن يُرِدۡ فِيهِ بِإِلۡحَادِۭ بِظُلۡمٖ نُّذِقۡهُ مِنۡ عَذَابٍ أَلِيمٖ

Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün in­sanlar – is­tər yerlilər, istərsə də gəlmələr – üçün qur­duğumuz Məscidulharamdan sap­dı­ranlara və orada zülm et­məklə haq­dan dön­mək istə­yən­lərə ağrılı-acılı bir əzab daddı­racağıq
Surah Al-Hajj, Verse 25


وَإِذۡ بَوَّأۡنَا لِإِبۡرَٰهِيمَ مَكَانَ ٱلۡبَيۡتِ أَن لَّا تُشۡرِكۡ بِي شَيۡـٔٗا وَطَهِّرۡ بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ

Bir zaman Biz İbrahimə müqəddəs Evin yerini nişan ve­rib: “Mə­nə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, na­maza du­ran­lar, rüku və səcdə edənlər üçün təmizlə!”– de­miş­dik
Surah Al-Hajj, Verse 26


وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ

İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yol­dan gələn qayışbaldır dəvələr üs­tündə gəl­sin­lər
Surah Al-Hajj, Verse 27


لِّيَشۡهَدُواْ مَنَٰفِعَ لَهُمۡ وَيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ فِيٓ أَيَّامٖ مَّعۡلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۖ فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡبَآئِسَ ٱلۡفَقِيرَ

Qoy onlar öz mənfəətlə­rinin şa­hi­di olsunlar və məlum gün­lər­də Alla­hın onlara ver­di­yi heyvanları qurban kə­sər­kən Allahın adı­nı çəksinlər. Onlar­dan özü­nüz də yeyin, sıxıntı için­də olan yox­sul­lara da ye­dir­din
Surah Al-Hajj, Verse 28


ثُمَّ لۡيَقۡضُواْ تَفَثَهُمۡ وَلۡيُوفُواْ نُذُورَهُمۡ وَلۡيَطَّوَّفُواْ بِٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ

Sonra həcc ayinlərini ta­mamla­sın­lar, nəzirlərini ye­rinə çat­dır­sınlar və qə­dim Evi təvaf etsinlər
Surah Al-Hajj, Verse 29


ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ

Bax belə! Hər kim Alla­hın haram buyurduqlarına hör­mət et­sə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxu­nanlardan baş­qa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə mur­dar büt­lərdən uzaq olun, yalan söz­­lər­dən də çəkinin
Surah Al-Hajj, Verse 30


حُنَفَآءَ لِلَّهِ غَيۡرَ مُشۡرِكِينَ بِهِۦۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخۡطَفُهُ ٱلطَّيۡرُ أَوۡ تَهۡوِي بِهِ ٱلرِّيحُ فِي مَكَانٖ سَحِيقٖ

ancaq tək Allaha ibadət edən­lər­dən və Ona şərik qoş­ma­yan­lardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göy­dən dü­şər, quş­lar onu alıb aparar, ya­xud külək onu sovurub uzaq bir yerə atar
Surah Al-Hajj, Verse 31


ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ شَعَـٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقۡوَى ٱلۡقُلُوبِ

Bax belə! Hər kim Alla­hın ayin­lə­rinə hörmət etsə, bil­sin ki, bu, qəlb­lə­rin təqvasın­dandır
Surah Al-Hajj, Verse 32


لَكُمۡ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ

Qurbanlıq hey­vanlarda si­zin üçün müəyyən bir vaxta qədər mən­fəət var­dır. Sonra onların kəsi­ləcə­yi yer qədim Evin yaxınlı­ğın­dadır
Surah Al-Hajj, Verse 33


وَلِكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكٗا لِّيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۗ فَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَلَهُۥٓ أَسۡلِمُواْۗ وَبَشِّرِ ٱلۡمُخۡبِتِينَ

Biz hər bir ümmət üçün qurban­gah müəyyən etdik ki, Alla­hın onlara ruzi olaraq ver­diyi heyvanları qurban kəsər­kən Allahın adı­nı çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona ita­ət edin. Sən müti olanlara müjdə ver
Surah Al-Hajj, Verse 34


ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَٱلصَّـٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمۡ وَٱلۡمُقِيمِي ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ

o kəslərə ki, Allah anıl­dığı za­man qəlbləri qorxuya dü­şər, baş­ları­na gələ­nlərə səbir edər, namaz qılar və on­lara ver­di­yimiz ru­zidən Allah yolunda xərc­lə­yərlər
Surah Al-Hajj, Verse 35


وَٱلۡبُدۡنَ جَعَلۡنَٰهَا لَكُم مِّن شَعَـٰٓئِرِ ٱللَّهِ لَكُمۡ فِيهَا خَيۡرٞۖ فَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا صَوَآفَّۖ فَإِذَا وَجَبَتۡ جُنُوبُهَا فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡقَانِعَ وَٱلۡمُعۡتَرَّۚ كَذَٰلِكَ سَخَّرۡنَٰهَا لَكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ

Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayin­lə­rin­dən et­dik. Onlarda si­zin üçün xeyir vardır. Onları səf-səf dü­zül­müş halda kəsər­kən Allahın adını çəkin. Böyrü üs­tə yıxıl­dıqları za­man on­lardan özünüz də ye­yin, aza qane olan kasıba və dilənçiyə də yedir­din. Qur­banlıq hey­van­ları sizə beləcə ram etdik ki, bəlkə şü­kür edə­siniz
Surah Al-Hajj, Verse 36


لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقۡوَىٰ مِنكُمۡۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمۡ لِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡۗ وَبَشِّرِ ٱلۡمُحۡسِنِينَ

Onların nə əti, nə də qa­nı, Allaha çatmaz. Ona yal­nız sizin təq­va­nız ça­tar. Sizi doğru yola yönəlt­di­yinə görə Onu uca tu­ta­sı­nız deyə, bu hey­vanları si­zə beləcə ram etdi. Sən yaxşılıq edənləri müj­dələ
Surah Al-Hajj, Verse 37


۞إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓاْۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٖ كَفُورٍ

Şübhəsiz ki, Allah iman gəti­rən­ləri mühafizə edir. Hə­qi­qə­tən, Allah heç bir nankor xaini sevmir
Surah Al-Hajj, Verse 38


أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمۡ ظُلِمُواْۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصۡرِهِمۡ لَقَدِيرٌ

Kafirlərin vuruşa baş­la­dı­ğı insan­lara, o kafirlərlə vu­ruş­mağa ica­zə ve­ril­mişdir. Çünki onlar zülmə məruz qal­mışlar. Şübhəsiz ki, Allah on­lara kö­mək etməyə qadirdir
Surah Al-Hajj, Verse 39


ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِم بِغَيۡرِ حَقٍّ إِلَّآ أَن يَقُولُواْ رَبُّنَا ٱللَّهُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّهُدِّمَتۡ صَوَٰمِعُ وَبِيَعٞ وَصَلَوَٰتٞ وَمَسَٰجِدُ يُذۡكَرُ فِيهَا ٱسۡمُ ٱللَّهِ كَثِيرٗاۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

Onlar ancaq “Rəbbimiz Allah­dır”– dediklərinə görə haq­sız ye­rə yurd­larından çıxa­rıl­dı­lar. Əgər Allah in­san­ların bə­zi­lərini di­gər­ləri ilə dəf et­mə­səy­di, içərisində Allahın adı çox zikr olunan hüc­rələr, kilsələr, sinaqoqlar və məscid­lər da­ğı­lıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yar­dım edər. Şübhəsiz ki, Allah Qüv­vət­li­dir, Qüd­rət­lidir
Surah Al-Hajj, Verse 40


ٱلَّذِينَ إِن مَّكَّنَّـٰهُمۡ فِي ٱلۡأَرۡضِ أَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ وَأَمَرُواْ بِٱلۡمَعۡرُوفِ وَنَهَوۡاْ عَنِ ٱلۡمُنكَرِۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ

Əgər onlara yer üzündə hökm­ran­lıq versək, onlar na­maz qı­lar, zəkat ve­rər, yaxşı iş­lər gör­məyi əmr edib, pis iş­lər gör­məyi qa­dağan edərlər. Bü­tün işlərin aqibəti Allaha aid­dir
Surah Al-Hajj, Verse 41


وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَثَمُودُ

Əgər səni yalançı saysa­lar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Sə­mud tayfa­ları da elçiləri yalançı say­mış­dı
Surah Al-Hajj, Verse 42


وَقَوۡمُ إِبۡرَٰهِيمَ وَقَوۡمُ لُوطٖ

İbrahim tayfası da, Lut xalqı da
Surah Al-Hajj, Verse 43


وَأَصۡحَٰبُ مَدۡيَنَۖ وَكُذِّبَ مُوسَىٰۖ فَأَمۡلَيۡتُ لِلۡكَٰفِرِينَ ثُمَّ أَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ نَكِيرِ

Mədyən əhli də elçi­ləri ya­lançı say­mışdı. Musa da ya­lan­çı sa­yıl­mışdı. Mən kafir­lərə möh­lət verdim, sonra on­ları əzabla ya­xa­la­dım. Mənim onları in­kar etməyimin necə olduğunu bir gö­rəydin
Surah Al-Hajj, Verse 44


فَكَأَيِّن مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا وَهِيَ ظَالِمَةٞ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئۡرٖ مُّعَطَّلَةٖ وَقَصۡرٖ مَّشِيدٍ

Neçə-neçə şəhər ol­muş­dur ki, əhalisi zülm edər­kən Biz on­ları məhv etdik. İndi onlar özülünə qədər uçul­muş­dur. Ne­çə-ne­çə tərk edilmiş qu­yu və neçə-neçə boş qal­mış qəsr də var­dır
Surah Al-Hajj, Verse 45


أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَتَكُونَ لَهُمۡ قُلُوبٞ يَعۡقِلُونَ بِهَآ أَوۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۖ فَإِنَّهَا لَا تَعۡمَى ٱلۡأَبۡصَٰرُ وَلَٰكِن تَعۡمَى ٱلۡقُلُوبُ ٱلَّتِي فِي ٱلصُّدُورِ

Məgər onlar yer üzündə gəzib dolaşaraq zalım­ların aqi­bəti­ni qəl­bləri ilə dü­şü­nüb, qulaqları ilə eşit­mirlər? Axı əslində gözlər deyil, köks­lərdəki qəlb kor olur
Surah Al-Hajj, Verse 46


وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَن يُخۡلِفَ ٱللَّهُ وَعۡدَهُۥۚ وَإِنَّ يَوۡمًا عِندَ رَبِّكَ كَأَلۡفِ سَنَةٖ مِّمَّا تَعُدُّونَ

Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Allah Öz və­di­nə əs­la xilaf çıxmaz. Rəb­bi­nin yanında olan bir gün sizin say­dı­ğı­nı­zın min ili kimidir
Surah Al-Hajj, Verse 47


وَكَأَيِّن مِّن قَرۡيَةٍ أَمۡلَيۡتُ لَهَا وَهِيَ ظَالِمَةٞ ثُمَّ أَخَذۡتُهَا وَإِلَيَّ ٱلۡمَصِيرُ

Neçə-neçə şəhərə, əha­­li­si zülm edərkən möhlət ver­dim, son­ra onları əzab­la yaxa­la­dım. Dönüş də ancaq Mə­nədir
Surah Al-Hajj, Verse 48


قُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمۡ نَذِيرٞ مُّبِينٞ

De: “Ey insanlar! Mən si­zə yal­nız açıq-aydın xə­bər­dar­lıq edə­nəm
Surah Al-Hajj, Verse 49


فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ

İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ru­zi hazır­lan­mışdır
Surah Al-Hajj, Verse 50


وَٱلَّذِينَ سَعَوۡاْ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ

Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhən­nəm sakin­ləridirlər
Surah Al-Hajj, Verse 51


وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٖ وَلَا نَبِيٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلۡقَى ٱلشَّيۡطَٰنُ فِيٓ أُمۡنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ ثُمَّ يُحۡكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ

Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər gön­dər­mə­mi­şik ki, o, ayə­­lərimizi oxu­maq istədikdə şeytan onun oxu­duğuna giz­licə vəsvəsə ver­mə­sin. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxa­rar. Sonra da Allah Öz ayə­lə­rini möhkəmlədər. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir
Surah Al-Hajj, Verse 52


لِّيَجۡعَلَ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ فِتۡنَةٗ لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡقَاسِيَةِ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَفِي شِقَاقِۭ بَعِيدٖ

Belə edər ki, şeytanın giz­li təl­qi­ni­ qəlbində xəstəlik olan­lar və qəlbi sərt olan in­sanlar üçün bır sınaq vasitəsinə çev­rilsin. Həqiqə­tən, zalımlar uzaq bir ayrılıq içindədirlər
Surah Al-Hajj, Verse 53


وَلِيَعۡلَمَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَيُؤۡمِنُواْ بِهِۦ فَتُخۡبِتَ لَهُۥ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

Qoy elm verilən kəslər, bu Ki­ta­bın Rəbbin tərəfindən gön­də­ril­miş həqi­qət olduğunu bilsinlər ki, ona inan­sın­lar və qəlbləri ona bağ­lansın. Şübhə­siz ki, Allah iman gətirənləri doğru yola yönəl­dər
Surah Al-Hajj, Verse 54


وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ فِي مِرۡيَةٖ مِّنۡهُ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةً أَوۡ يَأۡتِيَهُمۡ عَذَابُ يَوۡمٍ عَقِيمٍ

Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üs­tünü ala­nadək, ya­xud səmərə­siz bir günün əzabı onlara gə­lib yeti­şə­nə­dək, Quran barə­sin­də şəkk-şübhə içində qa­larlar
Surah Al-Hajj, Verse 55


ٱلۡمُلۡكُ يَوۡمَئِذٖ لِّلَّهِ يَحۡكُمُ بَيۡنَهُمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ

O gün hökm yalnız Alla­hındır. Allah onların ara­sında hökm ve­rə­cəkdir­. İman gətirib yaxşı işlər görənlər Nəim cən­nətlərində ola­caq­lar
Surah Al-Hajj, Verse 56


وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ

Kafir olub ayələrimizi ya­lan he­sab edənləri isə rüs­vaye­dici bir əzab gözləyir
Surah Al-Hajj, Verse 57


وَٱلَّذِينَ هَاجَرُواْ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوۡ مَاتُواْ لَيَرۡزُقَنَّهُمُ ٱللَّهُ رِزۡقًا حَسَنٗاۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ

Allah yolunda hicrət edən­lərə, sonra öldürülənlərə və ya­xud ölən­lərə Allah hök­mən gö­zəl ruzi verəcəkdir. Hə­­qiqətən, Allah ru­zi verənlərin ən yax­şısıdır
Surah Al-Hajj, Verse 58


لَيُدۡخِلَنَّهُم مُّدۡخَلٗا يَرۡضَوۡنَهُۥۚ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٞ

Allah onları razı qala­caq­ları yerə daxil edə­cəkdir. Hə­qi­qə­tən, Allah hər şeyi bi­lən­dir, həlimdir
Surah Al-Hajj, Verse 59


۞ذَٰلِكَۖ وَمَنۡ عَاقَبَ بِمِثۡلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِيَ عَلَيۡهِ لَيَنصُرَنَّهُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ

Bax belə! Hər kim özü­nə verilən cəza kimi cəza ver­sə, sonra ye­nə də haq­sızlığa mə­ruz qalsa, bilsin ki, Allah ona müt­ləq kömək edəcəkdir. Həqi­qə­tən, Allah əfv edəndir, Bağış­layandır
Surah Al-Hajj, Verse 60


ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَأَنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ

Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də ge­cə­yə qatır. Allah Eşidəndir, Görəndir
Surah Al-Hajj, Verse 61


ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa yal­var­dıq­ları isə batildir. Hə­qi­qətən, Allah Ucadır, Bö­yük­dür
Surah Al-Hajj, Verse 62


أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَتُصۡبِحُ ٱلۡأَرۡضُ مُخۡضَرَّةًۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ

Məgər Allahın göydən yağış yağ­dırdığını və onunla yer üzü­nü yaşıllığa bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah Lütf­kardır, Xəbər­dardır
Surah Al-Hajj, Verse 63


لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ

Göylərdə və yerdə nə var­sa, Onun­­dur. Həqiqətən, Allah Zən­gin­dir, Tərifəla­yiqdir
Surah Al-Hajj, Verse 64


أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ وَٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦ وَيُمۡسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلۡأَرۡضِ إِلَّا بِإِذۡنِهِۦٓۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ

Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram et­di­yi­ni görmürsənmi? Göyü də Öz izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir
Surah Al-Hajj, Verse 65


وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ

Sizə həyat verən, sonra öldürə­cək, daha sonra diril­də­cək məhz Odur. İnsan, hə­qi­qə­tən də, nankordur
Surah Al-Hajj, Verse 66


لِّكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكًا هُمۡ نَاسِكُوهُۖ فَلَا يُنَٰزِعُنَّكَ فِي ٱلۡأَمۡرِۚ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ إِنَّكَ لَعَلَىٰ هُدٗى مُّسۡتَقِيمٖ

Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət mü­əyyən etdik. Qoy on­lar bu işdə səninlə höcətləşmə­sinlər. Sən on­ları Rəbbinə iba­dət etmə­yə dəvət et. Həqiqətən, sən ən doğru bir yol­da­san
Surah Al-Hajj, Verse 67


وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ

Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə et­di­yinizi da­ha yax­şı bilir
Surah Al-Hajj, Verse 68


ٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ

İxtilaf etdiyiniz məsə­lə­lər barə­sində Allah sizə Öz hök­mü­nü Qiyamət günü verə­cək­dir”
Surah Al-Hajj, Verse 69


أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ

Məgər bilmirsən ki, Allah göy­də və yerdə olanları bilir? Hə­qi­qə­tən, bu, Yazıda möv­cud­dur. Şübhəsiz ki, bu, Allah üçün asan­dır
Surah Al-Hajj, Verse 70


وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَمَا لَيۡسَ لَهُم بِهِۦ عِلۡمٞۗ وَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٖ

Onlar Allahı qoyub, haq­qında heç bir dəlil nazil edil­məyən və üstəlik öz­lərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Za­lım­la­ra kömək edən olmaz
Surah Al-Hajj, Verse 71


وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ تَعۡرِفُ فِي وُجُوهِ ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمُنكَرَۖ يَكَادُونَ يَسۡطُونَ بِٱلَّذِينَ يَتۡلُونَ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۗ قُلۡ أَفَأُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكُمُۚ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ

Kafirlərə açıq-aydın ayə­lərimiz oxun­duqda sən onla­rın üzün­də nifrət görərsən. Onlar az qalırlar ki, ayələ­ri­mi­zi on­la­ra oxu­yanların üstünə cum­sun­lar. De: “Sizə bundan daha pi­sini xə­bər verim­mi? Bu, Cə­hən­nəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayı­dış ye­ridir!”
Surah Al-Hajj, Verse 72


يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٞ فَٱسۡتَمِعُواْ لَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخۡلُقُواْ ذُبَابٗا وَلَوِ ٱجۡتَمَعُواْ لَهُۥۖ وَإِن يَسۡلُبۡهُمُ ٱلذُّبَابُ شَيۡـٔٗا لَّا يَسۡتَنقِذُوهُ مِنۡهُۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلۡمَطۡلُوبُ

Ey insanlar! Sizə bir mə­səl çəki­lir. Onu dinləyin. Şüb­həsiz ki, Allah­dan başqa iba­dət etdikləriniz bir mil­çək belə yarada bil­məz­lər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər mil­çək on­lar­dan bir şey götürüb aparsa, bunu on­dan geri ala bilməzlər. İs­tə­yən də aciz qalar, istənilən də
Surah Al-Hajj, Verse 73


مَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

Onlar Allahı lazımınca qiymət­lən­dirmədilər. Şübhəsiz ki, Allah Qüv­vətlidir, Qüdrət­lidir
Surah Al-Hajj, Verse 74


ٱللَّهُ يَصۡطَفِي مِنَ ٱلۡمَلَـٰٓئِكَةِ رُسُلٗا وَمِنَ ٱلنَّاسِۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ

Allah mələklərdən də el­çilər se­çir, insanlardan da. Hə­qi­qə­tən, Allah Eşidəndir, Gö­rəndir
Surah Al-Hajj, Verse 75


يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ

Allah onların keçmişini və gələ­cə­yini bilir. Bütün işlər Alla­ha qayıdır
Surah Al-Hajj, Verse 76


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱرۡكَعُواْ وَٱسۡجُدُواْۤ وَٱعۡبُدُواْ رَبَّكُمۡ وَٱفۡعَلُواْ ٱلۡخَيۡرَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ۩

Ey iman gətirənlər! Rü­ku edin, səc­dəyə qapanın, Rəb­binizə iba­dət edə­rək yaxşı işlər görün ki, bəlkə nicat ta­pasınız
Surah Al-Hajj, Verse 77


وَجَٰهِدُواْ فِي ٱللَّهِ حَقَّ جِهَادِهِۦۚ هُوَ ٱجۡتَبَىٰكُمۡ وَمَا جَعَلَ عَلَيۡكُمۡ فِي ٱلدِّينِ مِنۡ حَرَجٖۚ مِّلَّةَ أَبِيكُمۡ إِبۡرَٰهِيمَۚ هُوَ سَمَّىٰكُمُ ٱلۡمُسۡلِمِينَ مِن قَبۡلُ وَفِي هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيۡكُمۡ وَتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِۚ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱعۡتَصِمُواْ بِٱللَّهِ هُوَ مَوۡلَىٰكُمۡۖ فَنِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ

Allah yolunda lazı­mın­ca cihad edin. O, sizi seçdi və ata­nız İb­rahi­min dinində oldu­ğu kimi, bu dində də sizin üçün heç bir çə­tin­lik yarat­madı. Pey­ğəmbər sizə, siz də insanlara şahid ola­sınız de­yə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi mü­­səl­man adlandırdı. Elə isə namaz qı­lın, zəkat verin və Allaha möh­­­kəm sarılın. O sizin Hima­yə­da­rı­nız­dır. O nə gözəl Hi­ma­yə­dar, nə gözəl Yardım­çı­dır
Surah Al-Hajj, Verse 78


Author: Khan Musayev


<< Surah 21
>> Surah 23

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai