UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Ahzab - Azerbaijani Translation by Khan Musayev


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا

Ey Peyğəmbər! Allahdan qorx, ka­firlərə və münafiqlərə itaət et­mə. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah Al-Ahzab, Verse 1


وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ مِن رَّبِّكَۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا

Rəbbindən sənə vəhy olu­nana tabe ol! Həqiqətən, Allah nə et­dik­lərinizdən xəbərdar­dır
Surah Al-Ahzab, Verse 2


وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا

Allaha təvəkkül et! Alla­hın Qo­ru­yan olması sənə yetər
Surah Al-Ahzab, Verse 3


مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٖ مِّن قَلۡبَيۡنِ فِي جَوۡفِهِۦۚ وَمَا جَعَلَ أَزۡوَٰجَكُمُ ٱلَّـٰٓـِٔي تُظَٰهِرُونَ مِنۡهُنَّ أُمَّهَٰتِكُمۡۚ وَمَا جَعَلَ أَدۡعِيَآءَكُمۡ أَبۡنَآءَكُمۡۚ ذَٰلِكُمۡ قَوۡلُكُم بِأَفۡوَٰهِكُمۡۖ وَٱللَّهُ يَقُولُ ٱلۡحَقَّ وَهُوَ يَهۡدِي ٱلسَّبِيلَ

Allah bir adamın daxilin­də iki ürək yaratmamışdır. Allah ana­ya bənzədərək özünüzə ha­ram etdiyiniz zövcələrinizi ana­ları­nız et­mə­miş, oğulluğa gö­tür­dük­lə­ri­nizi də oğullarınız etmə­mişdir. Bun­lar si­zin dili­ni­zə gə­tirdi­yiniz yalan söz­lər­dir. Allah isə haqqı de­yir və doğ­ru yola yönəl­dir
Surah Al-Ahzab, Verse 4


ٱدۡعُوهُمۡ لِأٓبَآئِهِمۡ هُوَ أَقۡسَطُ عِندَ ٱللَّهِۚ فَإِن لَّمۡ تَعۡلَمُوٓاْ ءَابَآءَهُمۡ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِ وَمَوَٰلِيكُمۡۚ وَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٞ فِيمَآ أَخۡطَأۡتُم بِهِۦ وَلَٰكِن مَّا تَعَمَّدَتۡ قُلُوبُكُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمًا

Oğulluğa götürdüyünüz uşaq­ları öz atalarının adları ilə ça­ğı­rın. Bu, Allah yanında da­ha əda­lət­li­dir. Atalarını ta­nı­ma­sa­nız, on­lar si­zin din qardaşla­rı­nız və yaxın­larınızdır. Səh­vən etdiyiniz əməl­lər­də sizə heç bir günah yox­dur. Lakin qəl­bini­zin qəsdlə etdiyi iş­lər­dən ötrü sizə günah var. Allah Bağış­la­yandır, Rəhm­lidir
Surah Al-Ahzab, Verse 5


ٱلنَّبِيُّ أَوۡلَىٰ بِٱلۡمُؤۡمِنِينَ مِنۡ أَنفُسِهِمۡۖ وَأَزۡوَٰجُهُۥٓ أُمَّهَٰتُهُمۡۗ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِ مِنَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُهَٰجِرِينَ إِلَّآ أَن تَفۡعَلُوٓاْ إِلَىٰٓ أَوۡلِيَآئِكُم مَّعۡرُوفٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا

Peyğəmbər möminlərə on­ların öz­lə­rindən daha yaxın­dır. Zöv­cələri isə mö­minlərin ana­larıdır. Qohumlar Allahın ya­zı­sına gö­rə bir-birlərinə mö­min­lər­dən və mühacirlərdən daha yaxın­dır­lar. Dostlarınıza yax­şı­lıq etmək isə istis­na­dır. Bunlar Kitabda ya­zıl­mışdır
Surah Al-Ahzab, Verse 6


وَإِذۡ أَخَذۡنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَٰقَهُمۡ وَمِنكَ وَمِن نُّوحٖ وَإِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۖ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا

Bir zaman Biz peyğəm­bərlərdən əhd almışdıq; səndən də, Nuh­dan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa­dan da! Biz onlar­dan möh­kəm bir əhd almışdıq
Surah Al-Ahzab, Verse 7


لِّيَسۡـَٔلَ ٱلصَّـٰدِقِينَ عَن صِدۡقِهِمۡۚ وَأَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابًا أَلِيمٗا

Belə etmişik ki, Allah doğ­ru danışan­lardan doğruluq­ları ba­rə­də soruşsun, ka­fir­lər üçün isə ağrılı-acılı bir əzab ha­zırlasın
Surah Al-Ahzab, Verse 8


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَآءَتۡكُمۡ جُنُودٞ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا وَجُنُودٗا لَّمۡ تَرَوۡهَاۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا

Ey iman gətirənlər! Alla­hın sizə gös­tərdiyi iltifatını xa­tır­la­yın. O za­man ki, düşmən or­dusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üs­tü­nə külək və görmədiyiniz qo­şunlar gön­dər­miş­dik. Allah si­zin nə etdiyinizi görür
Surah Al-Ahzab, Verse 9


إِذۡ جَآءُوكُم مِّن فَوۡقِكُمۡ وَمِنۡ أَسۡفَلَ مِنكُمۡ وَإِذۡ زَاغَتِ ٱلۡأَبۡصَٰرُ وَبَلَغَتِ ٱلۡقُلُوبُ ٱلۡحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠

O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfi­niz­dən üs­tü­nüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bə­rəlmiş, ürəklər xirt­dəyə çatmış və siz də Allah barəsində zənnə qapıl­mış­dınız
Surah Al-Ahzab, Verse 10


هُنَالِكَ ٱبۡتُلِيَ ٱلۡمُؤۡمِنُونَ وَزُلۡزِلُواْ زِلۡزَالٗا شَدِيدٗا

Orada möminlər imta­hana çəkil­miş və güclü sarsın­tıya mə­ruz qalmış­dılar
Surah Al-Ahzab, Verse 11


وَإِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورٗا

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bi­zə ancaq ya­lan vəd vermişdir”– deyir­di­lər
Surah Al-Ahzab, Verse 12


وَإِذۡ قَالَت طَّآئِفَةٞ مِّنۡهُمۡ يَـٰٓأَهۡلَ يَثۡرِبَ لَا مُقَامَ لَكُمۡ فَٱرۡجِعُواْۚ وَيَسۡتَـٔۡذِنُ فَرِيقٞ مِّنۡهُمُ ٱلنَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوۡرَةٞ وَمَا هِيَ بِعَوۡرَةٍۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارٗا

Onlardan bir dəstə de­miş­di: “Ey Yəsrib əhli! Siz mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Geri qayıdın!” İçərilərin­dən bir qismi isə: “Ev­lərimiz nəzarətsiz qalıb”– deyərək Pey­ğəmbərdən izin istə­yir­di. Hal­buki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq is­tə­yir­di­lər
Surah Al-Ahzab, Verse 13


وَلَوۡ دُخِلَتۡ عَلَيۡهِم مِّنۡ أَقۡطَارِهَا ثُمَّ سُئِلُواْ ٱلۡفِتۡنَةَ لَأٓتَوۡهَا وَمَا تَلَبَّثُواْ بِهَآ إِلَّا يَسِيرٗا

Əgər Mədinənin hər tə­rəfindən üst­lərinə hücum edil­səydi, son­ra da on­lardan fitnə törətmək (imandan dön­mək) tələb olun­say­dı, onu mütləq edər və cüzi şey istisna olmaq­la bunda ləngi­məz­dilər
Surah Al-Ahzab, Verse 14


وَلَقَدۡ كَانُواْ عَٰهَدُواْ ٱللَّهَ مِن قَبۡلُ لَا يُوَلُّونَ ٱلۡأَدۡبَٰرَۚ وَكَانَ عَهۡدُ ٱللَّهِ مَسۡـُٔولٗا

Baxmayaraq ki, onlar bun­dan əv­vəl cihaddan boyun qa­çır­ma­yacaqlarına dair Allaha söz vermişdilər. Onlar Alla­ha ver­dik­lə­ri sözə görə sorğu-sual olu­nacaqlar
Surah Al-Ahzab, Verse 15


قُل لَّن يَنفَعَكُمُ ٱلۡفِرَارُ إِن فَرَرۡتُم مِّنَ ٱلۡمَوۡتِ أَوِ ٱلۡقَتۡلِ وَإِذٗا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلٗا

De: “Əgər ölməkdən və ya öldü­rülməkdən qaçırsı­nız­sa, bu qaçmağın sizə əsla faydası olmaz. Belə olduğu təq­dirdə siz an­caq əcəliniz çatana qədər çox az bir müddət ər­zin­də gün-gü­zə­ran gö­rəcəksiniz”
Surah Al-Ahzab, Verse 16


قُلۡ مَن ذَا ٱلَّذِي يَعۡصِمُكُم مِّنَ ٱللَّهِ إِنۡ أَرَادَ بِكُمۡ سُوٓءًا أَوۡ أَرَادَ بِكُمۡ رَحۡمَةٗۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا

De: “Əgər Allah sizə bir pislik et­mək istəyərsə, sizi On­dan kim qoruya bi­lər? Ya da si­zə bir yaxşılıq etmək is­tə­sə, Ona kim ma­ne ola bilər?” On­lar öz­lə­ri üçün Allahdan başqa nə bir hi­ma­yə­çi, nə də bir yar­dımçı tapa bilər­lər
Surah Al-Ahzab, Verse 17


۞قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلۡمُعَوِّقِينَ مِنكُمۡ وَٱلۡقَآئِلِينَ لِإِخۡوَٰنِهِمۡ هَلُمَّ إِلَيۡنَاۖ وَلَا يَأۡتُونَ ٱلۡبَأۡسَ إِلَّا قَلِيلًا

Allah aranızdan camaatı cihaddan çəkindirənləri və öz qar­daş­larına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar na­dir hallarda dö­yü­şə qatılırlar
Surah Al-Ahzab, Verse 18


أَشِحَّةً عَلَيۡكُمۡۖ فَإِذَا جَآءَ ٱلۡخَوۡفُ رَأَيۡتَهُمۡ يَنظُرُونَ إِلَيۡكَ تَدُورُ أَعۡيُنُهُمۡ كَٱلَّذِي يُغۡشَىٰ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَإِذَا ذَهَبَ ٱلۡخَوۡفُ سَلَقُوكُم بِأَلۡسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلۡخَيۡرِۚ أُوْلَـٰٓئِكَ لَمۡ يُؤۡمِنُواْ فَأَحۡبَطَ ٱللَّهُ أَعۡمَٰلَهُمۡۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا

Çünki sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldik­də, ölüm ayağında bayılan adam kimi, dönüb sənə bax­dıq­larını gö­rür­sən. Qorxu keçib getdik­də isə qənimətdə xəsislik edib acı dil­lə­ri ilə səni sancırlar. On­lar iman gətir­məmiş­lər. Allah da onların əməl­lərini puç et­miş­dir. Bu, Allah üçün asan­dır
Surah Al-Ahzab, Verse 19


يَحۡسَبُونَ ٱلۡأَحۡزَابَ لَمۡ يَذۡهَبُواْۖ وَإِن يَأۡتِ ٱلۡأَحۡزَابُ يَوَدُّواْ لَوۡ أَنَّهُم بَادُونَ فِي ٱلۡأَعۡرَابِ يَسۡـَٔلُونَ عَنۡ أَنۢبَآئِكُمۡۖ وَلَوۡ كَانُواْ فِيكُم مَّا قَٰتَلُوٓاْ إِلَّا قَلِيلٗا

Münafiqlər müttəfiqlərin çıxıb get­mədiklərini güman edir­lər. Əgər müt­tə­fiqlər bir də gəlmiş olsaydı, onlar bə­dəvilər ara­sın­da kö­çəri həyat sürüb ba­rənizdəki xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Hərgah ara­nızda olsaydılar, ancaq aza­­cıq döyüşərdilər
Surah Al-Ahzab, Verse 20


لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا

Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir
Surah Al-Ahzab, Verse 21


وَلَمَّا رَءَا ٱلۡمُؤۡمِنُونَ ٱلۡأَحۡزَابَ قَالُواْ هَٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥۚ وَمَا زَادَهُمۡ إِلَّآ إِيمَٰنٗا وَتَسۡلِيمٗا

Möminlər müttəfiqləri (düşmən dəstələrini) gör­dükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söy­lə­miş­lər!”– dedilər. Bu on­ların yal­nız imanını və itaətini artırdı
Surah Al-Ahzab, Verse 22


مِّنَ ٱلۡمُؤۡمِنِينَ رِجَالٞ صَدَقُواْ مَا عَٰهَدُواْ ٱللَّهَ عَلَيۡهِۖ فَمِنۡهُم مَّن قَضَىٰ نَحۡبَهُۥ وَمِنۡهُم مَّن يَنتَظِرُۖ وَمَا بَدَّلُواْ تَبۡدِيلٗا

Möminlərin içərisində Alla­ha et­dikləri əhdə sadiq qa­lan ki­şi­lər var. Onlardan ki­misi əh­di­ni yerinə yetirib şə­hid olmuş, ki­mi­si də şəhid olma­sını göz­ləyir. On­lar əhdlə­rini əsla dəyiş­dir­mə­yib­lər
Surah Al-Ahzab, Verse 23


لِّيَجۡزِيَ ٱللَّهُ ٱلصَّـٰدِقِينَ بِصِدۡقِهِمۡ وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ إِن شَآءَ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا

Bu ona görədir ki, Allah doğru da­nışanları doğruluqla­rına gö­rə mükafat­lan­dırsın, mü­na­fiqlərə də ya istəsə əzab versin, ya da on­ların tövbə­ləri­ni qəbul etsin. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir
Surah Al-Ahzab, Verse 24


وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْ بِغَيۡظِهِمۡ لَمۡ يَنَالُواْ خَيۡرٗاۚ وَكَفَى ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ ٱلۡقِتَالَۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزٗا

Allah kafirləri qəzəbli ol­duqları halda geri qaytardı və onlar heç bir xeyrə nail ol­ma­dılar. Döyüşdə Allah mö­min­lərə kifayət et­di. Allah Qüv­vət­li­dir, Qüdrətlidir
Surah Al-Ahzab, Verse 25


وَأَنزَلَ ٱلَّذِينَ ظَٰهَرُوهُم مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن صَيَاصِيهِمۡ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَ فَرِيقٗا تَقۡتُلُونَ وَتَأۡسِرُونَ فَرِيقٗا

Allah Kitab əhlindən müt­təfiqlərə yardım edənləri öz qa­la­la­rından endir­di və onların qəlbinə qorxu saldı. Siz on­la­rın bir qis­mi­ni öldürür, bir qis­mi­ni də əsir götürürdünüz
Surah Al-Ahzab, Verse 26


وَأَوۡرَثَكُمۡ أَرۡضَهُمۡ وَدِيَٰرَهُمۡ وَأَمۡوَٰلَهُمۡ وَأَرۡضٗا لَّمۡ تَطَـُٔوهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا

Allah sizi onların yerlə­rinə, yurd­larına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir
Surah Al-Ahzab, Verse 27


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ إِن كُنتُنَّ تُرِدۡنَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا وَزِينَتَهَا فَتَعَالَيۡنَ أُمَتِّعۡكُنَّ وَأُسَرِّحۡكُنَّ سَرَاحٗا جَمِيلٗا

Ey Peyğəmbər! Zövcə­lərinə de: “Əgər siz dünya hə­yatını və onun bər­bəzəyini is­təyirsinizsə, gəlin sizi dünya ma­lıyla məmnun edib gö­zəl tərzdə sər­bəst buraxım
Surah Al-Ahzab, Verse 28


وَإِن كُنتُنَّ تُرِدۡنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلۡأٓخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡمُحۡسِنَٰتِ مِنكُنَّ أَجۡرًا عَظِيمٗا

Yox, əgər Allahı, Onun Rəsulunu və Axirət yurdunu is­tə­yir­si­niz­sə, bilin ki, Allah ara­nızdan yaxşı işlər görənlər üçün böyük bir mü­ka­fat hazırla­mış­dır”
Surah Al-Ahzab, Verse 29


يَٰنِسَآءَ ٱلنَّبِيِّ مَن يَأۡتِ مِنكُنَّ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖ يُضَٰعَفۡ لَهَا ٱلۡعَذَابُ ضِعۡفَيۡنِۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا

Ey Peyğəmbərin zövcə­ləri! Siz­lərdən hər kim açıq-aş­kar bir çir­kin iş görsə, onun əza­bı ikiqat artar. Bu, Allah üçün asandır
Surah Al-Ahzab, Verse 30


۞وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعۡمَلۡ صَٰلِحٗا نُّؤۡتِهَآ أَجۡرَهَا مَرَّتَيۡنِ وَأَعۡتَدۡنَا لَهَا رِزۡقٗا كَرِيمٗا

Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib yax­şı iş­lər görsə, ona müka­fatını ikiqat verərik. Biz onun üçün bol ruzi ha­zırla­mışıq
Surah Al-Ahzab, Verse 31


يَٰنِسَآءَ ٱلنَّبِيِّ لَسۡتُنَّ كَأَحَدٖ مِّنَ ٱلنِّسَآءِ إِنِ ٱتَّقَيۡتُنَّۚ فَلَا تَخۡضَعۡنَ بِٱلۡقَوۡلِ فَيَطۡمَعَ ٱلَّذِي فِي قَلۡبِهِۦ مَرَضٞ وَقُلۡنَ قَوۡلٗا مَّعۡرُوفٗا

Ey Peyğəmbərin zövcə­lə­ri! Siz hər hansı bir qadın kimi de­yil­si­niz. Əgər Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-naz­la­na danışmayın, yoxsa qəl­bində xəstəlik olan kəs tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qayda­da danışın
Surah Al-Ahzab, Verse 32


وَقَرۡنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجۡنَ تَبَرُّجَ ٱلۡجَٰهِلِيَّةِ ٱلۡأُولَىٰۖ وَأَقِمۡنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعۡنَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَيۡتِ وَيُطَهِّرَكُمۡ تَطۡهِيرٗا

Evlərinizdə qərar tutun! İlk ca­hi­liyyə dövründə olduğu ki­mi açıq-saçıq gəzməyin. Na­maz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahı­nızı silib apar­maq və sizi tər­təmiz etmək istəyir
Surah Al-Ahzab, Verse 33


وَٱذۡكُرۡنَ مَا يُتۡلَىٰ فِي بُيُوتِكُنَّ مِنۡ ءَايَٰتِ ٱللَّهِ وَٱلۡحِكۡمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا

Evlərinizdə oxunan Alla­hın ayə­lə­rini və hikməti yada salın. Hə­qiqətən, Allah Lütf­kardır, hər şeydən Xəbərdar­dır
Surah Al-Ahzab, Verse 34


إِنَّ ٱلۡمُسۡلِمِينَ وَٱلۡمُسۡلِمَٰتِ وَٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡقَٰنِتِينَ وَٱلۡقَٰنِتَٰتِ وَٱلصَّـٰدِقِينَ وَٱلصَّـٰدِقَٰتِ وَٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰبِرَٰتِ وَٱلۡخَٰشِعِينَ وَٱلۡخَٰشِعَٰتِ وَٱلۡمُتَصَدِّقِينَ وَٱلۡمُتَصَدِّقَٰتِ وَٱلصَّـٰٓئِمِينَ وَٱلصَّـٰٓئِمَٰتِ وَٱلۡحَٰفِظِينَ فُرُوجَهُمۡ وَٱلۡحَٰفِظَٰتِ وَٱلذَّـٰكِرِينَ ٱللَّهَ كَثِيرٗا وَٱلذَّـٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمٗا

Həqiqətən, müsəlman ki­şilər və müsəlman qadınlar, mö­min kişilər və mömin qa­dın­lar, müti kişilər və müti qa­dınlar, doğ­ru danışan kişilər və doğ­ru danışan qadınlar, səbirli kişi­lər və sə­bir­li qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadın­lar, sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, oruc tu­tan ki­şilər və oruc tu­tan qa­dınlar, ismətlərini qo­ruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah ba­ğış­lan­ma və bö­yük mükafat hazırla­mışdır
Surah Al-Ahzab, Verse 35


وَمَا كَانَ لِمُؤۡمِنٖ وَلَا مُؤۡمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمۡرًا أَن يَكُونَ لَهُمُ ٱلۡخِيَرَةُ مِنۡ أَمۡرِهِمۡۗ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ ضَلَّ ضَلَٰلٗا مُّبِينٗا

Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mö­min kişi və mö­min qa­dın öz işlərində istədikləri qə­­rarı verə bil­məz­lər. Allaha və Onun Rəsuluna asi olan kəs, əl­bəttə ki, açıq-ay­dın az­ğınlığa düşmüşdür
Surah Al-Ahzab, Verse 36


وَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا

Bir zaman Allahın ne­mət verdiyi və sənin özünün nemət ver­diyin Zeydə: “Zövcəni öz ya­nında saxla, Allahdan qorx!”– de­yir­din. Alla­hın aşkar edəcə­yi şeyi ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Hal­buki əs­lində qorx­malı oldu­ğun məhz Allah­dır. Zeyd zövcəsini boşadıqda səni onun­la evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­
Surah Al-Ahzab, Verse 37


مَّا كَانَ عَلَى ٱلنَّبِيِّ مِنۡ حَرَجٖ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥۖ سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ قَدَرٗا مَّقۡدُورًا

Allahın Peyğəmbərə ha­lal buyur­duğu bir şeydə ona heç bir gü­nah gəl­məz. Öncə gə­lib-gedənlər haqqında da Alla­hın qayda-qa­nunu belə idi. Alla­hın əmri əzəldən müəyyən edil­miş bir hökm­dür
Surah Al-Ahzab, Verse 38


ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخۡشَوۡنَهُۥ وَلَا يَخۡشَوۡنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allah­dan başqa heç kəsdən qorx­murdular. Allah Özü haqq-hesab çək­mə­yə yetər
Surah Al-Ahzab, Verse 39


مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا

Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. La­kin o, Allahın rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Allah hər şeyi bilir
Surah Al-Ahzab, Verse 40


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ ٱللَّهَ ذِكۡرٗا كَثِيرٗا

Ey iman gətirənlər! Alla­hı çox-çox yada salın
Surah Al-Ahzab, Verse 41


وَسَبِّحُوهُ بُكۡرَةٗ وَأَصِيلًا

Səhər-axşam Onun şəni­nə təriflər deyin
Surah Al-Ahzab, Verse 42


هُوَ ٱلَّذِي يُصَلِّي عَلَيۡكُمۡ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَكَانَ بِٱلۡمُؤۡمِنِينَ رَحِيمٗا

Sizi zülmətlərdən nura çıxart­maq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma dilə­yir­lər. Allah mö­min­lərə qarşı Rəhm­lidir
Surah Al-Ahzab, Verse 43


تَحِيَّتُهُمۡ يَوۡمَ يَلۡقَوۡنَهُۥ سَلَٰمٞۚ وَأَعَدَّ لَهُمۡ أَجۡرٗا كَرِيمٗا

Möminlərin Ona qovu­şa­caqları gün xeyir-duaları “sa­lam” ola­caq­. Allah onlara ol­duq­ca gözəl mükafat ha­zır­la­mış­dır
Surah Al-Ahzab, Verse 44


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا

Ey Peyğəmbər! Həqiqə­tən, Biz səni şahid, müjdəçi və xə­bər­dar edən olaraq göndər­dik
Surah Al-Ahzab, Verse 45


وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذۡنِهِۦ وَسِرَاجٗا مُّنِيرٗا

Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq ki­mi göndərdik
Surah Al-Ahzab, Verse 46


وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضۡلٗا كَبِيرٗا

Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır
Surah Al-Ahzab, Verse 47


وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَ وَدَعۡ أَذَىٰهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا

Kafirlərə və münafiqlərə itaət et­mə. Onların əziyyət­lə­ri­nə fi­kir vermə və Allaha tə­vək­kül et. Allahın Qoruyan ol­ma­sı ki­fa­yət­dir
Surah Al-Ahzab, Verse 48


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا

Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, son­ra da onlara toxunmazdan əvvəl talaqlarını ver­sə­niz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni saymağa – onları yanınızda saxlama­ğa haq­qınız yoxdur. Be­lə olduğu təqdirdə on­lara talaq haqlarını verin və onları gözəl tərz­də sərbəst buraxın
Surah Al-Ahzab, Verse 49


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَحۡلَلۡنَا لَكَ أَزۡوَٰجَكَ ٱلَّـٰتِيٓ ءَاتَيۡتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتۡ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيۡكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّـٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّـٰتِي هَاجَرۡنَ مَعَكَ وَٱمۡرَأَةٗ مُّؤۡمِنَةً إِن وَهَبَتۡ نَفۡسَهَا لِلنَّبِيِّ إِنۡ أَرَادَ ٱلنَّبِيُّ أَن يَسۡتَنكِحَهَا خَالِصَةٗ لَّكَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۗ قَدۡ عَلِمۡنَا مَا فَرَضۡنَا عَلَيۡهِمۡ فِيٓ أَزۡوَٰجِهِمۡ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ لِكَيۡلَا يَكُونَ عَلَيۡكَ حَرَجٞۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا

Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini, Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri, sə­nin­lə birlikdə hic­rət etmiş əmin qız­la­rı­nı, bibilərinin qızlarını, da­yın qızlarını, xa­lalarının qızla­rını, habelə Peyğəmbər onunla ev­lənmək istədiyi təq­dirdə özü­nü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qa­dı­nı sənə halal etdik. Sonun­cusu digər mö­min­lərə deyil, yalnız sənə məx­­susdur. Onlara zövcələri və sa­hib olduqları cariyələr barə­sin­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə etdik ki, sənə bir çə­tin­lik olmasın. Allah Ba­ğış­layandır, Rəhmlidir
Surah Al-Ahzab, Verse 50


۞تُرۡجِي مَن تَشَآءُ مِنۡهُنَّ وَتُـٔۡوِيٓ إِلَيۡكَ مَن تَشَآءُۖ وَمَنِ ٱبۡتَغَيۡتَ مِمَّنۡ عَزَلۡتَ فَلَا جُنَاحَ عَلَيۡكَۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن تَقَرَّ أَعۡيُنُهُنَّ وَلَا يَحۡزَنَّ وَيَرۡضَيۡنَ بِمَآ ءَاتَيۡتَهُنَّ كُلُّهُنَّۚ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي قُلُوبِكُمۡۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمٗا

Onlardan istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən, is­tədiyini də öz yanına ala bilərsən. Özün­­dən ayır­dıq­la­rın­dan hansı birini ye­nidən öz yanına almaq istə­sən sə­nə heç bir gü­nah olmaz. Bu, onların sevin­mə­ləri, kədər­lən­məmələri və sənin on­lara ver­diklərindən razı qalmaları üçün da­ha münasibdir. Allah qəl­­bi­nizdə olan­ları bilir. Allah hər şeyi bi­lən­dir, həlimdir
Surah Al-Ahzab, Verse 51


لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعۡدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنۡ أَزۡوَٰجٖ وَلَوۡ أَعۡجَبَكَ حُسۡنُهُنَّ إِلَّا مَا مَلَكَتۡ يَمِينُكَۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ رَّقِيبٗا

Bundan sonra başqa qa­dınlarla evlənmək, gö­zəllikləri səni hey­ran etsə də, onları baş­qa qadınlarla dəyişmək sənə halal de­yil­dir. Sahib olduğun ca­ri­yələr isə istisnadır. Allah hər şeyə nə­zarət edən­dir
Surah Al-Ahzab, Verse 52


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتَ ٱلنَّبِيِّ إِلَّآ أَن يُؤۡذَنَ لَكُمۡ إِلَىٰ طَعَامٍ غَيۡرَ نَٰظِرِينَ إِنَىٰهُ وَلَٰكِنۡ إِذَا دُعِيتُمۡ فَٱدۡخُلُواْ فَإِذَا طَعِمۡتُمۡ فَٱنتَشِرُواْ وَلَا مُسۡتَـٔۡنِسِينَ لِحَدِيثٍۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ يُؤۡذِي ٱلنَّبِيَّ فَيَسۡتَحۡيِۦ مِنكُمۡۖ وَٱللَّهُ لَا يَسۡتَحۡيِۦ مِنَ ٱلۡحَقِّۚ وَإِذَا سَأَلۡتُمُوهُنَّ مَتَٰعٗا فَسۡـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٖۚ ذَٰلِكُمۡ أَطۡهَرُ لِقُلُوبِكُمۡ وَقُلُوبِهِنَّۚ وَمَا كَانَ لَكُمۡ أَن تُؤۡذُواْ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓاْ أَزۡوَٰجَهُۥ مِنۢ بَعۡدِهِۦٓ أَبَدًاۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا

Ey iman gətirənlər! Sizə yeməyə izin veril­məyib süfrəyə də­vət olunmadıq­ca Peyğəmbə­rin evlərinə girməyin və əv­vəl­cə­dən gəlib ye­məyin hazırlan­masını da gözləməyin. Lakin dəvət olun­duqda gi­rin və ye­mək yedik­dən sonra bir-biri­nizlə söhbətə dalmadan da­ğı­­lı­şın. Çün­ki bu hərəkətiniz Pey­ğəmbəri narahat edir və o sizdən uta­nır. Allah isə sözün açığını sizə bəyan et­mək­dən utanmır. Pey­ğəm­bə­rin zöv­cələ­rin­dən bir şey is­tədik­də, pərdə arxasından istəyin. Bu həm si­zin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gə­ti­rər. Sizə Allahın El­çisini na­razı salmaq, vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək qətiyyən yolve­ril­məz­dir. Hə­qi­qə­tən, bu, Allah ya­nında böyük günahdır
Surah Al-Ahzab, Verse 53


إِن تُبۡدُواْ شَيۡـًٔا أَوۡ تُخۡفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا

Bir şeyi aşkara çı­xarsanız da, gizli sax­lasa­nız ­da, şübhəsiz ki, Allah hər şeyi bilir
Surah Al-Ahzab, Verse 54


لَّا جُنَاحَ عَلَيۡهِنَّ فِيٓ ءَابَآئِهِنَّ وَلَآ أَبۡنَآئِهِنَّ وَلَآ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّۗ وَٱتَّقِينَ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا

Qadınlara ataları, oğul­ları, qar­daşları, qardaşlarının oğul­la­rı, bacı­la­rı­nın oğulları, müsəlman qadınların, sa­hib ol­duq­ları kə­niz­ləri ya­nında hicab geyməmələrində heç bir günah yox­dur. Ey qa­dın­lar, Allahdan qorxun! Şüb­həsiz ki, Allah hər şeyə şa­hid­dir
Surah Al-Ahzab, Verse 55


إِنَّ ٱللَّهَ وَمَلَـٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا

Doğrudan da, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu sa­lam­la­yın
Surah Al-Ahzab, Verse 56


إِنَّ ٱلَّذِينَ يُؤۡذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَأَعَدَّ لَهُمۡ عَذَابٗا مُّهِينٗا

Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dün­yada, həm də Axi­rətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırla­mış­dır
Surah Al-Ahzab, Verse 57


وَٱلَّذِينَ يُؤۡذُونَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ بِغَيۡرِ مَا ٱكۡتَسَبُواْ فَقَدِ ٱحۡتَمَلُواْ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا

Mömin kişiləri və mö­min qadın­ları etmədikləri bir işdən öt­rü günah­landıranlar, sözsüz ki, öz üzərlərinə böh­tanla bəra­bər açıq-aydın ağır bir günah gö­türmüşlər
Surah Al-Ahzab, Verse 58


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا

Ey Peyğəmbər! Zövcə­lərinə, qız­larına və mömin­lə­rin qa­dın­la­rına de ki, naməhrəm ya­nında çarşabları ilə örtün­sün­lər. Bu on­la­rın tanınması və on­lara əziyyət verilməməsi üçün daha müna­sib­dir. Allah Bağış­layandır, Rəhmlidir
Surah Al-Ahzab, Verse 59


۞لَّئِن لَّمۡ يَنتَهِ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡمُرۡجِفُونَ فِي ٱلۡمَدِينَةِ لَنُغۡرِيَنَّكَ بِهِمۡ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلٗا

Əgər münafiqlər, qəlbi xəs­tə olan­lar və şəhərdə pis şa­yiələr ya­yan­lar öz ya­ra­maz əməllərinə son qoy­ma­sa­lar, səni onlara qar­şı çıx­mağa çağı­ra­rıq. Son­ra onlar orada ar­tıq səninlə an­caq qısa bir müd­dət ərzində qonşu­luq edər və
Surah Al-Ahzab, Verse 60


مَّلۡعُونِينَۖ أَيۡنَمَا ثُقِفُوٓاْ أُخِذُواْ وَقُتِّلُواْ تَقۡتِيلٗا

lənətlənmiş halda qalar­lar. Harada ələ keçsələr, yaxa­la­nıb aman­sızcasına öl­dürü­lər­lər
Surah Al-Ahzab, Verse 61


سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا

Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunla­rında heç bir dəyişiklik tapa bil­məzsən
Surah Al-Ahzab, Verse 62


يَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا

Camaat sənə o Saat (Qiyamət günü) ba­rə­də sual verir. De: “Onu yal­nız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaş­mışdır
Surah Al-Ahzab, Verse 63


إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا

Həqiqətən, Allah kafir­lə­ri lənət­ləmiş və onlar üçün yan­dırıb-ya­xan Od hazırla­mışdır
Surah Al-Ahzab, Verse 64


خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا

Onlar orada əbədi qala­caq, özlə­ri­nə nə bir himayəçi, nə də bir yardımçı tapa bil­mə­yəcəklər
Surah Al-Ahzab, Verse 65


يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠

Üzləri odda o yan-bu ya­na dön­dəriləcəyi gün onlar de­yə­cək­lər: “Kaş biz Allaha iba­dət edəydik, Onun Elçi­si­nə ita­ətkar olay­dıq!”
Surah Al-Ahzab, Verse 66


وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعۡنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və bö­yük­ləri­mizə ita­ət etdik, on­lar da bizi haqq yoldan az­dır­dılar
Surah Al-Ahzab, Verse 67


رَبَّنَآ ءَاتِهِمۡ ضِعۡفَيۡنِ مِنَ ٱلۡعَذَابِ وَٱلۡعَنۡهُمۡ لَعۡنٗا كَبِيرٗا

Ey Rəbbimiz! Onları iki­qat əziy­yətə sal və onları müd­hiş bir lə­nətə mə­ruz qoy!”
Surah Al-Ahzab, Verse 68


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوۡاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهٗا

Ey iman gətirənlər! Mu­sanı in­ci­dən şəxslərə oxşama­yın. Allah onu on­ların dedik­lə­rindən təmizə çıxartdı. O, Alla­hın ya­nın­da çox ehti­ram edi­lən şəxsdir
Surah Al-Ahzab, Verse 69


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوۡلٗا سَدِيدٗا

Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz da­nı­şın ki
Surah Al-Ahzab, Verse 70


يُصۡلِحۡ لَكُمۡ أَعۡمَٰلَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ فَازَ فَوۡزًا عَظِيمًا

O, sizin əməllərinizi islah et­sin və gü­nahlarınızı bağış­la­sın. Kim Allaha və Onun El­çi­sinə itaət etsə, böyük bir uğur qa­zanar
Surah Al-Ahzab, Verse 71


إِنَّا عَرَضۡنَا ٱلۡأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلۡجِبَالِ فَأَبَيۡنَ أَن يَحۡمِلۡنَهَا وَأَشۡفَقۡنَ مِنۡهَا وَحَمَلَهَا ٱلۡإِنسَٰنُۖ إِنَّهُۥ كَانَ ظَلُومٗا جَهُولٗا

Biz əmanəti göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu da­şımaqdan qorxub im­tina etdilər. Lakin insan onu boynuna gö­tür­dü. Doğrudan da, o, za­lım və cahildir
Surah Al-Ahzab, Verse 72


لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا

Bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları, müş­rik kişiləri və müşrik qa­dınları cə­za­lan­dır­sın, mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Bağış­la­yandır, Rəhmlidir
Surah Al-Ahzab, Verse 73


Author: Khan Musayev


<< Surah 32
>> Surah 34

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai