UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah At-Taghabun - Azerbaijani Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov


يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ لَهُ ٱلۡمُلۡكُ وَلَهُ ٱلۡحَمۡدُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

Goylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib sə’ninə tə’riflər deyər. Hokm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər seyə qadirdir
Surah At-Taghabun, Verse 1


هُوَ ٱلَّذِي خَلَقَكُمۡ فَمِنكُمۡ كَافِرٞ وَمِنكُم مُّؤۡمِنٞۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ

Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mo’min. Allah nə etdiklərinizi gorəndir
Surah At-Taghabun, Verse 2


خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ

O, goyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gozəl yaratdı. (Insan butun canlıların ən gozəli və ən kamilidir). Axır donus də Onun huzurunadır
Surah At-Taghabun, Verse 3


يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

O, goylərdə və yerdə olanları da, sizin gizlində və askar da nə etdiyinizi də bilir. Allah urəklərdə olanları biləndir
Surah At-Taghabun, Verse 4


أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُ فَذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ

(Ey Məkkə musrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba ducar edilməsi) xəbəri sizə gəlib catmadımı? Onlar oz gordukləri islərin cəzasını dunyada daddılar. Onları (axirətdə) siddətli bir əzab gozləyir
Surah At-Taghabun, Verse 5


ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالُوٓاْ أَبَشَرٞ يَهۡدُونَنَا فَكَفَرُواْ وَتَوَلَّواْۖ وَّٱسۡتَغۡنَى ٱللَّهُۚ وَٱللَّهُ غَنِيٌّ حَمِيدٞ

Cunki peygəmbərləri onlara acıq-askar mo’cuzələr gətirir, onlar isə: “Məgər bizi dogu yola (ozumuz kimi adi) bir insanmı salacaqdır?!” – deyərək (o peygəmbərləri) inkar edir və (haqdan) uz dondərirlər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah hec bir seyə mohtac deyildir. O, (hər cur) sukrə (tə’rifə) layiqdir
Surah At-Taghabun, Verse 6


زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ

Kafir olanlar (oldukdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peygəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mutləq dirildiləcəksiniz. Sonra da (dunyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah ucun cox asandır
Surah At-Taghabun, Verse 7


فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِيٓ أَنزَلۡنَاۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ

Elə isə Allaha, Onun Peygəmbərinə və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin! Allah etdiyimiz əməllərdən agahdır
Surah At-Taghabun, Verse 8


يَوۡمَ يَجۡمَعُكُمۡ لِيَوۡمِ ٱلۡجَمۡعِۖ ذَٰلِكَ يَوۡمُ ٱلتَّغَابُنِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

Allahın sizi (haqq-hesab ucun) toplanmıs gununə cəm edəcəyi gun – məhz o gun qarsılıqlı aldanma gunudur! (Həmin gun kafirlərin dunyaya uyaraq axirəti əldən verdiklərinə gorə, bə’zi mo’minlərin də dunyada bacardıqlarından az yaxsı əməllər etdiklərinə gorə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxsı əməllər etsə, (Allah) onun gunahlarının ustunu ortər və onu (agacları) altından caylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, boyuk qurtulusdur (ugurdur)
Surah At-Taghabun, Verse 9


وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَاۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ

Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmisəlik qalacaqlar. Ora necə də pis məskəndir
Surah At-Taghabun, Verse 10


مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ يَهۡدِ قَلۡبَهُۥۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

Allahın izni olmadıqca (hec kəsə) hec bir musibət uz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa dogru yonəldər. (O, dunyada bas verən hər seyin Allahın əzəli hokmu və izni ilə oldugunu bilər). Allah hər seyi (kecmisi, indini və gələcəyi) biləndir
Surah At-Taghabun, Verse 11


وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۚ فَإِن تَوَلَّيۡتُمۡ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ

Allaha itaət edin, Onun Peygəmbərinə itaət edin; hər kəs (itaətdən) uz dondərsə, (bilsin ki) Peygəmbərimizin ohdəsinə dusən yalnız acıq-askar təbligdir! (O hec kəsi zorla iman gətirməyə məcbur edən deyildir)
Surah At-Taghabun, Verse 12


ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ

Allahdan basqa hec bir tanrı (mə’bud) yoxdur. Buna gorə də mo’minlər ancaq Allaha təvəkkul etsinlər
Surah At-Taghabun, Verse 13


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ مِنۡ أَزۡوَٰجِكُمۡ وَأَوۡلَٰدِكُمۡ عَدُوّٗا لَّكُمۡ فَٱحۡذَرُوهُمۡۚ وَإِن تَعۡفُواْ وَتَصۡفَحُواْ وَتَغۡفِرُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ

Ey iman gətirənlər! Subhəsiz ki, zovcələrinizdən və ovladınızdan sizə dusmən olanlar vardır. (Onlar din və ya dunya islərində sizin əleyhinizə cıxar, sizi ibadətdən, yaxsı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar muxtəlif bəhanələrlə sizi bu fikrinizdən dasındırmısdılar). Onlardan ozunuzu gozləyin! Amma (tovbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) kecsəniz və bagıslasanız (daha yaxsı olar). Cunki Allah (gunahları cox) bagıslayandır, rəhm edəndir
Surah At-Taghabun, Verse 14


إِنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ

Həqiqətən, mal-dovlətiniz və ogul-usagınız (sizin ucun) ancaq bir imtahandır. Ən boyuk mukafat (Cənnət) isə Allah dərgahındadır
Surah At-Taghabun, Verse 15


فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيۡرٗا لِّأَنفُسِكُمۡۗ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

Allahdan (Allahın əzabından) bacardıgınız qədər qorxun. (Sizə verilə oyud-nəsihətə) qulaq asın; (Allaha və Peygəmbərinə) itaət edin və (mal-dovlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin ozunuz ucun xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovusanlardır
Surah At-Taghabun, Verse 16


إِن تُقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعِفۡهُ لَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ

Əgər Allaha (Allah yolunda) gozəl (konul xoslugu ilə) bir borc versəniz, (Allah) sizin ucun onun əvəzini qat-qat artırar və sizi bagıslayar. Allah qədirbiləndir, həlimdir
Surah At-Taghabun, Verse 17


عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

(Allah) gizlini də, askarı da biləndir, yenilməz qudrət sahibi, hikmət sahibidir
Surah At-Taghabun, Verse 18


Author: Vasim Mammadaliyev And Ziya Bunyadov


<< Surah 63
>> Surah 65

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai