Surah Al-Ahqaf Verse 17 - Azerbaijani Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov
Surah Al-Ahqafوَٱلَّذِي قَالَ لِوَٰلِدَيۡهِ أُفّٖ لَّكُمَآ أَتَعِدَانِنِيٓ أَنۡ أُخۡرَجَ وَقَدۡ خَلَتِ ٱلۡقُرُونُ مِن قَبۡلِي وَهُمَا يَسۡتَغِيثَانِ ٱللَّهَ وَيۡلَكَ ءَامِنۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
(Özünü Allaha, axirət gününə iman gətirməyə də’vət edən) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və’d edirsiniz?! – deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: “Vay halına! (Ay yazıq) inan, Allahın və’di haqdır!” – deyərlər. O isə: “Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!” – deyə cavab verər