UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Ash-Shura - Azerbaijani Translation by Khan Musayev


حمٓ

Ha. Mim
Surah Ash-Shura, Verse 1


عٓسٓقٓ

Ayn. Sin. Qaf
Surah Ash-Shura, Verse 2


كَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Qüdrətli və Müdrik olan Allah sə­nə və səndən əvvəl­ki­lərə be­lə vəhy edir
Surah Ash-Shura, Verse 3


لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ

Göylərdə və yerdə nə var­sa, Ona məxsusdur. O, Uca­dır, Ulu­dur
Surah Ash-Shura, Verse 4


تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ

Sanki göylərin bir-birinin üstün­dən çatlayıb yarılmasına az qa­lır. Mə­ləklər də Rəbbinə həmd ilə təriflər de­yir və yer­dəkilər üçün bağışlanma dilə­yirlər. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir
Surah Ash-Shura, Verse 5


وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ

Allahdan başqası ilə dost­luq edən­lərə Allah Özü nəza­rət edir. Sən on­la­rın mühafizə­çisi deyilsən
Surah Ash-Shura, Verse 6


وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ قُرۡءَانًا عَرَبِيّٗا لِّتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَا وَتُنذِرَ يَوۡمَ ٱلۡجَمۡعِ لَا رَيۡبَ فِيهِۚ فَرِيقٞ فِي ٱلۡجَنَّةِ وَفَرِيقٞ فِي ٱلسَّعِيرِ

Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası Məkkə əhli­ni və onun ət­ra­fındakıları xəbərdar edə­sən, üstəlik, ba­rə­sin­də heç bir şübhə do­ğur­mayan məhşər gününü yad­ları­na sala­san. İn­san­ların bir qismi Cənnətdə, digər qismi isə Od­da olacaq
Surah Ash-Shura, Verse 7


وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِيّٖ وَلَا نَصِيرٍ

Əgər Allah istəsəydi, on­ları vahid bir ümmət edərdi. Lakin O, istə­diyini Öz mər­hə­mətinə qovuşdurur. Zalım­la­rın isə nə bir hi­mayəçisi olar, nə də bir yardımçısı
Surah Ash-Shura, Verse 8


أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

Onlar özlərinə Allahdan başqa hi­mayəçilər götürdülər. Hal­bu­ki, Hi­mayədar ancaq Allahdır. O, ölüləri di­rildir. O, hər şeyə qa­dirdir
Surah Ash-Shura, Verse 9


وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّي عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ

İxtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Alla­ha aid­dir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yal­nız Ona tə­vəkkül edir və yal­nız Ona üz tuturam
Surah Ash-Shura, Verse 10


فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ

Allah göyləri və yeri Ya­radandır. O sizin üçün özü­nüz­dən zöv­cələr, hey­vanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir
Surah Ash-Shura, Verse 11


لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

Göylərin və yerin açar­ları Ona məxsusdur. O, istədi­yinin ru­zisini bol edər, istədi­yininkini də azaldar. O, hər şeyi bilir
Surah Ash-Shura, Verse 12


۞شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ

Allah Nuha tövsiyə et­di­yini, sə­nə vəhy etdiyimizi, İb­ra­hi­mə, Musa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: “Dinə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-fir­qə olma­yın!” Sənin dəvət etdiyin töv­hid müş­riklərə ağır gəldi. Allah istə­di­yi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yö­nəl­dər
Surah Ash-Shura, Verse 13


وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ

Onlara məhz elm gəl­dik­dən son­ra, öz aralarındakı pa­xıllıq uc­batından, ixtilafa düş­dülər. Əgər Rəbbindən, mü­əy­yən bir vax­ta­dək Söz verilmiş ol­ma­saydı, onların arasında ar­tıq hökm çı­xarıl­mış olardı. On­lardan sonra Kitaba varis olan­lar da onun barəsində an­laşıl­maz bir şübhə içindədirlər
Surah Ash-Shura, Verse 14


فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ

Buna görə də sən tövhidə dəvət et və sənə əmr olun­du­ğu ki­mi düz yolla get. Onların nəf­s­lərinin istəyinə uyma və de: “Mən Alla­hın nazil etdiyi Ki­ta­ba iman gətirdim. Mənə sizin aranızda əda­lətli olmaq əmr edilmişdir. Allah bizim də Rəb­bimiz, sizin də Rəb­biniz­dir. Bi­zim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aid­dir. Bizim­lə sizin aranızda müba­hisə edi­ləcək bir şey yoxdur. Allah ha­mımızı bir yerə top­layacaq. Dönüş də yalnız Onadır”
Surah Ash-Shura, Verse 15


وَٱلَّذِينَ يُحَآجُّونَ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ٱسۡتُجِيبَ لَهُۥ حُجَّتُهُمۡ دَاحِضَةٌ عِندَ رَبِّهِمۡ وَعَلَيۡهِمۡ غَضَبٞ وَلَهُمۡ عَذَابٞ شَدِيدٌ

Allahın dəvəti qəbul olun­duqdan sonra Onun barəsində mü­bahi­səyə gi­rişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dün­yada qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab göz­ləyir
Surah Ash-Shura, Verse 16


ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ

Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allah­dır. Nə bilirsən, bəlkə də o Saat (Qiyamət günü) yaxındır
Surah Ash-Shura, Verse 17


يَسۡتَعۡجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِهَاۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشۡفِقُونَ مِنۡهَا وَيَعۡلَمُونَ أَنَّهَا ٱلۡحَقُّۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِي ٱلسَّاعَةِ لَفِي ضَلَٰلِۭ بَعِيدٍ

Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istə­yir­lər. Mö­minlər isə ondan qor­xur və onun həqiqət oldu­ğu­nu bi­lirlər. Şüb­həsiz ki, o Saat barə­sin­də mübahisə edən­lər dərin bir azğınlıq için­də­dirlər
Surah Ash-Shura, Verse 18


ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرۡزُقُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ

Allah Öz qullarına qarşı Lütf­kar­dır. O, istədiyinə ruzi verir. O, Qüvvət­lidir, Qüdrət­lidir
Surah Ash-Shura, Verse 19


مَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلۡأٓخِرَةِ نَزِدۡ لَهُۥ فِي حَرۡثِهِۦۖ وَمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِن نَّصِيبٍ

Biz axirət savabını istə­yənin sa­vabını artırar, dünya qa­zan­cı­nı istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı ol­maz
Surah Ash-Shura, Verse 20


أَمۡ لَهُمۡ شُرَكَـٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ

Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şə­riət qa­nunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz ol­masaydı, ara­la­rındakı iş bitmiş olardı. Həqi­qətən, zalımları ağ­rı­lı-acılı bir əzab gözləyir
Surah Ash-Shura, Verse 21


تَرَى ٱلظَّـٰلِمِينَ مُشۡفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمۡۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فِي رَوۡضَاتِ ٱلۡجَنَّاتِۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ

Zalımların qazandıqları günahlar özlərinə qarşı çevril­dikdə on­ları bunun qorxusun­dan titrəyən görəcəksən. İman gətirib yaxşı iş­lər görənlər isə Cənnət bağlarında məskun­la­şacaqlar. Rəbbinin yanında on­lar üçün istədikləri hər şey ha­zırlanmışdır. Böyük lütf­kar­lıq da elə budur
Surah Ash-Shura, Verse 22


ذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ

İman gətirib yaxşı işlər görən qul­larına Allahın müjdə ver­di­yi nemət bu­dur. De: “Mən sizdən bunun əvəzində qo­hum­luq sev­gisindən başqa bir şey is­təmirəm”. Kim bir yaxşılıq et­sə, onun sa­vabını artırarıq. Hə­qiqətən, Allah Ba­ğışlayan­dır, şükrün əvəzini ve­rəndir
Surah Ash-Shura, Verse 23


أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Yoxsa onlar sənin ba­rən­də: “O, Allaha qarşı yalan uy­durdu”– de­yir­lər?! Əgər Allah istəsə, sənin qəlbinə möhür vu­rar. Allah ba­ti­li silib yox edər və haqqı Öz sözləri ilə bər­qə­rar edər. Şübhəsiz ki, O, köks­lərdə olanları bilir
Surah Ash-Shura, Verse 24


وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ

Qullarının tövbəsini qə­bul edən, günahları bağışlayan və si­zin nə etdi­yi­nizi bilən Odur
Surah Ash-Shura, Verse 25


وَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ

O, iman gətirib yaxşı əməllər edənlərin duasını qə­bul edər və Öz lüt­fünü onlara artı­rar. Kafirlər üçün isə şid­dət­li əzab ha­zır­lan­mışdır
Surah Ash-Shura, Verse 26


۞وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ

Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzün­də həddi aşardılar. Lakin O, istədiyi şeyi qə­də­rincə gön­dərir. Hə­qiqətən, O, Öz qulla­rından Xəbərdardır, Görəndir
Surah Ash-Shura, Verse 27


وَهُوَ ٱلَّذِي يُنَزِّلُ ٱلۡغَيۡثَ مِنۢ بَعۡدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحۡمَتَهُۥۚ وَهُوَ ٱلۡوَلِيُّ ٱلۡحَمِيدُ

İnsanlar ümidlərini kəs­dikdən sonra yağış endirən və Öz mər­hə­mətini hər yana ya­yan Odur. O, Himayəçidir, Tərifə­layiqdir
Surah Ash-Shura, Verse 28


وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun də­lil­lərin­dən­dir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə top­la­ma­ğa qadirdir
Surah Ash-Shura, Verse 29


وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٖ فَبِمَا كَسَبَتۡ أَيۡدِيكُمۡ وَيَعۡفُواْ عَن كَثِيرٖ

Başınıza gələn hər bir mü­sibət öz əllərinizlə qazan­dı­ğı­nız gü­nah­lar üzün­dəndir. Allah günahların çoxunu ba­ğış­layır
Surah Ash-Shura, Verse 30


وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ

Siz yer üzündə Allahdan yaxa qur­tara bilməzsiniz. Allah­dan baş­qa sizin nə bir himayə­çiniz olar, nə də bir kömək­çi­niz
Surah Ash-Shura, Verse 31


وَمِنۡ ءَايَٰتِهِ ٱلۡجَوَارِ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ

Dənizdə dağlar kimi üzən gə­mi­lər də Onun dəlillərin­dən­dir
Surah Ash-Shura, Verse 32


إِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ

Əgər Allah istəsə, küləyi sakit­ləş­dirər, onlar da suyun üzün­də hərə­kət­siz qalarlar. Hə­qiqətən, bunda səbirli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır
Surah Ash-Shura, Verse 33


أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ

Yaxud, gəmidəkilərin qa­zandıqları günahları ucbatın­dan, on­la­rı məhv edər və ya bir çoxunu bağış­layar
Surah Ash-Shura, Verse 34


وَيَعۡلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٖ

Bizim ayələrimiz barə­sində mü­bahisə edənlər özlə­ri üçün heç bir qur­tuluş yeri ol­madığını biləcəklər
Surah Ash-Shura, Verse 35


فَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ

Sizə verilən hər bir şey dünya hə­yatının keçici zövqü­dür. Alla­hın ya­nında olan­lar isə daha xeyirli və daha sü­rəklidir. Bunlar iman gətirib öz Rəb­binə təvəkkül edənlər üçün­dür
Surah Ash-Shura, Verse 36


وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ

O kəslər üçün ki, böyük günah­lardan və çirkin əməl­lərdən çə­kinir, qə­zəbləndikləri zaman xətanı bağışla­yır­lar
Surah Ash-Shura, Verse 37


وَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ

O kəslər üçün ki, Rəb­bi­nin də­və­tini qəbul edir, namaz qılır, iş­ləri­ barə­də öz arala­rın­da məsləhətləşir, onlara verdi­yi­miz ruzi­dən Allah yolunda xərc­lə­yirlər
Surah Ash-Shura, Verse 38


وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلۡبَغۡيُ هُمۡ يَنتَصِرُونَ

O kəslər üçün ki, haq­sız­lığa mə­ruz qaldıqda intiqam alırlar
Surah Ash-Shura, Verse 39


وَجَزَـٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və ba­rış­sa, onun mükafatı Alla­ha aid olar. Həqiqətən, O, za­lımları sev­mir
Surah Ash-Shura, Verse 40


وَلَمَنِ ٱنتَصَرَ بَعۡدَ ظُلۡمِهِۦ فَأُوْلَـٰٓئِكَ مَا عَلَيۡهِم مِّن سَبِيلٍ

Haqsızlığa uğradıqdan sonra qi­sas alanlara heç bir mə­zəm­mət olun­maz
Surah Ash-Shura, Verse 41


إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظۡلِمُونَ ٱلنَّاسَ وَيَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ

Məzəmmət olunmağa an­caq in­san­lara zülm edənlər və yer üzün­də haqsız yerə azğın­lıq edənlər layiqdirlər. Məhz onlar üçün ağ­rılı-acılı əzab var­dır
Surah Ash-Shura, Verse 42


وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنۡ عَزۡمِ ٱلۡأُمُورِ

Hər kim səbir edib ba­ğış­lasa, şüb­həsiz ki, bu məq­sədə uy­ğun işlər­dən­dir
Surah Ash-Shura, Verse 43


وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِيّٖ مِّنۢ بَعۡدِهِۦۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَ يَقُولُونَ هَلۡ إِلَىٰ مَرَدّٖ مِّن سَبِيلٖ

Allah kimi azğınlığa sal­sa, bun­dan sonra onun heç bir hi­ma­yə­çisi ol­maz. Sən za­lım­ları əzabı gördükləri za­man: “Qa­yıt­ma­ğa bir yol yoxdur­mu?”– deyən görəcəksən
Surah Ash-Shura, Verse 44


وَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّـٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ

Cəhənnəm qarşısına gə­ti­rildikləri zaman sən onların zə­lil­lik­dən başlarını aşağı salıb gözucu gizlin-gizlin bax­dıq­la­rını gö­rə­cək­sən. Möminlər de­yəcək­lər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qi­ya­mət günü öz­lə­rini və ailələrini itirən­lərdir”. Həqiqətən, zalımlar da­i­mi əzab içində olacaqlar
Surah Ash-Shura, Verse 45


وَمَا كَانَ لَهُم مِّنۡ أَوۡلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ

Onlara Allahdan başqa kömək edəcək dostlar olma­ya­caq­. Allah ki­mi azğınlığa sal­sa, onun üçün heç bir qur­tuluş yolu ol­maz
Surah Ash-Shura, Verse 46


ٱسۡتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۚ مَا لَكُم مِّن مَّلۡجَإٖ يَوۡمَئِذٖ وَمَا لَكُم مِّن نَّكِيرٖ

Allah tərəfindən qarşısı­alınmaz gün gəlməmişdən əv­vəl Rəb­bini­zin ça­ğırışına ca­vab verin! O gün sizin üçün heç bir sı­ğı­na­caq olma­yacaq və siz gü­nahlarınızı inkar edə bilmə­yə­cəksiniz
Surah Ash-Shura, Verse 47


فَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ

Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nə­zarətçi tə­yin etmə­mi­şik. Sənin vəzifən ancaq təbliğ et­məkdir. Biz insana Öz mərhəməti­miz­dən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə et­dikləri əməllərin ucbatından bir bəd­bəxtlik üz verdikdə isə, in­sa­nın nankor olduğunu görərsən
Surah Ash-Shura, Verse 48


لِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ

Göylərdə və yerdə səl­tənət Alla­hındır. O, istədiyini yara­dır; ki­mə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir
Surah Ash-Shura, Verse 49


أَوۡ يُزَوِّجُهُمۡ ذُكۡرَانٗا وَإِنَٰثٗاۖ وَيَجۡعَلُ مَن يَشَآءُ عَقِيمًاۚ إِنَّهُۥ عَلِيمٞ قَدِيرٞ

Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, is­tə­diyini də sonsuz edir. Hə­qiqətən, O, hər şeyi biləndir, qadirdir
Surah Ash-Shura, Verse 50


۞وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحۡيًا أَوۡ مِن وَرَآيِٕ حِجَابٍ أَوۡ يُرۡسِلَ رَسُولٗا فَيُوحِيَ بِإِذۡنِهِۦ مَا يَشَآءُۚ إِنَّهُۥ عَلِيٌّ حَكِيمٞ

Allah insanla ancaq vəhy­lə və ya pərdə arxasından da­nışır, ya­­xud bir el­çi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqə­tən, O, Ucadır, Hikmət sahibidir
Surah Ash-Shura, Verse 51


وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

Biz sənə Öz əmrimizdən olan Ru­­hu (Quranı) vəhy et­dik. Sən kitab nə­dir, iman nədir bilmirdin. Lakin Biz onu, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Hə­qi­qə­­tən, sən onları doğru yola yönəldirsən –
Surah Ash-Shura, Verse 52


صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ

göylərdə və yerdə olan­ların sahi­bi Allahın yoluna. Şübhə­siz ki, bütün işlər Allaha qa­yıdır
Surah Ash-Shura, Verse 53


Author: Khan Musayev


<< Surah 41
>> Surah 43

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai