UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Muhammad - Azerbaijani Translation by Khan Musayev


ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ

Kafirlərin və insanları Alla­hın yo­lundan sapdıranların əməl­lə­­rini Allah puça çıxar­mış­dır
Surah Muhammad, Verse 1


وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَءَامَنُواْ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٖ وَهُوَ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡ كَفَّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَأَصۡلَحَ بَالَهُمۡ

İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən ger­çək hə­qi­qət kimi Mu­həmmədə nazil edilənə inananların isə Allah gü­nah­la­rından keç­miş və onların vəziyyətini yaxşılaş­dır­mışdır
Surah Muhammad, Verse 2


ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُواْ ٱتَّبَعُواْ ٱلۡبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّبَعُواْ ٱلۡحَقَّ مِن رَّبِّهِمۡۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمۡثَٰلَهُمۡ

Bu ona görədir ki, kafir­lər batilə uymuş, iman gəti­rən­lər isə öz Rəb­bin­dən gələn hə­qi­qə­tə bağlanmışlar. Belə­cə, Allah in­sanlara on­lara aid misallar çəkir
Surah Muhammad, Verse 3


فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ

Döyüşdə kafirlərlə qarşı-qarşıya gəl­diyiniz zaman bo­yun­la­rı­nı vurun. Nə­ha­yət, on­ları qırıb zəiflətdikdə əsirlərə bağ­­la­dığınız kən­dirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyə­siz, ya da fid­yə alıb azad edin. Müharibəyə son qo­yula­nadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah is­təsəydi, onlardan dö­yüş­süz də intiqam alar­dı. Lakin O sizi biri-biri­niz­lə sınağa çəkmək üçün belə etdi. Allah Öz yo­lunda öldürülən­lə­rin əməllərini heç vaxt boşa çı­xart­maz
Surah Muhammad, Verse 4


سَيَهۡدِيهِمۡ وَيُصۡلِحُ بَالَهُمۡ

Allah onları doğru yola yönəl­də­cək, onların halını yax­şı­laş­dı­ra­­caq
Surah Muhammad, Verse 5


وَيُدۡخِلُهُمُ ٱلۡجَنَّةَ عَرَّفَهَا لَهُمۡ

və onları özlərinə tanıt­mış olduğu Cənnətə daxil edəcək­
Surah Muhammad, Verse 6


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرۡكُمۡ وَيُثَبِّتۡ أَقۡدَامَكُمۡ

Ey iman gətirənlər! Əgər siz Alla­ha (Onun dininə) kö­mək gös­tər­səniz, O da sizə kö­mək göstərər və ayaq­ları­nızı möh­kəm­lə­dər
Surah Muhammad, Verse 7


وَٱلَّذِينَ كَفَرُواْ فَتَعۡسٗا لَّهُمۡ وَأَضَلَّ أَعۡمَٰلَهُمۡ

Qoy məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxar­dar
Surah Muhammad, Verse 8


ذَٰلِكَ بِأَنَّهُمۡ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ

Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət et­dilər, O da onla­rın əməllərini puça çıxartdı
Surah Muhammad, Verse 9


۞أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ دَمَّرَ ٱللَّهُ عَلَيۡهِمۡۖ وَلِلۡكَٰفِرِينَ أَمۡثَٰلُهَا

Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əv­vəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? Allah on­ları yerli-dib­li yox etmişdir. Kafir­ləri də buna bənzərləri gözlə­yir
Surah Muhammad, Verse 10


ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوۡلَى ٱلَّذِينَ ءَامَنُواْ وَأَنَّ ٱلۡكَٰفِرِينَ لَا مَوۡلَىٰ لَهُمۡ

Bu ona görədir ki, Allah mö­min­lərin Himayəçisidir. Ka­fir­lə­rin isə heç bir himayəçisi yoxdur
Surah Muhammad, Verse 11


إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَٰمُ وَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡ

Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərdə yerləşdirər. Kafirlər isə mü­vəq­qəti ola­raq kef çəkər, heyvan ki­mi yeyib-içərlər. On­ların yeri Oddur
Surah Muhammad, Verse 12


وَكَأَيِّن مِّن قَرۡيَةٍ هِيَ أَشَدُّ قُوَّةٗ مِّن قَرۡيَتِكَ ٱلَّتِيٓ أَخۡرَجَتۡكَ أَهۡلَكۡنَٰهُمۡ فَلَا نَاصِرَ لَهُمۡ

Səni qovub çıxaran məm­ləkətindən daha qüvvətli neçə-ne­çə məmləkət var idi ki, Biz onları məhv etdik və on­lara bir kö­mək edən də olmadı
Surah Muhammad, Verse 13


أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُم

Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə isti­nad edən kim­sə pis əməli özü­nə gözəl gös­tərilən və öz nəfs­lərinə uyan kim­sə­lər kimi ola bi­lər­mi
Surah Muhammad, Verse 14


مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّـٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ

Müttəqilərə vəd olunan Cən­nə­tin vəsfi belədir; orada xa­rab ol­mayan sudan çaylar, dadı dəyişməyən süd­dən çay­lar, içənlərə ləz­zət verən şə­rab­dan çaylar və süzülmüş bal­dan çaylar var­dır. Ora­da onları hər cür meyvə və Rəb­bi tərəfindən bağışlanma göz­lə­yir. Mə­gər on­lar od içində əbədi qalan və ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içir­diləcək kimsələr kimi ola bilər­lər­mi
Surah Muhammad, Verse 15


وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنۡ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مَاذَا قَالَ ءَانِفًاۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡ

Onların arasında səni din­lə­yən­lər də var. Nəhayət sə­nin ya­nın­dan çıxdıq­da özlərinə elm verilmiş kimsələrə is­tehza ilə de­yər­lər: “O, bayaq nə de­yir­di?” Bunlar o kəslərdir ki, Allah onların qəl­binə möhür vurmuş, özləri də nəfs­lərinə tabe ol­muş­lar
Surah Muhammad, Verse 16


وَٱلَّذِينَ ٱهۡتَدَوۡاْ زَادَهُمۡ هُدٗى وَءَاتَىٰهُمۡ تَقۡوَىٰهُمۡ

Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hi­dayətini ar­tırar və on­ları təq­valı olmağa müvəffəq edər
Surah Muhammad, Verse 17


فَهَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗۖ فَقَدۡ جَآءَ أَشۡرَاطُهَاۚ فَأَنَّىٰ لَهُمۡ إِذَا جَآءَتۡهُمۡ ذِكۡرَىٰهُمۡ

Məgər kafirlər o Saatın (Qiyamətin) qəfildən onlara gəlmə­sin­dən başqa bir şeymi göz­ləyirlər? Artıq onun əlamətləri gəl­miş­dir. O Saat on­la­ra gəlib yetiş­diyi za­man ibrət almaları nəyə yara­yar
Surah Muhammad, Verse 18


فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ

Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Sən həm öz günah­la­rının, həm də mö­min kişilərlə mömin qa­dın­ların bağışlan­ma­sını dilə. Allah gə­zib-dolaş­dı­ğınız yeri də, ge­cə­­ləyəcəyiniz məskəni də bilir
Surah Muhammad, Verse 19


وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُواْ لَوۡلَا نُزِّلَتۡ سُورَةٞۖ فَإِذَآ أُنزِلَتۡ سُورَةٞ مُّحۡكَمَةٞ وَذُكِرَ فِيهَا ٱلۡقِتَالُ رَأَيۡتَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يَنظُرُونَ إِلَيۡكَ نَظَرَ ٱلۡمَغۡشِيِّ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَأَوۡلَىٰ لَهُمۡ

Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- de­yirlər. Hök­mü bəlli bir surə na­zil olub orada döyüş yada salı­nan kimi qəl­bində xəstəlik olan­ların sənə ölüm ayağında ba­yı­lan kimsənin ba­xışı ilə bax­dıqlarını gö­rər­sən. Onlar üçün da­ha yaxşı olardı ki
Surah Muhammad, Verse 20


طَاعَةٞ وَقَوۡلٞ مَّعۡرُوفٞۚ فَإِذَا عَزَمَ ٱلۡأَمۡرُ فَلَوۡ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيۡرٗا لَّهُمۡ

itaət etsinlər və xoş söz söy­ləsin­lər. Cihada qəti əmr ve­rildiyi za­man Allaha sadiq qal­saydılar, əlbəttə ki, on­lar üçün daha yaxşı olar­dı
Surah Muhammad, Verse 21


فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ

Əgər haqdan üz çevir­sə­niz, ola bil­sin ki, yer üzündə fitnə-fə­sad törə­də­si­niz və qo­humluq əlaqələrini kəsə­siniz
Surah Muhammad, Verse 22


أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ

Onlar Allahın lənətlə­di­yi, qulaq­larını kar, gözlərini də kor et­diyi kimsə­lərdir
Surah Muhammad, Verse 23


أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ

Məgər onlar Quran haq­qında dü­şünmürlərmi? Yoxsa qəlb­lə­ri qıfıllıdır
Surah Muhammad, Verse 24


إِنَّ ٱلَّذِينَ ٱرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَٰرِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَى ٱلشَّيۡطَٰنُ سَوَّلَ لَهُمۡ وَأَمۡلَىٰ لَهُمۡ

Hidayət yolunu tanıdıq­dan sonra haqdan dönüb geriyə üz tu­tanlara şeytan günah iş­ləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi
Surah Muhammad, Verse 25


ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمۡ فِي بَعۡضِ ٱلۡأَمۡرِۖ وَٱللَّهُ يَعۡلَمُ إِسۡرَارَهُمۡ

Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edən­lə­rə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sir­lərini bilir
Surah Muhammad, Verse 26


فَكَيۡفَ إِذَا تَوَفَّتۡهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ

Bəs mələklər onların üz­lərinə və arxalarına vura-vura can­la­rını alanda onların halı necə olacaq
Surah Muhammad, Verse 27


ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسۡخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضۡوَٰنَهُۥ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ

Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şe­yə uy­dular və Onun razı qal­dığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllə­rini boşa çıxartdı
Surah Muhammad, Verse 28


أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ

Yoxsa qəlblərində xəs­tə­lik olan­lar elə hesab edirdilər ki, Allah onların kin-küdurə­tini üzə çıxarmayacaq
Surah Muhammad, Verse 29


وَلَوۡ نَشَآءُ لَأَرَيۡنَٰكَهُمۡ فَلَعَرَفۡتَهُم بِسِيمَٰهُمۡۚ وَلَتَعۡرِفَنَّهُمۡ فِي لَحۡنِ ٱلۡقَوۡلِۚ وَٱللَّهُ يَعۡلَمُ أَعۡمَٰلَكُمۡ

Əgər Biz istəsəydik, on­ları sənə göstərərdik, sən də onları üz­lərin­dəki əlamət­lər­dən tanıyardın. Sən onları da­nışıq tərz­lə­rin­dən mütləq tanıyacaq­san. Allah sizin əməllərinizi bilir
Surah Muhammad, Verse 30


وَلَنَبۡلُوَنَّكُمۡ حَتَّىٰ نَعۡلَمَ ٱلۡمُجَٰهِدِينَ مِنكُمۡ وَٱلصَّـٰبِرِينَ وَنَبۡلُوَاْ أَخۡبَارَكُمۡ

Biz aranızdakı mücahid­ləri və sə­bir edənləri ayırd edib üzə çı­xar­maq üçün sizi mütləq sınayacaq və barə­niz­dəki xə­bər­ləri də yox­layaca­ğıq
Surah Muhammad, Verse 31


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗا وَسَيُحۡبِطُ أَعۡمَٰلَهُمۡ

Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sap­dı­ran­lar və hidayət yolunu ta­nı­dıqdan sonra Peyğəmbərə qar­şı çıxanlar Alla­ha heç bir zərər vura bilməzlər. Allah onların bü­tün əməl­ləri­ni pu­ça çıxa­ra­caq­
Surah Muhammad, Verse 32


۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبۡطِلُوٓاْ أَعۡمَٰلَكُمۡ

Ey iman gətirənlər! Alla­ha və Pey­ğəmbərə itaət edin və əməl­lərinizi puç etməyin
Surah Muhammad, Verse 33


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُواْ وَهُمۡ كُفَّارٞ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡ

Şübhəsiz ki, kafir olan­ları, insan­ları Allah yolundan sap­dı­ran­ları, sonra da kafir ki­mi ölənləri, Allah heç vaxt ba­ğış­la­ma­ya­caq­
Surah Muhammad, Verse 34


فَلَا تَهِنُواْ وَتَدۡعُوٓاْ إِلَى ٱلسَّلۡمِ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ وَٱللَّهُ مَعَكُمۡ وَلَن يَتِرَكُمۡ أَعۡمَٰلَكُمۡ

Siz də cihadda zəiflik gös­tər­mə­yin və üstün olduğu­nuz hal­da kafirləri sül­hə ça­ğır­ma­yın! Allah sizinlədir. O si­zin əməllərinizi əs­la əskiltməz
Surah Muhammad, Verse 35


إِنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ يُؤۡتِكُمۡ أُجُورَكُمۡ وَلَا يَسۡـَٔلۡكُمۡ أَمۡوَٰلَكُمۡ

Həqiqətən, dünya həya­tı oyun və əyləncədən başqa bir şey de­yil. Əgər iman gə­tirib Allahdan qorxsanız, O sizə mü­ka­fat­la­rı­nızı verər və siz­dən mal-dövlətinizi istəməz
Surah Muhammad, Verse 36


إِن يَسۡـَٔلۡكُمُوهَا فَيُحۡفِكُمۡ تَبۡخَلُواْ وَيُخۡرِجۡ أَضۡغَٰنَكُمۡ

Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi hal­da, siz xə­sislik gös­tərsəniz, O, kin-küdurətinizi üzə çıxardar
Surah Muhammad, Verse 37


هَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم

Budur, siz Allah yolun­da malı­nız­dan xərcləməyə də­vət edi­lir­siniz. Ara­nızda isə xəsislik edənlər də tapılır. Kim xəsislik etsə, an­caq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsə­niz, yerinizə sizin ta­yı­nız ol­mayan başqa insanlar gə­ti­rər
Surah Muhammad, Verse 38


Author: Khan Musayev


<< Surah 46
>> Surah 48

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai