Surah Al-Fath Verse 15 - Azerbaijani Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov
Surah Al-Fathسَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا
Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir