UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Anaam - Azerbaijani Translation by Khan Musayev


ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ يَعۡدِلُونَ

Həmd, göyləri və yeri yaradan, zül­mət­lə­ri və nuru var edən Allaha məxsusdur! Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də bütləri öz Rəb­binə tay tuturlar
Surah Al-Anaam, Verse 1


هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن طِينٖ ثُمَّ قَضَىٰٓ أَجَلٗاۖ وَأَجَلٞ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمۡ تَمۡتَرُونَ

Sizi palçıqdan yaradan, son­ra da əcəlinizi təyin edən Odur. Onun yanın­da Qiya­mət gü­nü üçün də bəlli bir əcəl var­dır. Bunu bildikdən sonra siz ye­nə də şübhə edir­siniz
Surah Al-Anaam, Verse 2


وَهُوَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَفِي ٱلۡأَرۡضِ يَعۡلَمُ سِرَّكُمۡ وَجَهۡرَكُمۡ وَيَعۡلَمُ مَا تَكۡسِبُونَ

O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allah­dır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qa­zanacağınızı da bi­lir
Surah Al-Anaam, Verse 3


وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ

Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çe­vir­məsinlər
Surah Al-Anaam, Verse 4


فَقَدۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَسَوۡفَ يَأۡتِيهِمۡ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza et­dik­lə­ri şe­yin xəbəri onlara tezliklə ça­ta­caqdır
Surah Al-Anaam, Verse 5


أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ مَّكَّنَّـٰهُمۡ فِي ٱلۡأَرۡضِ مَا لَمۡ نُمَكِّن لَّكُمۡ وَأَرۡسَلۡنَا ٱلسَّمَآءَ عَلَيۡهِم مِّدۡرَارٗا وَجَعَلۡنَا ٱلۡأَنۡهَٰرَ تَجۡرِي مِن تَحۡتِهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ

Məgər onlar özlərindən əv­vəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­­mi­zi gör­mədilərmi? Biz onlara yer üzündə sizə ver­mə­diyimiz im­kan­ları vermiş­dik. On­ların üzə­rinə göydən bol-bol yağış yağ­dır­mış və ev­lərinin al­tından çaylar axıt­mışdıq. Biz onları günahlarına görə hə­lak etdik və onlardan sonra başqa nə­sil­lər yaratdıq
Surah Al-Anaam, Verse 6


وَلَوۡ نَزَّلۡنَا عَلَيۡكَ كِتَٰبٗا فِي قِرۡطَاسٖ فَلَمَسُوهُ بِأَيۡدِيهِمۡ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ

Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey de­yil­!”– deyərdilər
Surah Al-Anaam, Verse 7


وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ مَلَكٞۖ وَلَوۡ أَنزَلۡنَا مَلَكٗا لَّقُضِيَ ٱلۡأَمۡرُ ثُمَّ لَا يُنظَرُونَ

Onlar: “Nə üçün ona mə­lək endi­ril­məyib?”– dedilər. Əgər biz mələk en­dirsəydik, iş bit­miş olar­dı, onlara isə möh­lət ve­ril­məz­di
Surah Al-Anaam, Verse 8


وَلَوۡ جَعَلۡنَٰهُ مَلَكٗا لَّجَعَلۡنَٰهُ رَجُلٗا وَلَلَبَسۡنَا عَلَيۡهِم مَّا يَلۡبِسُونَ

Əgər biz onu mələk et­səy­­­dik, əl­bət­tə, onu kişi edərdik və on­la­rı bir daha düşdükləri şüb­hə­yə salardıq
Surah Al-Anaam, Verse 9


وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Əlbəttə, səndən əvvəlki el­çilərə də istehza edilmişdi. Am­ma istehza edən­­ləri, məsxə­rə­yə qoy­duqları şey hər tərəf­dən bürüdü
Surah Al-Anaam, Verse 10


قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ ثُمَّ ٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ

De: “Yer üzündə gəzib do­laşın və görün haqqı yalan sayan­la­rın aqibəti ne­cə oldu”
Surah Al-Anaam, Verse 11


قُل لِّمَن مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُل لِّلَّهِۚ كَتَبَ عَلَىٰ نَفۡسِهِ ٱلرَّحۡمَةَۚ لَيَجۡمَعَنَّكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِۚ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ

De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Alla­ha məx­sus­dur!” Allah Özü­­nə rəhmli olmağı yaz­mış­­­dır. Gə­­lə­cə­yinə şübhə edilməyən Qiya­mət günündə sizi O top­la­­yacaqdır. Öz­lə­ri­ni zi­yana uğ­ra­danlar iman gətir­məz­lər
Surah Al-Anaam, Verse 12


۞وَلَهُۥ مَا سَكَنَ فِي ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Gecə və gündüzdə sü­kunət için­də olanların ha­mısı Ona məx­susdur. O, Eşidəndir, Bi­ləndir
Surah Al-Anaam, Verse 13


قُلۡ أَغَيۡرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيّٗا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَهُوَ يُطۡعِمُ وَلَا يُطۡعَمُۗ قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَكُونَ أَوَّلَ مَنۡ أَسۡلَمَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ

De: “Mən göyləri və ye­ri Yara­dan Allahdan başqa­sı­nımı dost tuta­ca­ğam? O, ha­mı­nı yedi­rir, Özünü isə heç kəs ye­dirmir”. De: “Mənə Allaha təs­lim olanla­rın birincisi olmaq əmr edildi”. Odur ki, sən müş­riklər­dən olma
Surah Al-Anaam, Verse 14


قُلۡ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ

De: “Əzəmətli günün əza­bın­dan qorx­duğum üçün Rəb­bimə asi ol­ma­ram”
Surah Al-Anaam, Verse 15


مَّن يُصۡرَفۡ عَنۡهُ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمَهُۥۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ

O gün kim bu əzabdan qurtularsa, Allah ona rəhm et­miş­dir. Bu, açıq-aydın uğur­dur
Surah Al-Anaam, Verse 16


وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يَمۡسَسۡكَ بِخَيۡرٖ فَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

Əgər Allah sənə bir zə­rər vur­maq istəsə, bunun qarşı­sını On­dan baş­qa heç kəs ala bil­məz. Əgər sənə bir xe­yir to­xundursa, heç kəs Ona mane ola bil­məz. O, hər şeyə qa­dirdir
Surah Al-Anaam, Verse 17


وَهُوَ ٱلۡقَاهِرُ فَوۡقَ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ

O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O, Hikmət sahibidir, hər şeydən Xə­bərdardır
Surah Al-Anaam, Verse 18


قُلۡ أَيُّ شَيۡءٍ أَكۡبَرُ شَهَٰدَةٗۖ قُلِ ٱللَّهُۖ شَهِيدُۢ بَيۡنِي وَبَيۡنَكُمۡۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا ٱلۡقُرۡءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَۚ أَئِنَّكُمۡ لَتَشۡهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخۡرَىٰۚ قُل لَّآ أَشۡهَدُۚ قُلۡ إِنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ وَإِنَّنِي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ

De: “Kimin şahidliyi da­ha böyük­dür?” De: “Allah mə­nimlə sizin ara­nız­da Şahiddir. Bu Quran mənə vəhy olun­du ki, onunla si­zi və onun çata­ca­ğı hər kəsi xəbər­dar edim. Mə­gər siz Allah­la ya­naşı ibadətə la­yiq olan başqa məbud­ların oldu­­ğu­na şa­hidlik edir­si­niz?” De: “Mən şa­hidlik et­mirəm!” De: “O, Tək olan İlahdır. Mən si­zin şərik qoş­duqla­rınızdan uza­ğam”
Surah Al-Anaam, Verse 19


ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمُۘ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ

Özlərinə Kitab verdiyi­miz kəslər Muhəmmədi öz oğul­larını tanı­dıq­ları ki­mi tanı­yır­lar. Özlərini ziyana uğradan­lar iman gə­tir­məzlər
Surah Al-Anaam, Verse 20


وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ

Allaha qarşı yalan uy­du­­ran və ya Onun ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, zalımlar nicat tapmaya­caq­lar
Surah Al-Anaam, Verse 21


وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُوٓاْ أَيۡنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ

O gün onların hamısını bir yerə top­layacaq, sonra isə şə­rik qo­şanlara deyə­cəyik: “İd­dia etdi­yiniz şərikləriniz hara­dadır?”
Surah Al-Anaam, Verse 22


ثُمَّ لَمۡ تَكُن فِتۡنَتُهُمۡ إِلَّآ أَن قَالُواْ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشۡرِكِينَ

Sonra onların: “Allaha – Rəb­bi­mi­zə and olsun ki, biz müş­rik olma­mış­dıq!”– demə­lərindən başqa bir bəhanə­ləri qal­ma­ya­caq
Surah Al-Anaam, Verse 23


ٱنظُرۡ كَيۡفَ كَذَبُواْ عَلَىٰٓ أَنفُسِهِمۡۚ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ

Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydur­duq­ları bütlər isə onlar­dan uzaqlaşıb yox olacaqlar
Surah Al-Anaam, Verse 24


وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَۖ وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَاۖ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ

Aralarında səni dinlə­yənlər də vardır. Quranı anla­masın­lar deyə onla­rın qəlblə­rinə pərdə çək­dik, qulaq­la­rı­na da tıxac vurduq. Onlar istə­ni­lən ayə­ni görsələr belə, yenə də ona inan­maz­lar. Hətta sə­nin ya­nına gəldikdə sə­ninlə mü­ba­hisə edir­lər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əf­sanələ­rin­dən baş­­qa bir şey deyildir”– de­yər­lər
Surah Al-Anaam, Verse 25


وَهُمۡ يَنۡهَوۡنَ عَنۡهُ وَيَنۡـَٔوۡنَ عَنۡهُۖ وَإِن يُهۡلِكُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ

Onlar həm insanları haq­­dan uzaq­laşdırır, həm də öz­lə­ri on­dan uzaq­la­şır­lar. Onlar ancaq özlərini həlak edir və bunu hiss et­mirlər
Surah Al-Anaam, Verse 26


وَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَى ٱلنَّارِ فَقَالُواْ يَٰلَيۡتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

Odun üzərində dayan­dı­­rıl­dıqları vaxt onların: “Kaş ki, bizi dünya­ya qay­taraydılar! Onda biz Rəbbimizin ayə­lə­rini yalan say­mayıb möminlərdən olar­dıq”– dediklərini görəy­din
Surah Al-Anaam, Verse 27


بَلۡ بَدَا لَهُم مَّا كَانُواْ يُخۡفُونَ مِن قَبۡلُۖ وَلَوۡ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنۡهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ

Xeyr! Əvvəllər gizlət­dik­­­ləri günah­lar onlara aşkar oldu. Əgər onlar geri qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş şeylərə qayıdardılar. Şüb­hə­siz ki, onlar yalançı­dır­lar
Surah Al-Anaam, Verse 28


وَقَالُوٓاْ إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ

Onlar dedilər: “Dünya hə­ya­tı­mızdan başqa bir həyat yox­dur və biz diril­dilmə­yə­cə­yik!”
Surah Al-Anaam, Verse 29


وَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَىٰ رَبِّهِمۡۚ قَالَ أَلَيۡسَ هَٰذَا بِٱلۡحَقِّۚ قَالُواْ بَلَىٰ وَرَبِّنَاۚ قَالَ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ

Onları Rəbbinin qarşı­sın­da da­yan­dırılarkən bircə gö­rəydin! Allah on­lara de­yəcək­: “Məgər bu dirilmə həqi­qət de­yil­mi?” On­lar: “Əlbəttə, Rəb­­bi­mizə and olsun ki, bu həqi­qət­dir!”– deyə­­cək­lər. O buyu­ra­caq­: “Elə isə inkar etdi­yi­nizə görə dadın əzabı!”
Surah Al-Anaam, Verse 30


قَدۡ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمُ ٱلسَّاعَةُ بَغۡتَةٗ قَالُواْ يَٰحَسۡرَتَنَا عَلَىٰ مَا فَرَّطۡنَا فِيهَا وَهُمۡ يَحۡمِلُونَ أَوۡزَارَهُمۡ عَلَىٰ ظُهُورِهِمۡۚ أَلَا سَآءَ مَا يَزِرُونَ

Allah ilə qarşılaşmağı ya­­lan sa­yanlar artıq ziyana uğ­ramış­lar. O Saat onları qəf­lə­tən haqla­dıqda onlar öz gü­nah yükləri­ni bel­lərində daşıyaraq de­yəcəklər: “Dünyada burax­dığımız əməl­lərə gö­rə vay ha­lımıza!” Onların daşı­dıqları şey necə də pisdir
Surah Al-Anaam, Verse 31


وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَعِبٞ وَلَهۡوٞۖ وَلَلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ

Dünya həyatı oyun və əy­lən­cə­dən başqa bir şey de­yil. Müt­təqilər üçün isə axi­rət yurdu daha xeyirlidir. Mə­gər anlamır­sı­nız
Surah Al-Anaam, Verse 32


قَدۡ نَعۡلَمُ إِنَّهُۥ لَيَحۡزُنُكَ ٱلَّذِي يَقُولُونَۖ فَإِنَّهُمۡ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ ٱلظَّـٰلِمِينَ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ

Biz bilirik ki, onların de­dikləri sə­ni kədərləndirir. Əs­lində onlar səni ya­lançı hesab etmirlər. Lakin zalımlar Alla­­hın ayələrini inadla inkar edirlər
Surah Al-Anaam, Verse 33


وَلَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَ فَصَبَرُواْ عَلَىٰ مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّىٰٓ أَتَىٰهُمۡ نَصۡرُنَاۚ وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ وَلَقَدۡ جَآءَكَ مِن نَّبَإِيْ ٱلۡمُرۡسَلِينَ

Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bi­zim köməyimiz on­lara gələ­nə­dək ya­lançı sayılmalarına və on­lara əziy­yət verilməsinə sə­bir et­dilər. Heç kəs Allahın kəl­mələrini də­yi­şə bil­məz. Artıq peyğəmbərlərə aid bə­zi xə­bər­lər sənə gəlib çatdı
Surah Al-Anaam, Verse 34


وَإِن كَانَ كَبُرَ عَلَيۡكَ إِعۡرَاضُهُمۡ فَإِنِ ٱسۡتَطَعۡتَ أَن تَبۡتَغِيَ نَفَقٗا فِي ٱلۡأَرۡضِ أَوۡ سُلَّمٗا فِي ٱلسَّمَآءِ فَتَأۡتِيَهُم بِـَٔايَةٖۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمۡ عَلَى ٱلۡهُدَىٰۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡجَٰهِلِينَ

Əgər onların haqdan üz döndər­məsi sənə ağır gəlirsə, on­da ba­carır­san­sa yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcə­yin bir nərdivan tap ki, onlara bir möcüzə gətirə­sən. Əgər Allah istə­səy­di on­ları top­layıb doğru yola yö­nəl­dərdi. Elə isə cahillər­dən ol­ma
Surah Al-Anaam, Verse 35


۞إِنَّمَا يَسۡتَجِيبُ ٱلَّذِينَ يَسۡمَعُونَۘ وَٱلۡمَوۡتَىٰ يَبۡعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيۡهِ يُرۡجَعُونَ

Sənin çağırışını ancaq sə­mimi qəlb­dən din­­ləyənlər qəbul edər. Ölü­lərə gəl­dik­də isə, Allah onları di­rildəcək, son­ra da on­lar Onun hü­zuruna qayta­rıla­caqlar
Surah Al-Anaam, Verse 36


وَقَالُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةٗ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

Kafirlər dedilər: “Niyə ona Rəb­bin­dən bir möcüzə en­diril­mə­yib?” De: “Şüb­hə­siz ki, Allah möcüzə endirməyə qa­­dir­dir. La­­kin onların çoxu bunu bil­mir”
Surah Al-Anaam, Verse 37


وَمَا مِن دَآبَّةٖ فِي ٱلۡأَرۡضِ وَلَا طَـٰٓئِرٖ يَطِيرُ بِجَنَاحَيۡهِ إِلَّآ أُمَمٌ أَمۡثَالُكُمۚ مَّا فَرَّطۡنَا فِي ٱلۡكِتَٰبِ مِن شَيۡءٖۚ ثُمَّ إِلَىٰ رَبِّهِمۡ يُحۡشَرُونَ

Yer üzündə gəzən hey­van­ların və göydə uçan ikiqa­nadlı quşların ha­mısı sizin ki­mi üm­mətlərdir. Biz Kitab­da heç bir şeyi nəzərdən qaçır­ma­dıq. Sonra on­lar Rəbbinin hü­zuruna top­la­na­caq­lar
Surah Al-Anaam, Verse 38


وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا صُمّٞ وَبُكۡمٞ فِي ٱلظُّلُمَٰتِۗ مَن يَشَإِ ٱللَّهُ يُضۡلِلۡهُ وَمَن يَشَأۡ يَجۡعَلۡهُ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

Ayələrimizi yalan sa­yan­lar qa­ran­lıqlar içində qalmış kar­lar və lallardır. Allah istədi­yini az­dırar, istədiyini isə düz yola yö­nəl­dər
Surah Al-Anaam, Verse 39


قُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ أَوۡ أَتَتۡكُمُ ٱلسَّاعَةُ أَغَيۡرَ ٱللَّهِ تَدۡعُونَ إِن كُنتُمۡ صَٰدِقِينَ

De: “Doğru danı­şan­lar­sı­­nızsa, de­yin görüm, əgər sizə Alla­hın əzabı gəlsə və ya hə­min Saat sizi haqlasa, Allah­dan baş­qa­sı­nı­mı çağıra­caqsı­nız?”
Surah Al-Anaam, Verse 40


بَلۡ إِيَّاهُ تَدۡعُونَ فَيَكۡشِفُ مَا تَدۡعُونَ إِلَيۡهِ إِن شَآءَ وَتَنسَوۡنَ مَا تُشۡرِكُونَ

Xeyr! Siz yalnız Onu ça­ğı­racaq­sı­nız. Əgər Allah istəsə, Ona uzaqlaşdır­ması haqqında yal­var­dığınız bəlanı ara­dan qal­dı­rar və şə­rik qoşduğunuz şey­lə­ri unu­dar­sınız
Surah Al-Anaam, Verse 41


وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَأَخَذۡنَٰهُم بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَتَضَرَّعُونَ

Səndən əvvəl də üm­mət­lərə elçilər göndərmişdik. Biz o üm­mətləri sıxın­tıya və xəs­təliyə dü­çar etdik ki, bəlkə boyun əyə­lər
Surah Al-Anaam, Verse 42


فَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ

Nə üçün əzabımız on­la­ra gəldiyi zaman boyun əy­mə­dilər? On­ların qəlb­ləri sərt­ləş­di, şeytan da onlara etdikləri əməlləri gözəl­ gösdərdi
Surah Al-Anaam, Verse 43


فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦ فَتَحۡنَا عَلَيۡهِمۡ أَبۡوَٰبَ كُلِّ شَيۡءٍ حَتَّىٰٓ إِذَا فَرِحُواْ بِمَآ أُوتُوٓاْ أَخَذۡنَٰهُم بَغۡتَةٗ فَإِذَا هُم مُّبۡلِسُونَ

Onlar özlərinə edilmiş xə­bər­dar­lı­ğı unutduqları zaman hər şeyin qapı­la­rını onların üzünə açdıq. Özlərinə ve­ri­lən şeylərə se­vindikləri vaxt isə on­ları qəf­lə­tən yaxaladıq və onlar naümid qal­­dılar
Surah Al-Anaam, Verse 44


فَقُطِعَ دَابِرُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ ظَلَمُواْۚ وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ

Beləliklə də zalım qöv­mün kökü kə­sildi. Həmd, aləm­lə­rin Rəbbi Allaha məxsudur
Surah Al-Anaam, Verse 45


قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَخَذَ ٱللَّهُ سَمۡعَكُمۡ وَأَبۡصَٰرَكُمۡ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِهِۗ ٱنظُرۡ كَيۡفَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ ثُمَّ هُمۡ يَصۡدِفُونَ

De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və gör­mə qa­­bi­liy­yə­tinizi əli­­nizdən al­sa, qəlb­­lərinizə mö­hür vur­sa, Allah­dan başqa hansı məbud on­ları si­zə qay­tara bilər?” Bax gör, Biz ayələri ne­cə izah edi­rik, sonra onlar ye­nə üz çe­vi­rirlər
Surah Al-Anaam, Verse 46


قُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ بَغۡتَةً أَوۡ جَهۡرَةً هَلۡ يُهۡلَكُ إِلَّا ٱلۡقَوۡمُ ٱلظَّـٰلِمُونَ

De: “Bir deyin görək, əgər Alla­hın əzabı sizə qəflə­tən və ya açıq-açığı­na gəlsə, zalım qövmdən başqası hə­lak edi­lər­mi?”
Surah Al-Anaam, Verse 47


وَمَا نُرۡسِلُ ٱلۡمُرۡسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۖ فَمَنۡ ءَامَنَ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ

Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi gön­dəririk. İman gətirib əməllə­rini islah edənlərin heç bir qorxu­su yoxdur və onlar kə­dər­lənməyə­cəklər
Surah Al-Anaam, Verse 48


وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا يَمَسُّهُمُ ٱلۡعَذَابُ بِمَا كَانُواْ يَفۡسُقُونَ

Ayələrimizi yalan sa­yan­­lara isə günah işlətdiklərinə gö­rə əzab toxu­na­caqdır
Surah Al-Anaam, Verse 49


قُل لَّآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ لَكُمۡ إِنِّي مَلَكٌۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّۚ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُۚ أَفَلَا تَتَفَكَّرُونَ

De: “Mən sizə demirəm ki, Alla­hın xəzinələri mənim ya­nım­dadır. Mən qeybi də bil­mirəm. Mən sizə demirəm ki, mən mə­lə­­yəm. Mən yalnız mə­nə vəhy olu­nana tabe olu­ram”. De: “Mə­gər korla görən eyni ola bilərmi? Məgər düşün­mür­sünüz?”
Surah Al-Anaam, Verse 50


وَأَنذِرۡ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحۡشَرُوٓاْ إِلَىٰ رَبِّهِمۡ لَيۡسَ لَهُم مِّن دُونِهِۦ وَلِيّٞ وَلَا شَفِيعٞ لَّعَلَّهُمۡ يَتَّقُونَ

Rəbbinin hüzuruna top­la­na­caq­larından qorxanları xə­bər­dar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə pis əməl­­lərdən çə­kinələr
Surah Al-Anaam, Verse 51


وَلَا تَطۡرُدِ ٱلَّذِينَ يَدۡعُونَ رَبَّهُم بِٱلۡغَدَوٰةِ وَٱلۡعَشِيِّ يُرِيدُونَ وَجۡهَهُۥۖ مَا عَلَيۡكَ مِنۡ حِسَابِهِم مِّن شَيۡءٖ وَمَا مِنۡ حِسَابِكَ عَلَيۡهِم مِّن شَيۡءٖ فَتَطۡرُدَهُمۡ فَتَكُونَ مِنَ ٱلظَّـٰلِمِينَ

Rəbbinin Üzünü diləyə­rək səhər və axşam çağı Ona dua edən­ləri ya­nın­dan qovma. Nə sən onların verəcəkləri he­sa­bata az­ca da olsa cavab­deh­sən, nə də onlar sənin verə­cəyin hesabatına az­ca da olsa ca­vab­dehdirlər. On­ları qov­san, za­lım­lardan olarsan
Surah Al-Anaam, Verse 52


وَكَذَٰلِكَ فَتَنَّا بَعۡضَهُم بِبَعۡضٖ لِّيَقُولُوٓاْ أَهَـٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيۡهِم مِّنۢ بَيۡنِنَآۗ أَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِٱلشَّـٰكِرِينَ

Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar de­sinlər: “Mə­gər Allah bizim ara­mızdan ancaq bun­la­ra lütf gös­tər­mişdir?” Allah şü­­kür edən­ləri daha yaxşı tanı­yan de­yil­­mi
Surah Al-Anaam, Verse 53


وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِـَٔايَٰتِنَا فَقُلۡ سَلَٰمٌ عَلَيۡكُمۡۖ كَتَبَ رَبُّكُمۡ عَلَىٰ نَفۡسِهِ ٱلرَّحۡمَةَ أَنَّهُۥ مَنۡ عَمِلَ مِنكُمۡ سُوٓءَۢا بِجَهَٰلَةٖ ثُمَّ تَابَ مِنۢ بَعۡدِهِۦ وَأَصۡلَحَ فَأَنَّهُۥ غَفُورٞ رَّحِيمٞ

Ayələrimizə iman gəti­rən­lər sə­nin yanına gəldikdə onlara de: “Sizə sa­lam olsun! Rəbbiniz Özünə rəhmli ol­mağı əzəldən yaz­mış­dır; sizlərdən hər kəs avam­lığı üzündən pis iş görsə, son­ra töv­bə edib əməl­lə­rini islah etsə, Allah onu ba­ğış­layar. Həqiqətən, O, Ba­ğış­la­yan­dır, Rəhmlidir”
Surah Al-Anaam, Verse 54


وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ وَلِتَسۡتَبِينَ سَبِيلُ ٱلۡمُجۡرِمِينَ

Günahkarların tutduğu yo­lun ay­dınlaşdırılması üçün Biz ayə­lərimizi be­ləcə bir-bir izah edirik
Surah Al-Anaam, Verse 55


قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۚ قُل لَّآ أَتَّبِعُ أَهۡوَآءَكُمۡ قَدۡ ضَلَلۡتُ إِذٗا وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُهۡتَدِينَ

De: “Allahdan başqa yal­var­dıq­larınıza ibadət etmək mə­nə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin is­təklə­rinə uy­ma­ram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəl­miş­­lər­dən olmaram”
Surah Al-Anaam, Verse 56


قُلۡ إِنِّي عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَكَذَّبۡتُم بِهِۦۚ مَا عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦٓۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ يَقُصُّ ٱلۡحَقَّۖ وَهُوَ خَيۡرُ ٱلۡفَٰصِلِينَ

De: “Mən Rəbbimdən na­zil olan açıq-aydın bir dəlilə əsasla­nı­ram. Siz isə onu yalan saydınız. Sizin səbir­siz­lik­lə can atdığınız əzab məndə deyildir. Hökm yal­nız Allaha məxsus­dur. Allah haqqı söy­ləyir və O, ayırd edənlərin ən yaxşısıdır”
Surah Al-Anaam, Verse 57


قُل لَّوۡ أَنَّ عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦ لَقُضِيَ ٱلۡأَمۡرُ بَيۡنِي وَبَيۡنَكُمۡۗ وَٱللَّهُ أَعۡلَمُ بِٱلظَّـٰلِمِينَ

De: “Əgər səbirsizliklə can atdı­ğı­nız əzab mənim əlim­də ol­saydı, əlbət­tə, mənimlə si­zin ara­nızda iş bitmiş olar­dı. Allah za­lımları daha yaxşı ta­nıyır”
Surah Al-Anaam, Verse 58


۞وَعِندَهُۥ مَفَاتِحُ ٱلۡغَيۡبِ لَا يَعۡلَمُهَآ إِلَّا هُوَۚ وَيَعۡلَمُ مَا فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۚ وَمَا تَسۡقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعۡلَمُهَا وَلَا حَبَّةٖ فِي ظُلُمَٰتِ ٱلۡأَرۡضِ وَلَا رَطۡبٖ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ

Qeybin açarları Onun ya­nında­dır, Onları yalnız O bilir. O, quruda və də­nizdə nə­lər ol­duğunu bilir. Onun xə­bəri ol­madan ye­rə düşən bir yarpaq be­lə yoxdur. Yerin qaranlıq­la­rında elə bir to­xum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məh­fuzda) olmasın
Surah Al-Anaam, Verse 59


وَهُوَ ٱلَّذِي يَتَوَفَّىٰكُم بِٱلَّيۡلِ وَيَعۡلَمُ مَا جَرَحۡتُم بِٱلنَّهَارِ ثُمَّ يَبۡعَثُكُمۡ فِيهِ لِيُقۡضَىٰٓ أَجَلٞ مُّسَمّٗىۖ ثُمَّ إِلَيۡهِ مَرۡجِعُكُمۡ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

Gecələr sizi yatızdıran, gün­düz­lər isə nələr etdiyinizi bilən Odur. Son­ra O, sizi sə­hər­lər oya­dır ki, müəyyən olun­muş əcə­liniz gəlib çatsın. Son­ra isə dönü­şünüz Ona ola­caq. O, nə etdiklə­ri­niz ba­rədə sizə xəbər verəcək­dir
Surah Al-Anaam, Verse 60


وَهُوَ ٱلۡقَاهِرُ فَوۡقَ عِبَادِهِۦۖ وَيُرۡسِلُ عَلَيۡكُمۡ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ تَوَفَّتۡهُ رُسُلُنَا وَهُمۡ لَا يُفَرِّطُونَ

O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O sizə gö­zətçi mə­ləklər gön­də­rir. Nəha­yət sizlərdən biri­nə ölüm gəl­di­yi za­man elçilə­ri­miz mələk­­lər onun ca­nı­nı alır­lar və heç bir səhvə yol ver­mir­lər
Surah Al-Anaam, Verse 61


ثُمَّ رُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوۡلَىٰهُمُ ٱلۡحَقِّۚ أَلَا لَهُ ٱلۡحُكۡمُ وَهُوَ أَسۡرَعُ ٱلۡحَٰسِبِينَ

Sonra onlar öz­lə­rinin hə­qiqi Hi­mayədarı olan Allaha qayta­rılacaq­lar. Hökm yalnız Ona məx­susdur və O, ən tez haqq-hesab çəkən­dir
Surah Al-Anaam, Verse 62


قُلۡ مَن يُنَجِّيكُم مِّن ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ تَدۡعُونَهُۥ تَضَرُّعٗا وَخُفۡيَةٗ لَّئِنۡ أَنجَىٰنَا مِنۡ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əl­bət­tə ki, şü­kür edənlərdən olarıq”– deyə yal­var­dı­ğınız za­man sizi qu­runun və dənizin zülmətlərindən xilas edən kim­dir?”
Surah Al-Anaam, Verse 63


قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنۡهَا وَمِن كُلِّ كَرۡبٖ ثُمَّ أَنتُمۡ تُشۡرِكُونَ

De: “Ondan və bütün başqa sıxın­tılardan sizi Allah xilas edir. Sonra siz yenə də Ona şərik qoşur­sunuz”
Surah Al-Anaam, Verse 64


قُلۡ هُوَ ٱلۡقَادِرُ عَلَىٰٓ أَن يَبۡعَثَ عَلَيۡكُمۡ عَذَابٗا مِّن فَوۡقِكُمۡ أَوۡ مِن تَحۡتِ أَرۡجُلِكُمۡ أَوۡ يَلۡبِسَكُمۡ شِيَعٗا وَيُذِيقَ بَعۡضَكُم بَأۡسَ بَعۡضٍۗ ٱنظُرۡ كَيۡفَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لَعَلَّهُمۡ يَفۡقَهُونَ

De: “Allah başınızın üs­tün­dən və ya ayaqlarınızın al­tından sizə əzab gön­dər­məyə, ya da sizi qarışıqlığa sa­lıb dəs­tə-dəstə et­məyə və birinizə di­gəri­nin gü­cünü dad­dırmağa qa­dirdir”. Gör ayə­lərimizi necə izah edirik ki, bəl­kə başa düş­sünlər
Surah Al-Anaam, Verse 65


وَكَذَّبَ بِهِۦ قَوۡمُكَ وَهُوَ ٱلۡحَقُّۚ قُل لَّسۡتُ عَلَيۡكُم بِوَكِيلٖ

Quran həqiqət ola-ola sə­nin qöv­mün onu yalan saydı. De: “Mən sizi qo­ru­yan deyi­ləm”
Surah Al-Anaam, Verse 66


لِّكُلِّ نَبَإٖ مُّسۡتَقَرّٞۚ وَسَوۡفَ تَعۡلَمُونَ

Hər bir xəbərin gerçəklə­şə­cəyi mü­əyyən vaxtı var və siz onu biləcəksiniz
Surah Al-Anaam, Verse 67


وَإِذَا رَأَيۡتَ ٱلَّذِينَ يَخُوضُونَ فِيٓ ءَايَٰتِنَا فَأَعۡرِضۡ عَنۡهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيۡطَٰنُ فَلَا تَقۡعُدۡ بَعۡدَ ٱلذِّكۡرَىٰ مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ

Ayələrimizi məsxərəyə qo­yanları gördüyün zaman, on­lar baş­qa söhbətə keçənə qə­dər on­lardan üz çevir. Əgər şey­tan bunu sənə unutdursa, xatırla­dıq­dan son­ra zalım tayfa ilə birgə otur­ma
Surah Al-Anaam, Verse 68


وَمَا عَلَى ٱلَّذِينَ يَتَّقُونَ مِنۡ حِسَابِهِم مِّن شَيۡءٖ وَلَٰكِن ذِكۡرَىٰ لَعَلَّهُمۡ يَتَّقُونَ

Müttəqilər onların törət­dik­lərinə görə azca da olsa məsuliy­yət daşı­mır­lar. Lakin xatırlatmaq lazımdır ki, bəl­kə Allahdan qor­xalar
Surah Al-Anaam, Verse 69


وَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَعِبٗا وَلَهۡوٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ وَذَكِّرۡ بِهِۦٓ أَن تُبۡسَلَ نَفۡسُۢ بِمَا كَسَبَتۡ لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِيّٞ وَلَا شَفِيعٞ وَإِن تَعۡدِلۡ كُلَّ عَدۡلٖ لَّا يُؤۡخَذۡ مِنۡهَآۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ أُبۡسِلُواْ بِمَا كَسَبُواْۖ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ

Dinlərini oyun və əy­ləncə sa­yan­ları və dünya hə­ya­tının al­datdığı şəxs­lə­ri tərk et. Bununla xatırlat ki, heç kəs qa­zandıq­larına görə özünü məh­və məh­­kum etmə­sin. Allah­dan baş­qa onun nə bir hamisi, nə də bir havadarı olacaq­dır. O nə cür fidyə versə də, on­dan qə­bul olun­maya­caq. Onlar qa­zan­dıqları gü­nahlara görə məhvə məhkum olan­lar­dır. Kafir ol­duq­larına görə onlar üçün qay­nar içki və ağrılı-acılı bir əzab hazır­lan­mış­dır
Surah Al-Anaam, Verse 70


قُلۡ أَنَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعۡقَابِنَا بَعۡدَ إِذۡ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِي ٱسۡتَهۡوَتۡهُ ٱلشَّيَٰطِينُ فِي ٱلۡأَرۡضِ حَيۡرَانَ لَهُۥٓ أَصۡحَٰبٞ يَدۡعُونَهُۥٓ إِلَى ٱلۡهُدَى ٱئۡتِنَاۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۖ وَأُمِرۡنَا لِنُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ

De: “Biz Allahı qoyub bi­zə nə bir xeyir, nə də bir zərər verə bilməyən şey­­lərəmi iba­dət edəcə­yik? Allah bizi doğ­ru yola yönəlt­dikdən sonra, şey­tan­la­rın yer üzün­də azdır­dığı, mömin dost­ları­nın isə: “Bizə tə­rəf gəl!”– deyib doğru yola ça­­ğır­dıqları çaşbaş qa­lan kim­sə ki­mi ge­ri­yəmi döndə­riləcəyik?” De: “An­caq Alla­­hın haqq yolu doğru yoldur! Bizə əmr edil­mişdir ki, aləm­lərin Rəb­binə təs­lim olaq
Surah Al-Anaam, Verse 71


وَأَنۡ أَقِيمُواْ ٱلصَّلَوٰةَ وَٱتَّقُوهُۚ وَهُوَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ

Namaz qılın, Allahdan qor­­xun, məhz Onun hüzuruna top­lana­caqsınız”
Surah Al-Anaam, Verse 72


وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ وَيَوۡمَ يَقُولُ كُن فَيَكُونُۚ قَوۡلُهُ ٱلۡحَقُّۚ وَلَهُ ٱلۡمُلۡكُ يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ

Göyləri və yeri haqq ola­­raq xəlq edən Odur. O: “Ol!”– de­di­yi gün hər şey olar. Onun Sözü haq­dır. Sur üfürü­lə­cə­yi gün hökm yalnız Ona məxsus ola­caq­dır. Qeybi və aşkarı Bi­lən də Odur. O, Hikmət sahibidir, hər şeydən Xəbər­dardır
Surah Al-Anaam, Verse 73


۞وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصۡنَامًا ءَالِهَةً إِنِّيٓ أَرَىٰكَ وَقَوۡمَكَ فِي ضَلَٰلٖ مُّبِينٖ

Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri mə­bud­lar­mı qə­bul edirsən? Mən səni və sənin qövmü­nü açıq-aydın azğın­lıq için­də görü­rəm”
Surah Al-Anaam, Verse 74


وَكَذَٰلِكَ نُرِيٓ إِبۡرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلِيَكُونَ مِنَ ٱلۡمُوقِنِينَ

Beləcə, Biz, İbrahimə göy­­lərin və yerin səltənətini gös­tərdik ki, yəqin­lik­lə inanan­lar­dan olsun
Surah Al-Anaam, Verse 75


فَلَمَّا جَنَّ عَلَيۡهِ ٱلَّيۡلُ رَءَا كَوۡكَبٗاۖ قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلۡأٓفِلِينَ

Gecənin qaranlığı onu bü­rü­dük­də o, ulduz görüb: “Bu mə­nim Rəbbim­dir!”– dedi. O bat­dıqda isə: “Mən ba­tanları sevmi­rəm!”– dedi
Surah Al-Anaam, Verse 76


فَلَمَّا رَءَا ٱلۡقَمَرَ بَازِغٗا قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمۡ يَهۡدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ ٱلۡقَوۡمِ ٱلضَّآلِّينَ

Doğan ayı gördükdə: “Bu mənim Rəbbim­dir!”– dedi. O bat­dıqda isə: “Əgər Rəbbim məni doğru yola yö­nəlt­mə­səy­di, mən az­mış adamlardan olar­dım”– dedi
Surah Al-Anaam, Verse 77


فَلَمَّا رَءَا ٱلشَّمۡسَ بَازِغَةٗ قَالَ هَٰذَا رَبِّي هَٰذَآ أَكۡبَرُۖ فَلَمَّآ أَفَلَتۡ قَالَ يَٰقَوۡمِ إِنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ

Doğan günəşi gördük­də: “Bu mə­nim Rəbbim­dir, bu da­ha bö­yükdür!”– dedi. O bat­dıq­da isə dedi: “Ey qöv­müm! Hə­qiqətən, mən sizin Allaha şərik qoşduq­larınızdan uzağam
Surah Al-Anaam, Verse 78


إِنِّي وَجَّهۡتُ وَجۡهِيَ لِلَّذِي فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ حَنِيفٗاۖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ

Doğrudan da mən, hə­nif olaraq üzümü göyləri və yeri ya­radana çe­vir­dim. Mən müş­riklər­dən deyiləm”
Surah Al-Anaam, Verse 79


وَحَآجَّهُۥ قَوۡمُهُۥۚ قَالَ أَتُحَـٰٓجُّوٓنِّي فِي ٱللَّهِ وَقَدۡ هَدَىٰنِۚ وَلَآ أَخَافُ مَا تُشۡرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّي شَيۡـٔٗاۚ وَسِعَ رَبِّي كُلَّ شَيۡءٍ عِلۡمًاۚ أَفَلَا تَتَذَكَّرُونَ

Qövmü onunla höcət­ləş­di. O de­di: “Allah məni doğru yola yönəlt­diyi halda, siz Onun barə­sində mənimlə hö­cət­ləşir­siniz? Rəb­bimin istə­diyi şey­lər­­dən başqa mən, sizin Ona şə­rik qoşduq­la­rı­nızdan qorx­mu­ram. Rəb­bim el­mi ilə hər şeyi əhatə etmiş­dir. Mə­gər düşü­nüb ibrət alma­ya­caqsınız
Surah Al-Anaam, Verse 80


وَكَيۡفَ أَخَافُ مَآ أَشۡرَكۡتُمۡ وَلَا تَخَافُونَ أَنَّكُمۡ أَشۡرَكۡتُم بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ عَلَيۡكُمۡ سُلۡطَٰنٗاۚ فَأَيُّ ٱلۡفَرِيقَيۡنِ أَحَقُّ بِٱلۡأَمۡنِۖ إِن كُنتُمۡ تَعۡلَمُونَ

Siz, Allahın sizə, haq­qın­da heç bir dəlil nazil etmə­diyi şey­lə­ri Ona şə­rik qoşmaqdan qorxmursu­nuz­sa, mən sizin şə­rik qoş­duq­ları­nızdan necə qor­xa bilə­rəm? Əgər bilirsinizsə, deyin gö­rüm iki dəstədən hansı əmin-aman­lıq­da olmağa daha haq­lıdır?”
Surah Al-Anaam, Verse 81


ٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يَلۡبِسُوٓاْ إِيمَٰنَهُم بِظُلۡمٍ أُوْلَـٰٓئِكَ لَهُمُ ٱلۡأَمۡنُ وَهُم مُّهۡتَدُونَ

İman gətirdikdən sonra iman­la­rına zülm qatışdırma­yan­ları əmin-aman­­lıq gözləyir. Doğ­ru yola yönəl­mişlər də məhz on­lardır
Surah Al-Anaam, Verse 82


وَتِلۡكَ حُجَّتُنَآ ءَاتَيۡنَٰهَآ إِبۡرَٰهِيمَ عَلَىٰ قَوۡمِهِۦۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ

Bunlar, öz qövmünə qar­şı İbra­hi­mə verdiyimiz dəlil­lə­ri­miz­dir. Biz istə­diyi­miz kəsi dərəcə-dərəcə ucaldarıq. Şüb­­həsiz ki, Rəb­bin hikmət sahibidir, hər şeyi bi­lən­dir
Surah Al-Anaam, Verse 83


وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۚ كُلًّا هَدَيۡنَاۚ وَنُوحًا هَدَيۡنَا مِن قَبۡلُۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيۡمَٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَٰرُونَۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

Biz ona İshaqı və Ya­qubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yö­nəltmişdik. Onun nəslindən olan Da­vudu, Süley­manı, Əy­yubu, Yusufu, Mu­­sanı və Ha­runu da. Biz yaxşı əməl sa­hib­lərini belə mükafatlandırırıq
Surah Al-Anaam, Verse 84


وَزَكَرِيَّا وَيَحۡيَىٰ وَعِيسَىٰ وَإِلۡيَاسَۖ كُلّٞ مِّنَ ٱلصَّـٰلِحِينَ

Zəkəriyyanı, Yəhyanı, İsa­nı və İl­yası da. Hamısı əməli­saleh­lər­dən idilər
Surah Al-Anaam, Verse 85


وَإِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَيُونُسَ وَلُوطٗاۚ وَكُلّٗا فَضَّلۡنَا عَلَى ٱلۡعَٰلَمِينَ

İsmaili, Əlyəsəni, Yunu­su və Lu­tu da. Hamısını aləm­lərdən üstün et­dik
Surah Al-Anaam, Verse 86


وَمِنۡ ءَابَآئِهِمۡ وَذُرِّيَّـٰتِهِمۡ وَإِخۡوَٰنِهِمۡۖ وَٱجۡتَبَيۡنَٰهُمۡ وَهَدَيۡنَٰهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

Onların atalarından, nə­sil­lərin­dən və qardaşlarından bəzilə­ri­ni də. On­ları seçdik və düz yola yönəltdik
Surah Al-Anaam, Verse 87


ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ

Bu, Allahın hidayətidir. Bununla O, qullarından is­tə­di­yi şəx­si doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əl­bəttə, et­dik­ləri əməllər puç olar­dı
Surah Al-Anaam, Verse 88


أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَۚ فَإِن يَكۡفُرۡ بِهَا هَـٰٓؤُلَآءِ فَقَدۡ وَكَّلۡنَا بِهَا قَوۡمٗا لَّيۡسُواْ بِهَا بِكَٰفِرِينَ

Bunlar, Kitab, hikmət və pey­ğəm­bərlik verdiyimiz kəs­lər­dir. Əgər ka­fir­lər ayələri in­kar etsələr, Biz onları inkar et­məyən bir qövmə həvalə edə­rik
Surah Al-Anaam, Verse 89


أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُۖ فَبِهُدَىٰهُمُ ٱقۡتَدِهۡۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ هُوَ إِلَّا ذِكۡرَىٰ لِلۡعَٰلَمِينَ

Bunlar Allahın doğru yo­la yö­nəlt­diyi kəslərdir. Sən də on­la­rın haqq yo­lu­na yönəl. De: “Mən bunun əvəzinə siz­dən heç bir mü­kafat istəmirəm. Bu Ki­tab aləmlər üçün yalnız bir xatırlat­ma­dır”
Surah Al-Anaam, Verse 90


وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓ إِذۡ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٖ مِّن شَيۡءٖۗ قُلۡ مَنۡ أَنزَلَ ٱلۡكِتَٰبَ ٱلَّذِي جَآءَ بِهِۦ مُوسَىٰ نُورٗا وَهُدٗى لِّلنَّاسِۖ تَجۡعَلُونَهُۥ قَرَاطِيسَ تُبۡدُونَهَا وَتُخۡفُونَ كَثِيرٗاۖ وَعُلِّمۡتُم مَّا لَمۡ تَعۡلَمُوٓاْ أَنتُمۡ وَلَآ ءَابَآؤُكُمۡۖ قُلِ ٱللَّهُۖ ثُمَّ ذَرۡهُمۡ فِي خَوۡضِهِمۡ يَلۡعَبُونَ

Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– de­mək­lə Allahı la­yiqincə qiy­mət­ləndirmədilər. De: “Mu­sa­nın in­sanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətir­di­yi Kitabı kim nazil et­mişdir? Siz onu kağızlara yazıb bir qis­mini göstərir, ço­xu­nu isə giz­lə­dirsiniz. Axı, sizin də, ata­la­rı­nı­zın da bil­mədiyiniz şey­lər si­zə öy­rədilmiş­dir”. Sən: “Allah!”– de, sonra da onları bu­rax ki, öz boşboğazlıq­ları ilə əylən­sin­lər
Surah Al-Anaam, Verse 91


وَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ مُّصَدِّقُ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَلِتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَاۚ وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ يُؤۡمِنُونَ بِهِۦۖ وَهُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ

Bu, şəhərlər anası Mək­kəni və onun ətrafındakı­ları qor­xut­maq üçün nazil etdiyi­miz, özündən əvvəlkiləri təs­diq edən mü­ba­rək bir Kitabdır. Axi­rətə inananlar ona da inanı­rlar. Onlar na­maz­larını doğru-düzgün qılırlar
Surah Al-Anaam, Verse 92


وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمۡ يُوحَ إِلَيۡهِ شَيۡءٞ وَمَن قَالَ سَأُنزِلُ مِثۡلَ مَآ أَنزَلَ ٱللَّهُۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَـٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ وَكُنتُمۡ عَنۡ ءَايَٰتِهِۦ تَسۡتَكۡبِرُونَ

Allaha qarşı yalan uy­du­­randan və ya özünə vəhy olun­ma­dı­ğı halda: “Mə­nə də vəhy olun­muşdur”– söylə­yəndən və: “Mən də Allahın nazil et­di­yi­nin bənzə­rini endirəcəyəm”– deyən­dən da­ha zalım kim ola bilər? Zalımları ölüm girda­bın­da olduqda, mə­lək­lərin də əl­lərini uzadıb: “Canları­nızı çı­xarın! Allaha qarşı na­haq söz­lər söylədiyinizə və Onun ayə­lərinə təkəbbür göstərdiyi­ni­zə gö­rə bu gün siz cəzalan­dırı­la­caq­sı­nız!”– dediklərini bircə gö­rəy­din
Surah Al-Anaam, Verse 93


وَلَقَدۡ جِئۡتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةٖ وَتَرَكۡتُم مَّا خَوَّلۡنَٰكُمۡ وَرَآءَ ظُهُورِكُمۡۖ وَمَا نَرَىٰ مَعَكُمۡ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمۡتُمۡ أَنَّهُمۡ فِيكُمۡ شُرَكَـٰٓؤُاْۚ لَقَد تَّقَطَّعَ بَيۡنَكُمۡ وَضَلَّ عَنكُم مَّا كُنتُمۡ تَزۡعُمُونَ

Hüzurumuza ilk dəfə si­zi xəlq etdiyimiz kimi tək-tən­ha, həm də sizə verdiyimiz ne­mətləri arxanızda qoyub gəl­di­niz. Öz ara­nızda Allaha şərik say­dığınız şə­faət­çilərinizi də ya­nı­nızda gör­mü­rük. Artıq ara­nız­da əlaqə qırıl­mış, iddia et­di­yi­niz məbudlar isə sizdən uzaq­laşmışdır
Surah Al-Anaam, Verse 94


۞إِنَّ ٱللَّهَ فَالِقُ ٱلۡحَبِّ وَٱلنَّوَىٰۖ يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَمُخۡرِجُ ٱلۡمَيِّتِ مِنَ ٱلۡحَيِّۚ ذَٰلِكُمُ ٱللَّهُۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölü­dən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilir­siniz
Surah Al-Anaam, Verse 95


فَالِقُ ٱلۡإِصۡبَاحِ وَجَعَلَ ٱلَّيۡلَ سَكَنٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ حُسۡبَانٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ

Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün he­sablama ölçüsü etdi. Bu, Qüdrətli və Bi­lən Alla­hın mü­əyyən etdiyi hökmdür
Surah Al-Anaam, Verse 96


وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهۡتَدُواْ بِهَا فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ

Qurunun və dənizin qa­ran­lıq­la­rında yolu tapa bilə­si­niz de­yə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayə­ləri bilən bir qövmə izah etdik
Surah Al-Anaam, Verse 97


وَهُوَ ٱلَّذِيٓ أَنشَأَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ فَمُسۡتَقَرّٞ وَمُسۡتَوۡدَعٞۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَفۡقَهُونَ

Sizi tək bir candan ya­ra­dan Odur. Sizin üçün qərar tu­ta­ca­ğı­nız və əmanət sax­la­nılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik
Surah Al-Anaam, Verse 98


وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ نَبَاتَ كُلِّ شَيۡءٖ فَأَخۡرَجۡنَا مِنۡهُ خَضِرٗا نُّخۡرِجُ مِنۡهُ حَبّٗا مُّتَرَاكِبٗا وَمِنَ ٱلنَّخۡلِ مِن طَلۡعِهَا قِنۡوَانٞ دَانِيَةٞ وَجَنَّـٰتٖ مِّنۡ أَعۡنَابٖ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُشۡتَبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٍۗ ٱنظُرُوٓاْ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَيَنۡعِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكُمۡ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini ye­tiş­dir­dik, on­dan yaşıl otlar bi­tirdik, onlar­dan da üst-üstə dü­zül­müş də­nələr çıxartdıq. Xur­ma ağacından, onun tumur­cuğun­dan sallan­­mış sal­­xımlar yetişir. Biz həmçinin üzüm bağ­ları, bir-bi­rinə bənzə­yən və bənzə­mə­yən zeytun və nar ağac­ları da yetiş­di­rdik. Bar ver­diyi və ye­tişdiyi za­man onların meyvə­sinə ba­xın. Şübhəsiz ki, bun­larda iman gətirən adamlar üçün də­lil­lər vardır
Surah Al-Anaam, Verse 99


وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ ٱلۡجِنَّ وَخَلَقَهُمۡۖ وَخَرَقُواْ لَهُۥ بَنِينَ وَبَنَٰتِۭ بِغَيۡرِ عِلۡمٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ

Onlar cinləri Allaha şə­rik qoş­du­­lar. Halbuki onları da Allah yarat­mış­dır. Onlar Allah haqqında bir şey bil­mə­dən Onun üçün öz­lə­rindən oğullar və qız­lar uydur­dular. Allah onların uy­dur­duqları si­fət­lərdən uzaq­dır və uca­dır
Surah Al-Anaam, Verse 100


بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٞ وَلَمۡ تَكُن لَّهُۥ صَٰحِبَةٞۖ وَخَلَقَ كُلَّ شَيۡءٖۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olma­dığı hal­da övladı necə ola bi­lər? Hər şeyi O xəlq etmiş­dir. O, hər şeyi bi­lir
Surah Al-Anaam, Verse 101


ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ خَٰلِقُ كُلِّ شَيۡءٖ فَٱعۡبُدُوهُۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ

Budur sizin Rəb­bi­niz olan Allah. On­dan başqa iba­də­tə layiq olan məbud yoxdur. Hər şeyin Ya­ra­dıcısı Allahdır! Elə isə Ona iba­dət edin! O, hər şeyi Qo­ruyandır
Surah Al-Anaam, Verse 102


لَّا تُدۡرِكُهُ ٱلۡأَبۡصَٰرُ وَهُوَ يُدۡرِكُ ٱلۡأَبۡصَٰرَۖ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lə­tifdir, hər şeydən Xəbərdardır
Surah Al-Anaam, Verse 103


قَدۡ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمۡۖ فَمَنۡ أَبۡصَرَ فَلِنَفۡسِهِۦۖ وَمَنۡ عَمِيَ فَعَلَيۡهَاۚ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِحَفِيظٖ

De: “Rəbbinizdən sizə göz qa­ba­ğında olan dəlillər gəl­miş­dir. Kim on­la­rı görsə, xeyri onun özünə, kim kor olsa, zərəri onun öz əleyhinə olar. Mən sizin üstü­nüzdə gözətçi deyiləm”
Surah Al-Anaam, Verse 104


وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ وَلِيَقُولُواْ دَرَسۡتَ وَلِنُبَيِّنَهُۥ لِقَوۡمٖ يَعۡلَمُونَ

Biz ayələri beləcə izah edi­rik ki, onlar: “Sən dərs al­mı­san”– de­sinlər və Biz də Qu­ra­nı bilən adamlara izah edək
Surah Al-Anaam, Verse 105


ٱتَّبِعۡ مَآ أُوحِيَ إِلَيۡكَ مِن رَّبِّكَۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ

Rəbbindən sənə vəhy olu­nana tabe ol! Ondan başqa ibadətə layiq olan mə­bud yox­dur. Müş­riklərdən isə üz çevir
Surah Al-Anaam, Verse 106


وَلَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكُواْۗ وَمَا جَعَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظٗاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ

Əgər Allah istəsəydi, on­lar şə­rik qoşmazdılar. Biz səni on­la­rın üs­tündə gözətçi qoy­ma­mışıq və sən on­ları qo­ru­yan da de­yil­sən
Surah Al-Anaam, Verse 107


وَلَا تَسُبُّواْ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّواْ ٱللَّهَ عَدۡوَۢا بِغَيۡرِ عِلۡمٖۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمۡ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرۡجِعُهُمۡ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ

Müşriklərin Allahdan baş­qa­la­rı­na tapındıqlarını söy­mə­yin. Yox­sa onlar da elmsiz ola­raq düş­məncəsinə Allahı sö­yərlər. Biz hər bir ümmətə öz əməl­lə­ri­ni be­ləcə gözəl­ləş­dir­dik. Sonra isə on­la­rın dönüşü öz Rəbbinə olacaq, O da nə et­dikləri barədə onlara xə­bər ve­rə­cək­dir
Surah Al-Anaam, Verse 108


وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَتۡهُمۡ ءَايَةٞ لَّيُؤۡمِنُنَّ بِهَاۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِۖ وَمَا يُشۡعِرُكُمۡ أَنَّهَآ إِذَا جَآءَتۡ لَا يُؤۡمِنُونَ

Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər on­lara bir ayə gəlsə, mütləq ona ina­nacaqlar. De: “Ayələr an­caq Alla­hın ya­nındadır. Siz hara­dan bilə­siniz ki, o ayələr gəl­dik­də onlar ye­nə də iman gə­tir­məyəcəklər?”
Surah Al-Anaam, Verse 109


وَنُقَلِّبُ أَفۡـِٔدَتَهُمۡ وَأَبۡصَٰرَهُمۡ كَمَا لَمۡ يُؤۡمِنُواْ بِهِۦٓ أَوَّلَ مَرَّةٖ وَنَذَرُهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ

Biz onların ürəklərini və göz­lə­rini ilk dəfə ona iman gə­tir­mədikləri ki­mi tərsinə çe­vi­rər və onları öz azğınlıq­ları içə­risində sərgərdan dola­şan və­ziy­yətdə tərk edərik
Surah Al-Anaam, Verse 110


۞وَلَوۡ أَنَّنَا نَزَّلۡنَآ إِلَيۡهِمُ ٱلۡمَلَـٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلۡمَوۡتَىٰ وَحَشَرۡنَا عَلَيۡهِمۡ كُلَّ شَيۡءٖ قُبُلٗا مَّا كَانُواْ لِيُؤۡمِنُوٓاْ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ يَجۡهَلُونَ

Əgər Biz onlara mələk­ləri gön­dərsəydik, ölülər də onlarla danış­saydı və hər şeyi onların qarşısına top­la­say­dıq, Allah istə­mə­yincə, onlar iman gə­tir­məz­dilər. Lakin onların çoxu bunu bilmir
Surah Al-Anaam, Verse 111


وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا شَيَٰطِينَ ٱلۡإِنسِ وَٱلۡجِنِّ يُوحِي بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ زُخۡرُفَ ٱلۡقَوۡلِ غُرُورٗاۚ وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ

Beləliklə, Biz hər bir pey­ğəmbər üçün insanlar və cin­lər­dən olan şeytan­ları düş­mən­ müəyyən etdik. Bunlar aldat­maq məq­sədilə bir-birlə­ri­nə təm­təraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəy­di, onlar bunu etməz­di­lər. Onları uydurduqları şey­lər­lə birlik­də tərk et
Surah Al-Anaam, Verse 112


وَلِتَصۡغَىٰٓ إِلَيۡهِ أَفۡـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَلِيَرۡضَوۡهُ وَلِيَقۡتَرِفُواْ مَا هُم مُّقۡتَرِفُونَ

Bu ona görədir ki, axi­rə­tə inanma­yanların ürəkləri təm­­tə­raqlı sözlərə meyl etsin, bun­dan razı qalsınlar və gör­dük­lə­ri pis işləri bir daha gör­sünlər
Surah Al-Anaam, Verse 113


أَفَغَيۡرَ ٱللَّهِ أَبۡتَغِي حَكَمٗا وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ إِلَيۡكُمُ ٱلۡكِتَٰبَ مُفَصَّلٗاۚ وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡلَمُونَ أَنَّهُۥ مُنَزَّلٞ مِّن رَّبِّكَ بِٱلۡحَقِّۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ

De: “Allah bu Kitabı si­zə təfər­rü­atı ilə nazil etdiyi hal­da, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Ki­tab verdik­lə­rimiz bilirlər ki, o, həqi­qə­tən, sənin Rəbbin tərə­findən nazil edil­mişdir. Odur ki, şübhə edənlərdən olma
Surah Al-Anaam, Verse 114


وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ صِدۡقٗا وَعَدۡلٗاۚ لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Rəbbinin kəlamı həm doğ­ruluq, həm də ədalət baxı­mın­dan tamam­lan­mışdır. Heç kəs Onun kəlmələrini də­yi­şə bil­məz. O, Eşidəndir, Biləndir
Surah Al-Anaam, Verse 115


وَإِن تُطِعۡ أَكۡثَرَ مَن فِي ٱلۡأَرۡضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ

Əgər sən yer üzündə olan­ların ək­səriyyətinə itaət et­­sən, on­lar səni Allah yolun­dan azdı­rarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydu­rur­lar
Surah Al-Anaam, Verse 116


إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦۖ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ

Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları daha yax­şı tanıyır. O, doğru yolda olan­ları da yaxşı tanı­yır
Surah Al-Anaam, Verse 117


فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤۡمِنِينَ

Əgər Allahın ayələrinə ima­n gətirmişsinizsə, üstündə Onun adı çə­kilmiş – “bis­milləh” de­yi­lib kə­silmiş heyvanlardan ye­yin
Surah Al-Anaam, Verse 118


وَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرٗا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ

Allah, – məcburiyyət qar­şısında yeyəcəyiniz şeylər istisna ol­maqla – ha­ram buyu­rulanları təfsilatı ilə sizə bil­­dirdiyi halda, üstündə Onun adı çəki­lənlərdən nə üçün ye­məyəsi­niz? Şüb­həsiz ki, çox­la­rı elmsiz olduqları üçün öz is­təklərinə uyub insanları doğ­ru yol­dan azdırırlar. Həqiqə­tən, sə­nin Rəb­bin, həddi aşan­ları da­ha yaxşı tanıyır
Surah Al-Anaam, Verse 119


وَذَرُواْ ظَٰهِرَ ٱلۡإِثۡمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكۡسِبُونَ ٱلۡإِثۡمَ سَيُجۡزَوۡنَ بِمَا كَانُواْ يَقۡتَرِفُونَ

Günahın aşkarından da, gizli­sin­dən də əl çəkin! Şübhə­siz ki, günah qa­zananlar etdik­ləri əməllərə görə cəza­lan­dı­rı­lacaqlar
Surah Al-Anaam, Verse 120


وَلَا تَأۡكُلُواْ مِمَّا لَمۡ يُذۡكَرِ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَإِنَّهُۥ لَفِسۡقٞۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوۡلِيَآئِهِمۡ لِيُجَٰدِلُوكُمۡۖ وَإِنۡ أَطَعۡتُمُوهُمۡ إِنَّكُمۡ لَمُشۡرِكُونَ

Üstündə Allahın adı çə­ki­lməmiş – “bismilləh” deyi­lib kə­­sil­mə­miş heyvan­lar­dan ye­məyin. Çünki bu, günah­dır. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər. Əgər onlara itaət etsəniz, söz­süz ki, siz də müş­rik­lər­dən olar­sı­nız
Surah Al-Anaam, Verse 121


أَوَمَن كَانَ مَيۡتٗا فَأَحۡيَيۡنَٰهُ وَجَعَلۡنَا لَهُۥ نُورٗا يَمۡشِي بِهِۦ فِي ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِي ٱلظُّلُمَٰتِ لَيۡسَ بِخَارِجٖ مِّنۡهَاۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡكَٰفِرِينَ مَا كَانُواْ يَعۡمَلُونَ

Məgər ölü ikən dirilt­di­yi­miz və özünə də insanlar ara­sın­da gəzmək üçün nur ver­di­yi­miz şəxs qaranlıqlar için­də qa­lıb ora­dan çıxa bilməyən kəs ki­mi ola bi­lərmi? Kafirlərə gör­dük­­lə­ri işlər be­ləcə gözəl­ləş­di­rildi
Surah Al-Anaam, Verse 122


وَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ

Beləliklə hər bir ölkə­də oranın günahkarlarını başçı­lar tə­yin etdik ki, onlar orada müm­kün qədər yaramaz iş­lər gör­sün­lər. Hal­buki onlar o yaramaz işləri yalnız öz­lərinə qarşı edir­lər və bu­nu da hiss etmirlər
Surah Al-Anaam, Verse 123


وَإِذَا جَآءَتۡهُمۡ ءَايَةٞ قَالُواْ لَن نُّؤۡمِنَ حَتَّىٰ نُؤۡتَىٰ مِثۡلَ مَآ أُوتِيَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعۡلَمُ حَيۡثُ يَجۡعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجۡرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٞ شَدِيدُۢ بِمَا كَانُواْ يَمۡكُرُونَ

Onlara bir ayə gəldik­də: “Alla­hın elçilərinə verilə­nin bən­zə­ri bizə də verilmə­yincə iman gətirməyəcəyik”– de­di­lər. Allah pey­ğəmbərliyini kimə ve­rəcəyini daha yaxşı bilir. Gü­nahkar­lar, qur­duqları hiylələrə görə Allahın hüzurun­da rəzil ola­caq və şid­dət­li əzab çə­kə­cəklər
Surah Al-Anaam, Verse 124


فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهۡدِيَهُۥ يَشۡرَحۡ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِۖ وَمَن يُرِدۡ أَن يُضِلَّهُۥ يَجۡعَلۡ صَدۡرَهُۥ ضَيِّقًا حَرَجٗا كَأَنَّمَا يَصَّعَّدُ فِي ٱلسَّمَآءِۚ كَذَٰلِكَ يَجۡعَلُ ٱللَّهُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ

Allah kimi doğru yola yönəlt­mək istəsə, onun köksü­nü İs­lam üçün açar, kimi az­dır­maq istəsə, onun kök­sü­nü, san­ki o, göyə çı­xırmış kimi daral­dar və sıxın­tılı edər. Allah iman gətir­məyənləri be­ləcə cəza­lan­dırar
Surah Al-Anaam, Verse 125


وَهَٰذَا صِرَٰطُ رَبِّكَ مُسۡتَقِيمٗاۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَذَّكَّرُونَ

Rəbbinin doğru yolu bu­dur. Ar­tıq Biz ayələri düşü­nən bir qövmə izah etdik
Surah Al-Anaam, Verse 126


۞لَهُمۡ دَارُ ٱلسَّلَٰمِ عِندَ رَبِّهِمۡۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ

Onlar üçün Rəbbi ya­nın­da əmin-amanlıq yurdu ha­­zır­lan­mış­dır. Gördükləri yaxşı işlərə görə onların Hi­mayəçisi Odur
Surah Al-Anaam, Verse 127


وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا يَٰمَعۡشَرَ ٱلۡجِنِّ قَدِ ٱسۡتَكۡثَرۡتُم مِّنَ ٱلۡإِنسِۖ وَقَالَ أَوۡلِيَآؤُهُم مِّنَ ٱلۡإِنسِ رَبَّنَا ٱسۡتَمۡتَعَ بَعۡضُنَا بِبَعۡضٖ وَبَلَغۡنَآ أَجَلَنَا ٱلَّذِيٓ أَجَّلۡتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثۡوَىٰكُمۡ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ

Allah onların hamısını bir yerə toplayacağı gün deyə­cəkdir: “Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu özü­nü­zə tabe et­di­niz”. On­ların in­san­­lardan olan dostları isə de­yə­cəklər: “Ey Rəb­bi­miz! Biz bir-birimizdən fay­da­lan­dıq və bi­zim üçün mü­əyyən et­di­yin əcə­li­mizə yetiş­dik”. Allah de­yə­cək: “Si­zin qa­la­cağınız yer Od­dur. Allahın istə­dikləri kəslərdən başqa siz ora­da əbə­di qala­caq­sınız”. Həqi­qə­tən, Rəbbin hikmət sahibidir, hər şeyi bilən­dir
Surah Al-Anaam, Verse 128


وَكَذَٰلِكَ نُوَلِّي بَعۡضَ ٱلظَّـٰلِمِينَ بَعۡضَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ

Beləliklə, qazandıqları gü­nahlara görə zalımların bir qis­mi­ni digərinə ha­kim təyin edərik
Surah Al-Anaam, Verse 129


يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ شَهِدۡنَا عَلَىٰٓ أَنفُسِنَاۖ وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ

Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içə­ri­niz­dən ayə­lə­rimi xəbər ve­rən və bu günü­nüzlə qarşıla­şaca­ğı­nız ba­rədə sizə xə­bərdarlıq edən elçilər gəl­mə­dimi?” Onlar de­yə­cək­lər: “Biz öz əley­hi­mizə şa­hidlik edi­rik!” Onları dünya hə­­yatı aldat­dı və onlar kafir ol­duqları ba­rədə özlərinə qarşı şəhadət ver­dilər
Surah Al-Anaam, Verse 130


ذَٰلِكَ أَن لَّمۡ يَكُن رَّبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ بِظُلۡمٖ وَأَهۡلُهَا غَٰفِلُونَ

Bu ona görədir ki, sənin Rəb­bin əhalisi qa­fil olan kəndləri haq­sız­casına məhv etməz
Surah Al-Anaam, Verse 131


وَلِكُلّٖ دَرَجَٰتٞ مِّمَّا عَمِلُواْۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ

Hər kəsin etdiyi əməl­lə­rə görə dərəcələri vardır. Rəb­bin on­ların etdik­lərindən qafil deyil­dir
Surah Al-Anaam, Verse 132


وَرَبُّكَ ٱلۡغَنِيُّ ذُو ٱلرَّحۡمَةِۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَسۡتَخۡلِفۡ مِنۢ بَعۡدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوۡمٍ ءَاخَرِينَ

Rəbbin Zəngindir, mər­­hə­mət sa­hibidir. İstəsə, sizi məhv edər və sizi baş­qa bir qövmün nəslindən yaratdığı ki­mi siz­dən son­ra da yerinizə istə­di­yi­ni gə­tirər
Surah Al-Anaam, Verse 133


إِنَّ مَا تُوعَدُونَ لَأٓتٖۖ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ

Həqiqətən, sizə vəd olu­nan əzab gələcəkdir. Siz ondan yaxa qurtara bil­məyəcəksiniz
Surah Al-Anaam, Verse 134


قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَامِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ

De: “Ey qövmüm! Əli­niz­dən gə­ləni edin. Mən də edə­cə­yəm. Axirət Yurdunun aqi­bə­ti­nin kimə nəsib ola­ca­ğını bi­lə­cək­si­niz. Şübhəsiz ki, za­lım­lar nicat tapmazlar”
Surah Al-Anaam, Verse 135


وَجَعَلُواْ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلۡحَرۡثِ وَٱلۡأَنۡعَٰمِ نَصِيبٗا فَقَالُواْ هَٰذَا لِلَّهِ بِزَعۡمِهِمۡ وَهَٰذَا لِشُرَكَآئِنَاۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمۡ فَلَا يَصِلُ إِلَى ٱللَّهِۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمۡۗ سَآءَ مَا يَحۡكُمُونَ

Onlar Allah üçün Onun yarat­dı­ğı əkindən və mal-qa­ra­dan pay ayırıb öz batil id­dia­la­rına əsasən: “Bu, Allah üçün­dür, bu da şə­rik qoşduq­ları­mız bütlər üçündür”– deyirlər. Şə­rikləri üçün ayır­dıqları pay Alla­ha çatmır, Allah üçün ayır­dıq­ları pay isə şərik­lə­ri­nə çatır. On­ların verdik­ləri hökm necə də pisdir
Surah Al-Anaam, Verse 136


وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٖ مِّنَ ٱلۡمُشۡرِكِينَ قَتۡلَ أَوۡلَٰدِهِمۡ شُرَكَآؤُهُمۡ لِيُرۡدُوهُمۡ وَلِيَلۡبِسُواْ عَلَيۡهِمۡ دِينَهُمۡۖ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ

Beləliklə, müşriklərin bir çoxu­na övladlarını öldür­məyi öz şərikləri gözəl göstər­dilər ki, həm onları məhv et­sinlər, həm də din­lərinə qarma­qarı­şıq­lıq salsınlar. Əgər Allah istə­səy­di, onlar bu­nu etməz­dilər. Elə isə onları uydur­duqları ilə birlikdə tərk et
Surah Al-Anaam, Verse 137


وَقَالُواْ هَٰذِهِۦٓ أَنۡعَٰمٞ وَحَرۡثٌ حِجۡرٞ لَّا يَطۡعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعۡمِهِمۡ وَأَنۡعَٰمٌ حُرِّمَتۡ ظُهُورُهَا وَأَنۡعَٰمٞ لَّا يَذۡكُرُونَ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا ٱفۡتِرَآءً عَلَيۡهِۚ سَيَجۡزِيهِم بِمَا كَانُواْ يَفۡتَرُونَ

Onlar öz batil iddiala­rına görə: “Bu mal-qara və əkin­lər ha­ram­dır. Bun­ları bizim is­tədikləri­mizdən başqa heç kəs yeyə bil­məz”– deyirlər. Müş­rik­lər mal-qaradan bəzisinə min­məyi haram edir, bəzisini də kəsərkən üstündə Alla­hın adını çək­mirlər. Onlar bu­nu Allaha iftira ataraq edirlər. O da on­la­rı atdıq­la­rı iftiraya görə cəza­landıracaqdır
Surah Al-Anaam, Verse 138


وَقَالُواْ مَا فِي بُطُونِ هَٰذِهِ ٱلۡأَنۡعَٰمِ خَالِصَةٞ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزۡوَٰجِنَاۖ وَإِن يَكُن مَّيۡتَةٗ فَهُمۡ فِيهِ شُرَكَآءُۚ سَيَجۡزِيهِمۡ وَصۡفَهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ

Onlar: “Bu mal-qara­nın qarın­la­rın­dakı balalar kişiləri­mi­zə halal, qadın­larımıza isə haram­dır”– deyirlər. Əgər o bala ölü do­ğu­larsa, hamısı onu yeməyə şə­rik olurlar. Allah on­ları bu vəsf­lə­rinə görə cəza­lan­dıracaqdır. Hə­qiqətən, O, hikmət sahibidir, hər şeyi biləndir
Surah Al-Anaam, Verse 139


قَدۡ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓاْ أَوۡلَٰدَهُمۡ سَفَهَۢا بِغَيۡرِ عِلۡمٖ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفۡتِرَآءً عَلَى ٱللَّهِۚ قَدۡ ضَلُّواْ وَمَا كَانُواْ مُهۡتَدِينَ

Axmaqlıqları üzündən dərk et­mə­dən öz övladlarını öldü­rən və Alla­hın onlara ver­diyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramış­lar. Onlar azdılar və doğru yo­la yönəl­mədilər
Surah Al-Anaam, Verse 140


۞وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ جَنَّـٰتٖ مَّعۡرُوشَٰتٖ وَغَيۡرَ مَعۡرُوشَٰتٖ وَٱلنَّخۡلَ وَٱلزَّرۡعَ مُخۡتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٖۚ كُلُواْ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَءَاتُواْ حَقَّهُۥ يَوۡمَ حَصَادِهِۦۖ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ

Talvar üzərində olan və tal­var­sız öz gövdəsi üzə­rində du­ran bağları, dad­ları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzə­mə­yən zeytunu və narı yaradan Odur. Bar ver­di­yi za­man onla­rın mey­vəsin­dən yeyin, yığım günü zəka­tını ve­rin, lakin israf etmə­yin. Şübhəsiz ki, Allah israf edənləri sevmir
Surah Al-Anaam, Verse 141


وَمِنَ ٱلۡأَنۡعَٰمِ حَمُولَةٗ وَفَرۡشٗاۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ

Üstündə yük daşınan və yük da­şınmayan mal-qaranı da ya­radan Odur. Allahın sizə ver­diyi ruzilərdən yeyin, şeyta­nın izi ilə get­məyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­nizdir
Surah Al-Anaam, Verse 142


ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۖ مِّنَ ٱلضَّأۡنِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡمَعۡزِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ نَبِّـُٔونِي بِعِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ

Allah, o heyvanlardan sək­kiz cift yaratdı; qoyundan iki­sini və keçidən iki­sini. De: “O, iki erkəyi haram buyurdu, yox­sa iki di­şi­ni, yaxud iki dişinin qar­nındakı balaları? Əgər doğ­ru danı­şan­lar­sı­nızsa, elmə əsas­lanıb bu haqda mə­nə xəbər ve­rin”
Surah Al-Anaam, Verse 143


وَمِنَ ٱلۡإِبِلِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡبَقَرِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ أَمۡ كُنتُمۡ شُهَدَآءَ إِذۡ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَٰذَاۚ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ

Dəvədən də ikisini, inək­­dən də ikisini. De: “O, iki er­kəyi ha­ram bu­yur­du, yoxsa iki dişini, yaxud iki dişinin qar­nındakı ba­laları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi za­man şahid idi­niz?” Elmsiz olaraq in­sanları az­dırmaq üçün Allaha qarşı yalan uy­du­ran kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, Allah zalım qövmü doğru yola yö­nəltməz
Surah Al-Anaam, Verse 144


قُل لَّآ أَجِدُ فِي مَآ أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٖ يَطۡعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيۡتَةً أَوۡ دَمٗا مَّسۡفُوحًا أَوۡ لَحۡمَ خِنزِيرٖ فَإِنَّهُۥ رِجۡسٌ أَوۡ فِسۡقًا أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۚ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ رَبَّكَ غَفُورٞ رَّحِيمٞ

De: “Mənə gələn vəhy­lər içə­ri­sində ölü heyvan, axar qan, murdar sa­yılan donuz əti və Allahdan başqasının adı ilə kəsil­miş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin ye­diyi ye­məklər içərisində ha­ram buyu­rulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həd­di aş­madan bunlardan yeməyə məc­bur olarsa, ona gü­nah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayan­dır, Rəhm­lidir
Surah Al-Anaam, Verse 145


وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا كُلَّ ذِي ظُفُرٖۖ وَمِنَ ٱلۡبَقَرِ وَٱلۡغَنَمِ حَرَّمۡنَا عَلَيۡهِمۡ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتۡ ظُهُورُهُمَآ أَوِ ٱلۡحَوَايَآ أَوۡ مَا ٱخۡتَلَطَ بِعَظۡمٖۚ ذَٰلِكَ جَزَيۡنَٰهُم بِبَغۡيِهِمۡۖ وَإِنَّا لَصَٰدِقُونَ

Yəhudilərə dırnaqlı hey­vanların hamısını haram etdik. İnək və qoyunun bel sütunla­rına və ya bağırsaqlarına ya­pı­şan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də ha­ram etdik. Bu, həddi aş­dıqlarına görə on­lara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq
Surah Al-Anaam, Verse 146


فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمۡ ذُو رَحۡمَةٖ وَٰسِعَةٖ وَلَا يُرَدُّ بَأۡسُهُۥ عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ

Əgər onlar səni yalançı hesab et­sələr, de: “Rəbbiniz ge­niş mər­həmət sa­hibidir. La­kin Onun əzabı günahkar tayfa­dan uzaq­laş­dırılmaz”
Surah Al-Anaam, Verse 147


سَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ

Müşriklər deyəcəklər: “Allah is­təsəydi, nə biz, nə də ata­la­rı­mız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bi­lərdik”. On­lar­dan əvvəlkilər də öz pey­ğəmbərlərini beləcə ya­lan­çı hesab et­miş­di­lər. Axırda əza­bımızı dad­dılar. De: “Bizə gös­tərə biləcəyi­niz bir bil­gi­niz­mi var? Siz ancaq zənnə qapılır və an­caq yalan danı­şır­sı­nız”
Surah Al-Anaam, Verse 148


قُلۡ فَلِلَّهِ ٱلۡحُجَّةُ ٱلۡبَٰلِغَةُۖ فَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ

De: “Tutarlı dəlillər Alla­ha məx­susdur. Əgər O istə­səy­di, si­zin ha­mınızı doğru yola yönəl­dərdi”
Surah Al-Anaam, Verse 149


قُلۡ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشۡهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَاۖ فَإِن شَهِدُواْ فَلَا تَشۡهَدۡ مَعَهُمۡۚ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَهُم بِرَبِّهِمۡ يَعۡدِلُونَ

De: “Şahidlərinizi gəti­rin şəha­dət versinlər ki, bunu Allah haram bu­yurmuşdur”. Əgər onlar şəhadət ver­sə­lər, sən onlarla bir­likdə şəhadət ver­mə. Ayələrimizi yalan sa­yanların və axirətə inan­­mayan­ların is­təklə­rinə uyma. On­lar baş­qa­la­rını öz Rəbbinə tay tuturlar
Surah Al-Anaam, Verse 150


۞قُلۡ تَعَالَوۡاْ أَتۡلُ مَا حَرَّمَ رَبُّكُمۡ عَلَيۡكُمۡۖ أَلَّا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗاۖ وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُم مِّنۡ إِمۡلَٰقٖ نَّحۡنُ نَرۡزُقُكُمۡ وَإِيَّاهُمۡۖ وَلَا تَقۡرَبُواْ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَۖ وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ

De: “Gəlin, Rəbbinizin sizə nə­lə­ri haram etdiyini oxu­yum”. Ona heç nə­yi şərik qoş­ma­yın, valideynlərə yax­şı­lıq edin və yox­sul­luq üzündən uşaq­larınızı öldürməyin. Sizin də, onla­rın da ru­zisini Biz ve­ri­rik. Murdar əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mayın. Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə an­la­­yasınız
Surah Al-Anaam, Verse 151


وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۖ وَإِذَا قُلۡتُمۡ فَٱعۡدِلُواْ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰۖ وَبِعَهۡدِ ٱللَّهِ أَوۡفُواْۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَذَكَّرُونَ

Yetim həddi-buluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ru­yub sax­lamaq və ar­tırmaq məq­sədilə istifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laş­mayın! Öl­çüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çat­dığı qədər yükləyərik. Söz söy­lə­di­yi­niz zaman, qohumu­nuz olsa be­lə, əda­lətli olun. Allah qarşısındakı əhdə sa­diq qalın. Allah bunları sizə töv­siyə et­mişdir ki, bəlkə, düşü­nüb ib­rət alasınız
Surah Al-Anaam, Verse 152


وَأَنَّ هَٰذَا صِرَٰطِي مُسۡتَقِيمٗا فَٱتَّبِعُوهُۖ وَلَا تَتَّبِعُواْ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمۡ عَن سَبِيلِهِۦۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَتَّقُونَ

Bu, Mənim doğru yo­lum­dur, onu tutub gedin. Baş­qa yol­la­ra uyma­yın. Çünki, o yollar sizi Allahın yolun­dan uzaqlaşdırar. Allah bunları si­zə töv­siyə etmiş­dir ki, bəlkə pis əməllərdən çəki­nəsi­niz
Surah Al-Anaam, Verse 153


ثُمَّ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِيٓ أَحۡسَنَ وَتَفۡصِيلٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمۡ يُؤۡمِنُونَ

Sonra Biz Musaya – yax­şı iş gö­rən kimsəyə nemə­timizi ta­mam­lamaq məqsədilə, hər şe­yi müfəssəl izah edən, doğru yol gös­tə­ricisi və mər­həmət ola­raq Kitab verdik ki, bəlkə on­lar öz Rəbbi ilə qar­şılaşa­caq­la­rına iman gə­tirələr
Surah Al-Anaam, Verse 154


وَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ فَٱتَّبِعُوهُ وَٱتَّقُواْ لَعَلَّكُمۡ تُرۡحَمُونَ

Bu, Bizim nazil etdiyi­miz mü­ba­rək bir Kitabdır. Ona tabe olun və Allah­dan qorxun ki, bəlkə sizə rəhm oluna­
Surah Al-Anaam, Verse 155


أَن تَقُولُوٓاْ إِنَّمَآ أُنزِلَ ٱلۡكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيۡنِ مِن قَبۡلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمۡ لَغَٰفِلِينَ

Biz bunu ona görə nazil etdik ki, siz: “Kitab yal­nız biz­dən əv­vəl­ki iki tay­­faya – yəhu­dilərə və xaçpərəstlərə nazil edil­mişdir. Biz isə onla­rın oxu­duq­la­rın­dan xəbərsi­zik”
Surah Al-Anaam, Verse 156


أَوۡ تَقُولُواْ لَوۡ أَنَّآ أُنزِلَ عَلَيۡنَا ٱلۡكِتَٰبُ لَكُنَّآ أَهۡدَىٰ مِنۡهُمۡۚ فَقَدۡ جَآءَكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞۚ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنۡهَاۗ سَنَجۡزِي ٱلَّذِينَ يَصۡدِفُونَ عَنۡ ءَايَٰتِنَا سُوٓءَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يَصۡدِفُونَ

və ya: “Əgər bizə Kitab nazil edil­səydi, onlardan daha çox doğru yol­da olar­dıq”– de­məyə­si­niz. Artıq sizə Rəb­bi­niz­dən açıq-ay­dın bir dəlil, doğru yol göstəricisi və mər­həmət gəl­mişdir. Alla­hın ayə­lə­rini yalan sayan və onlar­dan üz çe­virən kimsədən daha za­lım kim ola bilər? Ayələrimizdən üz çevi­rənləri üz çevir­dik­lə­ri­nə görə pis əzab­la cəza­lan­dıra­cağıq
Surah Al-Anaam, Verse 157


هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ رَبُّكَ أَوۡ يَأۡتِيَ بَعۡضُ ءَايَٰتِ رَبِّكَۗ يَوۡمَ يَأۡتِي بَعۡضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفۡسًا إِيمَٰنُهَا لَمۡ تَكُنۡ ءَامَنَتۡ مِن قَبۡلُ أَوۡ كَسَبَتۡ فِيٓ إِيمَٰنِهَا خَيۡرٗاۗ قُلِ ٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ

Yoxsa onlar ancaq ya mələk­lə­rin, ya Rəbbinin və ya­xud da Rəbbinin bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəbbinin bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. De: “Gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik”
Surah Al-Anaam, Verse 158


إِنَّ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗا لَّسۡتَ مِنۡهُمۡ فِي شَيۡءٍۚ إِنَّمَآ أَمۡرُهُمۡ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفۡعَلُونَ

Dinlərini parçalayıb fir­qə-fir­qə olan­larla sənin heç bir əla­qən yox­dur. Onların işi Alla­ha aiddir. Sonra Allah onlara etdik­ləri əməllər barədə xəbər verə­cəkdir
Surah Al-Anaam, Verse 159


مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ عَشۡرُ أَمۡثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَا وَهُمۡ لَا يُظۡلَمُونَ

Kim yax­şı əməl gə­tirərsə, ona gətir­diyinin on qat əvəzi ve­ri­lər. Kim pis əməl gə­tirərsə, ona ancaq gə­tirdi­yi­nin misli qədər cəza ve­rilər. On­lara haq­sızlıq edilməz
Surah Al-Anaam, Verse 160


قُلۡ إِنَّنِي هَدَىٰنِي رَبِّيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ دِينٗا قِيَمٗا مِّلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۚ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ

De: “Həqiqətən, Rəb­bim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yö­nəlt­di. O heç vaxt müşrik­lər­dən ol­ma­mış­dı”
Surah Al-Anaam, Verse 161


قُلۡ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحۡيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ

De: “Şübhəsiz ki, mə­nim nama­zım da, qurbanım da, hə­ya­tım da, ölü­müm də aləm­lə­rin Rəbbi Allah üçün­dür
Surah Al-Anaam, Verse 162


لَا شَرِيكَ لَهُۥۖ وَبِذَٰلِكَ أُمِرۡتُ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُسۡلِمِينَ

Onun heç bir şəriki yox­dur. Mə­nə belə buyurul­muş­dur və mən müsəl­manların birinci­siyəm”
Surah Al-Anaam, Verse 163


قُلۡ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِي رَبّٗا وَهُوَ رَبُّ كُلِّ شَيۡءٖۚ وَلَا تَكۡسِبُ كُلُّ نَفۡسٍ إِلَّا عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ

De: “Allah hər şeyin Rəbbi ol­duğu halda, mən On­dan baş­qa məbud­mu axtaraca­ğam?” Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir. Heç bir gü­nahkar baş­qasının güna­hını daşı­maz. Son­ra isə dönü­şünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz mə­sə­lələr barədə sizə xəbər verəcəkdir
Surah Al-Anaam, Verse 164


وَهُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَـٰٓئِفَ ٱلۡأَرۡضِ وَرَفَعَ بَعۡضَكُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلۡعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٞ رَّحِيمُۢ

Verdiyi nemətlərlə sı­namaq üçün sizi yer üzünün xə­ləf­ləri təyin edən, bi­rinizi di­gə­rini­zin föv­qünə dərəcə-də­rə­cə qal­dı­ran Odur. Həqi­qə­tən, sənin Rəb­bin tezliklə cəza ve­rəndir. Həqiqətən, O, Ba­ğış­la­yandır, Rəhm­lidir
Surah Al-Anaam, Verse 165


Author: Khan Musayev


<< Surah 5
>> Surah 7

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai