UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Ankaboot - Azerbaijani Translation by Khan Musayev


الٓمٓ

Əlif. Ləm. Mim
Surah Al-Ankaboot, Verse 1


أَحَسِبَ ٱلنَّاسُ أَن يُتۡرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمۡ لَا يُفۡتَنُونَ

İnsanlar elə güman edir­lər ki, tək­cə: “İman gətirdik!”– de­mə­lə­ri ilə on­lardan əl çəkilə­cək və onlar imtahan edilmə­yə­cək­lər
Surah Al-Ankaboot, Verse 2


وَلَقَدۡ فَتَنَّا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡكَٰذِبِينَ

Biz onlardan öncəkiləri də sınaq­dan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, ya­lan­çıları da aşkara çıxarda­caq
Surah Al-Ankaboot, Verse 3


أَمۡ حَسِبَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسۡبِقُونَاۚ سَآءَ مَا يَحۡكُمُونَ

Yoxsa yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlə­ri­ni xi­las edəcək­lə­rini zənn edir­lər? Onlar nə yarıtmaz dü­şün­cələrə da­lır­lar
Surah Al-Ankaboot, Verse 4


مَن كَانَ يَرۡجُواْ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَأٓتٖۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Kim Allahla qarşılaşaca­ğı­na ümid bəsləyirsə, qoy bil­sin ki, Alla­hın müəy­yənləşdir­diyi zaman hökmən gələcək­. O, Eşi­dən­dir, Biləndir
Surah Al-Ankaboot, Verse 5


وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفۡسِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَغَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ

Cihad edən məhz özü üçün etmiş olar. Alla­hın aləm­lə­rə qə­tiyyən ehtiyacı yox­dur
Surah Al-Ankaboot, Verse 6


وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَنَجۡزِيَنَّهُمۡ أَحۡسَنَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ

İman gətirərək yaxşı əməl edən­lərin, əlbəttə ki, təq­sir­lə­rin­dən keçərik və onları et­dik­ləri əməllərdən daha üs­tün olanı ilə mü­kafatlandırarıq
Surah Al-Ankaboot, Verse 7


وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حُسۡنٗاۖ وَإِن جَٰهَدَاكَ لِتُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَآۚ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bil­mədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məc­bur etsələr, onlara gü­zəş­tə getmə. Dönüşünüz Mənə ola­caq, Mən də bütün etdik­lə­riniz barədə sizə xəbər verə­cə­yəm
Surah Al-Ankaboot, Verse 8


وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُدۡخِلَنَّهُمۡ فِي ٱلصَّـٰلِحِينَ

İman gətirib yaxşı işlər görənləri əməlisalehlərə qo­vuş­du­ra­ca­ğıq
Surah Al-Ankaboot, Verse 9


وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِيَ فِي ٱللَّهِ جَعَلَ فِتۡنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِۖ وَلَئِن جَآءَ نَصۡرٞ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمۡۚ أَوَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِمَا فِي صُدُورِ ٱلۡعَٰلَمِينَ

İnsanlar arasında: “Alla­ha iman gətirdik!”– de­yənləri də var­. Amma Allah yolun­da əziyyətə məruz qal­dıq­da in­sanların fit­nəsini Alla­hın əzabı ilə eyni tuturlar. Əgər Rəbbin­dən bir zəfər gəl­miş olsa, müt­ləq: “Biz də sizinlə idik!”– de­yərlər. Məgər Allah hər kəsin köksündəkiləri ən yaxşı bilən deyilmi
Surah Al-Ankaboot, Verse 10


وَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡمُنَٰفِقِينَ

Allah iman gətirənləri də, mü­nafiqləri də aşkar edə­cəkdir
Surah Al-Ankaboot, Verse 11


وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ ٱتَّبِعُواْ سَبِيلَنَا وَلۡنَحۡمِلۡ خَطَٰيَٰكُمۡ وَمَا هُم بِحَٰمِلِينَ مِنۡ خَطَٰيَٰهُم مِّن شَيۡءٍۖ إِنَّهُمۡ لَكَٰذِبُونَ

Kafirlər möminlərə: “Bi­zim yolu­muzla gedin, günah­la­rınızı öz üstü­mü­zə götü­rək”– deyirlər. Halbuki onların heç biri heç ki­min günahının al­tı­na girən deyil. Şübhəsiz ki, onlar yalançıdırlar
Surah Al-Ankaboot, Verse 12


وَلَيَحۡمِلُنَّ أَثۡقَالَهُمۡ وَأَثۡقَالٗا مَّعَ أَثۡقَالِهِمۡۖ وَلَيُسۡـَٔلُنَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَمَّا كَانُواْ يَفۡتَرُونَ

Onlar həm öz günah yük­lərini və həm də onlarla yana­şı, ne­çə-neçə yük­ü də daşı­ya­caq­lar. Qiyamət günü onlar uy­dur­duq­la­rı şeylər barə­sində müt­ləq sorğu-suala çəki­lə­cək­lər
Surah Al-Ankaboot, Verse 13


وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَلَبِثَ فِيهِمۡ أَلۡفَ سَنَةٍ إِلَّا خَمۡسِينَ عَامٗا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمۡ ظَٰلِمُونَ

Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əl­li il az bir müddət ər­zində onların arasında qal­dı. Tufan onları zülm etdikləri za­man yaxaladı
Surah Al-Ankaboot, Verse 14


فَأَنجَيۡنَٰهُ وَأَصۡحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلۡنَٰهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ

Biz onu və gəmidə olan­ları xilas edib bu möcüzə ilə aləm­lə­rə ibrət dərsi verdik
Surah Al-Ankaboot, Verse 15


وَإِبۡرَٰهِيمَ إِذۡ قَالَ لِقَوۡمِهِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُۖ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ

İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Alla­ha ibadət edin və Ondan qorxun! Heç bilir­siniz­mi bu sizin üçün nə qə­dər xeyirlidir
Surah Al-Ankaboot, Verse 16


إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uy­du­rur­su­nuz. Şüb­həsiz ki, Allah­dan başqa ibadət etdik­lə­ri­niz sizə ru­zi vermə­yə qadir deyil­lər. Elə isə ruzini Allahdan di­ləyin, Ona iba­dət edin və Ona şükür edin. Siz ancaq Ona qay­tarılacaqsınız”
Surah Al-Ankaboot, Verse 17


وَإِن تُكَذِّبُواْ فَقَدۡ كَذَّبَ أُمَمٞ مِّن قَبۡلِكُمۡۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ

Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalq­lar da öz pey­ğəmbərlərini ya­lançı saymışdılar. Pey­ğəm­bə­rin vəzi­fəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ et­mək­dir
Surah Al-Ankaboot, Verse 18


أَوَلَمۡ يَرَوۡاْ كَيۡفَ يُبۡدِئُ ٱللَّهُ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥٓۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ

Məgər onlar Allahın məx­luqatı əvvəlcə necə yarat­dığı­nı, son­ra da on­ları yeni­dən yara­dacağını görmür­lər­? Həqi­qə­tən, bu, Allah üçün asan­dır
Surah Al-Ankaboot, Verse 19


قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

De: “Yer üzünü gəzib do­laşın və Allahın məxluqatı ilk dəfə ne­cə yarat­dı­ğına baxın. Sonra Allah ölüləri dirildə­cək­. Allah hər şeyə qadirdir
Surah Al-Ankaboot, Verse 20


يُعَذِّبُ مَن يَشَآءُ وَيَرۡحَمُ مَن يَشَآءُۖ وَإِلَيۡهِ تُقۡلَبُونَ

O, istədiyinə əzab verir, istə­diyi­nə də rəhm edir. Siz yalnız Ona qay­ta­rılacaqsınız
Surah Al-Ankaboot, Verse 21


وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ

Siz nə yerdə, nə də göy­də Ondan gizlənib yaxa qurtara bil­mə­yəcəksiniz. Allahdan baş­qa sizin nə bir hima­yəda­rı­nız, nə də bir yardımçınız olacaq”
Surah Al-Ankaboot, Verse 22


وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُوْلَـٰٓئِكَ يَئِسُواْ مِن رَّحۡمَتِي وَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ

Məhz Mə­nim mərhə­mətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən­lərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır
Surah Al-Ankaboot, Verse 23


فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱقۡتُلُوهُ أَوۡ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yan­dı­rın!”– demə­ləri oldu. La­kin Allah onu oddan qoru­du. Doğrudan da, bunda mömin adam­lar üçün ibrətlər var
Surah Al-Ankaboot, Verse 24


وَقَالَ إِنَّمَا ٱتَّخَذۡتُم مِّن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا مَّوَدَّةَ بَيۡنِكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُ بَعۡضُكُم بِبَعۡضٖ وَيَلۡعَنُ بَعۡضُكُم بَعۡضٗا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ

İbrahim dedi: “Siz ara­nız­da ancaq dünya həyatına bəs­lə­di­yi­niz vurğun­lu­ğa görə Alla­hı qoyub bütlərə pərəstiş et­di­niz. Sonra isə Qiyamət günü bir-bi­ri­nizi inkar edib lə­nətləyəcəksiniz. Gedəcəyiniz yer də Oddur. Sizə yar­dım edə bilən kəslər də tapa bil­məyə­cəksi­niz”
Surah Al-Ankaboot, Verse 25


۞فَـَٔامَنَ لَهُۥ لُوطٞۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Lut ona iman gətirdi. İb­rahim de­di: “Mən Rəbbimin ya­nına (əmr etdiyi Şam diya­rına) hicrət edirəm. Həqi­qə­tən, O, Qüd­rət­li­dir, Hikmət sahibidir”
Surah Al-Ankaboot, Verse 26


وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَ وَءَاتَيۡنَٰهُ أَجۡرَهُۥ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ

Biz ona İshaqı və Yə­qu­bu ba­ğış­ladıq. Onun nəslinə pey­ğəm­bərlik və Kitab bəxş etdik. Dünyada onun müka­fatı­nı ver­dik. Şüb­həsiz ki, o, axirətdə əmə­li­salehlərdən olacaqdır
Surah Al-Ankaboot, Verse 27


وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ

Lutu da xatırla! Bir za­man o öz qövmünə belə de­mişdi: “Doğ­rudan da, siz özü­nüzdən əvvəlki aləmlərdən heç kəsin et­mə­di­yi iyrənc bir iş tu­tursunuz
Surah Al-Ankaboot, Verse 28


أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ

Doğrudanmı, siz şəhvətlə kişi­lərə yaxınlaşır, yol kəsir və məclislə­ri­nizdə bir-bi­rinizlə murdar işlər görür­sü­nüz?” Qöv­münün ca­vabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bi­zə Allahın əza­bını gətir!”– de­mə­ləri oldu
Surah Al-Ankaboot, Verse 29


قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ

Lut dedi: “Ey Rəbbim! Fitnə-fə­sad törədən qövmün əley­hi­nə mənə kömək et!”
Surah Al-Ankaboot, Verse 30


وَلَمَّا جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُوٓاْ إِنَّا مُهۡلِكُوٓاْ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِۖ إِنَّ أَهۡلَهَا كَانُواْ ظَٰلِمِينَ

Elçilərimiz İbrahimə müj­də gə­tirdikləri zaman dedi­lər: “Biz bu şə­hə­rin sakinlərini məhv edəcəyik. Həqi­qə­tən, ora­nın sa­kinləri za­lım­lardır”
Surah Al-Ankaboot, Verse 31


قَالَ إِنَّ فِيهَا لُوطٗاۚ قَالُواْ نَحۡنُ أَعۡلَمُ بِمَن فِيهَاۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ

İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz ora­da ki­min oldu­ğu­nu yaxşı bili­rik. Biz onu da, onun ailə­si­ni də mütləq xi­las edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalan­lar­dan ola­­caq”
Surah Al-Ankaboot, Verse 32


وَلَمَّآ أَن جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗاۖ وَقَالُواْ لَا تَخَفۡ وَلَا تَحۡزَنۡ إِنَّا مُنَجُّوكَ وَأَهۡلَكَ إِلَّا ٱمۡرَأَتَكَ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ

Elçilərimiz Lutun yanı­na gəl­dik­də o, onlara görə kədər­ləndi və ürəyi sı­xıldı. Onlar de­dilər: “Qorxma və kə­dərlən­mə! Biz səni və sə­nin ailəni xilas edəcəyik. Yalnız arvadın­dan başqa. O, geridə qa­lan­lar­dan olacaq
Surah Al-Ankaboot, Verse 33


إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ

Biz günah əməllər törət­diklərinə görə bu şəhərin sa­kin­lə­ri­nin üstünə göy­dən əzab endirəcəyik”
Surah Al-Ankaboot, Verse 34


وَلَقَد تَّرَكۡنَا مِنۡهَآ ءَايَةَۢ بَيِّنَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ

Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-ay­dın bir əlamət saxladıq
Surah Al-Ankaboot, Verse 35


وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗا فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱرۡجُواْ ٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ

Mədyən əhalisinə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”
Surah Al-Ankaboot, Verse 36


فَكَذَّبُوهُ فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ

Onlar isə onu yalançı say­dılar. Bu­na görə də onları qor­xunc səs­li bir zəl­zə­lə yaxa­ladı və onlar öz evlərin­də üzü­qoy­lu düşüb qal­dılar
Surah Al-Ankaboot, Verse 37


وَعَادٗا وَثَمُودَاْ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمۡۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ وَكَانُواْ مُسۡتَبۡصِرِينَ

Ad və Səmud qövmünü də məhv etdik. Bu, onların məskən­lərin­dən si­zə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstə­rib onları haqq yoldan çıxart­dı. Halbuki onlar gözüaçıq adam­lar idilər
Surah Al-Ankaboot, Verse 38


وَقَٰرُونَ وَفِرۡعَوۡنَ وَهَٰمَٰنَۖ وَلَقَدۡ جَآءَهُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ وَمَا كَانُواْ سَٰبِقِينَ

Qarunu, Fironu və Ha­manı da məhv etdik. Həqiqə­tən, Musa on­lara ay­dın dəlillər gə­tirdi. Onlar isə yer üzün­də tə­kəbbürlük et­di­lər və axırda əza­bı­mızdan qaça bilmədilər
Surah Al-Ankaboot, Verse 39


فَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ

Biz hər birini öz güna­hı­na görə yaxaladıq. Onlardan ki­mi­si­nin üstünə qasırğa ilə bir­gə daşlar göndərdik, kimi­si­ni qor­xunc səs ya­xaladı, ki­misini yerə ba­tırdıq, kimisini də suya qərq etdik. Allah on­­lara zülm etmirdi, onlar ancaq özləri öz­lərinə zülm edir­dilər
Surah Al-Ankaboot, Verse 40


مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ

Allahdan başqasını öz­lə­rinə dost tutanların aqibəti özü­nə yu­va qur­muş hörümçəyin məsəlinə bənzəyir. Yuva­la­rın ən zəifi isə, əlbəttə ki, hörüm­çək yu­vasıdır. Kaş ki, biləy­di­lər
Surah Al-Ankaboot, Verse 41


إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يَدۡعُونَ مِن دُونِهِۦ مِن شَيۡءٖۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yal­vardıq­larını bilir. O, Qüdrətlidir, Hikmət sahibidir
Surah Al-Ankaboot, Verse 42


وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِۖ وَمَا يَعۡقِلُهَآ إِلَّا ٱلۡعَٰلِمُونَ

Biz insanlar üçün belə məsəllər çəkirik. Bunları isə an­caq hə­qi­qəti dərk edən adamlar anlayarlar
Surah Al-Ankaboot, Verse 43


خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ

Allah göyləri və yeri ger­çək olaraq yaratmışdır. Həqi­qə­tən, bun­da mö­min­lər üçün bir ibrət var
Surah Al-Ankaboot, Verse 44


ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ

Kitabdan sənə vəhy olu­nanları oxuyub namaz qıl. Hə­qi­qə­tən, na­maz çirkin və yara­maz işlərdən çəkindirir. Alla­hı yada sal­maq isə ibadətlərin ən əzə­mətlisidir. Allah nə etdik­lə­rinizi bilir
Surah Al-Ankaboot, Verse 45


۞وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ

İçərilərindən zülm edən­­lər istisna olmaqla Kitab əhli ilə ən gö­zəl tərzdə mübahisə edin və deyin: “Biz həm özü­müzə na­zil ola­na, həm də sizə nazil ola­na iman gətirdik. Bi­zim də ilahımız, si­zin də ilahınız təkdir. Biz yalnız Ona təslim olanlarıq.”
Surah Al-Ankaboot, Verse 46


وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَـٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ

Beləcə, bu müqəddəs Ki­ta­bı sə­nə na­zil et­dik. Kitab ver­di­yi­miz şəxs­lər də ona iman gə­tirirlər. Onla­rın ara­sın­da Qu­ra­na iman gə­tirənlər var. Bi­zim ayə­lə­ri­mizi ancaq kafirlər inkar edirlər
Surah Al-Ankaboot, Verse 47


وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ

Sən bundan əvvəl nə bir Kitab oxu­ya bilir, nə də onu əlin­lə yaza bi­lirdin. Belə ol­say­dı, batilə uyanlar şübhəyə dü­şər­di­lər
Surah Al-Ankaboot, Verse 48


بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّـٰلِمُونَ

Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bi­zim ayələrimizi ancaq za­lımlar inkar edir­lər
Surah Al-Ankaboot, Verse 49


وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَٰتٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ

Onlar dedilər: “Bəs nə üçün Rəb­bindən ona möcüzə nazil ol­ma­dı?” De: “Möcü­zə­lər yalnız Allah yanın­dadır. Mən isə ancaq açıq-ay­dın xə­bər­darlıq edə­nəm”
Surah Al-Ankaboot, Verse 50


أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ

Onlara oxunan Kitabı sə­nə nazil etməyimiz onlar üçün ki­fa­yət deyilmi? Həqiqə­tən, bunda iman gətirən adam­­lar üçün mərhə­mət və ibrət var­
Surah Al-Ankaboot, Verse 51


قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

De: “Mənimlə sizin ara­nızda Alla­hın şahid olması ye­tər. O, göy­lərdə və yerdə olan­ları bilir. Batilə inanıb Alla­ha küfr edənlər – məhz onlar zi­ya­na uğrayanlardır”
Surah Al-Ankaboot, Verse 52


وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ

Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Əgər artıq mü­əy­yən etdi­yimiz bir vaxt ol­masaydı, əzab onlara gələrdi. O əzab on­lara qəflətən, özləri də hiss etmədən gələcək
Surah Al-Ankaboot, Verse 53


يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ

Onlar səndən əzabın tez gəlmə­si­ni istəyirlər. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri bürü­yə­cək
Surah Al-Ankaboot, Verse 54


يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ

O gün əzab onları başla­rının üs­tündən və ayaqlarının al­tın­dan əhatə edəcək. Allah deyəcək: “Etdiyiniz əməllə­rin cə­za­sı­nı dadın!”
Surah Al-Ankaboot, Verse 55


يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّـٰيَ فَٱعۡبُدُونِ

Ey mömin qullarım! Şüb­həsiz ki, Mənim bu yerim ge­nişdir. Elə isə yal­nız Mənə iba­dət edin
Surah Al-Ankaboot, Verse 56


كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ

Hər kəs ölümü dada­caq. Son­ra da Bizə qaytarıla­caq­sınız
Surah Al-Ankaboot, Verse 57


وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ

İman gətirib saleh əməllər edən­ləri ağacları altın­dan çaylar axan Cən­nət­dəki otaq­larda yerləşdirəcəyik. Onlar əbədi olaraq ora­­da qalacaqlar. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəl­dir
Surah Al-Ankaboot, Verse 58


ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ

O kəslər ki, səbirli ol­muş və yal­nız öz Rəbbinə tə­vəkkül et­miş­lər
Surah Al-Ankaboot, Verse 59


وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Neçə-neçə canlı var­ ki, ru­zi­sini öz yanında daşıya bil­mir. Onların da, sizin də ru­zinizi Allah verir. O, Eşi­dən­dir, Bi­lən­dir
Surah Al-Ankaboot, Verse 60


وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ

Əgər sən onlardan: “Göy­ləri və ye­ri yaradan, günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Allah­dır!”– de­yə­cəklər. Onlar necə də haqdan döndərilirlər
Surah Al-Ankaboot, Verse 61


ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

Allah Öz qullarından is­tə­diyinin ruzisini bol edər, is­tə­di­yi­nin­kini də azal­dar. Şübhə­siz ki, Allah hər şeyi bilir
Surah Al-Ankaboot, Verse 62


وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ

Əgər sən onlardan: “Göy­dən yağış nazil edib onunla ye­ri qu­ruduqdan sonra canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Allahdır!”– de­yə­cəklər. De: “Həmd, Alla­ha məxsusdur!” Lakin on­ların çoxu bunu başa düşmür
Surah Al-Ankaboot, Verse 63


وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ

Bu dünya həyatı əylən­cə və oyundan başqa bir şey deyil. Axi­rət yurdu isə əsl həyatdır. Kaş ki, bi­ləydi­lər
Surah Al-Ankaboot, Verse 64


فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ

Onlar gəmiyə mindik­lə­ri zaman, dini yalnız Allaha məx­sus edə­rək, Ona yalvarır­lar. Allah onları xilas edib qu­ruya çıxaran ki­mi, yenə də Ona şərik qo­şurlar
Surah Al-Ankaboot, Verse 65


لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡ وَلِيَتَمَتَّعُواْۚ فَسَوۡفَ يَعۡلَمُونَ

Bu ona görədir ki, Bizim onlara ver­diyimiz nemətlərə nan­kor­luq etsin­lər və hələlik əy­lənsinlər. Amma tezliklə bi­lə­cəklər
Surah Al-Ankaboot, Verse 66


أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ

Məgər onlar, ətrafların­da­kı in­san­lar yaxalandıqları hal­da, Mək­kəni on­lar üçün mü­qəd­dəs, təhlükəsiz bir yer et­di­yi­mizi gör­mür­lərmi? Onlar ba­tilə inanıb Allahın ne­mətini in­karmı edirlər
Surah Al-Ankaboot, Verse 67


وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ

Allaha qarşı yalan uy­du­ran və yaxud özünə haqq gəl­dikdə onu yalan sayan kəs­dən daha zalım kim ola bilər? Cə­hənnəmdə ka­firlər üçün yermi yox­dur
Surah Al-Ankaboot, Verse 68


وَٱلَّذِينَ جَٰهَدُواْ فِينَا لَنَهۡدِيَنَّهُمۡ سُبُلَنَاۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلۡمُحۡسِنِينَ

Uğrumuzda cihad edən­ləri müt­ləq Öz yolumuza yö­nəldə­cə­yik. Şüb­həsiz ki, Allah saleh əməl sahib­lə­ri­lədir
Surah Al-Ankaboot, Verse 69


Author: Khan Musayev


<< Surah 28
>> Surah 30

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai