UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Yunus - Azerbaijani Translation by Khan Musayev


الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡحَكِيمِ

Əlif. Ləm. Ra. Bu, hik­mətli Kitab­ın ayələridir
Surah Yunus, Verse 1


أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنۡ أَوۡحَيۡنَآ إِلَىٰ رَجُلٖ مِّنۡهُمۡ أَنۡ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنَّ لَهُمۡ قَدَمَ صِدۡقٍ عِندَ رَبِّهِمۡۗ قَالَ ٱلۡكَٰفِرُونَ إِنَّ هَٰذَا لَسَٰحِرٞ مُّبِينٌ

İçərilərindən bir adama: “İn­sanla­rı qorxut və iman gəti­rən­lə­ri müjdələ ki, özlərinin Rəb­bi yanında onların etdik­ləri yax­şılıq­la­rın mükafatı var­!”– de­yə vəhy etməyimiz insanlara qə­ribə­mi gö­rün­dü? Kafirlər: “Söz­­süz ki, bu, açıq-aşkar bir sehr­bazdır!”– de­di­lər
Surah Yunus, Verse 2


إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُدَبِّرُ ٱلۡأَمۡرَۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعۡدِ إِذۡنِهِۦۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ أَفَلَا تَذَكَّرُونَ

Şübhəsiz ki, Rəbbiniz göy­ləri və ye­ri altı gündə yaradan, son­ra da Ərşə uca­lan Allahdır. İşləri yoluna qoyan Odur. Yal­nız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbi­niz Allah. Ona ibadət edin. Məgər dü­şü­nüb ibrət al­mırsınız
Surah Yunus, Verse 3


إِلَيۡهِ مَرۡجِعُكُمۡ جَمِيعٗاۖ وَعۡدَ ٱللَّهِ حَقًّاۚ إِنَّهُۥ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ بِٱلۡقِسۡطِۚ وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ

Ha­mı­nı­zın dönüşü Ona­dır. Bu, Allahın haqq olan və­didir. O, məx­luqu ilk də­fə ya­radır, sonra onu Qiyamət günü ye­ni­­dən dirildir ki, saleh əməl­lər edən­ləri əda­lətlə müka­fat­landırsın. Ka­firlərə gə­lin­cə, küfr etdiklə­rinə görə on­lar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazır­lan­mışdır
Surah Yunus, Verse 4


هُوَ ٱلَّذِي جَعَلَ ٱلشَّمۡسَ ضِيَآءٗ وَٱلۡقَمَرَ نُورٗا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلۡحَقِّۚ يُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ

Günəşi işıqlı, ayı nurlu edən, il­lə­rin sayını və hesabı bi­ləsiniz de­yə ona mənzillər (səf­hələr) müəy­yən edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən adam­lara belə izah edir
Surah Yunus, Verse 5


إِنَّ فِي ٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَّقُونَ

Doğrudan da, gecə ilə gün­düzün bir-birini əvəz etməsin­də, Allahın göylərdə və yerdə yarat­dıqlarında Allahdan qor­xan adam­lar üçün dəlillər var­dır
Surah Yunus, Verse 6


إِنَّ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا وَرَضُواْ بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَٱطۡمَأَنُّواْ بِهَا وَٱلَّذِينَ هُمۡ عَنۡ ءَايَٰتِنَا غَٰفِلُونَ

Şübhəsiz ki, Bizimlə qar­şı­laşa­caq­la­rına ümid etməyən­lər, dün­ya həya­tın­dan razı qa­lıb onun­la rahatlıq tapan­lar və ayələ­ri­miz­dən xəbərsiz olan­ların –
Surah Yunus, Verse 7


أُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُواْ يَكۡسِبُونَ

məhz onların qazandıq­la­rı günah­la­ra görə gedəcəkləri yer Oddur
Surah Yunus, Verse 8


إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ يَهۡدِيهِمۡ رَبُّهُم بِإِيمَٰنِهِمۡۖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُ فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ

İman gətirib saleh əməl­lər edən­ləri Rəbbi imanla­rı­na görə doğru yola yönəldər. Nəim cən­nətlərində onların ayaq­ları al­tından çay­lar axar
Surah Yunus, Verse 9


دَعۡوَىٰهُمۡ فِيهَا سُبۡحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٞۚ وَءَاخِرُ دَعۡوَىٰهُمۡ أَنِ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ

Onların oradakı duası: “Alla­hım! Sən pak və müqəd­dəs­sən!”, orada bir-birlərini sa­lamlaması: “Salam!” sözü və dualarının so­nu: “Həmd, aləm­lə­rin Rəbbi Allaha məxsusdur!” söz­ləri olacaq
Surah Yunus, Verse 10


۞وَلَوۡ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسۡتِعۡجَالَهُم بِٱلۡخَيۡرِ لَقُضِيَ إِلَيۡهِمۡ أَجَلُهُمۡۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ

Əgər Allah insanlara is­tə­­dikləri xeyri tez verdiyi ki­mi, şəri də tez ver­səydi, əlbəttə, on­ların əcəli çatmış olar­dı. Bi­zim­lə qarşı­la­şacaqlarına ümid et­mə­yənləri isə azğınlıqları için­də sər­gər­dan do­laşan vəziy­yətdə tərk edərik
Surah Yunus, Verse 11


وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوۡ قَاعِدًا أَوۡ قَآئِمٗا فَلَمَّا كَشَفۡنَا عَنۡهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمۡ يَدۡعُنَآ إِلَىٰ ضُرّٖ مَّسَّهُۥۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡمُسۡرِفِينَ مَا كَانُواْ يَعۡمَلُونَ

İnsana bəla üz verdikdə uzanan­da da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuş­dur­duqda isə san­ki ona üz vermiş bəla­dan ötrü Bizi çağırmamış kimi keçib ge­dər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi
Surah Yunus, Verse 12


وَلَقَدۡ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ مِن قَبۡلِكُمۡ لَمَّا ظَلَمُواْ وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَمَا كَانُواْ لِيُؤۡمِنُواْۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri on­la­ra açıq-aşkar dəlillər gətir­dikləri hal­da onlara inan­ma­­dıqlarına gö­rə məhv etdik. Biz gü­nahkar adam­ları belə cəza­landırırıq
Surah Yunus, Verse 13


ثُمَّ جَعَلۡنَٰكُمۡ خَلَـٰٓئِفَ فِي ٱلۡأَرۡضِ مِنۢ بَعۡدِهِمۡ لِنَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ

Sonra onların ardınca si­zi yer üzün­də xələflər etdik ki, gö­rək necə davranacaq­sı­nız
Surah Yunus, Verse 14


وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَاتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا ٱئۡتِ بِقُرۡءَانٍ غَيۡرِ هَٰذَآ أَوۡ بَدِّلۡهُۚ قُلۡ مَا يَكُونُ لِيٓ أَنۡ أُبَدِّلَهُۥ مِن تِلۡقَآيِٕ نَفۡسِيٓۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّۖ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ

Açıq-aydın ayələrimiz on­lara oxun­duğu zaman Bizimlə qar­şılaşacaqlarına ümid etmə­yənlər deyərlər: “Bizə bun­dan başqa bir Quran gətir və ya onu də­yişdir!” De: “Mən onu öz is­təyimlə də­yiş­dirə bilmə­rəm. Mən yalnız mənə vəhy olu­na­na tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük gü­nün əza­bından qorxu­ram”
Surah Yunus, Verse 15


قُل لَّوۡ شَآءَ ٱللَّهُ مَا تَلَوۡتُهُۥ عَلَيۡكُمۡ وَلَآ أَدۡرَىٰكُم بِهِۦۖ فَقَدۡ لَبِثۡتُ فِيكُمۡ عُمُرٗا مِّن قَبۡلِهِۦٓۚ أَفَلَا تَعۡقِلُونَ

De: “Əgər Allah istə­səy­di, mən onu sizə oxumaz­dım, O da onu sizə bildir­məzdi. Mən axı bundan öncə də si­zin ara­nızda ya­şa­mışam. Məgər bil­mirsiniz?”
Surah Yunus, Verse 16


فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡمُجۡرِمُونَ

Allaha qarşı yalan uy­du­­randan və ya Onun ayələrini ya­lan hesab edən­dən daha za­lım kim ola bilər? Doğ­ru­dan da, günah­kar­lar nicat tapmaz­lar
Surah Yunus, Verse 17


وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡ وَيَقُولُونَ هَـٰٓؤُلَآءِ شُفَعَـٰٓؤُنَا عِندَ ٱللَّهِۚ قُلۡ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعۡلَمُ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ

Onlar Allahı qoyub öz­lə­­ri­nə nə bir zərər, nə də bir fayda ve­rə bilmə­yənlərə iba­dət edir və: “Onlar Allah yanında bizim şə­fa­ət­çi­lərimizdir!”– de­yir­lər. De: “Yoxsa Allaha göy­lərdə və yer­də bil­mə­diyi bir şeyimi xəbər verir­si­niz?” Allah onların qoşduqları şə­rik­lər­dən uzaqdır və ucadır
Surah Yunus, Verse 18


وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةٗ وَٰحِدَةٗ فَٱخۡتَلَفُواْۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡ فِيمَا فِيهِ يَخۡتَلِفُونَ

İnsanlar vahid bir üm­mət idilər, sonra ixtilafa düş­dülər. Əgər Rəbbin tə­rəfindən əzəl­dən bir Söz verilməsəydi, ixti­lafa düş­dükləri şey barə­sin­də ara­la­rında dərhal hökm ve­ri­lərdi
Surah Yunus, Verse 19


وَيَقُولُونَ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۖ فَقُلۡ إِنَّمَا ٱلۡغَيۡبُ لِلَّهِ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ

Onlar deyirlər: “Niyə ona Rəb­bin­dən bir möcüzə endi­ril­mə­yib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şüb­hə­siz ki, mən də sizinlə bir­lik­də göz­ləyənlər­dənəm”
Surah Yunus, Verse 20


وَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةٗ مِّنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُمۡ إِذَا لَهُم مَّكۡرٞ فِيٓ ءَايَاتِنَاۚ قُلِ ٱللَّهُ أَسۡرَعُ مَكۡرًاۚ إِنَّ رُسُلَنَا يَكۡتُبُونَ مَا تَمۡكُرُونَ

İnsanlara üz verən bəla­dan sonra onlara bir mərhə­mət dad­dır­dığımız za­man ayə­ləri­mizə qarşı hiyləgərlik et­mə­yə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şüb­həsiz ki, elçi­lərimiz mələklər qurdu­ğu­nuz hiylələri ya­zır­lar
Surah Yunus, Verse 21


هُوَ ٱلَّذِي يُسَيِّرُكُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۖ حَتَّىٰٓ إِذَا كُنتُمۡ فِي ٱلۡفُلۡكِ وَجَرَيۡنَ بِهِم بِرِيحٖ طَيِّبَةٖ وَفَرِحُواْ بِهَا جَآءَتۡهَا رِيحٌ عَاصِفٞ وَجَآءَهُمُ ٱلۡمَوۡجُ مِن كُلِّ مَكَانٖ وَظَنُّوٓاْ أَنَّهُمۡ أُحِيطَ بِهِمۡ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنۡ أَنجَيۡتَنَا مِنۡ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ

Sizi quruda və dənizdə hərə­kət etdirən Odur. Siz gə­mi­lərdə oldu­ğu­nuz, gəmilər də içində­ki­ləri xoş bir küləklə apar­­dığı və onlar buna sevin­dikləri za­man bir­dən fırtına qo­par və dalğalar hər yan­dan onların üs­tünə gələr. Dal­ğala­rın onları bürüyəcəyini yəqin et­dikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyər­lər: “Əgər bizi bundan xilas etsən, əlbət­tə, şükür edən­lər­dən olarıq”
Surah Yunus, Verse 22


فَلَمَّآ أَنجَىٰهُمۡ إِذَا هُمۡ يَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۗ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغۡيُكُمۡ عَلَىٰٓ أَنفُسِكُمۖ مَّتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ إِلَيۡنَا مَرۡجِعُكُمۡ فَنُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

Allah onları xilas etdik­də isə dər­hal haqsız olaraq yer üzün­də azğınlıq edərlər. Ey in­sanlar! Azğınlığınız yal­nız si­zin öz əley­hi­nizədir. Bunlar dün­ya həyatının keçici zövqlə­ri­dir. Sonra isə dö­nü­şünüz Bizə ola­caq, Biz də nə etdik­ləriniz ba­rədə sizə xəbər ve­rə­cəyik
Surah Yunus, Verse 23


إِنَّمَا مَثَلُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ مِمَّا يَأۡكُلُ ٱلنَّاسُ وَٱلۡأَنۡعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلۡأَرۡضُ زُخۡرُفَهَا وَٱزَّيَّنَتۡ وَظَنَّ أَهۡلُهَآ أَنَّهُمۡ قَٰدِرُونَ عَلَيۡهَآ أَتَىٰهَآ أَمۡرُنَا لَيۡلًا أَوۡ نَهَارٗا فَجَعَلۡنَٰهَا حَصِيدٗا كَأَن لَّمۡ تَغۡنَ بِٱلۡأَمۡسِۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَتَفَكَّرُونَ

Dünya həyatının misalı göy­dən endirdiyimiz suyun misalına bənzəyir ki, onun sa­yə­sində insanların və hey­van­ların yediyi yer bitkiləri bir-bi­rinə qatışır. Nə­hayət, yer öz bərbə­zəyinə bürü­nüb rövnəq­ləndiyi və onun sakin­ləri onun məh­sulunu yığma­ğa qa­dir ol­duq­larını güman et­dikləri za­man gecə yaxud gündüz əm­ri­miz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndə­rərik ki, san­ki dünən heç bol məh­­sulu olmamışdı. Biz ayələri düşü­nən bir qövm üçün belə­cə izah edirik
Surah Yunus, Verse 24


وَٱللَّهُ يَدۡعُوٓاْ إِلَىٰ دَارِ ٱلسَّلَٰمِ وَيَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

Allah əmin-amanlıq yur­duna – Cən­nətə çağırır və istə­di­yini doğru yola yönəldir
Surah Yunus, Verse 25


۞لِّلَّذِينَ أَحۡسَنُواْ ٱلۡحُسۡنَىٰ وَزِيَادَةٞۖ وَلَا يَرۡهَقُ وُجُوهَهُمۡ قَتَرٞ وَلَا ذِلَّةٌۚ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü (Cən­nət, üstəlik də Allahı gör­mək) vardır. Onların üzü­nü nə bir qu­bar, nə də bir zillət bü­rüyər. Onlar Cənnət sakin­ləri­dir­lər və onlar ora­da əbədi qa­lacaq­lar
Surah Yunus, Verse 26


وَٱلَّذِينَ كَسَبُواْ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةِۭ بِمِثۡلِهَا وَتَرۡهَقُهُمۡ ذِلَّةٞۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۖ كَأَنَّمَآ أُغۡشِيَتۡ وُجُوهُهُمۡ قِطَعٗا مِّنَ ٱلَّيۡلِ مُظۡلِمًاۚ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

Pis işlər görənlərə isə pis­­liyin cə­zası onun misli qədər ve­ri­lər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üz­ləri sanki zülmət gecənin par­çalarına bü­­rün­müş­dür. On­lar Od sakinləridir­ və onlar orada əbədi qalacaqlar
Surah Yunus, Verse 27


وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُواْ مَكَانَكُمۡ أَنتُمۡ وَشُرَكَآؤُكُمۡۚ فَزَيَّلۡنَا بَيۡنَهُمۡۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمۡ إِيَّانَا تَعۡبُدُونَ

O gün onların hamısını bir yerə toplayacaq, sonra da müş­rik­lərə: “Siz də, şərik­ləri­niz də öz yeri­nizdə qalın!”– de­yə­cəyik. Biz on­ları ayıraca­ğıq. Onla­rın şə­rikləri deyəcək­lər: “Siz bizə iba­dət et­mirdiniz
Surah Yunus, Verse 28


فَكَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنَنَا وَبَيۡنَكُمۡ إِن كُنَّا عَنۡ عِبَادَتِكُمۡ لَغَٰفِلِينَ

Bizimlə sizin aranızda Alla­hın şa­hid olması yetər. Doğ­ru­dan da biz si­zin ibadəti­niz­dən xəbər­siz idik”
Surah Yunus, Verse 29


هُنَالِكَ تَبۡلُواْ كُلُّ نَفۡسٖ مَّآ أَسۡلَفَتۡۚ وَرُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوۡلَىٰهُمُ ٱلۡحَقِّۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ

Orada hər kəs keç­mişdə tö­rətdiklərinin acısını çəkə­cək­dir. On­lar Allaha – öz­lərinin həqiqi Hima­yə­da­rı­na qaytarılacaq­ və uydur­duq­ları bütlər on­lardan uzaqlaşıb qeyb ola­caqlar
Surah Yunus, Verse 30


قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ

De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaq­lara və gözlərə ha­kim olan kim­dir? Ölüdən diri çıxaran, di­ri­dən də ölü çıxaran kimdir? İş­ləri yoluna qoyan kimdir?” Onlar de­yəcək­lər: “Allah!” De: “Bəs belə olduğu halda Allah­dan qorxmursunuz?”
Surah Yunus, Verse 31


فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلۡحَقُّۖ فَمَاذَا بَعۡدَ ٱلۡحَقِّ إِلَّا ٱلضَّلَٰلُۖ فَأَنَّىٰ تُصۡرَفُونَ

O sizin Haqq Rəbbiniz olan Allah­dır. Haqdan sonra zə­la­lət­dən baş­qa nə ola bilər? Siz necə də haqdan dön­dəri­lir­siniz
Surah Yunus, Verse 32


كَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓاْ أَنَّهُمۡ لَا يُؤۡمِنُونَ

Beləliklə, fasiqlərin iman gətir­mə­yəcəyinə dair Rəbbinin Sö­zü doğru çıx­dı
Surah Yunus, Verse 33


قُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۚ قُلِ ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ

De: “Allaha qoşduğunuz şə­rik­lər­dən eləsi varmı ki, hər hansı bir məx­lu­qu ilk dəfə ya­rat­sın, öldükdən sonra onu əvvəlki halına qay­tarsın?” De: “Məx­lu­qu ilk də­fə Allah yaradır, öldük­dən sonra onu əvvəlki halına qay­tarır. Siz necə də haq­dan dön­dərilirsiniz!”
Surah Yunus, Verse 34


قُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّۚ قُلِ ٱللَّهُ يَهۡدِي لِلۡحَقِّۗ أَفَمَن يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّيٓ إِلَّآ أَن يُهۡدَىٰۖ فَمَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ

De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəl­dən bir kimsə var­mı?” De: “Allah Öz qullarını haqqa yö­nəldir. Elə isə de­yin görək haq­qa yö­nəl­dən kəs arxasınca ge­dilməyə daha çox la­yiq­dir, yox­sa özünə doğru yol gös­tə­ril­mə­yincə onu tapa bilmə­yən kəs? Sizə nə olub? Necə mü­hakimə edir­si­niz?”
Surah Yunus, Verse 35


وَمَا يَتَّبِعُ أَكۡثَرُهُمۡ إِلَّا ظَنًّاۚ إِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ

Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn hə­qiqəti heç cür əvəz edə bil­məz. Allah onların nə etdiklə­rini bilir
Surah Yunus, Verse 36


وَمَا كَانَ هَٰذَا ٱلۡقُرۡءَانُ أَن يُفۡتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ

Bu Quran Allahdandır, On­dan baş­qası tərəfindən uy­durula bilməz. La­kin o, özün­dən əvvəl­kiləri təs­diq­lə­yən və aləmlərin Rəb­bi tərəfindən na­zil edilmiş, içində də heç bir şəkk-şübhə ol­ma­yan kitabları mü­fəssəl izah edəndir
Surah Yunus, Verse 37


أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِسُورَةٖ مِّثۡلِهِۦ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ

Yoxsa: “Muhəmməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru danı­şır­sı­nız­sa, ona bənzər bir surə də siz gə­tirin və Allahdan başqa, ki­mi ba­carırsı­nızsa, köməyə çağı­rın!”
Surah Yunus, Verse 38


بَلۡ كَذَّبُواْ بِمَا لَمۡ يُحِيطُواْ بِعِلۡمِهِۦ وَلَمَّا يَأۡتِهِمۡ تَأۡوِيلُهُۥۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّـٰلِمِينَ

Xeyr! Onlar elmini qav­raya bil­mədikləri və hələ yo­zumu on­lara gəl­məmiş Quranı yalan hesab etdilər. On­lardan əv­vəlkilər də yalan hesab et­miş­di­lər. Bir gör zalım­ların aqi­bəti necə oldu
Surah Yunus, Verse 39


وَمِنۡهُم مَّن يُؤۡمِنُ بِهِۦ وَمِنۡهُم مَّن لَّا يُؤۡمِنُ بِهِۦۚ وَرَبُّكَ أَعۡلَمُ بِٱلۡمُفۡسِدِينَ

İçərilərində bu Qurana ina­nan­lar da var, ona inanma­yan­lar da. Rəb­bin fit­nə-fəsad törə­dənləri daha yaxşı ta­nıyır
Surah Yunus, Verse 40


وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمۡ عَمَلُكُمۡۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعۡمَلُ وَأَنَا۠ بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ

Əgər səni yalançı hesab et­sələr, de: “Mənim əməlim mə­nə, sizin əmə­li­niz isə sizə aid­dir. Siz mənim etdiyim əməl­­dən uzaqsı­nız, mən də sizin et­­di­yi­niz əməl­lərdən uzağ­am”
Surah Yunus, Verse 41


وَمِنۡهُم مَّن يَسۡتَمِعُونَ إِلَيۡكَۚ أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ وَلَوۡ كَانُواْ لَا يَعۡقِلُونَ

Onlardan səni dinləyən­lər də var­dır. Məgər karlara – əgər an­lamır­lar­sa – sənmi eşit­di­rəcəksən
Surah Yunus, Verse 42


وَمِنۡهُم مَّن يَنظُرُ إِلَيۡكَۚ أَفَأَنتَ تَهۡدِي ٱلۡعُمۡيَ وَلَوۡ كَانُواْ لَا يُبۡصِرُونَ

Onlardan sənə baxanlar da var­dır. Məgər korları – əgər gör­mürlərsə – sənmi doğru yo­la yö­nəl­dəcəksən
Surah Yunus, Verse 43


إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ ٱلنَّاسَ شَيۡـٔٗا وَلَٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمۡ يَظۡلِمُونَ

Həqiqətən, Allah insan­la­ra əsla zülm etməz, lakin in­san­lar öz­ləri öz­lə­rinə zülm edər­lər
Surah Yunus, Verse 44


وَيَوۡمَ يَحۡشُرُهُمۡ كَأَن لَّمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيۡنَهُمۡۚ قَدۡ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُواْ مُهۡتَدِينَ

Allah onları bir yerə top­la­yacağı gün, sanki dünyada və yaxud qəbirdə gün­düzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini ta­nı­yacaqlar. Allahla qar­şı­laşacaqlarını yalan sayan­lar mütləq zi­ya­na uğrayacaq­lar. On­lar doğru yola yönələn deyillər
Surah Yunus, Verse 45


وَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفۡعَلُونَ

Onlara vəd etdiyimiz əza­bın bə­zisini sənə göstərsək və ya­xud da gös­tərmədən öncə səni öldürsək, yenə də onların dö­nüşü Bi­zə­dir. Həm də Allah on­ların nə etdiklərinə Şahiddir
Surah Yunus, Verse 46


وَلِكُلِّ أُمَّةٖ رَّسُولٞۖ فَإِذَا جَآءَ رَسُولُهُمۡ قُضِيَ بَيۡنَهُم بِٱلۡقِسۡطِ وَهُمۡ لَا يُظۡلَمُونَ

Hər ümmətin bir elçisi var­dır. El­çiləri gəldikdə onla­rın ara­sında əda­lət­lə hökm ve­rilər və onlara zülm edil­məz
Surah Yunus, Verse 47


وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ

Kafirlər deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”
Surah Yunus, Verse 48


قُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي ضَرّٗا وَلَا نَفۡعًا إِلَّا مَا شَآءَ ٱللَّهُۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌۚ إِذَا جَآءَ أَجَلُهُمۡ فَلَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ

De: “Allahın istədiyin­dən başqa, mən özümə nə bir zə­rər, nə də bir xeyir verməyə qa­di­rəm. Hər ümmətin bir əcə­li var­dır. On­ların əcəli gəldiyi za­man bircə saat belə nə yu­ba­nar, nə də qa­ba­ğa keçə bilər­lər”
Surah Yunus, Verse 49


قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُهُۥ بَيَٰتًا أَوۡ نَهَارٗا مَّاذَا يَسۡتَعۡجِلُ مِنۡهُ ٱلۡمُجۡرِمُونَ

Müşriklərə de: “Söylə­yin görüm, əgər Onun əzabı sizə gecə, ya­xud gün­düz gələ­cəksə, onda günahkarlar bun­lardan hansını tə­ləsik istəyə­cəklər
Surah Yunus, Verse 50


أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓۚ ءَآلۡـَٰٔنَ وَقَدۡ كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ

Əzab başınızın üstünü al­dıqdan sonramı ona iman gə­tirə­cək­siniz? Yox­sa indimi? Siz ki, onun tez gəlməsini is­tə­yir­diniz!”
Surah Yunus, Verse 51


ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا بِمَا كُنتُمۡ تَكۡسِبُونَ

Sonra zalımlara deyilə­cək­dir: “Da­dın əbədi əzabı! Mə­gər siz ancaq qazandığınız gü­nahlara görə cəzalan­dı­rıl­mır­sı­nızmı?”
Surah Yunus, Verse 52


۞وَيَسۡتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَۖ قُلۡ إِي وَرَبِّيٓ إِنَّهُۥ لَحَقّٞۖ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ

Səndən: “O əzab doğru­durmu?”– deyə xəbər alırlar. De: “Bə­li, and olsun Rəbbimə! Həqi­qətən də, o, doğrudur və siz ondan ya­xa qurtara bil­mə­yə­cək­siniz”
Surah Yunus, Verse 53


وَلَوۡ أَنَّ لِكُلِّ نَفۡسٖ ظَلَمَتۡ مَا فِي ٱلۡأَرۡضِ لَٱفۡتَدَتۡ بِهِۦۗ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۖ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡقِسۡطِ وَهُمۡ لَا يُظۡلَمُونَ

Əgər zalım olan hər kəs yer üzün­də olanların hamısına sa­hib olsaydı, müt­ləq onu əzab­­dan qur­tarmaq üçün fid­yə ve­rər­di. On­lar əzabı gördükdə də­rin­dən peşman olarlar. Onla­rın arasında əda­lətlə hökm ve­ri­lər və onlara zülm edilməz
Surah Yunus, Verse 54


أَلَآ إِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

Bilin ki, göylərdə və yer­də olan­ların hamısı Allahın­dır. Bilin ki, Alla­hın vədi haq­dır, lakin onların çoxu bu­nu bilmir
Surah Yunus, Verse 55


هُوَ يُحۡيِۦ وَيُمِيتُ وَإِلَيۡهِ تُرۡجَعُونَ

O, həm dirildir, həm də öl­dürür. Siz yalnız Ona qayta­rıla­caq­sınız
Surah Yunus, Verse 56


يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَتۡكُم مَّوۡعِظَةٞ مِّن رَّبِّكُمۡ وَشِفَآءٞ لِّمَا فِي ٱلصُّدُورِ وَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ

Ey insanlar! Rəbbiniz­dən sizə bir öyüd-nəsihət, köks­lər­də ola­na bir şəfa, möminlərə doğru yol göstəricisi və mər­hə­mət gəl­miş­dir
Surah Yunus, Verse 57


قُلۡ بِفَضۡلِ ٱللَّهِ وَبِرَحۡمَتِهِۦ فَبِذَٰلِكَ فَلۡيَفۡرَحُواْ هُوَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ

De: “Bunlar Allahın lütfü və mər­hə­məti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, on­ların yığ­dıq­la­rın­dan da­ha xeyir­li­dir
Surah Yunus, Verse 58


قُلۡ أَرَءَيۡتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزۡقٖ فَجَعَلۡتُم مِّنۡهُ حَرَامٗا وَحَلَٰلٗا قُلۡ ءَآللَّهُ أَذِنَ لَكُمۡۖ أَمۡ عَلَى ٱللَّهِ تَفۡتَرُونَ

De: “Allahın sizə nazil et­diyi ru­zi barədə söyləyin gö­rüm, onun bir qis­mini haram, bir qis­mini isə halal say­dı­nız”. De: “Allah­mı sizə izin verdi, yox­sa Allaha iftira yaxırsınız?”
Surah Yunus, Verse 59


وَمَا ظَنُّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ

Allaha qarşı yalan uy­du­­ranların Qiyamət günü barədə fi­kir­ləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütf­kardır, la­kin on­la­rın çoxu şükür etmir
Surah Yunus, Verse 60


وَمَا تَكُونُ فِي شَأۡنٖ وَمَا تَتۡلُواْ مِنۡهُ مِن قُرۡءَانٖ وَلَا تَعۡمَلُونَ مِنۡ عَمَلٍ إِلَّا كُنَّا عَلَيۡكُمۡ شُهُودًا إِذۡ تُفِيضُونَ فِيهِۚ وَمَا يَعۡزُبُ عَن رَّبِّكَ مِن مِّثۡقَالِ ذَرَّةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ وَلَآ أَصۡغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرَ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ

Sən hansı bir işdə olsan, Quran­dan nə oxusan, siz nə iş gör­sə­niz, ba­şı­nız ona qarışar­kən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qə­dər bir şey Rəbbindən gizli qal­maz. Bundan da­ha ki­çiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məh­fuz­da) ol­­masın
Surah Yunus, Verse 61


أَلَآ إِنَّ أَوۡلِيَآءَ ٱللَّهِ لَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ

Şübhəsiz ki, Allahın dost­larının heç bir qorxusu yoxdur və on­lar kədər­lən­məyəcəklər
Surah Yunus, Verse 62


ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ

Onlar iman gətirmiş və Allah­dan qorxmuşlar
Surah Yunus, Verse 63


لَهُمُ ٱلۡبُشۡرَىٰ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۚ لَا تَبۡدِيلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

Dünya həyatında da, axi­rətdə də onlara müjdə vardır. Alla­hın kəlmələri əsla dəyişil­məz. Bu, böyük uğurdur
Surah Yunus, Verse 64


وَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعًاۚ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Onların sözləri səni kə­dər­­lən­dir­məsin. Çünki qüdrət bütün­lüklə Allaha məxsusdur. O, Eşidən­dir, Biləndir
Surah Yunus, Verse 65


أَلَآ إِنَّ لِلَّهِ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ

Bilin ki, göylərdə və yer­də olan­ların hamısı Allahın­dır. Alla­hı qoyub başqa şərik­lərə yalvaranlar nəyin ar­dın­ca ge­dirlər? On­lar yal­nız zənnə uyur və ancaq yalan uydu­rurlar
Surah Yunus, Verse 66


هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ

Gecəni rahatlanmanız üçün yara­dan, gündüzü də ru­zi qa­zan­­manız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşi­dən adamlar üçün dəlillər vardır
Surah Yunus, Verse 67


قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱلۡغَنِيُّۖ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ إِنۡ عِندَكُم مِّن سُلۡطَٰنِۭ بِهَٰذَآۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ

Onlar: “Allah Özünə öv­lad gö­tür­müşdü!”– dedilər. O, pak­dır, mü­qəd­dəsdir! O, heç nəyə möhtac deyil. Göy­lər­də və yerdə nə varsa, Onun­dur. Buna aid sizdə heç bir də­lil yoxdur. Niyə Alla­ha qarşı bil­mədiklərinizi söy­ləyir­siniz
Surah Yunus, Verse 68


قُلۡ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ

De: “Şübhəsiz ki, Allaha qarşı ya­lan uyduranlar nicat tap­maz­lar”
Surah Yunus, Verse 69


مَتَٰعٞ فِي ٱلدُّنۡيَا ثُمَّ إِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ نُذِيقُهُمُ ٱلۡعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُواْ يَكۡفُرُونَ

Onlar bir müddət dün­ya­da fay­da­lanar; sonra onların dö­nüşü Bizə olar. Sonra da küfr etdiklə­rinə görə onlara şiddətli əzab dad­dı­rarıq
Surah Yunus, Verse 70


۞وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ

Onlara Nuhun əh­vala­tı­nı oxu. Bir zaman o, öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Əgər ara­nızda qalmağım və Allahın ayə­lə­ri­ni xatırlatmağım sizə ağır gə­lirsə, mən Allaha təvək­kül edi­rəm. Allaha qoşduğu­nuz şəriklər­lə bir­ləşib sözü bir yerə qoyun, sonra da işi­nizi aşkarda görün. Bundan sonra mə­nə qarşı bacar­dığınızı edin və mənə möh­lət ver­məyin
Surah Yunus, Verse 71


فَإِن تَوَلَّيۡتُمۡ فَمَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ

Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istə­mirəm. Mə­nim mükafatım ancaq Allahdadır. Mənə mü­səlman­lar­dan olmaq əmr edil­­mişdir”
Surah Yunus, Verse 72


فَكَذَّبُوهُ فَنَجَّيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ وَجَعَلۡنَٰهُمۡ خَلَـٰٓئِفَ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ

Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla bir­lik­də gəmidə olanları xilas etdik, onları yer üzünə xə­ləflər təyin et­dik. Ayələrimizi yalan he­sab edənləri isə suda batır­dıq. Bir gör qor­xudulanların aqibəti necə oldu
Surah Yunus, Verse 73


ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِۦ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ بِهِۦ مِن قَبۡلُۚ كَذَٰلِكَ نَطۡبَعُ عَلَىٰ قُلُوبِ ٱلۡمُعۡتَدِينَ

Sonra onun arxasınca el­çi­ləri öz ümmətlərinə göndər­dik. El­çilər onlara açıq-aydın də­lillər gətirdilər. Onlar isə öncə yalan he­sab etdiklərinə iman gə­tirmədi­lər. Biz həddi aşanla­rın qəlb­lə­ri­ni beləcə mö­hürlə­yirik
Surah Yunus, Verse 74


ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ وَهَٰرُونَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ بِـَٔايَٰتِنَا فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ

Sonra onların arxasınca Musanı və Harunu Fironun və onun əyan­larının yanına açıq-aydın də­lilləri­mizlə elçi gön­dər­dik, la­kin onlar tə­kəb­bürlük göstər­dilər. On­lar günahkar bir tayfa idilər
Surah Yunus, Verse 75


فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُوٓاْ إِنَّ هَٰذَا لَسِحۡرٞ مُّبِينٞ

Onlara Bizim tərəfimiz­dən haqq gəldikdə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehr­dir!”– dedilər
Surah Yunus, Verse 76


قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلۡحَقِّ لَمَّا جَآءَكُمۡۖ أَسِحۡرٌ هَٰذَا وَلَا يُفۡلِحُ ٱلسَّـٰحِرُونَ

Musa dedi: “Əcəba, sizə haqq gəl­dikdə: “Bu sehr­dir­mi?”– de­yirsiniz? Hal­buki sehr­bazlar uğur qazan­maz­lar”
Surah Yunus, Verse 77


قَالُوٓاْ أَجِئۡتَنَا لِتَلۡفِتَنَا عَمَّا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلۡكِبۡرِيَآءُ فِي ٱلۡأَرۡضِ وَمَا نَحۡنُ لَكُمَا بِمُؤۡمِنِينَ

Onlar dedilər: “Gəlmisi­niz ki, bizi atalarımızın tut­du­ğu yol­dan dön­də­rə­siniz və yer üzündə böyüklük et­mək ikini­zə qalsın? Biz sizə iman gəti­rən deyilik”
Surah Yunus, Verse 78


وَقَالَ فِرۡعَوۡنُ ٱئۡتُونِي بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ

Firon dedi: “Bütün bi­lik­li sehr­baz­ları yanıma gətirin!”
Surah Yunus, Verse 79


فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ

Sehrbazlar gəldikdə Mu­sa onlara dedi: “Nə atacaqsı­nızsa, atın!”
Surah Yunus, Verse 80


فَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ

Onlar əllərindəki ipləri və dəyə­nək­ləri atdıqda Musa dedi: “Si­zin gör­dü­yünüz iş sehrdir. Hə­qiqətən, Allah onu boşa çı­xara­caq. Çünki Allah fitnə-fə­sad törə­dənlərin işini düzəlt­məz”
Surah Yunus, Verse 81


وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haq­qı bər­qərar edəcək
Surah Yunus, Verse 82


فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٞ مِّن قَوۡمِهِۦ عَلَىٰ خَوۡفٖ مِّن فِرۡعَوۡنَ وَمَلَإِيْهِمۡ أَن يَفۡتِنَهُمۡۚ وَإِنَّ فِرۡعَوۡنَ لَعَالٖ فِي ٱلۡأَرۡضِ وَإِنَّهُۥ لَمِنَ ٱلۡمُسۡرِفِينَ

Firon və onun əyan­ları tə­rə­fin­dən özlərinə işgəncə ve­rilə­cə­yin­dən qor­xa­raq Musaya öz qövmündən yalnız az­saylı bir nəsil iman gətirdi. Həqiqə­tən də, Firon yer üzündə qəd­dar hakim və həd­di aşan­lar­dan idi
Surah Yunus, Verse 83


وَقَالَ مُوسَىٰ يَٰقَوۡمِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيۡهِ تَوَكَّلُوٓاْ إِن كُنتُم مُّسۡلِمِينَ

Musa dedi: “Ey qöv­müm! Əgər Allaha iman gətirmiş­si­nizsə və mü­səl­man olmuşsu­nuzsa, Ona təvəkkül edin!”
Surah Yunus, Verse 84


فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ

Onlar dedilər: “Biz an­caq Allaha təvəkkül edirik. Ey Rəbbi­miz! Bizi za­lım qövmün əlində sınağa çəkmə
Surah Yunus, Verse 85


وَنَجِّنَا بِرَحۡمَتِكَ مِنَ ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

Və bizi Öz mərhəmə­tin­lə kafir qövmün əlindən qur­tar!”
Surah Yunus, Verse 86


وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوۡمِكُمَا بِمِصۡرَ بُيُوتٗا وَٱجۡعَلُواْ بُيُوتَكُمۡ قِبۡلَةٗ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ

Biz Musaya və onun qar­daşına: “Camaatınız üçün Mi­sir­də evlər hazır­layın, evlə­ri­ni­zi na­mazgah edin və na­maz qı­lın. Mö­min­ləri müjdələ!”– deyə vəhy et­dik
Surah Yunus, Verse 87


وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيۡتَ فِرۡعَوۡنَ وَمَلَأَهُۥ زِينَةٗ وَأَمۡوَٰلٗا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَۖ رَبَّنَا ٱطۡمِسۡ عَلَىٰٓ أَمۡوَٰلِهِمۡ وَٱشۡدُدۡ عَلَىٰ قُلُوبِهِمۡ فَلَا يُؤۡمِنُواْ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ

Musa dedi: “Ey Rəbbi­miz! Sən Firona və onun əyan­larına dün­ya hə­ya­tında zinət və mal-dövlət bəxş etdin. Ey Rəb­bimiz! On­lar insanları Sə­nin yolun­dan sapdırırlar. Ey Rəb­bimiz! Onların mal-döv­lə­tini məhv et, qəlblərini də sərt­ləş­dir ki, ağrılı-acılı əzabı gör­mə­yincə iman gətirməsinlər”
Surah Yunus, Verse 88


قَالَ قَدۡ أُجِيبَت دَّعۡوَتُكُمَا فَٱسۡتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ

Allah dedi: “Hər ikini­zin duası qə­bul olundu. Dəvəti­niz­də möh­kəm olun və nadan­la­rın yo­luna uymayın!”
Surah Yunus, Verse 89


۞وَجَٰوَزۡنَا بِبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡبَحۡرَ فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ وَجُنُودُهُۥ بَغۡيٗا وَعَدۡوًاۖ حَتَّىٰٓ إِذَآ أَدۡرَكَهُ ٱلۡغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱلَّذِيٓ ءَامَنَتۡ بِهِۦ بَنُوٓاْ إِسۡرَـٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلۡمُسۡلِمِينَ

Biz İsrail oğullarını də­niz­dən ke­çirtdik. Firon və onun qo­şu­nu zülm və düşmənçilik məqsə­dilə onları təqib et­dilər. Nəhayət Fi­ron dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdik­lə­rin­dən başqa məbud olmadığına inan­dım. Mən də müsəlman­lar­da­nam!”
Surah Yunus, Verse 90


ءَآلۡـَٰٔنَ وَقَدۡ عَصَيۡتَ قَبۡلُ وَكُنتَ مِنَ ٱلۡمُفۡسِدِينَ

Firona deyildi: “İndimi? Sən ki əv­vəllər asilik etmiş və fəsad tö­rə­dən­lər­dən olmuş­dun
Surah Yunus, Verse 91


فَٱلۡيَوۡمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنۡ خَلۡفَكَ ءَايَةٗۚ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ عَنۡ ءَايَٰتِنَا لَغَٰفِلُونَ

Bu gün sənin bədənini xilas edə­cə­yik (sahilə çıxara­cağıq) ki, səndən son­ra gələn­lərə ibrət ola­san”. Hə­qi­qə­tən də, insanların ço­xu ayələrimiz­dən xə­bər­sizdir
Surah Yunus, Verse 92


وَلَقَدۡ بَوَّأۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مُبَوَّأَ صِدۡقٖ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخۡتَلَفُواْ حَتَّىٰ جَآءَهُمُ ٱلۡعِلۡمُۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ

Biz İsrail oğullarını gö­zəl bir yur­da sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlə­rinə elm gələnə qə­dər ixtilafa düş­mədilər. Şübhə­siz ki, Rəbbin, ixtilafa düşdük­ləri şey barə­sin­də Qi­yamət gü­nü onların arasında hökm ve­rəcəkdir
Surah Yunus, Verse 93


فَإِن كُنتَ فِي شَكّٖ مِّمَّآ أَنزَلۡنَآ إِلَيۡكَ فَسۡـَٔلِ ٱلَّذِينَ يَقۡرَءُونَ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكَۚ لَقَدۡ جَآءَكَ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ

Əgər sənə nazil etdiyi­mizə şübhə edirsənsə, səndən əvvəl Ki­tab oxu­yan­lardan so­ruş. Rəb­bindən sənə haqq gəl­mişdir. Odur ki, şübhə edən­lərdən ol­ma
Surah Yunus, Verse 94


وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلۡخَٰسِرِينَ

Allahın ayələrini yalan sa­yan­lar­dan da olma, yoxsa zi­yana uğra­yan­lar­dan olarsan
Surah Yunus, Verse 95


إِنَّ ٱلَّذِينَ حَقَّتۡ عَلَيۡهِمۡ كَلِمَتُ رَبِّكَ لَا يُؤۡمِنُونَ

Həqiqətən, sənin Rəbbi­nin Sözü özlərinin əleyhinə doğ­ru çıx­mış kim­sə­lər iman gə­tir­məzlər
Surah Yunus, Verse 96


وَلَوۡ جَآءَتۡهُمۡ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ

Onlara ayələrin hamısı gəl­sə be­lə, ağrılı-acılı əzabı gör­mə­yin­cə, iman gətir­məzlər
Surah Yunus, Verse 97


فَلَوۡلَا كَانَتۡ قَرۡيَةٌ ءَامَنَتۡ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوۡمَ يُونُسَ لَمَّآ ءَامَنُواْ كَشَفۡنَا عَنۡهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ

Əzab gəldiyi an, Yunu­sun qöv­mün­dən başqa, iman gə­ti­rib ima­nı özü­nə fayda verən bir məm­ləkət əhli olub­mu? Yu­nu­sun qöv­mü iman gətirəndə on­lardan dünya həyatında rüs­vayçılıq əza­bını so­vuşdurduq və onlara müəy­yən vaxta qə­dər fani nemətlərdən fay­da­lan­maq imkanı verdik
Surah Yunus, Verse 98


وَلَوۡ شَآءَ رَبُّكَ لَأٓمَنَ مَن فِي ٱلۡأَرۡضِ كُلُّهُمۡ جَمِيعًاۚ أَفَأَنتَ تُكۡرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُواْ مُؤۡمِنِينَ

Əgər Rəbbin istəsəydi, yer üzün­də olanların hamısı iman gətirərdi. İn­sanları mö­min olmağa sənmi məcbur edə­cək­sən
Surah Yunus, Verse 99


وَمَا كَانَ لِنَفۡسٍ أَن تُؤۡمِنَ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَجۡعَلُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يَعۡقِلُونَ

Allahın icazəsi olma­dan heç kəs iman gətirə bil­məz. Allah an­lama­yan­la­rı qə­zəbə uğ­radar
Surah Yunus, Verse 100


قُلِ ٱنظُرُواْ مَاذَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَا تُغۡنِي ٱلۡأٓيَٰتُ وَٱلنُّذُرُ عَن قَوۡمٖ لَّا يُؤۡمِنُونَ

De: “Görün göylərdə və yerdə nə­lər var”. Lakin iman gə­tir­məyən adam­­lara dəlillər və xə­bərdarlıqlar heç bir fayda vermir
Surah Yunus, Verse 101


فَهَلۡ يَنتَظِرُونَ إِلَّا مِثۡلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِهِمۡۚ قُلۡ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ

Yoxsa onlar özlərindən əvvəl gə­lib-gedənlərə üz ver­miş əzablı gün­lə­rin bənzəri­ni­mi göz­ləyirlər? De: “Göz­lə­­yin! Şübhəsiz ki, mən də sizinlə bir­likdə gözləyən­lərdənəm”
Surah Yunus, Verse 102


ثُمَّ نُنَجِّي رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ حَقًّا عَلَيۡنَا نُنجِ ٱلۡمُؤۡمِنِينَ

Sonra elçilərimizi və mö­min­ləri xilas edərik. Mömin­ləri xi­las etmək Bizə vacibdir
Surah Yunus, Verse 103


قُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي شَكّٖ مِّن دِينِي فَلَآ أَعۡبُدُ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنۡ أَعۡبُدُ ٱللَّهَ ٱلَّذِي يَتَوَفَّىٰكُمۡۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

De: “Ey insanlar! Di­ni­mə şəkk edirsinizsə, bilin ki, mən Allah­dan baş­qa tapındıq­larınıza deyil, canınızı ala­caq Allaha iba­dət edirəm. Mənə mö­minlərdən olmaq əmr edil­mişdir”
Surah Yunus, Verse 104


وَأَنۡ أَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗا وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ

Sən hənif olaraq üzünü dinə tə­rəf çevir və müşrik­lər­dən ol­ma
Surah Yunus, Verse 105


وَلَا تَدۡعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَۖ فَإِن فَعَلۡتَ فَإِنَّكَ إِذٗا مِّنَ ٱلظَّـٰلِمِينَ

Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, za­lım­lar­dan olar­san
Surah Yunus, Verse 106


وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدۡكَ بِخَيۡرٖ فَلَا رَآدَّ لِفَضۡلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ

Əgər Allah sənə bir zə­rər to­xun­dursa, bunu Ondan başqa heç kəs ara­dan qaldıra bilməz. Əgər sənə bir xeyir di­ləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qulların­dan is­tə­di­yinə nə­sib edər. O, Bağış­layandır, Rəhm­­lidir
Surah Yunus, Verse 107


قُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِوَكِيلٖ

De: “Ey insanlar! Rəb­binizdən sizə haqq gəlmişdir. Kim doğ­ru yolla getsə, xeyri onun özünə dəyər, kim az­ğın­lığa düşsə, zi­yanı da onun öz əley­hinə olar. Mən sizi qoru­yan deyiləm”
Surah Yunus, Verse 108


وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَٱصۡبِرۡ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ

Sənə nazil edilən vəhy­lərə tabe ol və Allah Öz hök­münü ve­rənə qədər səbir et. O, hökmran­ların ən yaxşısıdır
Surah Yunus, Verse 109


Author: Khan Musayev


<< Surah 9
>> Surah 11

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai