UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah At-Taubah - Azerbaijani Translation by Khan Musayev


بَرَآءَةٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ

Bu, Allah və Onun Elçisi tə­rə­fin­dən əhd bağladığınız müş­rik­lərə on­larla olan əhdlərin po­zul­ması barədə bir xəbər­darlıq­dır
Surah At-Taubah, Verse 1


فَسِيحُواْ فِي ٱلۡأَرۡضِ أَرۡبَعَةَ أَشۡهُرٖ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِ وَأَنَّ ٱللَّهَ مُخۡزِي ٱلۡكَٰفِرِينَ

Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müş­rik­lər Allah­dan yaxa qur­ta­ra bil­məyəcəksiniz və Allah ka­firləri rüs­vay edəcəkdir
Surah At-Taubah, Verse 2


وَأَذَٰنٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوۡمَ ٱلۡحَجِّ ٱلۡأَكۡبَرِ أَنَّ ٱللَّهَ بَرِيٓءٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ وَرَسُولُهُۥۚ فَإِن تُبۡتُمۡ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ

Bu, Allah və Onun Elçisi tə­rəfin­dən ən böyük həcc günü in­san­lara Alla­­hın və Onun El­çi­si­nin müşriklərdən uzaq ol­masını elan edəcək bir bil­diriş­dir. Əgər tövbə etsəniz, bu si­zin üçün xe­yirli olar. Yox əgər üz döndərsə­niz, bilin ki, siz Allah­­dan yaxa qurtara bil­mə­yəcək­si­niz. Kafirləri ağrılı-acılı bir əzabla müj­də­lə
Surah At-Taubah, Verse 3


إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ ثُمَّ لَمۡ يَنقُصُوكُمۡ شَيۡـٔٗا وَلَمۡ يُظَٰهِرُواْ عَلَيۡكُمۡ أَحَدٗا فَأَتِمُّوٓاْ إِلَيۡهِمۡ عَهۡدَهُمۡ إِلَىٰ مُدَّتِهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ

Saziş bağladıqdan sonra onu poz­mamış və sizin əleyhi­nizə heç kəsə yar­dım göstər­mə­miş müşrik­lər istisnadır. On­­lar­la olan mü­qa­vilənizi, müd­dəti bi­tənədək yerinə yetirin. Həqi­qətən, Allah müt­təqi­ləri sevir
Surah At-Taubah, Verse 4


فَإِذَا ٱنسَلَخَ ٱلۡأَشۡهُرُ ٱلۡحُرُمُ فَٱقۡتُلُواْ ٱلۡمُشۡرِكِينَ حَيۡثُ وَجَدتُّمُوهُمۡ وَخُذُوهُمۡ وَٱحۡصُرُوهُمۡ وَٱقۡعُدُواْ لَهُمۡ كُلَّ مَرۡصَدٖۚ فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَخَلُّواْ سَبِيلَهُمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ

Haram aylar bitdikdə müş­­riklərə harada rast gəlsəniz, on­ları öl­dü­rün, əsir tutun, mü­ha­sirəyə alın və on­lara hər yerdə pusqu qu­run. Əgər tövbə et­sə­lər, namaz qılıb zəkat ver­sə­lər, on­ları sər­bəst buraxın. Çünki Allah Bağış­layandır, Rəhmli­dir
Surah At-Taubah, Verse 5


وَإِنۡ أَحَدٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ ٱسۡتَجَارَكَ فَأَجِرۡهُ حَتَّىٰ يَسۡمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبۡلِغۡهُ مَأۡمَنَهُۥۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡلَمُونَ

Əgər müşriklərdən biri sən­dən aman diləsə, ona aman ver ki, Allahın sö­zünü eşitsin. Sonra onu özünün xa­tir­cəm ol­duğu ye­rə çat­dır. Çünki onlar haqqı bilməyən bir qövmdür
Surah At-Taubah, Verse 6


كَيۡفَ يَكُونُ لِلۡمُشۡرِكِينَ عَهۡدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ فَمَا ٱسۡتَقَٰمُواْ لَكُمۡ فَٱسۡتَقِيمُواْ لَهُمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ

Məscidulharamın ya­nın­da sa­ziş bağ­ladığınız kəslər istis­na ol­maqla müş­riklərin Allah və Onun Elçisi yanında nə əh­di ola bi­lər? Nə qədər ki, onlar si­zinlə düzgün davranır, siz də onlarla düz­gün davranın. Hə­qi­qətən, Allah müt­tə­qiləri se­vir
Surah At-Taubah, Verse 7


كَيۡفَ وَإِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ لَا يَرۡقُبُواْ فِيكُمۡ إِلّٗا وَلَا ذِمَّةٗۚ يُرۡضُونَكُم بِأَفۡوَٰهِهِمۡ وَتَأۡبَىٰ قُلُوبُهُمۡ وَأَكۡثَرُهُمۡ فَٰسِقُونَ

Necə ola bilər?! Əgər on­lar sizə qa­lib gəlsələr, nə qo­humluq əla­qəsinə, nə də əhdə riayət et­məz­lər. Onların qəl­bin­də nifrət ol­du­ğu halda, dildə sizi ra­zı sal­mağa çalışarlar. On­ların çoxu fa­siq­lər­dir
Surah At-Taubah, Verse 8


ٱشۡتَرَوۡاْ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلٗا فَصَدُّواْ عَن سَبِيلِهِۦٓۚ إِنَّهُمۡ سَآءَ مَا كَانُواْ يَعۡمَلُونَ

Onlar Allahın ayələrini ucuz qiy­mətə satır və insanları Onun yolundan döndərirdilər. Onların tutduqları iş ne­cə də pisdir
Surah At-Taubah, Verse 9


لَا يَرۡقُبُونَ فِي مُؤۡمِنٍ إِلّٗا وَلَا ذِمَّةٗۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُعۡتَدُونَ

Onlar möminlərlə mü­na­­si­bətdə nə qohumluq əlaqə­si­nə, nə də əhdə ria­yət etmir­lər. Onlar həddi aşanlardır
Surah At-Taubah, Verse 10


فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِۗ وَنُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ

Əgər tövbə etsələr, na­maz qılıb zə­kat versələr, onlar sizin din qar­daş­la­rı­nızdır. Biz ayələri bilən adamlara be­lə­cə izah edirik
Surah At-Taubah, Verse 11


وَإِن نَّكَثُوٓاْ أَيۡمَٰنَهُم مِّنۢ بَعۡدِ عَهۡدِهِمۡ وَطَعَنُواْ فِي دِينِكُمۡ فَقَٰتِلُوٓاْ أَئِمَّةَ ٱلۡكُفۡرِ إِنَّهُمۡ لَآ أَيۡمَٰنَ لَهُمۡ لَعَلَّهُمۡ يَنتَهُونَ

Əgər kafir başçılar əhd bağ­la­dıq­dan sonra andlarını po­zub di­­ni­ni­zə böhtan atsalar, onlarla vuru­şun, çün­ki onlar anda əhə­miy­yət verməzlər. Bəlkə, küfrdən əl çəkələr
Surah At-Taubah, Verse 12


أَلَا تُقَٰتِلُونَ قَوۡمٗا نَّكَثُوٓاْ أَيۡمَٰنَهُمۡ وَهَمُّواْ بِإِخۡرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمۡ أَوَّلَ مَرَّةٍۚ أَتَخۡشَوۡنَهُمۡۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَوۡهُ إِن كُنتُم مُّؤۡمِنِينَ

Məgər siz andlarını po­zan, Pey­ğəm­bəri öz yurdundan qov­maq fikrində olan, özləri də sizinlə döyüşü birinci başla­yan bir ca­ma­atla vuruşmaya­caq­sı­nız? Mə­gər onlardan qor­xur­su­nuz? Əgər mö­­min­si­niz­sə, daha çox Allahdan qorxmalı­sı­nız
Surah At-Taubah, Verse 13


قَٰتِلُوهُمۡ يُعَذِّبۡهُمُ ٱللَّهُ بِأَيۡدِيكُمۡ وَيُخۡزِهِمۡ وَيَنصُرۡكُمۡ عَلَيۡهِمۡ وَيَشۡفِ صُدُورَ قَوۡمٖ مُّؤۡمِنِينَ

Onlarla vuruşun ki, Allah sizin əl­lə­rinizlə onlara əzab ver­sin, onları rüs­vay etsin, sizə on­la­rın üzərində qələbə çaldır­sın, mö­min camaatın qəlbini se­vin­dirsin
Surah At-Taubah, Verse 14


وَيُذۡهِبۡ غَيۡظَ قُلُوبِهِمۡۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

və möminlərin qəlbin­dən qəzəbi si­lib aparsın. Allah is­tə­diyi kə­sin töv­bə­sini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah At-Taubah, Verse 15


أَمۡ حَسِبۡتُمۡ أَن تُتۡرَكُواْ وَلَمَّا يَعۡلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُواْ مِنكُمۡ وَلَمۡ يَتَّخِذُواْ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلۡمُؤۡمِنِينَ وَلِيجَةٗۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ

Yoxsa elə hesab edir­si­niz ki, Allah sizlərdən cihad edən­ləri, Allah­dan, Onun Elçi­sin­dən və möminlərdən başqa­sını öz­lərinə sir­daş tutmayan­ları sı­na­madan siz sərbəst bu­raxı­lacaq­sı­nız? Allah nə etdik­lərinizdən xəbərdardır
Surah At-Taubah, Verse 16


مَا كَانَ لِلۡمُشۡرِكِينَ أَن يَعۡمُرُواْ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلۡكُفۡرِۚ أُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ وَفِي ٱلنَّارِ هُمۡ خَٰلِدُونَ

Müşriklər küfr etdiklə­ri­ni bil­dik­ləri halda, onlara Alla­hın məs­cidlərini abadlaş­dır­maq ya­ra­maz. Onların əməl­ləri pu­ça çıx­mış­­dır. Onlar Odda əbə­di qalacaqlar
Surah At-Taubah, Verse 17


إِنَّمَا يَعۡمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمۡ يَخۡشَ إِلَّا ٱللَّهَۖ فَعَسَىٰٓ أُوْلَـٰٓئِكَ أَن يَكُونُواْ مِنَ ٱلۡمُهۡتَدِينَ

Allahın məscidlərini yal­­nız Allaha və Axirət gününə iman gə­tirən, namaz qılan, zə­kat verən və Allahdan başqa heç kəsdən qorx­mayanlar abad­laşdırar. Ola bilsin ki, onlar doğ­ru yolla ge­dən­lər­dən ol­sunlar
Surah At-Taubah, Verse 18


۞أَجَعَلۡتُمۡ سِقَايَةَ ٱلۡحَآجِّ وَعِمَارَةَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ كَمَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَجَٰهَدَ فِي سَبِيلِ ٱللَّهِۚ لَا يَسۡتَوُۥنَ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ

Doğrudanmı siz hacı­la­ra su ver­məyi və Məscidul­ha­ramı abad­laş­dır­ma­ğı Allaha və Axi­rət gü­nünə iman gə­tirib Allah yo­lun­da cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Alla­hın ya­nın­da bərabər sayıl­mırlar. Allah zalım qövmü doğru yola yönəlt­məz
Surah At-Taubah, Verse 19


ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ أَعۡظَمُ دَرَجَةً عِندَ ٱللَّهِۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَآئِزُونَ

İman gətirib hicrət edən və Allah yolunda öz malı və ca­nı ilə cihad edən­lərin Allah ya­nında ən yüksək də­rə­cə­ləri var­dır. Məhz onlar nicat tapan­lar­­dır
Surah At-Taubah, Verse 20


يُبَشِّرُهُمۡ رَبُّهُم بِرَحۡمَةٖ مِّنۡهُ وَرِضۡوَٰنٖ وَجَنَّـٰتٖ لَّهُمۡ فِيهَا نَعِيمٞ مُّقِيمٌ

Rəbbi Öz tərəfindən on­ları bir mər­həmət, razılıq və içəri­sin­də onlar üçün tükən­məz ne­mətlər olan cən­nətlərlə müjdə­lə­yir
Surah At-Taubah, Verse 21


خَٰلِدِينَ فِيهَآ أَبَدًاۚ إِنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ

Onlar orada əbədi qala­caq­lar. Şüb­həsiz ki, ən böyük müka­fat Allah yanındadır
Surah At-Taubah, Verse 22


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُوٓاْ ءَابَآءَكُمۡ وَإِخۡوَٰنَكُمۡ أَوۡلِيَآءَ إِنِ ٱسۡتَحَبُّواْ ٱلۡكُفۡرَ عَلَى ٱلۡإِيمَٰنِۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ

Ey iman gətirənlər! Əgər ata­la­rı­nız və qardaşla­rı­nız küf­rü imandan üs­tün sayır­larsa, on­ları dost tut­mayın. Siz­lər­dən onları dost tutanlar zalım­lar­dır
Surah At-Taubah, Verse 23


قُلۡ إِن كَانَ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ وَإِخۡوَٰنُكُمۡ وَأَزۡوَٰجُكُمۡ وَعَشِيرَتُكُمۡ وَأَمۡوَٰلٌ ٱقۡتَرَفۡتُمُوهَا وَتِجَٰرَةٞ تَخۡشَوۡنَ كَسَادَهَا وَمَسَٰكِنُ تَرۡضَوۡنَهَآ أَحَبَّ إِلَيۡكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٖ فِي سَبِيلِهِۦ فَتَرَبَّصُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ

De: “Əgər atalarınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humlarınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sindən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz”
Surah At-Taubah, Verse 24


لَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٖ وَيَوۡمَ حُنَيۡنٍ إِذۡ أَعۡجَبَتۡكُمۡ كَثۡرَتُكُمۡ فَلَمۡ تُغۡنِ عَنكُمۡ شَيۡـٔٗا وَضَاقَتۡ عَلَيۡكُمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ ثُمَّ وَلَّيۡتُم مُّدۡبِرِينَ

Həqiqətən, Allah əksər dö­yüş­lər­də, habelə Huneyn gü­nün­də də sizə kö­mək etmiş­di. O zaman çoxluğunuza alu­də oldunuz, am­ma bu sizin ka­rı­nıza gəlmədi. Yer üzü, geniş­liyinə bax­ma­ya­raq, sizə dar gəl­di, sonra geriyə çevrilib qaç­dı­nız
Surah At-Taubah, Verse 25


ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَنزَلَ جُنُودٗا لَّمۡ تَرَوۡهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُواْۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ

Sonra Allah Öz Elçisinə və mö­min­lərə əminlik nazil et­di, gö­rə bilmə­di­yiniz döyüş­çülər gön­dərdi və kafir­lə­rə əzab verdi. Bu­­dur kafirlərin cə­zası
Surah At-Taubah, Verse 26


ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعۡدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Bundan sonra isə Allah istədi­yi­nin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhm­lidir
Surah At-Taubah, Verse 27


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡمُشۡرِكُونَ نَجَسٞ فَلَا يَقۡرَبُواْ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ بَعۡدَ عَامِهِمۡ هَٰذَاۚ وَإِنۡ خِفۡتُمۡ عَيۡلَةٗ فَسَوۡفَ يُغۡنِيكُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦٓ إِن شَآءَۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٞ

Ey iman gətirənlər! Hə­qi­qətən də, müşriklər murdar­dırlar. Odur ki, özlə­rinin bu ilin­dən sonra Məscidulharama yaxınlaş­ma­sınlar. Əgər kasıb­lıqdan qor­­xur­sunuzsa, bilin ki, Allah istəsə, Öz lüt­fündən bəxş etməklə sizi var­landırar. Həqi­qə­tən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir
Surah At-Taubah, Verse 28


قَٰتِلُواْ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلۡحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ حَتَّىٰ يُعۡطُواْ ٱلۡجِزۡيَةَ عَن يَدٖ وَهُمۡ صَٰغِرُونَ

Kitab verilənlərdən Alla­ha və Axi­rət gününə iman gə­tir­mə­yən, Allahın və Onun El­çi­sinin haram buyurduğunu ha­ram say­ma­yan və həqiqi din olan İs­lama etiqad etmə­yənlər­lə, zəlil günə qa­­lıb öz əlləri ilə cizyə verməyə məcbur olun­caya qədər vuruşun
Surah At-Taubah, Verse 29


وَقَالَتِ ٱلۡيَهُودُ عُزَيۡرٌ ٱبۡنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَٰرَى ٱلۡمَسِيحُ ٱبۡنُ ٱللَّهِۖ ذَٰلِكَ قَوۡلُهُم بِأَفۡوَٰهِهِمۡۖ يُضَٰهِـُٔونَ قَوۡلَ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ

Yəhudilər: “Üzeyir Alla­hın oğlu­dur”– dedilər. Xaçpə­rəstlər də: “Məsih Allahın oğ­ludur”– dedi­lər. Bu onların ağız­ların­dan çı­xan sözlərdir. Bu, da­ha əv­vəlki kafir­lərin sözlə­rinə ox­şayır. Allah on­ları məhv et­sin! Gör necə də haq­­dan dön­dəri­lirlər
Surah At-Taubah, Verse 30


ٱتَّخَذُوٓاْ أَحۡبَارَهُمۡ وَرُهۡبَٰنَهُمۡ أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِ وَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُوٓاْ إِلَٰهٗا وَٰحِدٗاۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۚ سُبۡحَٰنَهُۥ عَمَّا يُشۡرِكُونَ

Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər. Halbuki on­la­ra an­caq tək olan İlaha ibadət et­mək əmr olun­muşdu. Ondan başqa ibadə­tə la­yiq olan məbud yox­­dur. O, bunların şərik qoş­duq­ları şeylərdən uzaq­dır
Surah At-Taubah, Verse 31


يُرِيدُونَ أَن يُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَيَأۡبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ

Onlar ağızları ilə Alla­hın nu­runu söndürmək istəyir­lər. Allah isə buna yol verməz, ka­firlərin xoşuna gəlməsə də, O, Öz nu­runu tamamlayar
Surah At-Taubah, Verse 32


هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ

Müşriklərin xoşuna gəl­mə­sə də, İslamı bütün dinlər­dən üs­tün etmək üçün Öz El­çi­sini doğru yol göstəricisi və haqq din ilə gön­dərən Odur
Surah At-Taubah, Verse 33


۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ كَثِيرٗا مِّنَ ٱلۡأَحۡبَارِ وَٱلرُّهۡبَانِ لَيَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۗ وَٱلَّذِينَ يَكۡنِزُونَ ٱلذَّهَبَ وَٱلۡفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِي سَبِيلِ ٱللَّهِ فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٖ

Ey iman gətirənlər! Elm adamlarından və rahiblərdən ço­xu in­san­ların mal­larını haqsız ola­raq yeyir və onları Allah yo­lundan dön­dərirlər. Qızıl-gü­müş yı­ğıb onları Allah yo­lun­da sərf etmə­yən­lə­ri ağrılı-acılı bir əzabla müjdələ
Surah At-Taubah, Verse 34


يَوۡمَ يُحۡمَىٰ عَلَيۡهَا فِي نَارِ جَهَنَّمَ فَتُكۡوَىٰ بِهَا جِبَاهُهُمۡ وَجُنُوبُهُمۡ وَظُهُورُهُمۡۖ هَٰذَا مَا كَنَزۡتُمۡ لِأَنفُسِكُمۡ فَذُوقُواْ مَا كُنتُمۡ تَكۡنِزُونَ

O gün bu yığdıqları sər­vət­lər Cə­hən­nəm odunda qız­dırıla­caq və bu­nun­la onların alınlarına, böyürlərinə və kü­rəklərinə damğa vu­rulacaq və onlara: “Budur özü­nüz üçün yığdıqlarınız. Elə isə da­dın yığ­­dıqlarınızı!”– deyilə­cəkdir
Surah At-Taubah, Verse 35


إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثۡنَا عَشَرَ شَهۡرٗا فِي كِتَٰبِ ٱللَّهِ يَوۡمَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ مِنۡهَآ أَرۡبَعَةٌ حُرُمٞۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُۚ فَلَا تَظۡلِمُواْ فِيهِنَّ أَنفُسَكُمۡۚ وَقَٰتِلُواْ ٱلۡمُشۡرِكِينَ كَآفَّةٗ كَمَا يُقَٰتِلُونَكُمۡ كَآفَّةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ

Həqiqətən, Allah yanın­da ayla­rın sayı on ikidir. Bunu da Allah göy­lə­ri və yeri yarat­dığı gündə Kitaba yaz­mışdır. Bunlar­dan dördü haram aylar­dır. Doğru din budur. Odur ki, bu ay­larda özünüzə zülm et­mə­yin. Müşriklər hamısı bir yer­də sizinlə vu­ruş­duq­ları ki­mi, siz də hamı­nız bir yerdə on­larla vuruşun və bilin ki, Allah müt­təqilər­lədir
Surah At-Taubah, Verse 36


إِنَّمَا ٱلنَّسِيٓءُ زِيَادَةٞ فِي ٱلۡكُفۡرِۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُواْ يُحِلُّونَهُۥ عَامٗا وَيُحَرِّمُونَهُۥ عَامٗا لِّيُوَاطِـُٔواْ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ ٱللَّهُۚ زُيِّنَ لَهُمۡ سُوٓءُ أَعۡمَٰلِهِمۡۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ

Haram ayı təxirə sal­maq ancaq küf­rü artırır. Bu­nunla da ka­fir­lər az­dı­rı­lırlar. Onlar bu­nu bir il halal sayır, bir il də haram sa­yır­lar ki, Alla­hın ha­ram et­diyi ayların sayını uy­ğunlaşdırsın­lar və Allahın ha­ram buyurdu­ğu­nu halal et­sin­lər. Beləcə, on­ların pis əməl­ləri öz­lə­ri­nə gö­zəl gös­tə­rildi. Allah kafir adam­ları doğ­ru yola yö­nəltməz
Surah At-Taubah, Verse 37


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَا لَكُمۡ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُواْ فِي سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلۡتُمۡ إِلَى ٱلۡأَرۡضِۚ أَرَضِيتُم بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مِنَ ٱلۡأٓخِرَةِۚ فَمَا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فِي ٱلۡأٓخِرَةِ إِلَّا قَلِيلٌ

Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda dö­yüşə çıxın!”– de­yil­dikdə yeri­nizdə qaxı­lıb qalırsınız? Ol­ma­ya, axirətdən daha çox dünya hə­yatından razı­sınız? Halbuki dünya hə­yatının ke­çici zövqü axirətlə müqa­yi­sə­də çox də­yər­siz bir şeydir
Surah At-Taubah, Verse 38


إِلَّا تَنفِرُواْ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا وَيَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ وَلَا تَضُرُّوهُ شَيۡـٔٗاۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

Əgər döyüşə çıxmasa­nız, Allah sizi ağrılı-acılı bir əzaba dü­çar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zə­rər yetirə bilməz­si­niz, çünki Allah hər şeyə qa­dirdir
Surah At-Taubah, Verse 39


إِلَّا تَنصُرُوهُ فَقَدۡ نَصَرَهُ ٱللَّهُ إِذۡ أَخۡرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِيَ ٱثۡنَيۡنِ إِذۡ هُمَا فِي ٱلۡغَارِ إِذۡ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحۡزَنۡ إِنَّ ٱللَّهَ مَعَنَاۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيۡهِ وَأَيَّدَهُۥ بِجُنُودٖ لَّمۡ تَرَوۡهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفۡلَىٰۗ وَكَلِمَةُ ٱللَّهِ هِيَ ٱلۡعُلۡيَاۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ

Əgər siz Peyğəmbərə kö­mək et­mə­səniz, bilin ki, Allah ona ar­tıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nə­fər­dən ikincisi ola­raq Məkkədən çı­xart­dı­lar. O iki nəfər mağa­rada olar­kən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlə­dir!” Bun­dan sonra Allah ona arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz döyüşçülər­lə ona yar­dım göstərdi və kafir­lərin sö­zü­nü al­çalt­dı. Ancaq Alla­hın Sözü uca­dır. Allah Qüd­rətlidir, Hikmət sahibidir
Surah At-Taubah, Verse 40


ٱنفِرُواْ خِفَافٗا وَثِقَالٗا وَجَٰهِدُواْ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡ فِي سَبِيلِ ٱللَّهِۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ

Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, ma­lınız və ca­nınızla Allah yolunda ci­had edin! Biləsiniz ki, bu si­zin üçün da­ha xeyirlidir
Surah At-Taubah, Verse 41


لَوۡ كَانَ عَرَضٗا قَرِيبٗا وَسَفَرٗا قَاصِدٗا لَّٱتَّبَعُوكَ وَلَٰكِنۢ بَعُدَتۡ عَلَيۡهِمُ ٱلشُّقَّةُۚ وَسَيَحۡلِفُونَ بِٱللَّهِ لَوِ ٱسۡتَطَعۡنَا لَخَرَجۡنَا مَعَكُمۡ يُهۡلِكُونَ أَنفُسَهُمۡ وَٱللَّهُ يَعۡلَمُ إِنَّهُمۡ لَكَٰذِبُونَ

Əgər səfəriniz gəlir gəti­rən və yüngül bir yürüş ol­say­dı, on­lar mütləq sənin ardınca ge­dərdilər. Lakin əziy­yətli yol onlara çə­tin gəldi. Onlar: “Əgər taqətimiz ol­saydı, biz də si­zin­lə bəra­bər çı­xar­dıq!”– deyə Alla­ha and içəcək­lər. Onlar öz­lə­ri­ni həlak edirlər. Çünki Allah on­ların yalançı olduq­larını bilir
Surah At-Taubah, Verse 42


عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُواْ وَتَعۡلَمَ ٱلۡكَٰذِبِينَ

Allah səni bağışlasın! Doğ­ru da­nışanlar sənə bəlli ol­mamış, yalançıları da tanıma­mış nə üçün onlara cihaddan yayınmağa izin verdin
Surah At-Taubah, Verse 43


لَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلۡمُتَّقِينَ

Allaha və Axirət günü­nə iman gə­tirənlər Allah yolunda mal­ları və can­­ları ilə cihad et­mək üçün səndən izin istə­məz­­lər. Allah müttəqiləri tanı­yır
Surah At-Taubah, Verse 44


إِنَّمَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱرۡتَابَتۡ قُلُوبُهُمۡ فَهُمۡ فِي رَيۡبِهِمۡ يَتَرَدَّدُونَ

Ancaq Allaha və Axirət gü­nünə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər dö­yüşə get­məmək məqsədilə sən­dən izin istə­yir­lər. Onlar öz şüb­hə­ləri için­də tərəddüd edir­lər
Surah At-Taubah, Verse 45


۞وَلَوۡ أَرَادُواْ ٱلۡخُرُوجَ لَأَعَدُّواْ لَهُۥ عُدَّةٗ وَلَٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمۡ فَثَبَّطَهُمۡ وَقِيلَ ٱقۡعُدُواْ مَعَ ٱلۡقَٰعِدِينَ

Əgər onlar döyüşə çıx­maq istə­səy­dilər, mütləq ona hazır­lıq gö­rərdilər. La­kin Allah on­ların döyüşə getməsini istə­mə­di və on­la­rı saxladı. Onlara: “Evdə otu­ranlarla bərabər, siz də oturun!”– de­yildi
Surah At-Taubah, Verse 46


لَوۡ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمۡ إِلَّا خَبَالٗا وَلَأَوۡضَعُواْ خِلَٰلَكُمۡ يَبۡغُونَكُمُ ٱلۡفِتۡنَةَ وَفِيكُمۡ سَمَّـٰعُونَ لَهُمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ

Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işi­niz­də qa­rışıqlığı ar­tırar və sizi fit­nəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə on­lara qulaq asanlar da var. Allah za­lım­ları ta­nı­yır
Surah At-Taubah, Verse 47


لَقَدِ ٱبۡتَغَوُاْ ٱلۡفِتۡنَةَ مِن قَبۡلُ وَقَلَّبُواْ لَكَ ٱلۡأُمُورَ حَتَّىٰ جَآءَ ٱلۡحَقُّ وَظَهَرَ أَمۡرُ ٱللَّهِ وَهُمۡ كَٰرِهُونَ

Onlar əvvəllər də fitnə­kar­lıq et­məyə çalışmış və sə­nin əley­hi­nə hiylələr qur­muş­dular. Axır ki, haqq öz yerini tap­dı və onlar istə­mədikləri hal­da Alla­hın hökmü qələbə çal­dı
Surah At-Taubah, Verse 48


وَمِنۡهُم مَّن يَقُولُ ٱئۡذَن لِّي وَلَا تَفۡتِنِّيٓۚ أَلَا فِي ٱلۡفِتۡنَةِ سَقَطُواْۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ

Onlardan eləsi də var ki: “Mənə izin ver döyüşə getmə­yim, mə­ni günaha batırma!”– deyir. Doğrusu, onlar ar­tıq günaha bat­mış­lar. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri çulğaya­caqdır
Surah At-Taubah, Verse 49


إِن تُصِبۡكَ حَسَنَةٞ تَسُؤۡهُمۡۖ وَإِن تُصِبۡكَ مُصِيبَةٞ يَقُولُواْ قَدۡ أَخَذۡنَآ أَمۡرَنَا مِن قَبۡلُ وَيَتَوَلَّواْ وَّهُمۡ فَرِحُونَ

Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir mü­sibət üz versə: “Biz eh­ti­yat təd­birimizi əvvəl­cədən gör­mü­şük!”– deyər və sevinə-se­vinə çıxıb ge­dərlər
Surah At-Taubah, Verse 50


قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوۡلَىٰنَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ

De: “Allahın bizim üçün yaz­dı­ğın­dan başqa bizim başı­mı­za heç nə gəl­məz. O bizim Hima­yədarımızdır. Qoy mö­min­lər yalnız Allaha təvəkkül etsin­lər!”
Surah At-Taubah, Verse 51


قُلۡ هَلۡ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحۡدَى ٱلۡحُسۡنَيَيۡنِۖ وَنَحۡنُ نَتَرَبَّصُ بِكُمۡ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٖ مِّنۡ عِندِهِۦٓ أَوۡ بِأَيۡدِينَاۖ فَتَرَبَّصُوٓاْ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ

De: “Doğrudanmı siz biz­­lərə iki uğurdan – qələbədən və ya şə­hidlikdən birinin yetiş­mə­si­ni gözləyirsiniz? Biz isə ya Alla­hın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar et­mə­sini gözləyi­rik. Siz gözləyin; şüb­hə­siz ki, biz də sizinlə birlikdə gözlə­yirik”
Surah At-Taubah, Verse 52


قُلۡ أَنفِقُواْ طَوۡعًا أَوۡ كَرۡهٗا لَّن يُتَقَبَّلَ مِنكُمۡ إِنَّكُمۡ كُنتُمۡ قَوۡمٗا فَٰسِقِينَ

De: “İstər könüllü, istər­sə­niz də könülsüz xərcləyin, on­suz da sizdən qə­bul olun­ma­­ya­caq. Çünki siz fasiq bir qövm oldu­nuz!”
Surah At-Taubah, Verse 53


وَمَا مَنَعَهُمۡ أَن تُقۡبَلَ مِنۡهُمۡ نَفَقَٰتُهُمۡ إِلَّآ أَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأۡتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمۡ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمۡ كَٰرِهُونَ

Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o ma­ne olur ki, onlar Allaha və Onun Elçi­sinə küfr edir, na­maza tən­bəl­lik­lə qalxır və mallarını kö­nülsüz xərc­ləyirlər
Surah At-Taubah, Verse 54


فَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ

Onların nə malları, nə də övlad­ları səni heyrətləndir­mə­sin. Allah bun­larla dünya həya­tında onlara əzab ver­mək və onların kafir olaraq canlarının çıxmasını istəyir
Surah At-Taubah, Verse 55


وَيَحۡلِفُونَ بِٱللَّهِ إِنَّهُمۡ لَمِنكُمۡ وَمَا هُم مِّنكُمۡ وَلَٰكِنَّهُمۡ قَوۡمٞ يَفۡرَقُونَ

Onlar sizinlə həmrəy ol­duq­larına and içirlər. Halbuki onlar sizdən de­yil­lər. Əs­lin­də, onlar qorxaq adam­lar­dır
Surah At-Taubah, Verse 56


لَوۡ يَجِدُونَ مَلۡجَـًٔا أَوۡ مَغَٰرَٰتٍ أَوۡ مُدَّخَلٗا لَّوَلَّوۡاْ إِلَيۡهِ وَهُمۡ يَجۡمَحُونَ

Əgər onlar bir sığınacaq və ya dal­dalanmaq üçün mağa­ralar ya­xud giz­lənməyə bir oyuq tap­saydılar, ləngi­mə­dən ora yönələr­di­lər
Surah At-Taubah, Verse 57


وَمِنۡهُم مَّن يَلۡمِزُكَ فِي ٱلصَّدَقَٰتِ فَإِنۡ أُعۡطُواْ مِنۡهَا رَضُواْ وَإِن لَّمۡ يُعۡطَوۡاْ مِنۡهَآ إِذَا هُمۡ يَسۡخَطُونَ

Onlardan elələri də var ki, sədə­qələrlə bağlı sənə nöq­san tu­tur­lar. Bun­dan onlara bir şey çatsa, razı qalar, bir şey çat­masa, dər­hal qəzəblənərlər
Surah At-Taubah, Verse 58


وَلَوۡ أَنَّهُمۡ رَضُواْ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُواْ حَسۡبُنَا ٱللَّهُ سَيُؤۡتِينَا ٱللَّهُ مِن فَضۡلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ

Kaş ki, onlar Allahın və Onun El­çisinin onlara verdi­yi­nə ra­zı qalıb: “Allah bizə ye­tər. Allah da bizə Öz lütfün­dən ve­rəcək, Onun Elçisi də. Hə­qi­qə­tən də, biz Allaha rəğ­bət bəs­lə­yi­rik”– de­yəy­dilər
Surah At-Taubah, Verse 59


۞إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلۡفُقَرَآءِ وَٱلۡمَسَٰكِينِ وَٱلۡعَٰمِلِينَ عَلَيۡهَا وَٱلۡمُؤَلَّفَةِ قُلُوبُهُمۡ وَفِي ٱلرِّقَابِ وَٱلۡغَٰرِمِينَ وَفِي سَبِيلِ ٱللَّهِ وَٱبۡنِ ٱلسَّبِيلِۖ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ

Zəkatlar Allah tərəfin­dən bir fərz olaraq yalnız yox­sul­lara, ka­sıblara, onu yığıb pay­layanlara, qəlbləri İslam di­ninə isinişdirilə­cək kimsələrə, kölə­lərin azad olun­masına, borclu­lara, Allah yo­lun­da cihad edən­lərə və müsafirlərə məx­­sus­dur. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah At-Taubah, Verse 60


وَمِنۡهُمُ ٱلَّذِينَ يُؤۡذُونَ ٱلنَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٞۚ قُلۡ أُذُنُ خَيۡرٖ لَّكُمۡ يُؤۡمِنُ بِٱللَّهِ وَيُؤۡمِنُ لِلۡمُؤۡمِنِينَ وَرَحۡمَةٞ لِّلَّذِينَ ءَامَنُواْ مِنكُمۡۚ وَٱلَّذِينَ يُؤۡذُونَ رَسُولَ ٱللَّهِ لَهُمۡ عَذَابٌ أَلِيمٞ

Onlardan elələri də var ki, Pey­ğəm­bərə əziyyət verib: “O hər sözü eşidən bir qulaq­dır!”- deyir­lər. De: “O, sizin üçün ancaq xe­yirli sözlər eşi­dir. O, Alla­ha iman gətirir, mö­min­lərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəh­mət­dir”. Allahın Elçisinə əziy­yət ve­rən­lər üçün isə ağrılı-acılı bir əzab var­dır
Surah At-Taubah, Verse 61


يَحۡلِفُونَ بِٱللَّهِ لَكُمۡ لِيُرۡضُوكُمۡ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرۡضُوهُ إِن كَانُواْ مُؤۡمِنِينَ

Sizi razı salmaq üçün yanı­nızda Allaha and içirlər. Əgər mö­mindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları da­ha yaxşıdır
Surah At-Taubah, Verse 62


أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّهُۥ مَن يُحَادِدِ ٱللَّهَ وَرَسُولَهُۥ فَأَنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدٗا فِيهَاۚ ذَٰلِكَ ٱلۡخِزۡيُ ٱلۡعَظِيمُ

Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çı­xan­lar üçün içində əbədi qa­la­caq­ları Cəhənnəm odu var­dır? Bu isə böyük rüsvayçı­lıq­dır
Surah At-Taubah, Verse 63


يَحۡذَرُ ٱلۡمُنَٰفِقُونَ أَن تُنَزَّلَ عَلَيۡهِمۡ سُورَةٞ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمۡۚ قُلِ ٱسۡتَهۡزِءُوٓاْ إِنَّ ٱللَّهَ مُخۡرِجٞ مَّا تَحۡذَرُونَ

Münafiqlər, özlərinin qəl­bində ola­nı xəbər verən bir su­rə­nin möminlərə na­zil olmasın­dan çəkinirlər. De: “Siz is­teh­za edin! Şüb­həsiz ki, Allah çəkin­diyiniz şeyi üzə çıxaracaqdır”
Surah At-Taubah, Verse 64


وَلَئِن سَأَلۡتَهُمۡ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلۡعَبُۚ قُلۡ أَبِٱللَّهِ وَءَايَٰتِهِۦ وَرَسُولِهِۦ كُنتُمۡ تَسۡتَهۡزِءُونَ

Onlardan nə üçün is­tehza etdiklərini soruşsan, deyərlər: “Biz sa­dəcə boş-boş danışıb za­rafatla­şırdıq!” De: “Allaha, Onun ayələ­ri­nə və Onun Elçi­sinə is­teh­zamı edirsiniz
Surah At-Taubah, Verse 65


لَا تَعۡتَذِرُواْ قَدۡ كَفَرۡتُم بَعۡدَ إِيمَٰنِكُمۡۚ إِن نَّعۡفُ عَن طَآئِفَةٖ مِّنكُمۡ نُعَذِّبۡ طَآئِفَةَۢ بِأَنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ

Üzrxahlıq etməyin! İman gə­tir­dik­dən sonra artıq kafir ol­du­nuz”. Siz­lər­dən bir qismini ba­ğışlasaq da, digər­lə­ri­nə gü­nah­kar ol­duqlarına görə əzab ve­rərik
Surah At-Taubah, Verse 66


ٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ بَعۡضُهُم مِّنۢ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمُنكَرِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمَعۡرُوفِ وَيَقۡبِضُونَ أَيۡدِيَهُمۡۚ نَسُواْ ٱللَّهَ فَنَسِيَهُمۡۚ إِنَّ ٱلۡمُنَٰفِقِينَ هُمُ ٱلۡفَٰسِقُونَ

Münafiq kişilər və mü­na­fiq qa­dınlar bir-birinin tayı­dır­lar. On­lar in­sanları pis işlər görməyə vadar edir, yaxşı əməl­lərə qa­da­ğa qoyur və xə­sis­lik göstərirlər. On­lar Allahı unut­dular. Allah da on­ları unutdu. Həqiqətən, mü­nafiq­lər günah­kardırlar
Surah At-Taubah, Verse 67


وَعَدَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡكُفَّارَ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۚ هِيَ حَسۡبُهُمۡۚ وَلَعَنَهُمُ ٱللَّهُۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ

Allah münafiq kişilərə, mü­nafiq qadınlara və kafirlərə içəri­sində əbədi qalacaqları Cə­hən­nəm odu vəd etmiş­dir. Bu onlara ki­fa­yət edər! Allah on­lara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır
Surah At-Taubah, Verse 68


كَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ كَانُوٓاْ أَشَدَّ مِنكُمۡ قُوَّةٗ وَأَكۡثَرَ أَمۡوَٰلٗا وَأَوۡلَٰدٗا فَٱسۡتَمۡتَعُواْ بِخَلَٰقِهِمۡ فَٱسۡتَمۡتَعۡتُم بِخَلَٰقِكُمۡ كَمَا ٱسۡتَمۡتَعَ ٱلَّذِينَ مِن قَبۡلِكُم بِخَلَٰقِهِمۡ وَخُضۡتُمۡ كَٱلَّذِي خَاضُوٓاْۚ أُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

Onlar da sizdən əvvəl ya­şamış münafiqlər kimidirlər. On­lar sizdən qüv­vədə daha üs­tün, mal-dövlət və övlad baxı­mından da­ha çox idilər. Onlar öz payla­rından zövq aldılar. Sizdən əvvəl­kilər öz payların­dan zövq aldıq­ları ki­mi, siz də öz payınızdan zövq al­dı­nız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axi­rətdə də heçə getmişdir. Məhz onlar zi­ya­na uğrayanlardır
Surah At-Taubah, Verse 69


أَلَمۡ يَأۡتِهِمۡ نَبَأُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَقَوۡمِ إِبۡرَٰهِيمَ وَأَصۡحَٰبِ مَدۡيَنَ وَٱلۡمُؤۡتَفِكَٰتِۚ أَتَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ

Məgər onlara özlə­rin­dən əvvəl­ki­lərin – Nuh qövmü­nün, Ad və Sə­mud tayfaları­nın, İb­rahim qöv­münün, Məd­yən əha­lisinin və alt-üst edil­miş kən­din – Lut tay­fa­sı­nın xəbər­ləri gəlib çatma­yıb­? El­çiləri onlara açıq-aydın də­lillər gə­tir­mişdilər. Allah onlara zülm et­mə­di, la­kin onlar özləri öz­lə­rinə zülm edir­dilər
Surah At-Taubah, Verse 70


وَٱلۡمُؤۡمِنُونَ وَٱلۡمُؤۡمِنَٰتُ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَـٰٓئِكَ سَيَرۡحَمُهُمُ ٱللَّهُۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ

Mömin kişilərlə mömin qa­dınlar bir-birinin dost­ları­dır. On­lar insanlara yaxşı işlər gör­məyi buyurur, pis əməl­lə­rə qa­dağa qo­yur, namaz qılır, zəkat ve­rir, Alla­ha və Onun Elçisinə itaət edir­lər. Allah onlara rəhm edəcəkdir. Hə­qiqətən, Allah Qüdrətlidir, Hik­mət sahibidir
Surah At-Taubah, Verse 71


وَعَدَ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَمَسَٰكِنَ طَيِّبَةٗ فِي جَنَّـٰتِ عَدۡنٖۚ وَرِضۡوَٰنٞ مِّنَ ٱللَّهِ أَكۡبَرُۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

Allah mömin kişilərə və mömin qa­dınlara ağacları al­tın­dan çaylar axan, için­də əbədi qa­lacaqları cən­nətlər və Ədn cənnətlə­rində gözəl məskən­lər vəd etmişdir. Allahın razı­lığı isə daha bö­yük­dür. Bu, böyük uğurdur
Surah At-Taubah, Verse 72


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ جَٰهِدِ ٱلۡكُفَّارَ وَٱلۡمُنَٰفِقِينَ وَٱغۡلُظۡ عَلَيۡهِمۡۚ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ

Ey Peyğəmbər! Kafir­lər­lə və mü­nafiqlərlə vuruş. On­larla sərt davran. Onların gedəcəkləri yer Cəhənnəm­dir. Ora nə pis dö­nüş yeridir
Surah At-Taubah, Verse 73


يَحۡلِفُونَ بِٱللَّهِ مَا قَالُواْ وَلَقَدۡ قَالُواْ كَلِمَةَ ٱلۡكُفۡرِ وَكَفَرُواْ بَعۡدَ إِسۡلَٰمِهِمۡ وَهَمُّواْ بِمَا لَمۡ يَنَالُواْۚ وَمَا نَقَمُوٓاْ إِلَّآ أَنۡ أَغۡنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضۡلِهِۦۚ فَإِن يَتُوبُواْ يَكُ خَيۡرٗا لَّهُمۡۖ وَإِن يَتَوَلَّوۡاْ يُعَذِّبۡهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَمَا لَهُمۡ فِي ٱلۡأَرۡضِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ

Allaha and içirlər ki, na­la­­yiq söz­lər deməyiblər. Onlar küfr danışmış, İslamı qə­bul etdik­dən sonra kafir olmuş və bacara bil­mədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Alla­hın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına gö­­rədir. Əgər tövbə etsələr, onlar üçün xe­yir­li olar. Əgər üz dön­dər­sələr, Allah on­ları dünyada da, axi­rətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə on­la­rın nə bir dos­tu, nə də bir kömək­çisi var­dır
Surah At-Taubah, Verse 74


۞وَمِنۡهُم مَّنۡ عَٰهَدَ ٱللَّهَ لَئِنۡ ءَاتَىٰنَا مِن فَضۡلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّـٰلِحِينَ

Onlardan: “Əgər Allah Öz lüt­fündən bizə bəxş etsə, əl­bəttə, biz sə­də­qə verər və əmə­lisaleh­lərdən ola­rıq!”– deyə Alla­ha əhd edənləri də var­dır
Surah At-Taubah, Verse 75


فَلَمَّآ ءَاتَىٰهُم مِّن فَضۡلِهِۦ بَخِلُواْ بِهِۦ وَتَوَلَّواْ وَّهُم مُّعۡرِضُونَ

Allah Öz lütfündən on­lara ver­dik­də isə xəsislik edə­rək üz çe­virib getdi­lər
Surah At-Taubah, Verse 76


فَأَعۡقَبَهُمۡ نِفَاقٗا فِي قُلُوبِهِمۡ إِلَىٰ يَوۡمِ يَلۡقَوۡنَهُۥ بِمَآ أَخۡلَفُواْ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكۡذِبُونَ

Allaha verdikləri vədə xi­laf çıx­dıq­larına və yalan söy­lə­dik­lə­­rinə görə Allah da on­ların qəlb­lərinə Onunla qar­şı­la­şa­caq­ları gü­nədək nifaq saldı
Surah At-Taubah, Verse 77


أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۡ وَأَنَّ ٱللَّهَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ

Məgər anlamırdılar ki, Allah on­ların sirlərindən də, xəl­vəti danı­şıq­la­rın­dan da agah­dır və Allah qeybləri bi­lən­dir
Surah At-Taubah, Verse 78


ٱلَّذِينَ يَلۡمِزُونَ ٱلۡمُطَّوِّعِينَ مِنَ ٱلۡمُؤۡمِنِينَ فِي ٱلصَّدَقَٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهۡدَهُمۡ فَيَسۡخَرُونَ مِنۡهُمۡ سَخِرَ ٱللَّهُ مِنۡهُمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ

Möminlərdən könüllü su­­rətdə sə­dəqə verənlərə və çə­tin­­lik­lə tapdıqlarını verənlərə eyib tutanları, onları məs­xə­rə­yə qo­yan­la­rı, Allah məsxərəyə qoya­caq­dır. Onları ağrılı-acılı bir əzab gözlə­yir
Surah At-Taubah, Verse 79


ٱسۡتَغۡفِرۡ لَهُمۡ أَوۡ لَا تَسۡتَغۡفِرۡ لَهُمۡ إِن تَسۡتَغۡفِرۡ لَهُمۡ سَبۡعِينَ مَرَّةٗ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ

Onların bağışlanması üçün dua et­sən də, etməsən də, hətta on­lar üçün yet­miş dəfə bağış­lan­ma diləsən belə, Allah on­la­rı əsla bağışlamayacaqdır. Çün­ki on­lar Allahı və Onun Elçisini inkar et­di­lər. Allah günahkar insanları doğru yo­la yö­nəlt­məz
Surah At-Taubah, Verse 80


فَرِحَ ٱلۡمُخَلَّفُونَ بِمَقۡعَدِهِمۡ خِلَٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓاْ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَقَالُواْ لَا تَنفِرُواْ فِي ٱلۡحَرِّۗ قُلۡ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرّٗاۚ لَّوۡ كَانُواْ يَفۡقَهُونَ

Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əley­hinə çı­xaraq evdə qalmalarına se­vindilər. Onlar Allah yo­lun­da öz mal­la­rı və canları ilə ci­had et­mək istəmədilər və: “Bu istidə döyüşə çıx­mayın!”– de­dilər. De: “Cəhən­nəm odu bun­dan da hərarət­li­dir!” Kaş an­la­yaydılar
Surah At-Taubah, Verse 81


فَلۡيَضۡحَكُواْ قَلِيلٗا وَلۡيَبۡكُواْ كَثِيرٗا جَزَآءَۢ بِمَا كَانُواْ يَكۡسِبُونَ

Qoy onlar etdikləri gü­nah­ların cə­zası olaraq az gü­lüb çox ağ­lasınlar
Surah At-Taubah, Verse 82


فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٖ مِّنۡهُمۡ فَٱسۡتَـٔۡذَنُوكَ لِلۡخُرُوجِ فَقُل لَّن تَخۡرُجُواْ مَعِيَ أَبَدٗا وَلَن تُقَٰتِلُواْ مَعِيَ عَدُوًّاۖ إِنَّكُمۡ رَضِيتُم بِٱلۡقُعُودِ أَوَّلَ مَرَّةٖ فَٱقۡعُدُواْ مَعَ ٱلۡخَٰلِفِينَ

Əgər Allah səni onlar­dan bir züm­rənin yanına gön­dərsə və on­lar dö­yüşə çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mə­nimlə döyüşə çıx­maya­caq və mənimlə birlik­də heç bir düş­­mən­lə vuruşma­ya­caqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı ol­du­­nuz. Elə isə arxada qalanlarla bə­ra­bər, siz də ev­də oturun!”
Surah At-Taubah, Verse 83


وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٖ مِّنۡهُم مَّاتَ أَبَدٗا وَلَا تَقُمۡ عَلَىٰ قَبۡرِهِۦٓۖ إِنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُواْ وَهُمۡ فَٰسِقُونَ

Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qıl­ma, qəbrinin başında da dur­ma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günah­kar ola­raq öldülər
Surah At-Taubah, Verse 84


وَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَأَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ

Onların nə malları, nə də övladları səni təəccüblən­dir­mə­sin. Allah bunlarla, bu dün­ya­da onlara əzab vermək və on­la­rın kafir ola­raq canlarının çıx­ma­sını istəyir
Surah At-Taubah, Verse 85


وَإِذَآ أُنزِلَتۡ سُورَةٌ أَنۡ ءَامِنُواْ بِٱللَّهِ وَجَٰهِدُواْ مَعَ رَسُولِهِ ٱسۡتَـٔۡذَنَكَ أُوْلُواْ ٱلطَّوۡلِ مِنۡهُمۡ وَقَالُواْ ذَرۡنَا نَكُن مَّعَ ٱلۡقَٰعِدِينَ

“Allaha iman gətirin və Onun El­çisi ilə birlikdə cihad edin!”– deyə bir su­rə nazil edil­dikdə onların var-dövlətə ma­lik olanları sən­dən icazə istə­yib de­dilər: “Bizi burax evdə otu­ranlarla bir­likdə qa­laq!”
Surah At-Taubah, Verse 86


رَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلۡخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَفۡقَهُونَ

Onlar arxada qalanlarla birgə ol­ma­ğa razılaşdılar. On­la­rın qəl­blərinə mö­hür vu­rul­du. Buna görə də onlar haq­qı anla­maya­caq­lar
Surah At-Taubah, Verse 87


لَٰكِنِ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ جَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ وَأُوْلَـٰٓئِكَ لَهُمُ ٱلۡخَيۡرَٰتُۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

Lakin Allahın Elçisi və onunla birgə iman gətirənlər mal­ları və canları ilə cihad et­dilər. Onlar üçün nemətlər ha­zırlanmış­dır. Məhz onlar uğur qaza­nan­lardır
Surah At-Taubah, Verse 88


أَعَدَّ ٱللَّهُ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

Allah onlar üçün ağac­la­rı altından çaylar axan, için­də əbədi qalacaqları cən­nətlər hazır­lamışdır. Bu, bö­yük uğurdur
Surah At-Taubah, Verse 89


وَجَآءَ ٱلۡمُعَذِّرُونَ مِنَ ٱلۡأَعۡرَابِ لِيُؤۡذَنَ لَهُمۡ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٞ

Bədəvilərdən üzrlü ol­duq­larını id­dia edənlər evdə qal­maq üçün onlara ica­zə verilsin deyə gəldilər. Allaha və Onun Elçi­sinə ya­lan danışanlar isə evdə oturdu­lar. Onlardan kafir olan­lara ağ­rılı-acılı bir əzab üz ve­rəcəkdir
Surah At-Taubah, Verse 90


لَّيۡسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلۡمَرۡضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُواْ لِلَّهِ وَرَسُولِهِۦۚ مَا عَلَى ٱلۡمُحۡسِنِينَ مِن سَبِيلٖۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə aciz­lərə, xəstələrə və döyüşdə vu­ruş­mağa vəsait tapa bil­məyən­lərə evdə qal­maq­da heç bir gü­nah yoxdur. Yaxşı işlər gö­rən­ləri dan­la­mağa əsas da yox­dur. Allah Ba­ğış­la­yandır, Rəhm­li­dir
Surah At-Taubah, Verse 91


وَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوۡكَ لِتَحۡمِلَهُمۡ قُلۡتَ لَآ أَجِدُ مَآ أَحۡمِلُكُمۡ عَلَيۡهِ تَوَلَّواْ وَّأَعۡيُنُهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ حَزَنًا أَلَّا يَجِدُواْ مَا يُنفِقُونَ

Miniklə təmin edəsən de­yə sənin yanına gəldikdə: “Si­zin üçün minik ta­pa bilmi­rəm”– de­diyin zaman cihad üçün xərc­lə­mə­yə bir şey tapa bil­mə­dik­lə­rindən ötrü kədərlə­nib göz­ləri dol­muş hal­da geri dö­nən­lərin də heç bir günahı yoxdur
Surah At-Taubah, Verse 92


۞إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسۡتَـٔۡذِنُونَكَ وَهُمۡ أَغۡنِيَآءُۚ رَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلۡخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَعۡلَمُونَ

Yalnız varlı olduqları halda evdə qal­maq üçün sən­dən icazə al­mağa gə­lən­lər dan­lan­malıdır­lar. Onlar arxada qa­lan­lar­la birgə dal­dalanmağa ra­zı­laş­dılar. Allah on­ların qəlbini möhürlə­mişdir. Məhz bu sə­bəb­dən onlar özləri­nin aqi­bətini bil­məz­lər
Surah At-Taubah, Verse 93


يَعۡتَذِرُونَ إِلَيۡكُمۡ إِذَا رَجَعۡتُمۡ إِلَيۡهِمۡۚ قُل لَّا تَعۡتَذِرُواْ لَن نُّؤۡمِنَ لَكُمۡ قَدۡ نَبَّأَنَا ٱللَّهُ مِنۡ أَخۡبَارِكُمۡۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

Döyüşdən qayıtdığınız za­man siz­dən üzr diləyəcəklər. De: “Üzr dilə­mə­yin. Sizə əsla inanma­yacağıq. Allah si­zin iş­lərinizdən bi­zi agah etmişdir. Son­rakı əməl­lərinizi Allah da görəcək, Onun El­çi­si də”. Son­ra isə qeybi və aş­karı Bi­lənin hüzuruna qaytarıla­caq­sı­nız, O da sizə nə etdikləri­nizi xəbər verə­cəkdir
Surah At-Taubah, Verse 94


سَيَحۡلِفُونَ بِٱللَّهِ لَكُمۡ إِذَا ٱنقَلَبۡتُمۡ إِلَيۡهِمۡ لِتُعۡرِضُواْ عَنۡهُمۡۖ فَأَعۡرِضُواْ عَنۡهُمۡۖ إِنَّهُمۡ رِجۡسٞۖ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُ جَزَآءَۢ بِمَا كَانُواْ يَكۡسِبُونَ

Yanlarına qayıtdığınız za­man on­lardan əl çəkəsiniz de­yə qar­şınızda Alla­ha and içə­cəklər. Siz onlardan üz dön­də­rin. Çünki on­lar murdardırlar. Qa­zandıqları günahların cəzası olaraq gedəcəkləri yer Cəhən­nəm olacaqdır
Surah At-Taubah, Verse 95


يَحۡلِفُونَ لَكُمۡ لِتَرۡضَوۡاْ عَنۡهُمۡۖ فَإِن تَرۡضَوۡاْ عَنۡهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَرۡضَىٰ عَنِ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ

Qarşınızda and içəcək­lər ki, onlar­dan razı qalasınız. Siz on­lar­dan razı ol­sa­nız da, Allah fasiq qövmdən razı qal­maz
Surah At-Taubah, Verse 96


ٱلۡأَعۡرَابُ أَشَدُّ كُفۡرٗا وَنِفَاقٗا وَأَجۡدَرُ أَلَّا يَعۡلَمُواْ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ

Bədəvilər kafirlik və mü­nafiqlik ba­xımından daha be­tər, Alla­hın Öz El­çi­sinə nazil et­diyi qanunları bilməməyə da­ha meyl­li­dir­lər. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah At-Taubah, Verse 97


وَمِنَ ٱلۡأَعۡرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغۡرَمٗا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ

Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədi­yini itki sa­yır və sizə bir bəd­bəxtlik üz verməsini gözləyir. Bəd­bəxt­lik on­la­rın öz başlarına gələ­cək. Allah hər şeyi eşidəndir, bi­ləndir
Surah At-Taubah, Verse 98


وَمِنَ ٱلۡأَعۡرَابِ مَن يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِۚ أَلَآ إِنَّهَا قُرۡبَةٞ لَّهُمۡۚ سَيُدۡخِلُهُمُ ٱللَّهُ فِي رَحۡمَتِهِۦٓۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ

Bədəvilərdən eləsi də var­dır ki, Alla­ha və Axirət gü­nü­nə ina­nır, xərc­lə­diyini Allah ya­nında yaxınlıq və Pey­ğəm­bə­rin du­ala­rı­na nail olmaq üçün va­sitə sayır. Həqiqətən də, bu, on­lar üçün ya­xınlaşmağa bir vasi­tədir. Allah onları Öz mər­hə­mətinə qo­vuş­du­­ra­caq­dır. Hə­qi­qətən, Allah Bağış­layan­dır, Rəhm­lidir
Surah At-Taubah, Verse 99


وَٱلسَّـٰبِقُونَ ٱلۡأَوَّلُونَ مِنَ ٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحۡسَٰنٖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُ وَأَعَدَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي تَحۡتَهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­a, həm­çinin yax­şı işlər gör­mək­də onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çay­lar axan, içində əbədi qala­caq­ları cən­nətlər hazır­lamış­dır. Bu, böyük uğur­dur
Surah At-Taubah, Verse 100


وَمِمَّنۡ حَوۡلَكُم مِّنَ ٱلۡأَعۡرَابِ مُنَٰفِقُونَۖ وَمِنۡ أَهۡلِ ٱلۡمَدِينَةِ مَرَدُواْ عَلَى ٱلنِّفَاقِ لَا تَعۡلَمُهُمۡۖ نَحۡنُ نَعۡلَمُهُمۡۚ سَنُعَذِّبُهُم مَّرَّتَيۡنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٖ

Çevrənizdəki bədəvi­lər­dən və Mə­dinə əhalisi ara­sın­da mü­nafiqlər var. Onlar münafiqlikdə inadkarlıq edir, sən isə on­la­rı tanımırsan. Biz ki on­ları tanı­yırıq. Biz on­lara iki dəfə əzab ve­rəcəyik. Sonra isə böyük bir əzaba qay­tarı­la­caqlar
Surah At-Taubah, Verse 101


وَءَاخَرُونَ ٱعۡتَرَفُواْ بِذُنُوبِهِمۡ خَلَطُواْ عَمَلٗا صَٰلِحٗا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ

Digərləri isə günahla­rı­nı etiraf et­dilər. Onlar yaxşı bir əməl­lə başqa bir pis əməli qa­rışdırdılar. Ola bilsin ki, Allah on­la­rın töv­bələrini qəbul etsin. Hə­qiqətən, Allah Bağış­layan­dır, Rəhm­li­­dir
Surah At-Taubah, Verse 102


خُذۡ مِنۡ أَمۡوَٰلِهِمۡ صَدَقَةٗ تُطَهِّرُهُمۡ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيۡهِمۡۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٞ لَّهُمۡۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mi­zə çıxarasan. On­lar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlik­dir. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir
Surah At-Taubah, Verse 103


أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ هُوَ يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَأۡخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­qə­ləri götürür və Allah tövbələri qəbul Edən­dir, Rəhm­li­dir
Surah At-Taubah, Verse 104


وَقُلِ ٱعۡمَلُواْ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ وَٱلۡمُؤۡمِنُونَۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

De: “İşinizdə olun! Allah, Onun El­çisi və möminlər əməl­lə­­rinizi görə­cək­lər. Sonra qey­bi və aşkarı Bilənin ya­nı­na qay­tarıla­caq­sınız, O da sizə nə et­dikləri­nizi xəbər verəcəkdir”
Surah At-Taubah, Verse 105


وَءَاخَرُونَ مُرۡجَوۡنَ لِأَمۡرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمۡ وَإِمَّا يَتُوبُ عَلَيۡهِمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ

Döyüşə getməyənlər­dən baş­qaları da var ki, onlar Alla­hın ix­tiyarına bu­ra­xılmış­lar. O, ya onlara əzab verəcək, ya da tövbə­lə­ri­ni qəbul edəcək. Allah hər şeyi bilən­dir, hikmət sahibidir
Surah At-Taubah, Verse 106


وَٱلَّذِينَ ٱتَّخَذُواْ مَسۡجِدٗا ضِرَارٗا وَكُفۡرٗا وَتَفۡرِيقَۢا بَيۡنَ ٱلۡمُؤۡمِنِينَ وَإِرۡصَادٗا لِّمَنۡ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبۡلُۚ وَلَيَحۡلِفُنَّ إِنۡ أَرَدۡنَآ إِلَّا ٱلۡحُسۡنَىٰۖ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ

Müsəlmanlara zərər vur­maq, küfr etmək, möminlərin ara­sı­na təfriqə sal­maq məqsə­di­lə, əv­vəlcədən Allaha və Onun Elçisinə qar­şı müharibə edən kim­səni göz­ləmək üçün məs­cid tikənlər, əl­bət­tə: “Biz yax­şı­lıq­dan başqa bir şey is­tə­mə­dik”– deyə and içə­cək­lər. Allah şa­hid­dir ki, onlar yalan­çıdırlar
Surah At-Taubah, Verse 107


لَا تَقُمۡ فِيهِ أَبَدٗاۚ لَّمَسۡجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقۡوَىٰ مِنۡ أَوَّلِ يَوۡمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِۚ فِيهِ رِجَالٞ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُطَّهِّرِينَ

Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzə­rində qu­rulmuş məscid, əl­bət­tə, içində namaz qılmağın üçün daha la­yiq­dir. Orada təmiz­lən­mə­yi sevən kişi­lər vardır. Allah da təmiz­lə­nən­ləri sevir
Surah At-Taubah, Verse 108


أَفَمَنۡ أَسَّسَ بُنۡيَٰنَهُۥ عَلَىٰ تَقۡوَىٰ مِنَ ٱللَّهِ وَرِضۡوَٰنٍ خَيۡرٌ أَم مَّنۡ أَسَّسَ بُنۡيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٖ فَٱنۡهَارَ بِهِۦ فِي نَارِ جَهَنَّمَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ

Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs da­ha yax­şı­dır, yoxsa bina­sını da­ğılmaqda olan uçu­ru­mun lap kə­na­rında quran və onun­la birlikdə Cəhənnəm oduna yu­var­lanan kəs? Allah zalım qövmü doğru yola yö­nəlt­məz
Surah At-Taubah, Verse 109


لَا يَزَالُ بُنۡيَٰنُهُمُ ٱلَّذِي بَنَوۡاْ رِيبَةٗ فِي قُلُوبِهِمۡ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Onların ürəkləri parça-parça ola­na qədər tikdiyi bina qəlb­lə­rində bir şübhə olaraq qa­la­caq­dır. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah At-Taubah, Verse 110


۞إِنَّ ٱللَّهَ ٱشۡتَرَىٰ مِنَ ٱلۡمُؤۡمِنِينَ أَنفُسَهُمۡ وَأَمۡوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلۡجَنَّةَۚ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ فَيَقۡتُلُونَ وَيُقۡتَلُونَۖ وَعۡدًا عَلَيۡهِ حَقّٗا فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ وَٱلۡقُرۡءَانِۚ وَمَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ مِنَ ٱللَّهِۚ فَٱسۡتَبۡشِرُواْ بِبَيۡعِكُمُ ٱلَّذِي بَايَعۡتُم بِهِۦۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

Doğrudan da, Allah mö­minlər­dən, Cənnət müqa­bilin­də, on­ların can­la­rını və malla­rı­nı sa­tın almışdır. Çünki on­lar Allah yo­lunda vuruşub öldü­rür və öldü­rülürlər. Bu, Allahın Töv­ratda, İn­cil­də və Quranda Öz öhdəsinə gö­tür­düyü bir vəd­dir. Allahdan da­ha yaxşı əh­di­ni ye­rinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə gö­rə sevinin. Məhz bu, böyük uğurdur
Surah At-Taubah, Verse 111


ٱلتَّـٰٓئِبُونَ ٱلۡعَٰبِدُونَ ٱلۡحَٰمِدُونَ ٱلسَّـٰٓئِحُونَ ٱلرَّـٰكِعُونَ ٱلسَّـٰجِدُونَ ٱلۡأٓمِرُونَ بِٱلۡمَعۡرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلۡمُنكَرِ وَٱلۡحَٰفِظُونَ لِحُدُودِ ٱللَّهِۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görmə­yi buyu­rub pis əməl­ləri qada­ğan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o mö­min­ləri müj­də­lə
Surah At-Taubah, Verse 112


مَا كَانَ لِلنَّبِيِّ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَن يَسۡتَغۡفِرُواْ لِلۡمُشۡرِكِينَ وَلَوۡ كَانُوٓاْ أُوْلِي قُرۡبَىٰ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمۡ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ

Müşriklərin Cəhənnəm sa­kin­lə­ri olduqları müsəlmanlara bəlli ol­duq­dan son­ra, onlarla qohum olsa­lar belə, Peyğəmbərə və mö­min­lərə on­lar üçün bağışlan­ma di­lə­mək yaraşmaz
Surah At-Taubah, Verse 113


وَمَا كَانَ ٱسۡتِغۡفَارُ إِبۡرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوۡعِدَةٖ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوّٞ لِّلَّهِ تَبَرَّأَ مِنۡهُۚ إِنَّ إِبۡرَٰهِيمَ لَأَوَّـٰهٌ حَلِيمٞ

İbrahimin öz atası üçün bağış­lan­ma diləməsi isə sa­dəcə ona verdiyi vədə görə idi. Ata­sı­nın Allaha düş­mən olduğu ona bəl­li olduqdan sonra isə on­dan uzaqlaşdı. Həqiqətən, İb­ra­him Alla­ha çox yalvaran hə­lim bir kim­sə idi
Surah At-Taubah, Verse 114


وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوۡمَۢا بَعۡدَ إِذۡ هَدَىٰهُمۡ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ

Allah bir qövmü doğru yola yö­nəltdikdən sonra haram olan şeylər­dən on­ları xəbərdar etmə­yincə on­la­rı hə­min yoldan az­dırmaz. Həqiqə­tən, Allah hər şe­yi bilir
Surah At-Taubah, Verse 115


إِنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ

Həqiqətən, göylərin və yerin mül­kü Allaha məxsus­dur. O həm di­ril­dir, həm də öl­dürür. Si­zin Allahdan baş­qa nə bir hima­yə­da­rınız, nə də bir kö­məkçiniz var
Surah At-Taubah, Verse 116


لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِيِّ وَٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِي سَاعَةِ ٱلۡعُسۡرَةِ مِنۢ بَعۡدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٖ مِّنۡهُمۡ ثُمَّ تَابَ عَلَيۡهِمۡۚ إِنَّهُۥ بِهِمۡ رَءُوفٞ رَّحِيمٞ

Allah, müsəlmanlar­dan bəzi­ləri­nin qəlbi cihaddan ya­yın­maq üzrə olduqdan sonra, Pey­ğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacir­lə­rin və ən­­sarın da əvvəlcə töv­bəsini qə­bul et­di, son­ra da on­ları ba­ğışladı. Çünki Allah on­lara qar­şı çox şəf­qət­li­dir, rəhm­lidir
Surah At-Taubah, Verse 117


وَعَلَى ٱلثَّلَٰثَةِ ٱلَّذِينَ خُلِّفُواْ حَتَّىٰٓ إِذَا ضَاقَتۡ عَلَيۡهِمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ وَضَاقَتۡ عَلَيۡهِمۡ أَنفُسُهُمۡ وَظَنُّوٓاْ أَن لَّا مَلۡجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيۡهِ ثُمَّ تَابَ عَلَيۡهِمۡ لِيَتُوبُوٓاْۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

Geri qalmış üç nəfəri də bağışla­dı. Hətta yer üzü öz geniş­li­yi­nə baxma­yaraq onlara dar gəl­miş, ürəkləri kədər­dən sı­xılmış və yə­qin bilmişdilər ki, Allah­ın əzabın­dan, ancaq Onun Özünə sı­ğın­maq­dan başqa ça­rə­ləri yox­dur. Sonra Allah peş­man olsunlar de­yə on­ların töv­bəsini qəbul etdi. Həqi­qətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhm­lidir
Surah At-Taubah, Verse 118


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَكُونُواْ مَعَ ٱلصَّـٰدِقِينَ

Ey iman gətirənlər! Allah­dan qorxun və düz danı­şan­lar­la bir­likdə olun
Surah At-Taubah, Verse 119


مَا كَانَ لِأَهۡلِ ٱلۡمَدِينَةِ وَمَنۡ حَوۡلَهُم مِّنَ ٱلۡأَعۡرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرۡغَبُواْ بِأَنفُسِهِمۡ عَن نَّفۡسِهِۦۚ ذَٰلِكَ بِأَنَّهُمۡ لَا يُصِيبُهُمۡ ظَمَأٞ وَلَا نَصَبٞ وَلَا مَخۡمَصَةٞ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوۡطِئٗا يَغِيظُ ٱلۡكُفَّارَ وَلَا يَنَالُونَ مِنۡ عَدُوّٖ نَّيۡلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٞ صَٰلِحٌۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ

Mədinə əhalisinə və on­­la­rın ətra­fındakı bədəvilərə dö­yüşdə Allahın El­çi­sindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq ya­raşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuz­luq, yorğunluq və aclıq, ka­fir­ləri qəzəbləndirən elə bir atıl­mış ad­dım, düş­mən üzərində qa­zanılan elə bir uğur yox­dur ki, bunların müqa­bi­lin­də onla­ra yaxşı bir əməl yazılmasın. Hə­­qi­qə­tən, Allah yaxşı iş gö­rən­lərin mü­ka­­fa­tını puç etməz
Surah At-Taubah, Verse 120


وَلَا يُنفِقُونَ نَفَقَةٗ صَغِيرَةٗ وَلَا كَبِيرَةٗ وَلَا يَقۡطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمۡ لِيَجۡزِيَهُمُ ٱللَّهُ أَحۡسَنَ مَا كَانُواْ يَعۡمَلُونَ

Allah onları, etdikləri əməl­lərin ən gözəli ilə müka­fat­lan­dır­­sın deyə xərc­lədikləri elə bir kiçik və ya böyük məs­rəf, keç­dik­lə­ri elə bir vadi yox­dur ki, buna görə onlara savab yazılmasın
Surah At-Taubah, Verse 121


۞وَمَا كَانَ ٱلۡمُؤۡمِنُونَ لِيَنفِرُواْ كَآفَّةٗۚ فَلَوۡلَا نَفَرَ مِن كُلِّ فِرۡقَةٖ مِّنۡهُمۡ طَآئِفَةٞ لِّيَتَفَقَّهُواْ فِي ٱلدِّينِ وَلِيُنذِرُواْ قَوۡمَهُمۡ إِذَا رَجَعُوٓاْ إِلَيۡهِمۡ لَعَلَّهُمۡ يَحۡذَرُونَ

Möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Hər qə­bilədən bir dəstə qalma­lıdır ki, dini dərindən öy­rən­sinlər və öz camaatı dö­yüş­dən ge­ri qayıtdıq­ları zaman onları xəbərdar et­sin­lər. Bəlkə, onlar pis işlərdən çəki­nə­lər
Surah At-Taubah, Verse 122


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قَٰتِلُواْ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلۡكُفَّارِ وَلۡيَجِدُواْ فِيكُمۡ غِلۡظَةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ

Ey iman gətirənlər! Ya­­xınlı­ğı­nız­da­kı kafirlərlə vuru­şun. Qoy onlar siz­də sərtlik gör­sünlər. Bilin ki, Allah müt­­­təqilər­lədir
Surah At-Taubah, Verse 123


وَإِذَا مَآ أُنزِلَتۡ سُورَةٞ فَمِنۡهُم مَّن يَقُولُ أَيُّكُمۡ زَادَتۡهُ هَٰذِهِۦٓ إِيمَٰنٗاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَزَادَتۡهُمۡ إِيمَٰنٗا وَهُمۡ يَسۡتَبۡشِرُونَ

Bir surə nazil edildiyi za­man on­lardan istehza ilə: “Bu, han­sı­nızın ima­nı­nı artırdı?”– de­yənlər də var. İman gə­ti­rən­lərə gəl­dik­­də isə, o surə onla­rın ima­nını artırır və onlar bir-bir­lərini müj­də­­lə­yirlər
Surah At-Taubah, Verse 124


وَأَمَّا ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَتۡهُمۡ رِجۡسًا إِلَىٰ رِجۡسِهِمۡ وَمَاتُواْ وَهُمۡ كَٰفِرُونَ

Qəlbində xəstəlik olan­lara gə­lin­cə, o surə onların mur­dar­lı­ğı üstünə bir murdarlıq da artırır və onlar kafir o­la­raq ölürlər
Surah At-Taubah, Verse 125


أَوَلَا يَرَوۡنَ أَنَّهُمۡ يُفۡتَنُونَ فِي كُلِّ عَامٖ مَّرَّةً أَوۡ مَرَّتَيۡنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمۡ يَذَّكَّرُونَ

Onlar ildə bir və ya iki dəfə fə­la­kətə uğradıqlarını gör­mür­lərmi? Ye­nə də tövbə et­mir, ibrət almırlar
Surah At-Taubah, Verse 126


وَإِذَا مَآ أُنزِلَتۡ سُورَةٞ نَّظَرَ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ هَلۡ يَرَىٰكُم مِّنۡ أَحَدٖ ثُمَّ ٱنصَرَفُواْۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ

Bir surə nazil edildiyi za­man on­­lar: “Sizi kimsə gö­rür­mü?”– deyə bir-bir­lərinə ba­xır, sonra da üz çevirib ge­dir­lər. An­la­mayan bir qövm ol­duq­larına görə Allah onların qəlbləri­ni iman­dan məh­­rum et­mişdir
Surah At-Taubah, Verse 127


لَقَدۡ جَآءَكُمۡ رَسُولٞ مِّنۡ أَنفُسِكُمۡ عَزِيزٌ عَلَيۡهِ مَا عَنِتُّمۡ حَرِيصٌ عَلَيۡكُم بِٱلۡمُؤۡمِنِينَ رَءُوفٞ رَّحِيمٞ

Sizə özünüzdən elə bir Elçi gəl­di ki, sizin əziyyətə düş­mə­yi­niz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhm­lidir
Surah At-Taubah, Verse 128


فَإِن تَوَلَّوۡاْ فَقُلۡ حَسۡبِيَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَهُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ

Əgər onlar üz döndər­sə­lər, de: “Mənə Allah yetər. Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur. Mən Ona tə­vək­kül etdim. O, bö­yük Ərşin Rəbbi­dir!”
Surah At-Taubah, Verse 129


Author: Khan Musayev


<< Surah 8
>> Surah 10

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai