UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Anfal - Azerbaijani Translation by Khan Musayev


يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَنفَالِۖ قُلِ ٱلۡأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَصۡلِحُواْ ذَاتَ بَيۡنِكُمۡۖ وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤۡمِنِينَ

Səndən qənimətlər haq­qın­da so­ru­şurlar. De: “Qəni­mət­­lər Alla­ha və Pey­ğəmbərə aid­dir”. Elə isə Allahdan qor­xun və ara­nız­da­kı müna­sibət­ləri düzəl­din. Əgər mö­min­si­nizsə, Allaha və Onun Rəsuluna itaət edin
Surah Al-Anfal, Verse 1


إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَإِذَا تُلِيَتۡ عَلَيۡهِمۡ ءَايَٰتُهُۥ زَادَتۡهُمۡ إِيمَٰنٗا وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ

Möminlər ancaq o kəslər­dir ki, Allah anıldığı zaman onların qəlbi qor­xuya düşər, Onun ayələri onlara oxun­duq­da imanları ar­tar, yalnız öz Rəbbi­nə təvəkkül edər
Surah Al-Anfal, Verse 2


ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ

namaz qılar və Bizim on­lara ver­di­yimiz ruzidən Allah yo­lun­da xərclə­yər­lər
Surah Al-Anfal, Verse 3


أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُمۡ دَرَجَٰتٌ عِندَ رَبِّهِمۡ وَمَغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ

Məhz onlar həqiqi mö­min­lərdir. Onlar üçün Rəbbi ya­nın­da də­rə­cələr, bağış­lan­ma və bolluca ruzi vardır
Surah Al-Anfal, Verse 4


كَمَآ أَخۡرَجَكَ رَبُّكَ مِنۢ بَيۡتِكَ بِٱلۡحَقِّ وَإِنَّ فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ لَكَٰرِهُونَ

Rəbbin səni bu minvalla haqq-əda­lət uğrunda Bədrə get­mək üçün evindən çıxartdı. Hal­buki bu, möminlərdən bir dəs­tənin xo­şu­na gəlmirdi
Surah Al-Anfal, Verse 5


يُجَٰدِلُونَكَ فِي ٱلۡحَقِّ بَعۡدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلۡمَوۡتِ وَهُمۡ يَنظُرُونَ

Haqq bəlli olduqdan son­ra belə onun barəsində səninlə mü­ba­hisə edir­di­lər, sanki göz­ləri baxa-baxa ölümə sü­rük­lə­nir­dilər
Surah Al-Anfal, Verse 6


وَإِذۡ يَعِدُكُمُ ٱللَّهُ إِحۡدَى ٱلطَّآئِفَتَيۡنِ أَنَّهَا لَكُمۡ وَتَوَدُّونَ أَنَّ غَيۡرَ ذَاتِ ٱلشَّوۡكَةِ تَكُونُ لَكُمۡ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقۡطَعَ دَابِرَ ٱلۡكَٰفِرِينَ

O vaxt Allah sizə, iki dəs­tə­dən bi­ri­nin – karvanın və ya­xud ka­fir­lərin qo­şu­nunun sizin ol­acağını vəd edirdi. Siz si­lah­sız dəs­tənin si­zin olmasını ar­zu­la­yır­dınız. Allah isə Öz kəl­mə­ləri ilə haq­qı ger­çək­ləşdir­mək və kafir­lərin kökü­nü kəs­mək istəyirdi
Surah Al-Anfal, Verse 7


لِيُحِقَّ ٱلۡحَقَّ وَيُبۡطِلَ ٱلۡبَٰطِلَ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ

O bununla günahkarların xoşuna gəlməsə də, haqqı ger­çək­ləş­dir­mək və batili puç et­mək istəyirdi
Surah Al-Anfal, Verse 8


إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ أَنِّي مُمِدُّكُم بِأَلۡفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُرۡدِفِينَ

O vaxt siz Rəbbinizdən kö­mək di­ləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mə­ləklə yardım edə­cə­yəm”– deyə du­anızı qəbul etmişdi
Surah Al-Anfal, Verse 9


وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ وَلِتَطۡمَئِنَّ بِهِۦ قُلُوبُكُمۡۚ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz ra­hat­lıq tap­sın deyə belə etdi. Qə­lə­bə yal­nız Allahdandır. Həqi­qə­tən, Allah Qüd­rət­lidir, Hikmət sahibidir
Surah Al-Anfal, Verse 10


إِذۡ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةٗ مِّنۡهُ وَيُنَزِّلُ عَلَيۡكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذۡهِبَ عَنكُمۡ رِجۡزَ ٱلشَّيۡطَٰنِ وَلِيَرۡبِطَ عَلَىٰ قُلُوبِكُمۡ وَيُثَبِّتَ بِهِ ٱلۡأَقۡدَامَ

O zaman Allah Öz tərə­fin­dən bir təskinlik olsun de­yə, sizə yüngül bir mür­gü gön­dər­miş, göydən sizin üzə­ri­nizə yağmur en­dir­mişdi ki, onunla sizi təmiz­ləsin, şeytanın vəsvə­səsini sizdən uzaq etsin, qəlbi­nizi möhkəmlən­dirsin və onun­la qədəmlərinizi sa­bit etsin
Surah Al-Anfal, Verse 11


إِذۡ يُوحِي رَبُّكَ إِلَى ٱلۡمَلَـٰٓئِكَةِ أَنِّي مَعَكُمۡ فَثَبِّتُواْ ٱلَّذِينَ ءَامَنُواْۚ سَأُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ فَٱضۡرِبُواْ فَوۡقَ ٱلۡأَعۡنَاقِ وَٱضۡرِبُواْ مِنۡهُمۡ كُلَّ بَنَانٖ

O zaman Rəbbin mə­lək­lərə: “Mən sizinləyəm! İman gə­ti­rən­ləri güclən­di­rin. Mən ka­­fir­lərin qəlbinə qorxu sa­la­ca­­ğam. On­la­rın boyunlarını vu­­run və bar­maqlarının ha­mı­sını kə­sin!”– deyə vəhy etmiş­di
Surah Al-Anfal, Verse 12


ذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ

Bu, onların Allaha və Onun El­çi­sinə qarşı çıxmala­rı­na görə­dir. Allaha və Onun El­çisinə qarşı çıxan kimsəyə Allah şiddətli əzab verər
Surah Al-Anfal, Verse 13


ذَٰلِكُمۡ فَذُوقُوهُ وَأَنَّ لِلۡكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ

Bax belə! İndi dadın onu! Kafirlər üçün Cəhənnəm odu­nun əzabı da hazır­lanmışdır
Surah Al-Anfal, Verse 14


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ زَحۡفٗا فَلَا تُوَلُّوهُمُ ٱلۡأَدۡبَارَ

Ey iman gətirənlər! Ka­fir­lərlə dö­yüş meydanında qar­­şılaş­sa­nız, arxanızı onlara çe­vir­məyin
Surah Al-Anfal, Verse 15


وَمَن يُوَلِّهِمۡ يَوۡمَئِذٖ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفٗا لِّقِتَالٍ أَوۡ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٖ فَقَدۡ بَآءَ بِغَضَبٖ مِّنَ ٱللَّهِ وَمَأۡوَىٰهُ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ

Daha bir döyüş əməliy­yatı keçir­mək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan­lar istisna olmaqla, kim belə bir gün­də onlara arxa çe­vi­rər­sə, Allahın qəzə­binə dü­çar olar. Onun gedəcəyi yer Cə­hənnəm­dir. Ora necə də pis dö­nüş yeridir
Surah Al-Anfal, Verse 16


فَلَمۡ تَقۡتُلُوهُمۡ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمۡۚ وَمَا رَمَيۡتَ إِذۡ رَمَيۡتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ وَلِيُبۡلِيَ ٱلۡمُؤۡمِنِينَ مِنۡهُ بَلَآءً حَسَنًاۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ

Onları siz öldürmədi­niz, Allah onları öldürdü. Düşmən­lə­rin gözünə bir ovuc torpaq at­dı­­ğın zaman sən at­madın, Allah atdı ki, mö­minləri Öz tə­rə­fin­dən yaxşı bir sınaqdan ke­çirt­sin. Həqiqətən, Allah hər şeyi eşi­dən­dir, hər şeyi biləndir
Surah Al-Anfal, Verse 17


ذَٰلِكُمۡ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيۡدِ ٱلۡكَٰفِرِينَ

Bax belə! Həqiqətən də, Allah ka­firlərin hiyləsini zəif­lədər
Surah Al-Anfal, Verse 18


إِن تَسۡتَفۡتِحُواْ فَقَدۡ جَآءَكُمُ ٱلۡفَتۡحُۖ وَإِن تَنتَهُواْ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَعُودُواْ نَعُدۡ وَلَن تُغۡنِيَ عَنكُمۡ فِئَتُكُمۡ شَيۡـٔٗا وَلَوۡ كَثُرَتۡ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُؤۡمِنِينَ

Əgər siz kafirlər ədalətli hökm di­ləyirsinizsə, artıq sizə hökm gəl­mişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xe­yir­li olar. Yox əgər qayıtsa­nız, Biz də qayı­darıq (mö­minlərə qarşı vuruşsa­nız, Biz də sizi məğlub edə­rik). Dəs­tə­niz nə qədər çox olsa da, bu sizi heç bir şey­dən qurtara bilməz. Şübhəsiz ki, Allah mö­min­lər­lədir
Surah Al-Anfal, Verse 19


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوۡاْ عَنۡهُ وَأَنتُمۡ تَسۡمَعُونَ

Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna itaət edin, eşit­diyiniz halda on­dan üz dön­dər­məyin
Surah Al-Anfal, Verse 20


وَلَا تَكُونُواْ كَٱلَّذِينَ قَالُواْ سَمِعۡنَا وَهُمۡ لَا يَسۡمَعُونَ

Eşitmədikləri halda: “Eşit­­dik!” de­yənlər kimi olma­yın
Surah Al-Anfal, Verse 21


۞إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلۡبُكۡمُ ٱلَّذِينَ لَا يَعۡقِلُونَ

Şübhəsiz ki, Allah ya­nın­da canlıla­rın ən pisi haqqı an­la­ma­yan karlar və lallardır
Surah Al-Anfal, Verse 22


وَلَوۡ عَلِمَ ٱللَّهُ فِيهِمۡ خَيۡرٗا لَّأَسۡمَعَهُمۡۖ وَلَوۡ أَسۡمَعَهُمۡ لَتَوَلَّواْ وَّهُم مُّعۡرِضُونَ

Əgər Allah onlarda bir xe­yir ol­du­ğunu bilsəydi, əlbət­tə, on­la­ra eşit­di­rər­di. Əgər on­lara eşit­dirsəydi belə, yenə də üz çevi­rə­rək dönərdilər
Surah Al-Anfal, Verse 23


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَجِيبُواْ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمۡ لِمَا يُحۡيِيكُمۡۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَحُولُ بَيۡنَ ٱلۡمَرۡءِ وَقَلۡبِهِۦ وَأَنَّهُۥٓ إِلَيۡهِ تُحۡشَرُونَ

Ey iman gətirənlər! Pey­ğəmbər si­zi, həyat verəcək şey­lərə ça­ğır­dığı za­man Allahın və Peyğəmbərinin çağı­rı­şına ca­vab verin. Bi­lin ki, Allah in­san­la onun qəlbi arasındadır (onun istəyinə çat­ma­sına mane ola bilər) və siz Onun hüzu­runa toplanacaqsınız
Surah Al-Anfal, Verse 24


وَٱتَّقُواْ فِتۡنَةٗ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُواْ مِنكُمۡ خَآصَّةٗۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ

Elə bir bəladan qorxun ki, o, siz­lərdən təkcə zalım olan­lara üz verməz (hamınızı bürü­yər). Bilin ki, Allah şid­dətli cəza ve­rən­dir
Surah Al-Anfal, Verse 25


وَٱذۡكُرُوٓاْ إِذۡ أَنتُمۡ قَلِيلٞ مُّسۡتَضۡعَفُونَ فِي ٱلۡأَرۡضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمۡ وَأَيَّدَكُم بِنَصۡرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمۡ تَشۡكُرُونَ

Yadınıza salın ki, bir za­man siz az idiniz, yer üzündə zəif sa­yılırdınız; kafir adamla­rın sizi ələ keçirəcəyindən qor­xurdunuz. Allah sizə sığınacaq ver­di, Öz köməyi ilə sizi qüv­vətləndirdi və si­zə pak ruzilər­dən verdi ki, bəlkə şükür edə­siniz
Surah Al-Anfal, Verse 26


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَخُونُواْ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓاْ أَمَٰنَٰتِكُمۡ وَأَنتُمۡ تَعۡلَمُونَ

Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna xəyanət­karlıq gös­tər­məyin və bilə-bilə ara­nız­dakı əmanətlərə də xə­ya­nət et­mə­yin
Surah Al-Anfal, Verse 27


وَٱعۡلَمُوٓاْ أَنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ

Bilin ki, var-dövlətiniz də, öv­lad­la­rınız da ancaq bir imta­han­dır. Böyük mükafat isə Allah yanındadır
Surah Al-Anfal, Verse 28


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَتَّقُواْ ٱللَّهَ يَجۡعَل لَّكُمۡ فُرۡقَانٗا وَيُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۗ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ

Ey iman gətirənlər! Əgər Allah­dan qorxsanız, O sizə haqla na­haqqı ayırd etmə ba­carığı ve­rər, günah­ları­nız­dan keçər və sizi ba­ğışlayar. Allah bö­yük lütf sahi­bidir
Surah Al-Anfal, Verse 29


وَإِذۡ يَمۡكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُواْ لِيُثۡبِتُوكَ أَوۡ يَقۡتُلُوكَ أَوۡ يُخۡرِجُوكَۚ وَيَمۡكُرُونَ وَيَمۡكُرُ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ

Bir zaman kafirlər səni həbs et­mək, öldürmək və ya yurdun­dan qovmaq üçün sənə qarşı hiylə qururdular. On­lar hiylə iş­lət­di­lər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır
Surah Al-Anfal, Verse 30


وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا قَالُواْ قَدۡ سَمِعۡنَا لَوۡ نَشَآءُ لَقُلۡنَا مِثۡلَ هَٰذَآ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ

Ayələrimiz onlara oxun­duğu za­man deyərlər: “Artıq eşit­dik. İstəsək, biz də buna bən­zərini deyə bilərik. Bu, keç­­miş­­də­ki­lə­rin əf­sanələrindən baş­qa bir şey de­yildir”
Surah Al-Anfal, Verse 31


وَإِذۡ قَالُواْ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلۡحَقَّ مِنۡ عِندِكَ فَأَمۡطِرۡ عَلَيۡنَا حِجَارَةٗ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئۡتِنَا بِعَذَابٍ أَلِيمٖ

O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəl­miş bir haqdırsa, onda üstü­müzə göy­dən daş yağdır və ya bizə ağrılı-acı­lı bir əzab gön­dər”– de­mişdilər
Surah Al-Anfal, Verse 32


وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمۡ وَأَنتَ فِيهِمۡۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمۡ وَهُمۡ يَسۡتَغۡفِرُونَ

Sən onların arasında ol­du­ğun hal­da Allah onlara əzab ver­mə­yəcək. Bağış­lanmalarını dilə­dikləri zaman da Allah on­lara əzab verən deyildir
Surah Al-Anfal, Verse 33


وَمَا لَهُمۡ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمۡ يَصُدُّونَ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَمَا كَانُوٓاْ أَوۡلِيَآءَهُۥٓۚ إِنۡ أَوۡلِيَآؤُهُۥٓ إِلَّا ٱلۡمُتَّقُونَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

Onlar Məscidulharamın xid­mət­çi­ləri olmadıqlarına bax­­ma­ya­­raq mömin­ləri oraya bu­raxmadıq­ları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçi­ləri yalnız müt­təqilərdir. Lakin on­la­rın çoxu bunu bilmir
Surah Al-Anfal, Verse 34


وَمَا كَانَ صَلَاتُهُمۡ عِندَ ٱلۡبَيۡتِ إِلَّا مُكَآءٗ وَتَصۡدِيَةٗۚ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ

Onların müqəddəs Evin yanındakı ibadətləri fit ver­mək və əl çal­maqdan başqa bir şey deyil­dir. Küfr etdiyinizə görə dadın əza­bı
Surah Al-Anfal, Verse 35


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ لِيَصُدُّواْ عَن سَبِيلِ ٱللَّهِۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيۡهِمۡ حَسۡرَةٗ ثُمَّ يُغۡلَبُونَۗ وَٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ يُحۡشَرُونَ

Şübhəsiz ki, kafir olan­lar insan­la­rı Allah yolundan sap­dır­maq üçün öz mallarını sərf edir­lər. Onlar onu sərf edə­cək, sonra bu­nun peşmançılığını çə­­kəcək, daha sonra isə məğlub ediləcək­lər. Ka­fir olanları Cə­hənnəmə top­la­ya­caqlar ki
Surah Al-Anfal, Verse 36


لِيَمِيزَ ٱللَّهُ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجۡعَلَ ٱلۡخَبِيثَ بَعۡضَهُۥ عَلَىٰ بَعۡضٖ فَيَرۡكُمَهُۥ جَمِيعٗا فَيَجۡعَلَهُۥ فِي جَهَنَّمَۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

Allah murdarı pakdan ayır­sın, murdarları bir-birinin üs­tü­nə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yer­ləş­dirsin. Zi­ya­na uğrayanlar da məhz onlardır
Surah Al-Anfal, Verse 37


قُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ وَإِن يَعُودُواْ فَقَدۡ مَضَتۡ سُنَّتُ ٱلۡأَوَّلِينَ

Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-ke­çən­lər on­lara ba­ğış­la­nar. Yox, əgər küfrə qayıtsalar, əvvəl­ki­lərin ba­şına gə­lən aqibəti göz­ləsinlər
Surah Al-Anfal, Verse 38


وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِۚ فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ بَصِيرٞ

Fitnə aradan qalxana qə­dər və din tamamilə yalnız Alla­ha həsr edilənə­dək onlarla vu­ruşun! Əgər şirkə son qoy­sa­lar, bilsinlər ki, Allah onların et­dik­lərini görür
Surah Al-Anfal, Verse 39


وَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَوۡلَىٰكُمۡۚ نِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ

Əgər onlar üz döndər­sə­lər, bilin ki, Allah sizin Hima­yədarı­nız­dır. O, nə gözəl Hi­ma­yədar, nə gözəl Yardım­çı­dır
Surah Al-Anfal, Verse 40


۞وَٱعۡلَمُوٓاْ أَنَّمَا غَنِمۡتُم مِّن شَيۡءٖ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلۡنَا عَلَىٰ عَبۡدِنَا يَوۡمَ ٱلۡفُرۡقَانِ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəs­tə­nin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil et­diyi­mi­zə iman gə­tirmisinizsə, bilin ki, ələ keçir­diyiniz qənimətlərin beşdə biri Alla­ha, Onun Elçi­sinə, onun əq­rəbasına, yetimlərə, kasıb­la­ra və müsa­firlərə məxsusdur. Allah hər şeyə qa­dirdir
Surah Al-Anfal, Verse 41


إِذۡ أَنتُم بِٱلۡعُدۡوَةِ ٱلدُّنۡيَا وَهُم بِٱلۡعُدۡوَةِ ٱلۡقُصۡوَىٰ وَٱلرَّكۡبُ أَسۡفَلَ مِنكُمۡۚ وَلَوۡ تَوَاعَدتُّمۡ لَٱخۡتَلَفۡتُمۡ فِي ٱلۡمِيعَٰدِ وَلَٰكِن لِّيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗا لِّيَهۡلِكَ مَنۡ هَلَكَ عَنۢ بَيِّنَةٖ وَيَحۡيَىٰ مَنۡ حَيَّ عَنۢ بَيِّنَةٖۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

O zaman siz vadinin ya­xın tərə­fində, onlar uzaq tərə­fində, kar­van isə sizdən aşa­ğı­da dənizin sahilində idi. Əgər siz vədələş­səy­diniz, həmin vaxt və yer barə­sində ixtilafa düşər­di­niz. Lakin Allah olacaq işi hə­yata keçirmək üçün belə etdi ki, həlak olan açıq-ay­dın bir dəlil­lə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Hə­qiqətən, Allah hər şeyi eşi­dən­­dir, hər şeyi bi­lən­dir
Surah Al-Anfal, Verse 42


إِذۡ يُرِيكَهُمُ ٱللَّهُ فِي مَنَامِكَ قَلِيلٗاۖ وَلَوۡ أَرَىٰكَهُمۡ كَثِيرٗا لَّفَشِلۡتُمۡ وَلَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

O zaman Allah yuxun­da sə­nə on­ları az göstərdi. Əgər on­­la­rı sənə çox gös­tərsəydi, ruh­dan dü­şər­ və döyüş barə­sində bir-biri­niz­lə müba­hisə edərdi­niz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olan­­ları bilir
Surah Al-Anfal, Verse 43


وَإِذۡ يُرِيكُمُوهُمۡ إِذِ ٱلۡتَقَيۡتُمۡ فِيٓ أَعۡيُنِكُمۡ قَلِيلٗا وَيُقَلِّلُكُمۡ فِيٓ أَعۡيُنِهِمۡ لِيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗاۗ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ

O vaxt qarşı-qarşıya gəl­di­yiniz za­­man Allah onları si­zin gö­zü­nüzə az gös­tərdi, sizi də onların gözündə azalt­dı ki, olacaq işi ye­rinə yetirsin. Bü­tün iş­lər Allaha qayıdır
Surah Al-Anfal, Verse 44


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمۡ فِئَةٗ فَٱثۡبُتُواْ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ

Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möh­kəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapa­sı­nız
Surah Al-Anfal, Verse 45


وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُواْ فَتَفۡشَلُواْ وَتَذۡهَبَ رِيحُكُمۡۖ وَٱصۡبِرُوٓاْۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ

Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə müba­hi­sə et­məyin, yox­sa ruhdan dü­şər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edən­lər­lə­dir
Surah Al-Anfal, Verse 46


وَلَا تَكُونُواْ كَٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِم بَطَرٗا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۚ وَٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ

Yurdlarından təkəbbür­lə, özlərini camaata göstərmək üçün çıxan və insan­ları Allah yo­lun­dan sapdıran kəslər ki­mi olma­yın. Allah onların əməl­lə­rini hər tərəf­dən əhatə etmiş­dir
Surah Al-Anfal, Verse 47


وَإِذۡ زَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلۡيَوۡمَ مِنَ ٱلنَّاسِ وَإِنِّي جَارٞ لَّكُمۡۖ فَلَمَّا تَرَآءَتِ ٱلۡفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيۡهِ وَقَالَ إِنِّي بَرِيٓءٞ مِّنكُمۡ إِنِّيٓ أَرَىٰ مَا لَا تَرَوۡنَ إِنِّيٓ أَخَافُ ٱللَّهَۚ وَٱللَّهُ شَدِيدُ ٱلۡعِقَابِ

O zaman şeytan onların əməl­lə­ri­ni özlərinə gözəl­ gös­tə­rib: “Bu gün in­san­lardan heç kəs sizə qalib gələ bil­məz. Axı mən sizə yar­dım edən bir qon­şu­yam!”– demişdi, iki dəstə bir-birini gör­dük­də isə geri çə­ki­lib: “Mən siz­dən uza­ğam. Mən sizin görmədik­lə­ri­ni­zi görü­rəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza ve­rəndir!”– de­mişdi
Surah Al-Anfal, Verse 48


إِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَـٰٓؤُلَآءِ دِينُهُمۡۗ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedi­lər: “Bun­ları öz din­ləri aldat­dı!” Kim Allaha təvəkkül etsə, bil­sin ki, Allah Qüdrət­lidir, Hikmət sahibidir
Surah Al-Anfal, Verse 49


وَلَوۡ تَرَىٰٓ إِذۡ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمَلَـٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ

Kaş sən kafirləri mələk­lər onların canını alarkən görəy­din. Mə­ləklər onla­rın üzünə və yanla­rına vura-vura de­yir­dilər: “Dadın yan­dırıcı odun əzabı­nı
Surah Al-Anfal, Verse 50


ذَٰلِكَ بِمَا قَدَّمَتۡ أَيۡدِيكُمۡ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ

Bu, öz əllərinizlə etdi­yi­niz əməl­lərə görədir. Yoxsa Allah qul­larına zülm edən de­yildir”
Surah Al-Anfal, Verse 51


كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡۚ إِنَّ ٱللَّهَ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ

Bunların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Alla­hın ayə­lərini inkar etdilər, Allah da on­ları gü­nahlarına görə ya­xa­ladı. Şübhəsiz ki, Allah Qüv­vətlidir, cə­za­lan­dırması da şid­dətlidir
Surah Al-Anfal, Verse 52


ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمۡ يَكُ مُغَيِّرٗا نِّعۡمَةً أَنۡعَمَهَا عَلَىٰ قَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ

Bu, ona görədir ki, bir ca­maat nəfs­lərində olanı də­yiş­­mə­yin­cə, Allah da onlara ver­diyi neməti dəyişən de­yil­dir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi bilən­dir
Surah Al-Anfal, Verse 53


كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَۚ وَكُلّٞ كَانُواْ ظَٰلِمِينَ

Bunların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Rəb­bi­nin ayə­lərini yalan hesab et­di­lər, Biz də on­ları günah­la­rı­na görə məhv etdik. Firon nəs­lini dənizdə qərq et­dik. On­la­rın ha­mısı zalım idi
Surah Al-Anfal, Verse 54


إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُواْ فَهُمۡ لَا يُؤۡمِنُونَ

Şübhəsiz ki, Allah ya­nın­da can­lı­ların ən pisi kafir olan­lar­dır. Onlar iman gətir­məzlər
Surah Al-Anfal, Verse 55


ٱلَّذِينَ عَٰهَدتَّ مِنۡهُمۡ ثُمَّ يَنقُضُونَ عَهۡدَهُمۡ فِي كُلِّ مَرَّةٖ وَهُمۡ لَا يَتَّقُونَ

Onlar əhd bağladığın kim­sələrdir ki, sonra hər dəfə öz əhd­lə­rini pozur və heç nə­dən çəkin­mirlər
Surah Al-Anfal, Verse 56


فَإِمَّا تَثۡقَفَنَّهُمۡ فِي ٱلۡحَرۡبِ فَشَرِّدۡ بِهِم مَّنۡ خَلۡفَهُمۡ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ

Əgər döyüşdə onları ya­xa­lasan, on­ları cəzalan­dırmaq­la ar­xa­­larında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsın­lar
Surah Al-Anfal, Verse 57


وَإِمَّا تَخَافَنَّ مِن قَوۡمٍ خِيَانَةٗ فَٱنۢبِذۡ إِلَيۡهِمۡ عَلَىٰ سَوَآءٍۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡخَآئِنِينَ

Əgər bir qövmün əhdi po­za­cağı ilə xəyanət etməsin­dən qorx­san, sən də on­lara onu poz­duğunu bil­dir. Şübhəsiz ki, Allah xa­in­lə­ri sevmir
Surah Al-Anfal, Verse 58


وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ سَبَقُوٓاْۚ إِنَّهُمۡ لَا يُعۡجِزُونَ

Qoy kafirlər əzabdan qa­ça bilə­cək­lərini zənn etmə­sin­lər. Çün­ki onlar ondan yaxa qurtara bilməzlər
Surah Al-Anfal, Verse 59


وَأَعِدُّواْ لَهُم مَّا ٱسۡتَطَعۡتُم مِّن قُوَّةٖ وَمِن رِّبَاطِ ٱلۡخَيۡلِ تُرۡهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمۡ وَءَاخَرِينَ مِن دُونِهِمۡ لَا تَعۡلَمُونَهُمُ ٱللَّهُ يَعۡلَمُهُمۡۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فِي سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ

Düşmənlərə qarşı bacar­dı­ğınız qə­dər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşmə­ninizi və on­lar­dan başqa sizin bil­mə­di­yiniz, lakin Allahın bil­diyi kimsələri qor­xudasınız. Allah yolunda nə xərc­lə­səniz, əvəzi sizə tam ödə­ni­lər və sizə zülm edilməz
Surah Al-Anfal, Verse 60


۞وَإِن جَنَحُواْ لِلسَّلۡمِ فَٱجۡنَحۡ لَهَا وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Əgər onlar sülhə meyl etsə­lər, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidən­dir, Biləndir
Surah Al-Anfal, Verse 61


وَإِن يُرِيدُوٓاْ أَن يَخۡدَعُوكَ فَإِنَّ حَسۡبَكَ ٱللَّهُۚ هُوَ ٱلَّذِيٓ أَيَّدَكَ بِنَصۡرِهِۦ وَبِٱلۡمُؤۡمِنِينَ

Əgər onlar səni aldat­maq istəsə­lər, bil ki, sənə Allah ye­tər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüv­vətlən­dirdi
Surah Al-Anfal, Verse 62


وَأَلَّفَ بَيۡنَ قُلُوبِهِمۡۚ لَوۡ أَنفَقۡتَ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مَّآ أَلَّفۡتَ بَيۡنَ قُلُوبِهِمۡ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيۡنَهُمۡۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٞ

Allah onların qəlblərini bir­ləş­dir­di. Əgər sən yer üzün­də olan­ların ha­mı­sını sərf et­səy­din belə, onların qəlb­lə­ri­ni bir­ləş­dirə bil­məzdin. Lakin Allah on­la­rı birləş­dirdi. Həqiqətən, O, Qüdrət­li­dir, Hikmət sahibidir
Surah Al-Anfal, Verse 63


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَسۡبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

Ey Peyğəmbər! Sənə və sənin ar­dın­ca gedən mö­min­lə­rə Allah kifayət edər
Surah Al-Anfal, Verse 64


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَرِّضِ ٱلۡمُؤۡمِنِينَ عَلَى ٱلۡقِتَالِۚ إِن يَكُن مِّنكُمۡ عِشۡرُونَ صَٰبِرُونَ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ يَغۡلِبُوٓاْ أَلۡفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُواْ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ

Ey Peyğəmbər! Mömin­ləri döyü­şə ruhlandır. Əgər ara­nızda iyirmi sə­birli kişi olsa, kafirlər­dən iki yüzünə qa­lib gə­lər; əgər ara­nız­da yüz səbirli ki­şi ol­sa, ka­fir­lərdən mininə qa­lib gələr. Çün­ki on­lar anla­ma­yan adam­lardır
Surah Al-Anfal, Verse 65


ٱلۡـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمۡ وَعَلِمَ أَنَّ فِيكُمۡ ضَعۡفٗاۚ فَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ صَابِرَةٞ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُمۡ أَلۡفٞ يَغۡلِبُوٓاْ أَلۡفَيۡنِ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ

İndi Allah sizin yükü­nü­zü yün­gülləşdirdi. Çünki O, sizdə zə­iflik ol­duğunu bilirdi. Əgər ara­nızda yüz sə­birli kişi olsa, kafir­lər­dən iki yüzünə qa­lib gələr; əgər aranızda min sə­birli kişi olsa, Alla­hın izni ilə ka­firlərdən iki mi­ni­nə qalib gələr. Allah səbir edən­lər­lədir
Surah Al-Anfal, Verse 66


مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُۥٓ أَسۡرَىٰ حَتَّىٰ يُثۡخِنَ فِي ٱلۡأَرۡضِۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنۡيَا وَٱللَّهُ يُرِيدُ ٱلۡأٓخِرَةَۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ

Peyğəmbərə yer üzündə çoxlu ka­fir qırmayınca əsir gö­tür­mək yaraşmaz. Siz dünya mən­fəət­lərini istəyirsiniz, Allah isə axi­rə­ti qazanmağınızı istə­yir. Allah Qüdrətlidir, Hikmət sahibidir
Surah Al-Anfal, Verse 67


لَّوۡلَا كِتَٰبٞ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمۡ فِيمَآ أَخَذۡتُمۡ عَذَابٌ عَظِيمٞ

Əgər Allah tərəfindən əzəl­dən yazılan bir hökm ol­masaydı, aldığınız fidyə müqa­bilində sizə böyük bir əzab to­xunardı
Surah Al-Anfal, Verse 68


فَكُلُواْ مِمَّا غَنِمۡتُمۡ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ

Ələ keçirdiyiniz qəni­mət­­ləri ha­lal və təmiz olaraq yeyin və Allahdan qor­xun. Hə­qi­qə­tən, Allah Bağışlayandır, Rəhmli­dir
Surah Al-Anfal, Verse 69


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّمَن فِيٓ أَيۡدِيكُم مِّنَ ٱلۡأَسۡرَىٰٓ إِن يَعۡلَمِ ٱللَّهُ فِي قُلُوبِكُمۡ خَيۡرٗا يُؤۡتِكُمۡ خَيۡرٗا مِّمَّآ أُخِذَ مِنكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Ey Peyğəmbər! Əliniz­də olan əsir­lərə de: “Əgər Allah qəl­bi­niz­də xe­yir olduğunu bilsə, siz­dən alınan fid­yə­dən daha xe­yirli­si­ni sizə verər və sizi ba­ğışlayar. Allah Bağışlayandır, Rəhm­lidir”
Surah Al-Anfal, Verse 70


وَإِن يُرِيدُواْ خِيَانَتَكَ فَقَدۡ خَانُواْ ٱللَّهَ مِن قَبۡلُ فَأَمۡكَنَ مِنۡهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Əgər əsirlər sənə xəya­nət etmək istəsələr, bilin ki, on­lar bun­dan əvvəl Allaha xəya­nət et­mişdi­lər. Allah mömin­lərə on­ların öh­də­sindən gəl­məyə im­kan ver­mişdi. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah Al-Anfal, Verse 71


إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَـٰٓئِكَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَيۡءٍ حَتَّىٰ يُهَاجِرُواْۚ وَإِنِ ٱسۡتَنصَرُوكُمۡ فِي ٱلدِّينِ فَعَلَيۡكُمُ ٱلنَّصۡرُ إِلَّا عَلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ

Həqiqətən, iman gəti­rən, hicrət edən və Allah yolunda öz ma­lı və canı ilə cihad edən müha­cirlər və sığınacaq verib köməkl­ik göstərən ənsar – məhz onlar bir-birinin dost­la­rı­­dır. İman gəti­rən, lakin hicrət etməyənlərə gəl­dikdə isə, on­lar hicrət etməyincə siz onları hi­mayə etməyə borclu deyil­si­niz. Əgər onlar din uğrun­da sizdən kömək istə­sələr, sizinlə arala­rında müqavilə olan bir qövm əleyhinə yardım istisna ol­maq­la, kömək etməyiniz gə­rək­dir. Allah sizin nə etdikləri­nizi görür
Surah Al-Anfal, Verse 72


وَٱلَّذِينَ كَفَرُواْ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٍۚ إِلَّا تَفۡعَلُوهُ تَكُن فِتۡنَةٞ فِي ٱلۡأَرۡضِ وَفَسَادٞ كَبِيرٞ

Kafirlər də bir-birinə dost­­durlar. Əgər siz bir-birinizə yar­dımçı olma­sanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər
Surah Al-Anfal, Verse 73


وَٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ

İman gətirən, hicrət edən və Allah yolunda cihad edən­lər və sığınacaq ve­rib kö­mək­lik gös­tərənlər – məhz onlar həqiqi mö­min­lərdir. Onlar üçün ba­ğış­lanma və bolluca ruzi var­dır
Surah Al-Anfal, Verse 74


وَٱلَّذِينَ ءَامَنُواْ مِنۢ بَعۡدُ وَهَاجَرُواْ وَجَٰهَدُواْ مَعَكُمۡ فَأُوْلَـٰٓئِكَ مِنكُمۡۚ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ

Sonradan iman gətirən­lər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kita­bı­na gö­rə bir-bi­ri­nə varis olmağa daha ya­xın­dırlar. Həqiqətən, Allah hər şe­yi bi­lir
Surah Al-Anfal, Verse 75


Author: Khan Musayev


<< Surah 7
>> Surah 9

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai