UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Aal-e-Imran - Azerbaijani Translation by Khan Musayev


الٓمٓ

Əlif. Ləm. Mim
Surah Aal-e-Imran, Verse 1


ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُ

Allah Özündən başqa haqq məbud olmayandır, əbə­di Ya­şa­yandır, bü­tün yara­dı­lanların Qəy­­yu­mudur
Surah Aal-e-Imran, Verse 2


نَزَّلَ عَلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ وَأَنزَلَ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ

O bu Kitabı sənə özündən əvvəlkiləri təsdiq­ləyən, həm də, haqq ola­raq nazil et­di. Tövratı və İncili də, O nazil etdi –
Surah Aal-e-Imran, Verse 3


مِن قَبۡلُ هُدٗى لِّلنَّاسِ وَأَنزَلَ ٱلۡفُرۡقَانَۗ إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۗ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ

daha əvvəllər insanlara doğ­­­ru yo­lu göstərən rəhbər ol­maq üçün. Furqa­nı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayə­lərinə küfr edənlər üçün şid­dətli bir əzab vardır. Allah qüd­rətlidir, in­ti­qam al­mağa qa­dirdir
Surah Aal-e-Imran, Verse 4


إِنَّ ٱللَّهَ لَا يَخۡفَىٰ عَلَيۡهِ شَيۡءٞ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ

Sözsüz ki, nə yerdə, nə də göy­də, heç bir şey Allahdan gizli qal­maz
Surah Aal-e-Imran, Verse 5


هُوَ ٱلَّذِي يُصَوِّرُكُمۡ فِي ٱلۡأَرۡحَامِ كَيۡفَ يَشَآءُۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Bətnlərdə sizə istədiyi su­rəti ve­rən Odur. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Qüd­rət­lidir, Hikmət sahibidir
Surah Aal-e-Imran, Verse 6


هُوَ ٱلَّذِيٓ أَنزَلَ عَلَيۡكَ ٱلۡكِتَٰبَ مِنۡهُ ءَايَٰتٞ مُّحۡكَمَٰتٌ هُنَّ أُمُّ ٱلۡكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٞۖ فَأَمَّا ٱلَّذِينَ فِي قُلُوبِهِمۡ زَيۡغٞ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنۡهُ ٱبۡتِغَآءَ ٱلۡفِتۡنَةِ وَٱبۡتِغَآءَ تَأۡوِيلِهِۦۖ وَمَا يَعۡلَمُ تَأۡوِيلَهُۥٓ إِلَّا ٱللَّهُۗ وَٱلرَّـٰسِخُونَ فِي ٱلۡعِلۡمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلّٞ مِّنۡ عِندِ رَبِّنَاۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ

Kitabı sənə nazil edən Odur. O Ki­tabın bir qismi muhkəm ayələrdir ki, bunlar da, Ki­ta­bın ana­sıdır. Digərləri isə mutəşabih ayə­lərdir. Qəlb­lə­rində əy­ri­lik olan­lar fitnə-fəsad tö­rətmək və is­tə­dikləri kimi yoz­maq məq­sə­dilə, mutəşabih ayələrin ardınca ge­dərlər. Halbuki onun yozu­munu Allahdan başqa heç kəs bil­məz. Dərin biliyə malik olan­lar isə deyərlər: “Biz ona iman gətir­dik, hamısı Rəb­bi­miz tərəfindən­dir.” Ağıl sa­hib­lərindən başqa heç kəs bunu dərk edə bilməz
Surah Aal-e-Imran, Verse 7


رَبَّنَا لَا تُزِغۡ قُلُوبَنَا بَعۡدَ إِذۡ هَدَيۡتَنَا وَهَبۡ لَنَا مِن لَّدُنكَ رَحۡمَةًۚ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ

Ey Rəbbimiz! Bizi hida­yət yoluna yönəltdikdən sonra qəl­bi­mi­zi sap­dırma. Bizə Öz tə­rə­fin­dən bir mərhəmət bəxş et. Hə­qi­qə­tən, Sən Bəxşedənsən
Surah Aal-e-Imran, Verse 8


رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوۡمٖ لَّا رَيۡبَ فِيهِۚ إِنَّ ٱللَّهَ لَا يُخۡلِفُ ٱلۡمِيعَادَ

Ey Rəbbimiz! Həqiqətən, ger­­çəklə­şəcəyinə şübhə edil­mə­yən bir gündə, in­sanları bir yerə cəm edən Sənsən. Həqiqə­tən, Allah və­dinə əsla xilaf çıxmaz
Surah Aal-e-Imran, Verse 9


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَن تُغۡنِيَ عَنۡهُمۡ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيۡـٔٗاۖ وَأُوْلَـٰٓئِكَ هُمۡ وَقُودُ ٱلنَّارِ

Kafir olanların nə mal­ları, nə də övladları onlara Alla­hın hüzurun­da heç bir şeylə fayda verə bilməz. Onlar Cə­hən­nəmin ya­nacağıdırlar
Surah Aal-e-Imran, Verse 10


كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡۗ وَٱللَّهُ شَدِيدُ ٱلۡعِقَابِ

Onların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Bizim ayələ­ri­mi­zi yalan hesab et­di­lər, Allah da, onları günahlarına görə yaxa­ladı. Allah şiddətli cəza verəndir
Surah Aal-e-Imran, Verse 11


قُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغۡلَبُونَ وَتُحۡشَرُونَ إِلَىٰ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمِهَادُ

Kafirlərə de: “Siz məğ­lub olacaq və Cəhən­nəmə top­lana­caqsınız! Ora nə pis ya­taqdır!”
Surah Aal-e-Imran, Verse 12


قَدۡ كَانَ لَكُمۡ ءَايَةٞ فِي فِئَتَيۡنِ ٱلۡتَقَتَاۖ فِئَةٞ تُقَٰتِلُ فِي سَبِيلِ ٱللَّهِ وَأُخۡرَىٰ كَافِرَةٞ يَرَوۡنَهُم مِّثۡلَيۡهِمۡ رَأۡيَ ٱلۡعَيۡنِۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصۡرِهِۦ مَن يَشَآءُۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّأُوْلِي ٱلۡأَبۡصَٰرِ

Qarşı-qarşıya gələn iki dəs­­tədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yo­lun­da vuruşurdu, digəri isə ka­­firlər idi. Möminlər kafirlərin sayca onlardan iki qat ar­tıq olduqlarını öz göz­ləri ilə gö­rür­dülər. Allah istə­diyi kəsi Öz kö­məyi ilə qüv­vətləndi­rir. Həqi­qə­tən, bun­da bəsi­rət sahibləri üçün bir ibrət vardır
Surah Aal-e-Imran, Verse 13


زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلۡبَنِينَ وَٱلۡقَنَٰطِيرِ ٱلۡمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلۡفِضَّةِ وَٱلۡخَيۡلِ ٱلۡمُسَوَّمَةِ وَٱلۡأَنۡعَٰمِ وَٱلۡحَرۡثِۗ ذَٰلِكَ مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلۡمَـَٔابِ

Qadınların, uşaqların, yı­ğın-yığın qızıl-gümüşün, yaxşı cins at­la­rın, mal-qaranın və əkin yerlə­rinin ver­diyi zövq­lərə olan istək insanlara gözəl gös­təril­mişdir. Bun­lar, dünya hə­ya­tının ke­çici zöv­qüdür. Halbuki gö­zəl qa­yı­dış yeri Allah ya­nın­dadır
Surah Aal-e-Imran, Verse 14


۞قُلۡ أَؤُنَبِّئُكُم بِخَيۡرٖ مِّن ذَٰلِكُمۡۖ لِلَّذِينَ ٱتَّقَوۡاْ عِندَ رَبِّهِمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَأَزۡوَٰجٞ مُّطَهَّرَةٞ وَرِضۡوَٰنٞ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ بَصِيرُۢ بِٱلۡعِبَادِ

De: “Sizə bunlardan da­ha xeyirlisini xəbər verim­mi? Allah­dan qor­xanlar üçün Rəbbi yanında, al­tın­dan çay­lar axan, içində əbədi qala­caq­la­rı cən­nətlər, pak zövcə­lər və Alla­hın rizası var­dır.” Allah qul­larını görəndir
Surah Aal-e-Imran, Verse 15


ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ

O kəslər ki, deyir­lər: “Ey Rəbbi­miz! Həqi­qətən, biz iman gə­tir­dik, bi­zim günah­larımızı ba­ğışla və bi­zi Od əzabından qo­ru!”
Surah Aal-e-Imran, Verse 16


ٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰدِقِينَ وَٱلۡقَٰنِتِينَ وَٱلۡمُنفِقِينَ وَٱلۡمُسۡتَغۡفِرِينَ بِٱلۡأَسۡحَارِ

Onlar səbir edən, dürüst olan, müti olan, ma­lın­dan Allah yo­lun­da xərc­ləyən və sübh çağına yaxın Allahdan ba­ğışlanma dilə­yən kimsə­lərdir
Surah Aal-e-Imran, Verse 17


شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَـٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir
Surah Aal-e-Imran, Verse 18


إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلۡإِسۡلَٰمُۗ وَمَا ٱخۡتَلَفَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۗ وَمَن يَكۡفُرۡ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ

Həqiqətən, Allah yanın­da haqq din, İslam­dır! Kitab verilən­lər ancaq öz­lərinə elm gəl­­dikdən sonra ara­la­rın­dakı ədavət üzün­dən ixtilafa düş­dülər. Kim Alla­hın ayələrinə küfr edərsə, bil­sin ki, Allah tez haqq-hesab çəkəndir
Surah Aal-e-Imran, Verse 19


فَإِنۡ حَآجُّوكَ فَقُلۡ أَسۡلَمۡتُ وَجۡهِيَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِۗ وَقُل لِّلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡأُمِّيِّـۧنَ ءَأَسۡلَمۡتُمۡۚ فَإِنۡ أَسۡلَمُواْ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ بَصِيرُۢ بِٱلۡعِبَادِ

Əgər onlar səninlə mü­ba­­hi­sə edər­lərsə, de: “Mən özü­mü Allaha təslim etdim. Mənə tabe olanlar da, həmçinin.” Ki­tab veri­lən­lə­rə və savadsızlara de: “Siz də, təslim oldu­nuz­mu?” Əgər təs­lim ol­salar, doğ­ru yola yönəlmiş olar­lar. Yox əgər üz döndərsə­lər, bil ki, sənin öh­də­nə düşən ancaq haqqı təbliğ et­məkdir. Allah qullarını görəndir
Surah Aal-e-Imran, Verse 20


إِنَّ ٱلَّذِينَ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ حَقّٖ وَيَقۡتُلُونَ ٱلَّذِينَ يَأۡمُرُونَ بِٱلۡقِسۡطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ

Allahın ayələrinə küfr edən­ləri, peyğəmbər­ləri haq­sız yerə öl­dürənləri və ədalətə ça­ğı­ran in­sanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ
Surah Aal-e-Imran, Verse 21


أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ

Onlar dün­ya­da da, axirətdə də, əməlləri puç olan kimsələr­dir. Onların yardımçıları da olmaz
Surah Aal-e-Imran, Verse 22


أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يُدۡعَوۡنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحۡكُمَ بَيۡنَهُمۡ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٞ مِّنۡهُمۡ وَهُم مُّعۡرِضُونَ

Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? On­­lar, aralarında hökm etməsi üçün Allahın Kitabına də­vət olu­nur­lar. Sonra onlardan bir dəs­tə üz çe­vi­rib geri dön­ür
Surah Aal-e-Imran, Verse 23


ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامٗا مَّعۡدُودَٰتٖۖ وَغَرَّهُمۡ فِي دِينِهِم مَّا كَانُواْ يَفۡتَرُونَ

Bu, onların: “Od bizə an­caq bir neçə gün toxunar!”– de­mə­lə­rinə görə­dir. Onları uy­dur­duqları şeylər öz din­lərin­də al­da­dıb yoldan çıxartmışdır
Surah Aal-e-Imran, Verse 24


فَكَيۡفَ إِذَا جَمَعۡنَٰهُمۡ لِيَوۡمٖ لَّا رَيۡبَ فِيهِ وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ

Baş verəcəyinə şübhə edil­məyən bir gündə onları top­la­dığı­mız və hər kə­sə qazandı­ğı­nın əvəzi ödəniləcəyi, öz­lə­rinə də, heç bir haqsızlıq edil­məyə­cəyi zaman onların halı necə olacaq
Surah Aal-e-Imran, Verse 25


قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلۡمُلۡكِ تُؤۡتِي ٱلۡمُلۡكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلۡمُلۡكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُۖ بِيَدِكَ ٱلۡخَيۡرُۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

De: “Ey mülkün sahibi olan Alla­hım! Sən mülkü istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan; istədiyin kim­səni ucaldır, istədiyini də, al­çaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Hə­qi­qə­tən, Sən hər şeyə qadirsən
Surah Aal-e-Imran, Verse 26


تُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۖ وَتُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَتُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّۖ وَتَرۡزُقُ مَن تَشَآءُ بِغَيۡرِ حِسَابٖ

Sən gecəni gündüzə qatır, gün­düzü isə gecəyə qatır­san. Ölü­­dən diri çı­xarır, di­ri­dən isə ölü çıxarırsan. Sən is­tə­diyin kəsə he­sab­sız ruzi ve­rir­sən.”
Surah Aal-e-Imran, Verse 27


لَّا يَتَّخِذِ ٱلۡمُؤۡمِنُونَ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۖ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَلَيۡسَ مِنَ ٱللَّهِ فِي شَيۡءٍ إِلَّآ أَن تَتَّقُواْ مِنۡهُمۡ تُقَىٰةٗۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفۡسَهُۥۗ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ

Möminlər möminləri qo­yub ka­firləri dost tutmasın­lar! Bu­nu edən kəs bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yox­dur. An­caq kafirlərdən gə­lə biləcək təh­lükədən çəkinməyiniz istisnadır. Allah si­zi Özün­dən çə­kin­dirir (Öz əzabı ilə qorxudur). Dönüş də ancaq Allaha­dır
Surah Aal-e-Imran, Verse 28


قُلۡ إِن تُخۡفُواْ مَا فِي صُدُورِكُمۡ أَوۡ تُبۡدُوهُ يَعۡلَمۡهُ ٱللَّهُۗ وَيَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

De: “Kökslərinizdə ola­nı giz­lətsə­niz də, üzə çı­xar­sa­nız da, Allah onu bilir. O, göy­lərdə və yerdə olanları da bi­lir. Allah hər şe­yə qadirdir.”
Surah Aal-e-Imran, Verse 29


يَوۡمَ تَجِدُ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ مِنۡ خَيۡرٖ مُّحۡضَرٗا وَمَا عَمِلَتۡ مِن سُوٓءٖ تَوَدُّ لَوۡ أَنَّ بَيۡنَهَا وَبَيۡنَهُۥٓ أَمَدَۢا بَعِيدٗاۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفۡسَهُۥۗ وَٱللَّهُ رَءُوفُۢ بِٱلۡعِبَادِ

Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşı­sın­da ha­zır görə­cəyi gün, özü ilə pis əməl­lə­rinin arasında çox bö­yük mə­safə ol­ma­sını arzulaya­caq­dır. Allah sizi Özündən çə­kin­dirir (Öz əzabı ilə qorxudur). Allah qulla­rına qarşı çox şəfqət­­lidir
Surah Aal-e-Imran, Verse 30


قُلۡ إِن كُنتُمۡ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِي يُحۡبِبۡكُمُ ٱللَّهُ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

De: “Əgər siz Allahı se­vir­sinizsə, mənim ardımca gə­lin ki, Allah da, sizi sevsin və günah­la­rı­nızı bağışlasın. Allah çox bağışla­yandır, rəhmlidir.”
Surah Aal-e-Imran, Verse 31


قُلۡ أَطِيعُواْ ٱللَّهَ وَٱلرَّسُولَۖ فَإِن تَوَلَّوۡاْ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ

De: “Allaha və Onun göndər­di­yi Rəsula itaət edin!” Əgər üz dön­dərsə­lər, bilsinlər ki, Allah, həqiqətən də, ka­firləri sevməz
Surah Aal-e-Imran, Verse 32


۞إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰٓ ءَادَمَ وَنُوحٗا وَءَالَ إِبۡرَٰهِيمَ وَءَالَ عِمۡرَٰنَ عَلَى ٱلۡعَٰلَمِينَ

Doğrusu, Allah Adəmi, Nuhu, İb­ra­­him nəs­lini və İm­ran ailəsini seçib aləm­lər­dən üstün et­di
Surah Aal-e-Imran, Verse 33


ذُرِّيَّةَۢ بَعۡضُهَا مِنۢ بَعۡضٖۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir
Surah Aal-e-Imran, Verse 34


إِذۡ قَالَتِ ٱمۡرَأَتُ عِمۡرَٰنَ رَبِّ إِنِّي نَذَرۡتُ لَكَ مَا فِي بَطۡنِي مُحَرَّرٗا فَتَقَبَّلۡ مِنِّيٓۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Bir zaman İmranın zövcəsi demiş­di: “Ey Rəbbim! Mən bət­nim­dəkini Sə­nə xidmətçi bir qul olmaq üçün nəzir etdim. Bu nəziri mən­dən qə­bul et! Hə­qiqətən, Sən Eşidən­sən, Bi­lən­sən.”
Surah Aal-e-Imran, Verse 35


فَلَمَّا وَضَعَتۡهَا قَالَتۡ رَبِّ إِنِّي وَضَعۡتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعۡلَمُ بِمَا وَضَعَتۡ وَلَيۡسَ ٱلذَّكَرُ كَٱلۡأُنثَىٰۖ وَإِنِّي سَمَّيۡتُهَا مَرۡيَمَ وَإِنِّيٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ

Nəhayət, bari-həmlini yerə qoyduğu zaman de­di: “Ey Rəb­bim! Mə­n qı­z doğdum” – halbuki, Allah onun nə doğ­duğunu yax­şı bi­lirdi, – “axı oğlan qız kimi de­yildir. Mən onun adını Mər­yəm qoy­dum, onu və onun nəs­lini lənətlənmiş şey­tandan qo­rumağı Sə­nə həvalə edi­rəm.”
Surah Aal-e-Imran, Verse 36


فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٖ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنٗا وَكَفَّلَهَا زَكَرِيَّاۖ كُلَّمَا دَخَلَ عَلَيۡهَا زَكَرِيَّا ٱلۡمِحۡرَابَ وَجَدَ عِندَهَا رِزۡقٗاۖ قَالَ يَٰمَرۡيَمُ أَنَّىٰ لَكِ هَٰذَاۖ قَالَتۡ هُوَ مِنۡ عِندِ ٱللَّهِۖ إِنَّ ٱللَّهَ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٍ

Rəbbi Məryəmi gözəl tərzdə qə­bul et­di, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkə­riy­yaya tapşırdı. Zəkə­riyya hər dəfə Məryəmin yanına mehraba daxil ol­duqda, onun ya­nında ruzi oldu­ğu­nu görərdi. Nəhayət, o: “Ey Mər­yəm! Bu, sə­nin üçün haradan­dır?”– deyə soruşduqda, Mər­yəm de­di: “Bu, Allah tərəfin­dən­dir! Şübhəsiz ki, Allah is­tədiyi kim­sə­yə hesab­sız ruzi verir.”
Surah Aal-e-Imran, Verse 37


هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥۖ قَالَ رَبِّ هَبۡ لِي مِن لَّدُنكَ ذُرِّيَّةٗ طَيِّبَةًۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ

Elə oradaca Zəkəriyya Rəb­­binə dua edib dedi: “Ey Rəb­bim! Öz tə­rəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən du­aları eşidənsən.”
Surah Aal-e-Imran, Verse 38


فَنَادَتۡهُ ٱلۡمَلَـٰٓئِكَةُ وَهُوَ قَآئِمٞ يُصَلِّي فِي ٱلۡمِحۡرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحۡيَىٰ مُصَدِّقَۢا بِكَلِمَةٖ مِّنَ ٱللَّهِ وَسَيِّدٗا وَحَصُورٗا وَنَبِيّٗا مِّنَ ٱلصَّـٰلِحِينَ

Zəkəriyya mehrabda durub na­maz qılar­kən mələklər ona belə xitab etdilər: “Allah sə­ni, Allah tə­rəfindən olan Kəlməni təs­diq edən, qöv­mü­nün ağası, nəfsinə ha­kim və əməli­salehlərdən bir peyğəm­bər ola­caq Yəhya ilə müjdələyir.”
Surah Aal-e-Imran, Verse 39


قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَقَدۡ بَلَغَنِيَ ٱلۡكِبَرُ وَٱمۡرَأَتِي عَاقِرٞۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفۡعَلُ مَا يَشَآءُ

O dedi: “Ey Rəbbim! Qo­ca­lıq mə­ni haqladığı vaxt, zöv­cəm də, sonsuz ikən mənim ne­cə oğ­lum ola bilər?” Allah buyurdu: “Elədir, lakin Allah istədiyini edər.”
Surah Aal-e-Imran, Verse 40


قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمۡزٗاۗ وَٱذۡكُر رَّبَّكَ كَثِيرٗا وَسَبِّحۡ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ

O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət təyin et.” Allah buyurdu: “Sənin əlamə­tin, üç gün, – işarə ilə danışmaq istisna ol­maqla, – insanlarla danış­mamağındır. Həmin vaxt­ Rəbbini çox yad et və səhər-ax­şam Onun şə­ninə təriflər de!”
Surah Aal-e-Imran, Verse 41


وَإِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصۡطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلۡعَٰلَمِينَ

Bir zaman mələklər de­mişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləm­lərin qadınla­rından üstün etdi
Surah Aal-e-Imran, Verse 42


يَٰمَرۡيَمُ ٱقۡنُتِي لِرَبِّكِ وَٱسۡجُدِي وَٱرۡكَعِي مَعَ ٱلرَّـٰكِعِينَ

Ey Məryəm, Rəbbinə ita­ət et, səcdə qıl və rüku e­dən­lər­lə bir­­likdə rüku et!”
Surah Aal-e-Imran, Verse 43


ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۚ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ يُلۡقُونَ أَقۡلَٰمَهُمۡ أَيُّهُمۡ يَكۡفُلُ مَرۡيَمَ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ يَخۡتَصِمُونَ

Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərin­dən­dir. İsrail oğullarından hansı birinin Məryəmi himayə edə­cəyi ba­rədə qələm­lərini püşk at­dıq­la­rı za­man sən on­la­rın yanında de­yildin. Bir-biri­lərilə mübahisə et­dik­də də, sən onla­rın yanında de­yildin
Surah Aal-e-Imran, Verse 44


إِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٖ مِّنۡهُ ٱسۡمُهُ ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ وَجِيهٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمِنَ ٱلۡمُقَرَّبِينَ

O zaman mələklər demişdi­lər: “Ey Məryəm, həqiqətən, Allah Öz tə­rəfindən bir kəlmə ilə səni müj­dələyir. Onun adı Mər­yəm oğlu İsa Məsihdir. O, həm bu dün­yada, həm də axi­rətdə şan-şöh­rətli və Alla­ha ya­xın­­ olanlardandır
Surah Aal-e-Imran, Verse 45


وَيُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗا وَمِنَ ٱلصَّـٰلِحِينَ

O, həm beşikdə ikən, həm də yetkin çağında insan­larla da­nı­şa­caq və sa­lehlərdən ola­caqdır.”
Surah Aal-e-Imran, Verse 46


قَالَتۡ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخۡلُقُ مَا يَشَآءُۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

Məryəm dedi: “Ey Rəb­bim! Mənə bir insan toxunma­dığı hal­da necə övladım ola bilər?” Allah buyurdu: “Elədir, Allah istə­di­yi­ni yaradır. O, bir işin ol­masını istədikdə, ona an­caq “Ol!”– de­yər, o da olar.”
Surah Aal-e-Imran, Verse 47


وَيُعَلِّمُهُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ

Allah ona yazmağı, hik­məti, Töv­ratı və İncili öyrə­də­cək
Surah Aal-e-Imran, Verse 48


وَرَسُولًا إِلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَنِّي قَدۡ جِئۡتُكُم بِـَٔايَةٖ مِّن رَّبِّكُمۡ أَنِّيٓ أَخۡلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيۡرَۢا بِإِذۡنِ ٱللَّهِۖ وَأُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ وَأُحۡيِ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِ ٱللَّهِۖ وَأُنَبِّئُكُم بِمَا تَأۡكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ

Allah onu İsrail oğulla­rı­na bir elçi edəcəkdir. O deyə­cək­dir: “Mən sizə Rəb­binizdən bir möcüzə gətirmişəm. Sizin üçün pal­çıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rərəm, o da Allahın izni ilə quş olar. Alla­hın izni ilə anadan­gəl­mə ko­ru, cüzam xəstəli­yinə tutu­lanı sa­ğaldar və ölüləri diril­də­rəm. Evlərinizdə yedi­yiniz və yığıb sax­la­dığınız şeyləri sizə xəbər ve­rə­rəm. Əgər möminsi­nizsə, bilin ki, bunda sizin üçün bir də­lil var­dır
Surah Aal-e-Imran, Verse 49


وَمُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيَّ مِنَ ٱلتَّوۡرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعۡضَ ٱلَّذِي حُرِّمَ عَلَيۡكُمۡۚ وَجِئۡتُكُم بِـَٔايَةٖ مِّن رَّبِّكُمۡ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Məndən əvvəl nazil ol­muş Tövra­tı təsdiqləyən olaraq və sizə ha­ram edil­miş bəzi şey­ləri halal etmək üçün gön­də­ril­dim. Mən sizə Rəbbiniz­dən bir dəlil gətir­dim. Allah­dan qor­xun və mənə itaət edin
Surah Aal-e-Imran, Verse 50


إِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ

Həqiqətən, Allah mənim də Rəb­bim, sizin də Rəbbi­niz­dir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!”
Surah Aal-e-Imran, Verse 51


۞فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنۡهُمُ ٱلۡكُفۡرَ قَالَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشۡهَدۡ بِأَنَّا مُسۡلِمُونَ

İsa onlardakı küfrü hiss et­dikdə, dedi: “Allah yolunda kim­lər mənə yar­dımçı olacaq?” Həva­rilər dedilər: “Bizik Alla­hın dini­nin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz mü­səlmanıq
Surah Aal-e-Imran, Verse 52


رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلۡتَ وَٱتَّبَعۡنَا ٱلرَّسُولَ فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّـٰهِدِينَ

Ey Rəbbimiz! Biz sənin na­zil et­diyinə iman gətirdik və gön­­dər­diyin el­çinin ardınca get­dik. Bizi də, şahidlərlə bir yer­də yaz!”
Surah Aal-e-Imran, Verse 53


وَمَكَرُواْ وَمَكَرَ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ

Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah qarşılıqlı olaraq hiylə işlədənlərin ən xeyirlisidir
Surah Aal-e-Imran, Verse 54


إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُواْ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوۡقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۖ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأَحۡكُمُ بَيۡنَكُمۡ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ

O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin hə­yatına son qoyub Özümə tərəf qaldıraca­q, səni kafirlərdən təmiz­lə­yəcək və sə­nin ar­dınca gedən­ləri Qiya­mət gü­nü­nə qədər kafir­lərdən üstün edə­cə­yəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düş­dü­yü­nüz şeylər barəsində sizin ara­nızda hökm ve­rə­cə­yəm
Surah Aal-e-Imran, Verse 55


فَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمۡ عَذَابٗا شَدِيدٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ

Kafirlərə gəlincə, onlara həm bu dün­ya­da, həm də axi­rətdə şiddətli əzab verə­cə­yəm. Onların kömək­çi­lə­ri də, ol­maya­caqdır.”
Surah Aal-e-Imran, Verse 56


وَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ

O ki qaldı iman gətirib saleh əməllər edənlərə, Allah onların mükafat­la­rı­nı tam verə­cək­dir. Allah zalım­la­rı sevməz
Surah Aal-e-Imran, Verse 57


ذَٰلِكَ نَتۡلُوهُ عَلَيۡكَ مِنَ ٱلۡأٓيَٰتِ وَٱلذِّكۡرِ ٱلۡحَكِيمِ

Bunlar sənə oxuduğu­muz ayələr­dən və hikmətli Zikr­dən­dir
Surah Aal-e-Imran, Verse 58


إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَۖ خَلَقَهُۥ مِن تُرَابٖ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ

Həqiqətən, Allah yanın­da İsanın misalı Adəmin misalına bənzəyir. Allah Adəmi tor­paq­dan ya­rat­dı, sonra ona “Ol!”– dedi, o da oldu
Surah Aal-e-Imran, Verse 59


ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلۡمُمۡتَرِينَ

Haqq sənin Rəbbin­dən­dir. Elə isə şübhə edən­lər­dən olma
Surah Aal-e-Imran, Verse 60


فَمَنۡ حَآجَّكَ فِيهِ مِنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ فَقُلۡ تَعَالَوۡاْ نَدۡعُ أَبۡنَآءَنَا وَأَبۡنَآءَكُمۡ وَنِسَآءَنَا وَنِسَآءَكُمۡ وَأَنفُسَنَا وَأَنفُسَكُمۡ ثُمَّ نَبۡتَهِلۡ فَنَجۡعَل لَّعۡنَتَ ٱللَّهِ عَلَى ٱلۡكَٰذِبِينَ

Sənə elm gəl­dikdən son­­ra kim səninlə İsanın barə­sində mü­bahisə edər­sə, de: “Gəlin oğulla­rımızı və oğulla­rını­zı, qa­dınları­mı­zı və qadın­larınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib ya­lançılara Allahın lənət et­məsini diləyək.”
Surah Aal-e-Imran, Verse 61


إِنَّ هَٰذَا لَهُوَ ٱلۡقَصَصُ ٱلۡحَقُّۚ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Həqiqətən, bu, gerçək bir əhvalatdır. Allahdan başqa iba­dətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüd­rətlidir, Hikmət sahibidir
Surah Aal-e-Imran, Verse 62


فَإِن تَوَلَّوۡاْ فَإِنَّ ٱللَّهَ عَلِيمُۢ بِٱلۡمُفۡسِدِينَ

Əgər onlar üz çevirsə­lər, şüb­həsiz ki, Allah fitnə-fəsad tö­rədən­ləri tanıyır
Surah Aal-e-Imran, Verse 63


قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ

De: “Ey Kitab əhli! Bi­zim və sizin aranızda olan eyni bir kəl­məyə gəlin ki, Allahdan baş­­qasına ibadət etməyək, Ona heç bir şe­yi şərik qoşmayaq və Alla­hı qoyub bir-birimizi ila­hiləşdirmə­yək.” Əgər onlar yenə üz çevirsələr, de­yin: “Şahid olun ki, biz müsəl­man­larıq!”
Surah Aal-e-Imran, Verse 64


يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِيٓ إِبۡرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوۡرَىٰةُ وَٱلۡإِنجِيلُ إِلَّا مِنۢ بَعۡدِهِۦٓۚ أَفَلَا تَعۡقِلُونَ

Ey Kitab əhli! Nə üçün İb­rahim barəsində höcətlə­şir­si­­niz? Halbuki, Töv­rat və İncil ancaq on­dan son­ra nazil edilmiş­dir. Mə­gər an­la­mır­sınız
Surah Aal-e-Imran, Verse 65


هَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ حَٰجَجۡتُمۡ فِيمَا لَكُم بِهِۦ عِلۡمٞ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيۡسَ لَكُم بِهِۦ عِلۡمٞۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ

Bax, siz o kəslərsiniz ki, bildi­yi­niz şeylər barədə höcətləşdi­niz. Bəs nə üçün bil­mə­diyiniz şeylər barə­də hö­cətlə­şirsi­niz? Allah bilir, siz isə bil­­məzsiniz
Surah Aal-e-Imran, Verse 66


مَا كَانَ إِبۡرَٰهِيمُ يَهُودِيّٗا وَلَا نَصۡرَانِيّٗا وَلَٰكِن كَانَ حَنِيفٗا مُّسۡلِمٗا وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ

İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir mü­səl­man idi və müşrik­lər­dən deyil­di
Surah Aal-e-Imran, Verse 67


إِنَّ أَوۡلَى ٱلنَّاسِ بِإِبۡرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَٰذَا ٱلنَّبِيُّ وَٱلَّذِينَ ءَامَنُواْۗ وَٱللَّهُ وَلِيُّ ٱلۡمُؤۡمِنِينَ

Həqiqətən, insanlardan İb­ra­himə ən yaxın olanı, onun ar­dın­ca gedənlər, bu Peyğəm­bər və ona iman gətirənlərdir. Allah mö­min­lərin dostudur
Surah Aal-e-Imran, Verse 68


وَدَّت طَّآئِفَةٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يُضِلُّونَكُمۡ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ

Kitab əhlindən bir züm­rə sizi az­dırmaq istər. Hal­bu­ki, yalnız öz­lərini azdırır və bunu anlamırlar
Surah Aal-e-Imran, Verse 69


يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأَنتُمۡ تَشۡهَدُونَ

Ey Kitab əhli, haqqa şa­hid oldu­ğunuz halda, nə üçün Alla­hın ayələrinə küfr edir­siniz
Surah Aal-e-Imran, Verse 70


يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَلۡبِسُونَ ٱلۡحَقَّ بِٱلۡبَٰطِلِ وَتَكۡتُمُونَ ٱلۡحَقَّ وَأَنتُمۡ تَعۡلَمُونَ

Ey Kitab əhli, nə üçün siz bilə-bilə haqqa batil donu geyin­di­rir və haqqı gizlədir­si­niz
Surah Aal-e-Imran, Verse 71


وَقَالَت طَّآئِفَةٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ ءَامِنُواْ بِٱلَّذِيٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَجۡهَ ٱلنَّهَارِ وَٱكۡفُرُوٓاْ ءَاخِرَهُۥ لَعَلَّهُمۡ يَرۡجِعُونَ

Kitab əhlindən bir züm­rə bir-birinə dedi: “Möminlərə nazil edi­lənə günün əvvə­lində iman gə­tirin, günün sonunda isə onu in­kar edin ki, bəl­­kə onlar öz din­lə­rin­dən dönə­lər
Surah Aal-e-Imran, Verse 72


وَلَا تُؤۡمِنُوٓاْ إِلَّا لِمَن تَبِعَ دِينَكُمۡ قُلۡ إِنَّ ٱلۡهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤۡتَىٰٓ أَحَدٞ مِّثۡلَ مَآ أُوتِيتُمۡ أَوۡ يُحَآجُّوكُمۡ عِندَ رَبِّكُمۡۗ قُلۡ إِنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ

Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Alla­hın yo­lu­dur!” Onlar yenə bir-biri­lə­rinə dedilər: “Si­zə verilənin bənzərinin başqa bir ki­msəyə verildiyi­nə və ya Rəb­bi­niz ya­nın­da müsəlmanların sizə dəlil gə­ti­rə­cəyinə inanmayın.” De: “Şüb­hə­siz ki, lütf Allahın əlindədir və onu istə­diyi­nə verir! Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.”
Surah Aal-e-Imran, Verse 73


يَخۡتَصُّ بِرَحۡمَتِهِۦ مَن يَشَآءُۗ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ

Allah Öz mərhəmətini istə­di­yi kəsə məxsus edər. Allah bö­yük lütf sahibi­dir
Surah Aal-e-Imran, Verse 74


۞وَمِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مَنۡ إِن تَأۡمَنۡهُ بِقِنطَارٖ يُؤَدِّهِۦٓ إِلَيۡكَ وَمِنۡهُم مَّنۡ إِن تَأۡمَنۡهُ بِدِينَارٖ لَّا يُؤَدِّهِۦٓ إِلَيۡكَ إِلَّا مَا دُمۡتَ عَلَيۡهِ قَآئِمٗاۗ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَيۡسَ عَلَيۡنَا فِي ٱلۡأُمِّيِّـۧنَ سَبِيلٞ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُمۡ يَعۡلَمُونَ

Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət et­sən, onu sənə tam qaytarar. On­lardan eləsi də var ki, ona bir dinar ver­sən belə, başının üs­tündə durub tələb etməyincə onu sənə qay­tar­maz. Bu, ona görədir ki, onlar: “Avam­lar­dan ötrü bizə günah ol­maz!”– de­yirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər
Surah Aal-e-Imran, Verse 75


بَلَىٰۚ مَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ

Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şüb­­hə­siz ki, Allah müttəqiləri se­vir
Surah Aal-e-Imran, Verse 76


إِنَّ ٱلَّذِينَ يَشۡتَرُونَ بِعَهۡدِ ٱللَّهِ وَأَيۡمَٰنِهِمۡ ثَمَنٗا قَلِيلًا أُوْلَـٰٓئِكَ لَا خَلَٰقَ لَهُمۡ فِي ٱلۡأٓخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيۡهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ

Allah ilə olan əhd­lərini və andlarını ucuz qiy­mətə satan kim­sələrə gəlincə, onlara axi­rət­də heç bir pay yox­dur. Allah on­la­rı danışdır­mayacaq, Qi­ya­mət günü onların üzünə bax­maya­caq və onları təmizə çı­xar­­ma­yacaq­dır. Onlar üçün ağ­rılı-acılı bir əzab var­­dır
Surah Aal-e-Imran, Verse 77


وَإِنَّ مِنۡهُمۡ لَفَرِيقٗا يَلۡوُۥنَ أَلۡسِنَتَهُم بِٱلۡكِتَٰبِ لِتَحۡسَبُوهُ مِنَ ٱلۡكِتَٰبِ وَمَا هُوَ مِنَ ٱلۡكِتَٰبِ وَيَقُولُونَ هُوَ مِنۡ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنۡ عِندِ ٱللَّهِۖ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُمۡ يَعۡلَمُونَ

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Ki­tab­dan hesab edəsi­niz deyə, Kitabı oxu­yarkən dillərini əyib bü­kürlər. Halbuki, bu, Kitab­dan deyildir. Onlar: “Bu, Allah tərəfindən­dir!”– de­yir­lər. Hal­buki bu, Allah tərə­findən də de­yildir. On­lar bilə-bilə Alla­ha qarşı yalan danışırlar
Surah Aal-e-Imran, Verse 78


مَا كَانَ لِبَشَرٍ أَن يُؤۡتِيَهُ ٱللَّهُ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُواْ عِبَادٗا لِّي مِن دُونِ ٱللَّهِ وَلَٰكِن كُونُواْ رَبَّـٰنِيِّـۧنَ بِمَا كُنتُمۡ تُعَلِّمُونَ ٱلۡكِتَٰبَ وَبِمَا كُنتُمۡ تَدۡرُسُونَ

Heç bir kəsin, Allah ona Kitab, hikmət və pey­­ğəm­bər­lik ver­dik­dən sonra in­sanlara: “Allaha yox, mənə qul olun!”– deməsi mümkün deyil. Əksinə, o belə deyər: “Öy­rətdiyiniz Kitabın və on­dan öyrəndi­yi­niz şeyin sayəsində rəbbani olun!”
Surah Aal-e-Imran, Verse 79


وَلَا يَأۡمُرَكُمۡ أَن تَتَّخِذُواْ ٱلۡمَلَـٰٓئِكَةَ وَٱلنَّبِيِّـۧنَ أَرۡبَابًاۚ أَيَأۡمُرُكُم بِٱلۡكُفۡرِ بَعۡدَ إِذۡ أَنتُم مُّسۡلِمُونَ

O sizə mələkləri və pey­ğəmbər­lə­ri özünüzə rəbb qə­­bul et­məyi bu­yur­maz. Mə­gər o sizə, siz müsəlman ol­duq­dan sonra küfr etməyi əmr edər­mi
Surah Aal-e-Imran, Verse 80


وَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّـۧنَ لَمَآ ءَاتَيۡتُكُم مِّن كِتَٰبٖ وَحِكۡمَةٖ ثُمَّ جَآءَكُمۡ رَسُولٞ مُّصَدِّقٞ لِّمَا مَعَكُمۡ لَتُؤۡمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥۚ قَالَ ءَأَقۡرَرۡتُمۡ وَأَخَذۡتُمۡ عَلَىٰ ذَٰلِكُمۡ إِصۡرِيۖ قَالُوٓاْ أَقۡرَرۡنَاۚ قَالَ فَٱشۡهَدُواْ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّـٰهِدِينَ

Bir zaman Allah pey­ğəm­­bər­lər­dən: “Sizə Kitab və hik­mət ver­dikdən sonra, özü­nüz­dəkini təsdiqləyən bir elçi gəl­dikdə, ona müt­ləq iman gətirib yar­dım edəcəksi­niz”– deyə əhd al­mış və onla­ra: “İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdünüzmü?”– de­miş­­di. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. Allah da belə buyurmuş­du: “Elə isə şa­hid olun, Mən də sizinlə bə­ra­bər şahid olanlardanam.”
Surah Aal-e-Imran, Verse 81


فَمَن تَوَلَّىٰ بَعۡدَ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ

Kim bundan sonra üz dön­də­rərsə, məhz onlar fasiq­lər­dir
Surah Aal-e-Imran, Verse 82


أَفَغَيۡرَ دِينِ ٱللَّهِ يَبۡغُونَ وَلَهُۥٓ أَسۡلَمَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ طَوۡعٗا وَكَرۡهٗا وَإِلَيۡهِ يُرۡجَعُونَ

Yoxsa onlar Allahın di­nin­dən başqasınımı ax­tarır­lar? Halbu­ki, göy­lərdə və yerdə olanlar is­tər-istə­məz Ona təs­lim olmuş və Ona da qay­tarı­la­caqlar
Surah Aal-e-Imran, Verse 83


قُلۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيۡنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ

De: “Biz Allaha, bizə na­zil olana, İbrahimə, İsmailə, İsha­qa, Yaquba və onun nəs­linə nazil olanlara, Mu­saya, İsaya və pey­­ğəm­bərlərə öz Rəb­bi tə­rə­findən verilənlərə iman gətirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!”
Surah Aal-e-Imran, Verse 84


وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينٗا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ

Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə zi­ya­na uğrayanlardan olar
Surah Aal-e-Imran, Verse 85


كَيۡفَ يَهۡدِي ٱللَّهُ قَوۡمٗا كَفَرُواْ بَعۡدَ إِيمَٰنِهِمۡ وَشَهِدُوٓاْ أَنَّ ٱلرَّسُولَ حَقّٞ وَجَآءَهُمُ ٱلۡبَيِّنَٰتُۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ

İman gətirdikdən, Allahın göndərdiyi Rəsulun haqq ol­duğu­na şahidlik etdikdən və öz­lərinə ay­dın dəlillər gəl­dikdən sonra ka­fir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adam­la­rı doğru yola yö­nəltməz
Surah Aal-e-Imran, Verse 86


أُوْلَـٰٓئِكَ جَزَآؤُهُمۡ أَنَّ عَلَيۡهِمۡ لَعۡنَةَ ٱللَّهِ وَٱلۡمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ

Onların cəzası, həqiqətən də, Alla­hın, mələklərin və bü­tün in­sanların lənətinə uğramaqdır
Surah Aal-e-Imran, Verse 87


خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنظَرُونَ

Onlar bu lənətin içində hə­­mişə­lik qalacaqlar. Onla­rın əza­bı yüngül­ləşdirilməz və onla­ra möhlət də veril­məz
Surah Aal-e-Imran, Verse 88


إِلَّا ٱلَّذِينَ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ

Bundan sonra tövbə edib əməl­lərini islah edənlər isə istis­nadır. Şübhə­siz ki, Allah bağış­layandır, rəhmlidir
Surah Aal-e-Imran, Verse 89


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بَعۡدَ إِيمَٰنِهِمۡ ثُمَّ ٱزۡدَادُواْ كُفۡرٗا لَّن تُقۡبَلَ تَوۡبَتُهُمۡ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ

Sözsüz ki, iman gətir­dik­dən son­ra kafir olan və küfr­lə­rini daha da artı­ran kimsələ­rin töv­bəsi əsla qəbul edilməyəcək. Məhz on­lar doğru yoldan azan­­lardır
Surah Aal-e-Imran, Verse 90


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمۡ كُفَّارٞ فَلَن يُقۡبَلَ مِنۡ أَحَدِهِم مِّلۡءُ ٱلۡأَرۡضِ ذَهَبٗا وَلَوِ ٱفۡتَدَىٰ بِهِۦٓۗ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ

Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fid­yə ver­sələr belə, bu onların heç bi­rin­dən qəbul edilməyəcək. On­lar üçün ağrılı-acılı bir əzab vardır. On­ların heç kö­mək­çiləri də yoxdur
Surah Aal-e-Imran, Verse 91


لَن تَنَالُواْ ٱلۡبِرَّ حَتَّىٰ تُنفِقُواْ مِمَّا تُحِبُّونَۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٞ

Sevdiyiniz şeylər­dən Allah yo­lunda xərcləməyin­cə xeyrə nail olmazsınız. Malınızdan nə xərclə­səniz, əlbəttə ki, Allah onu bilir
Surah Aal-e-Imran, Verse 92


۞كُلُّ ٱلطَّعَامِ كَانَ حِلّٗا لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسۡرَـٰٓءِيلُ عَلَىٰ نَفۡسِهِۦ مِن قَبۡلِ أَن تُنَزَّلَ ٱلتَّوۡرَىٰةُۚ قُلۡ فَأۡتُواْ بِٱلتَّوۡرَىٰةِ فَٱتۡلُوهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

Tövrat nazil olmamış­dan əvvəl İsrailin (Yəqubun) özünə ha­ram etdiklərindən savayı bü­tün yeməklər İsrail oğul­la­rı­na halal idi. De: “Əgər doğru danı­şanlarsınızsa, Töv­ratı gəti­rin və onu oxu­yun!”
Surah Aal-e-Imran, Verse 93


فَمَنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ مِنۢ بَعۡدِ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ

Artıq kim bundan sonra Allaha qar­şı yalan uydurarsa, məhz on­lar zalımlardır
Surah Aal-e-Imran, Verse 94


قُلۡ صَدَقَ ٱللَّهُۗ فَٱتَّبِعُواْ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ

De: “Allah doğru söy­lə­mişdir. Elə isə İbrahimin hənif di­ninə tabe olun. O, müş­riklərdən deyildi.”
Surah Aal-e-Imran, Verse 95


إِنَّ أَوَّلَ بَيۡتٖ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكٗا وَهُدٗى لِّلۡعَٰلَمِينَ

Həqiqətən, aləmlərə bə­rəkət və hidayət qaynağı kimi in­sanlar üçün ilk qu­rulan ev Bəkkə­dədir
Surah Aal-e-Imran, Verse 96


فِيهِ ءَايَٰتُۢ بَيِّنَٰتٞ مَّقَامُ إِبۡرَٰهِيمَۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنٗاۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ

Orada aydın nişanələr – İb­rahi­mın məqamı vardır. Ora­ da­xil olan kəs əmin-amanlıqda olar. Yolu­na gücü ça­tan hər kəsin müqəddəs Evi zi­ya­rət et­məsi Allahın in­san­lar üzərindəki haqqıdır. Kim bu­nu inkar edər­sə, bilsin ki, Alla­hın aləmlərə eh­ti­ya­cı yoxdur
Surah Aal-e-Imran, Verse 97


قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعۡمَلُونَ

De: “Ey Kitab əhli! Allah si­zin et­dik­lərinizə şahid ol­du­ğu hal­da, nə üçün siz Allahın ayə­lərini inkar edir­si­niz?!”
Surah Aal-e-Imran, Verse 98


قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ تَبۡغُونَهَا عِوَجٗا وَأَنتُمۡ شُهَدَآءُۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ

De: “Ey Kitab əhli! Siz haq­qa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri gös­tər­məyə çalışaraq iman gəti­rən­ləri Allah yo­lundan sapdırır­sı­nız?!” Halbuki, Allah sizin et­dik­lə­ri­nizdən qafil deyil­dir
Surah Aal-e-Imran, Verse 99


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تُطِيعُواْ فَرِيقٗا مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ يَرُدُّوكُم بَعۡدَ إِيمَٰنِكُمۡ كَٰفِرِينَ

Ey iman gətirənlər! Əgər Kitab ve­rilənlərdən bir dəs­tə­yə itaət etsəniz, onlar sizi imanınızdan sonra döndə­rib ka­fir edərlər
Surah Aal-e-Imran, Verse 100


وَكَيۡفَ تَكۡفُرُونَ وَأَنتُمۡ تُتۡلَىٰ عَلَيۡكُمۡ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمۡ رَسُولُهُۥۗ وَمَن يَعۡتَصِم بِٱللَّهِ فَقَدۡ هُدِيَ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

Sizə Allahın ayələri oxun­­duğu halda, Onun Rəsulu da ara­nızda ikən, siz ne­cə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağ­la­nar­sa, həqi­qə­tən, doğru yola yönəlmiş olar
Surah Aal-e-Imran, Verse 101


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسۡلِمُونَ

Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərz­də qor­xun və ancaq mü­səlman oldu­ğu­nuz halda ölün
Surah Aal-e-Imran, Verse 102


وَٱعۡتَصِمُواْ بِحَبۡلِ ٱللَّهِ جَمِيعٗا وَلَا تَفَرَّقُواْۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ كُنتُمۡ أَعۡدَآءٗ فَأَلَّفَ بَيۡنَ قُلُوبِكُمۡ فَأَصۡبَحۡتُم بِنِعۡمَتِهِۦٓ إِخۡوَٰنٗا وَكُنتُمۡ عَلَىٰ شَفَا حُفۡرَةٖ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنۡهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَهۡتَدُونَ

Hamınız Allahın ipin­dən möh­kəm yapışın və par­ça­lanma­yın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-bi­rinizə düş­mən idiniz, O, sizin qəlb­lə­ri­nizi birləş­dirdi və Onun neməti sayə­sin­də bir-birinizlə qardaş oldu­nuz. Siz odlu bir çuxurun lap kə­na­rında ikən O, sizi on­dan xilas etdi. Allah Öz ayələrini sizə be­lə­cə bəyan edir ki, bəlkə doğru yo­la yönələsiniz
Surah Aal-e-Imran, Verse 103


وَلۡتَكُن مِّنكُمۡ أُمَّةٞ يَدۡعُونَ إِلَى ٱلۡخَيۡرِ وَيَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

Qoy içinizdən xey­rə ça­ğıran, yaxşı işlər gör­məyi bu­yuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz on­lar ni­cat tapanlar­dır
Surah Aal-e-Imran, Verse 104


وَلَا تَكُونُواْ كَٱلَّذِينَ تَفَرَّقُواْ وَٱخۡتَلَفُواْ مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡبَيِّنَٰتُۚ وَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ عَظِيمٞ

Özlərinə aydın dəlillər gəl­­dik­dən sonra firqələrə ayrı­lıb ix­ti­laf edən­lər kimi olma­yın. On­ları böyük bir əzab göz­ləyir
Surah Aal-e-Imran, Verse 105


يَوۡمَ تَبۡيَضُّ وُجُوهٞ وَتَسۡوَدُّ وُجُوهٞۚ فَأَمَّا ٱلَّذِينَ ٱسۡوَدَّتۡ وُجُوهُهُمۡ أَكَفَرۡتُم بَعۡدَ إِيمَٰنِكُمۡ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ

O gün neçə-neçə üzlər ağa­racaq, neçə-neçə üzlər də, qa­­ra­la­caq­dır. Üzləri qaralan kəs­lərə: “İman gətirdikdən sonra ka­firmi ol­du­nuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– de­yilə­cəkdir
Surah Aal-e-Imran, Verse 106


وَأَمَّا ٱلَّذِينَ ٱبۡيَضَّتۡ وُجُوهُهُمۡ فَفِي رَحۡمَةِ ٱللَّهِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

Üzləri ağ olan kəslər isə Allahın mər­həməti içərisində ola­caq­ və onlar orada əbə­di qala­caqlar
Surah Aal-e-Imran, Verse 107


تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۗ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعَٰلَمِينَ

Bunlar Allahın ayələridir ki, onları sənə haqq ola­raq oxu­yuruq. Allah aləmlərə zülm etmək istəməz
Surah Aal-e-Imran, Verse 108


وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Bütün iş­lər sonda Allaha qay­tarı­lacaq­dır
Surah Aal-e-Imran, Verse 109


كُنتُمۡ خَيۡرَ أُمَّةٍ أُخۡرِجَتۡ لِلنَّاسِ تَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَتَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَتُؤۡمِنُونَ بِٱللَّهِۗ وَلَوۡ ءَامَنَ أَهۡلُ ٱلۡكِتَٰبِ لَكَانَ خَيۡرٗا لَّهُمۚ مِّنۡهُمُ ٱلۡمُؤۡمِنُونَ وَأَكۡثَرُهُمُ ٱلۡفَٰسِقُونَ

Siz insanlar üçün üzə çı­xa­rılmış ən xeyirli üm­mət­si­niz; on­la­ra yaxşı işlər gör­məyi əmr edir, pis əməlləri qa­dağan edir və Alla­ha iman gəti­rir­si­niz. Ki­tab əhli də iman gətir­səydi, əl­bəttə, on­lar üçün yaxşı olardı. On­ların ara­sın­da iman gətirənlər də var­dır. Ək­səriy­yəti isə haqq yolu­nu az­mış fa­siqlərdir
Surah Aal-e-Imran, Verse 110


لَن يَضُرُّوكُمۡ إِلَّآ أَذٗىۖ وَإِن يُقَٰتِلُوكُمۡ يُوَلُّوكُمُ ٱلۡأَدۡبَارَ ثُمَّ لَا يُنصَرُونَ

Onlar sizə əziyyətdən baş­qa bir zərər yetirə bilməz­lər. Əgər sizinlə vu­ruşmalı ol­salar, arxa çevirib qaçarlar. Sonra isə onlara kö­mək də edil­məz
Surah Aal-e-Imran, Verse 111


ضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ أَيۡنَ مَا ثُقِفُوٓاْ إِلَّا بِحَبۡلٖ مِّنَ ٱللَّهِ وَحَبۡلٖ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلۡمَسۡكَنَةُۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ

Harada olursa ol­sun­lar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya in­san­ların ipinə sarılan kimsələr müs­təsnadır. Onlar Alla­­hın qəzə­bi­nə uğramış, onlara yox­sul­luq üz ver­­mişdir. Bu cə­za ona görədir ki, onlar Allahın ayə­lə­rinə küfr et­miş və bəzi pey­ğəmbər­ləri haqsız yerə öldür­müş­­lər. Bu həm də ona görədir ki, onlar asilik etmiş və həddi aş­mışlar
Surah Aal-e-Imran, Verse 112


۞لَيۡسُواْ سَوَآءٗۗ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ أُمَّةٞ قَآئِمَةٞ يَتۡلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيۡلِ وَهُمۡ يَسۡجُدُونَ

Onların hamısı eyni deyil­. Kitab əhli içərisində dinində sa­bit­qədəm bir toplum vardır ki, onlar gecələri səc­də­yə qa­pa­nıb Allahın ayə­lə­rini oxu­yur­lar
Surah Aal-e-Imran, Verse 113


يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَيَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَيُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِۖ وَأُوْلَـٰٓئِكَ مِنَ ٱلصَّـٰلِحِينَ

Onlar Allaha və Axirət gü­nünə iman gətirir, yaxşı iş­lər gör­məyi buyu­rur, pis əməl­ləri qa­da­ğan edir və xeyir­xah işlər gör­mə­yə tələsirlər. Məhz on­lar əməlisaleh insanlardandırlar
Surah Aal-e-Imran, Verse 114


وَمَا يَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَلَن يُكۡفَرُوهُۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلۡمُتَّقِينَ

Onların etdiyi yaxşı­lıqların heç biri inkar edilməz. Allah müt­­təqi­ləri yaxşı tanıyır
Surah Aal-e-Imran, Verse 115


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَن تُغۡنِيَ عَنۡهُمۡ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيۡـٔٗاۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

Kafirlərin nə malları, nə də öv­ladları, onlara Allah ya­nın­da heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləri­dir­lər və onlar ora­da əbədi qalacaqlar
Surah Aal-e-Imran, Verse 116


مَثَلُ مَا يُنفِقُونَ فِي هَٰذِهِ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَثَلِ رِيحٖ فِيهَا صِرٌّ أَصَابَتۡ حَرۡثَ قَوۡمٖ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَأَهۡلَكَتۡهُۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنۡ أَنفُسَهُمۡ يَظۡلِمُونَ

Onların bu dünya hə­ya­tında sərf etdiklərinin misalı, öz­lə­ri­nə zülm edən adamların tar­lasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bən­zəyir. Allah on­la­ra zülm etmə­di, lakin onlar öz­ləri özlə­ri­nə zülm edirdirlər
Surah Aal-e-Imran, Verse 117


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ بِطَانَةٗ مِّن دُونِكُمۡ لَا يَأۡلُونَكُمۡ خَبَالٗا وَدُّواْ مَا عَنِتُّمۡ قَدۡ بَدَتِ ٱلۡبَغۡضَآءُ مِنۡ أَفۡوَٰهِهِمۡ وَمَا تُخۡفِي صُدُورُهُمۡ أَكۡبَرُۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ

Ey iman gətirənlər! Siz­­dən ol­mayanları özünüzə sir­daş tut­­mayın. Çünki onlar sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, si­zin sı­xıntıya düşməyinizi istə­yər­lər. Düşmənçilikləri on­ların ağızların­dan çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə daha bö­yükdür. Əgər anla­yır­sı­nız­sa, Biz ayələ­ri artıq sizə bə­yan etdik
Surah Aal-e-Imran, Verse 118


هَـٰٓأَنتُمۡ أُوْلَآءِ تُحِبُّونَهُمۡ وَلَا يُحِبُّونَكُمۡ وَتُؤۡمِنُونَ بِٱلۡكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ عَضُّواْ عَلَيۡكُمُ ٱلۡأَنَامِلَ مِنَ ٱلۡغَيۡظِۚ قُلۡ مُوتُواْ بِغَيۡظِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Bax, siz o kəslərsiniz ki, on­lar sizi sev­mədiyi halda siz on­ları sevirsiniz. Siz nazil olmuş kitabların hamı­sı­na ina­nır­­sınız. On­lar sizinlə rast­la­şan­da: “Biz də, iman gətirdik!”– deyir, tək­lik­də qa­lan­­da isə sizə qarşı qəzəblərindən barmaqla­rının uclarını gəmi­rir­lər. De: “Qəzəbiniz­dən ölün!” Şübhə­siz ki, Allah kökslər­də olanları bi­lir
Surah Aal-e-Imran, Verse 119


إِن تَمۡسَسۡكُمۡ حَسَنَةٞ تَسُؤۡهُمۡ وَإِن تُصِبۡكُمۡ سَيِّئَةٞ يَفۡرَحُواْ بِهَاۖ وَإِن تَصۡبِرُواْ وَتَتَّقُواْ لَا يَضُرُّكُمۡ كَيۡدُهُمۡ شَيۡـًٔاۗ إِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ

Sizə bir uğur nəsib ol­duqda, bu onları kədərləndirir, si­zə bir fə­la­kət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsə­niz və Allahdan qorx­sanız, on­ların hiyləsi sizə heç bir zərər ver­məz. Söz­süz ki, Allah onların et­dik­lə­rini əhatəyə almışdır
Surah Aal-e-Imran, Verse 120


وَإِذۡ غَدَوۡتَ مِنۡ أَهۡلِكَ تُبَوِّئُ ٱلۡمُؤۡمِنِينَ مَقَٰعِدَ لِلۡقِتَالِۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

Bir zaman sən Uhud­dakı döyüş­dən ötrü möminləri möv­qe­lə­rə yerləş­dirmək üçün sə­hər tezdən ailəndən ay­rılıb getmiş­din. Allah, hər şeyi eşidəndir, hər şeyi biləndir
Surah Aal-e-Imran, Verse 121


إِذۡ هَمَّت طَّآئِفَتَانِ مِنكُمۡ أَن تَفۡشَلَا وَٱللَّهُ وَلِيُّهُمَاۗ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ

O zaman sizlərdən iki dəstə ruh­dan düşməyə hazır idi­­lər. Allah isə onların yar­dım­çısı idi. Qoy mö­min­lər yalnız Alla­ha tə­vəkkül etsinlər
Surah Aal-e-Imran, Verse 122


وَلَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ بِبَدۡرٖ وَأَنتُمۡ أَذِلَّةٞۖ فَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ

Siz zəif olduğunuz hal­da Allah, Bədrdə sizə yar­dım etdi. Elə isə Allah­dan qor­xun ki, bəlkə şükür edəsiniz
Surah Aal-e-Imran, Verse 123


إِذۡ تَقُولُ لِلۡمُؤۡمِنِينَ أَلَن يَكۡفِيَكُمۡ أَن يُمِدَّكُمۡ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُنزَلِينَ

O zaman sən möminlərə de­yir­din: “Rəbbinizin üç min mə­­lə­k endirərək köməyi­ni­zə çat­ması, sizə yet­məzmi?”
Surah Aal-e-Imran, Verse 124


بَلَىٰٓۚ إِن تَصۡبِرُواْ وَتَتَّقُواْ وَيَأۡتُوكُم مِّن فَوۡرِهِمۡ هَٰذَا يُمۡدِدۡكُمۡ رَبُّكُم بِخَمۡسَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُسَوِّمِينَ

Əlbəttə, əgər səbir edib Allah­dan qorx­sanız və elə indi on­lar sizin üs­tünüzə hü­cum etsələr, Rəbbiniz ni­şan­lanmış beş min mələklə sizə yardım edər
Surah Aal-e-Imran, Verse 125


وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ لَكُمۡ وَلِتَطۡمَئِنَّ قُلُوبُكُم بِهِۦۗ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ

Allah bunu sizə sırf bir müj­də olsun və bunun sayəsində qəlbləriniz rahatlansın de­yə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdan­dır
Surah Aal-e-Imran, Verse 126


لِيَقۡطَعَ طَرَفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡ يَكۡبِتَهُمۡ فَيَنقَلِبُواْ خَآئِبِينَ

Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldür­sün ya­xud on­ları alçaltsın və beləcə, mə­yus halda geri dön­sünlər, –
Surah Aal-e-Imran, Verse 127


لَيۡسَ لَكَ مِنَ ٱلۡأَمۡرِ شَيۡءٌ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡ أَوۡ يُعَذِّبَهُمۡ فَإِنَّهُمۡ ظَٰلِمُونَ

Bu işin sənə aidiyyəti yox­dur, – mü­səl­man olsalar onların töv­bə­sini qə­bul etsin və ya inkar etsələr onlara əzab ve­rsin. Çünki onlar za­lım­dırlar
Surah Aal-e-Imran, Verse 128


وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Göylərdə və yerdə nə var­­sa, Allaha məxsusdur. O, istədi­yini ba­ğış­layar, is­tədiyinə də əzab ve­rər. Allah bağış­la­yandır, rəhmli­dir
Surah Aal-e-Imran, Verse 129


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُواْ ٱلرِّبَوٰٓاْ أَضۡعَٰفٗا مُّضَٰعَفَةٗۖ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ

Ey iman gətirənlər! Qat-qat ar­tırılmış sələmi ye­mə­yin! Allah­­dan qorxun ki, bəl­kə, nicat tapasınız
Surah Aal-e-Imran, Verse 130


وَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِيٓ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ

Kafirlər üçün hazır­lan­mış Od­dan çəkinin
Surah Aal-e-Imran, Verse 131


وَأَطِيعُواْ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ

Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olun­sun
Surah Aal-e-Imran, Verse 132


۞وَسَارِعُوٓاْ إِلَىٰ مَغۡفِرَةٖ مِّن رَّبِّكُمۡ وَجَنَّةٍ عَرۡضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ أُعِدَّتۡ لِلۡمُتَّقِينَ

Rəbbinizin məğfirətinə və müttəqilər üçün ha­zır­lan­mış, ge­nişliyi göy­lər və yer qədər olan Cən­nətə tələ­sin
Surah Aal-e-Imran, Verse 133


ٱلَّذِينَ يُنفِقُونَ فِي ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلۡكَٰظِمِينَ ٱلۡغَيۡظَ وَٱلۡعَافِينَ عَنِ ٱلنَّاسِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ

O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mal­­­la­rın­dan Allah yolunda xərc­ləyər, qəzəblərini bo­ğar və in­sanları ba­ğış­layarlar. Allah yax­şı iş gö­rən­ləri sevər
Surah Aal-e-Imran, Verse 134


وَٱلَّذِينَ إِذَا فَعَلُواْ فَٰحِشَةً أَوۡ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ ذَكَرُواْ ٱللَّهَ فَٱسۡتَغۡفَرُواْ لِذُنُوبِهِمۡ وَمَن يَغۡفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمۡ يُصِرُّواْ عَلَىٰ مَا فَعَلُواْ وَهُمۡ يَعۡلَمُونَ

O kəslər ki, bir pis iş gör­dükdə, yaxud özlərinə zülm et­dik­­də, Allahı xa­tırlayıb gü­nah­la­rının bağışlanmasını di­ləyər­lər. Axı gü­nahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gör­dük­ləri pis işlərdə bilə-bilə israr etməzlər
Surah Aal-e-Imran, Verse 135


أُوْلَـٰٓئِكَ جَزَآؤُهُم مَّغۡفِرَةٞ مِّن رَّبِّهِمۡ وَجَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ

Onların mükafatı, Rəb­bin­dən ba­ğışlanma və al­tın­dan çay­lar axan cənnətlərdir ki, orada əbədi qala­caqlar. Yax­şı əməl sahiblərinin mü­kafatı necə də gözəldir
Surah Aal-e-Imran, Verse 136


قَدۡ خَلَتۡ مِن قَبۡلِكُمۡ سُنَنٞ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ

Sizdən öncə də, bir çox belə hadisələr olub keçmişdir. Elə isə yer üzünü gə­zib haqqı ya­lan sa­yanların aqi­bətinin necə oldu­ğunu görün
Surah Aal-e-Imran, Verse 137


هَٰذَا بَيَانٞ لِّلنَّاسِ وَهُدٗى وَمَوۡعِظَةٞ لِّلۡمُتَّقِينَ

Bu Quran insanlar üçün bir açıq­­lama, müt­tə­qilər üçün isə doğru yol göstə­rici­si və öyüd-nə­sihət­dir
Surah Aal-e-Imran, Verse 138


وَلَا تَهِنُواْ وَلَا تَحۡزَنُواْ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ إِن كُنتُم مُّؤۡمِنِينَ

Zəiflik göstərməyin və kədər­lən­məyin. Əgər mömin­siniz­sə, bilin ki, üs­tün olan­ kəslər sizsiniz
Surah Aal-e-Imran, Verse 139


إِن يَمۡسَسۡكُمۡ قَرۡحٞ فَقَدۡ مَسَّ ٱلۡقَوۡمَ قَرۡحٞ مِّثۡلُهُۥۚ وَتِلۡكَ ٱلۡأَيَّامُ نُدَاوِلُهَا بَيۡنَ ٱلنَّاسِ وَلِيَعۡلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَيَتَّخِذَ مِنكُمۡ شُهَدَآءَۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ

Əgər siz Uhud döyü­şün­də yara al­mışsınızsa, əlbəttə, düşmə­niniz olan o qövm də bu cür yara al­mışdı. Biz bu gün­ləri – qalibiy­yəti və məğlu­biy­yəti, in­sanlar ara­sında növbə ilə dəyiş­diririk ki, Allah iman gə­tirən­ləri üzə çı­xarsın və ara­nız­dan şəhidlər seçsin. Allah zalım­ları sevməz
Surah Aal-e-Imran, Verse 140


وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَيَمۡحَقَ ٱلۡكَٰفِرِينَ

Həm də ona görə belə edi­rik ki, Allah möminləri tə­mizə çıxar­sın və ka­firləri məhv et­sin
Surah Aal-e-Imran, Verse 141


أَمۡ حَسِبۡتُمۡ أَن تَدۡخُلُواْ ٱلۡجَنَّةَ وَلَمَّا يَعۡلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُواْ مِنكُمۡ وَيَعۡلَمَ ٱلصَّـٰبِرِينَ

Yoxsa Allah içərinizdən ci­had edənləri və səbir edən­lə­ri bəlli etmə­dən Cənnə­tə da­xil ola­cağı­nızımı güman edir­si­niz
Surah Aal-e-Imran, Verse 142


وَلَقَدۡ كُنتُمۡ تَمَنَّوۡنَ ٱلۡمَوۡتَ مِن قَبۡلِ أَن تَلۡقَوۡهُ فَقَدۡ رَأَيۡتُمُوهُ وَأَنتُمۡ تَنظُرُونَ

Siz düşmənlə qarşılaşma­dan öncə, Allah yolunda ölməyi ar­­zu­layırdı­nız. İn­di isə siz onu gör­düyünüz halda baxıb durur­su­nuz
Surah Aal-e-Imran, Verse 143


وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُۚ أَفَإِيْن مَّاتَ أَوۡ قُتِلَ ٱنقَلَبۡتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡۚ وَمَن يَنقَلِبۡ عَلَىٰ عَقِبَيۡهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيۡـٔٗاۚ وَسَيَجۡزِي ٱللَّهُ ٱلشَّـٰكِرِينَ

Muhəmməd ancaq bir el­çidir. On­dan əvvəl də, elçilər gə­lib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dö­nəcək­si­niz?! Kim geri dönər­­­sə, Allaha heç bir şeylə zərər yetir­məz. Allah şü­kür edənləri mütləq mü­kafat­landırar
Surah Aal-e-Imran, Verse 144


وَمَا كَانَ لِنَفۡسٍ أَن تَمُوتَ إِلَّا بِإِذۡنِ ٱللَّهِ كِتَٰبٗا مُّؤَجَّلٗاۗ وَمَن يُرِدۡ ثَوَابَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَن يُرِدۡ ثَوَابَ ٱلۡأٓخِرَةِ نُؤۡتِهِۦ مِنۡهَاۚ وَسَنَجۡزِي ٱلشَّـٰكِرِينَ

Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəl­dən müəyyən edil­miş bir yazıdır. Kim dünya müka­fatını istəsə, ona bundan ve­rə­rik. Kim də axirət mü­kafatını istəsə, ona da on­dan verərik. Biz şükür edənləri mütləq mükafat­lan­dıra­cağıq
Surah Aal-e-Imran, Verse 145


وَكَأَيِّن مِّن نَّبِيّٖ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٞ فَمَا وَهَنُواْ لِمَآ أَصَابَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُواْ وَمَا ٱسۡتَكَانُواْۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّـٰبِرِينَ

Neçə-neçə peyğəmbər ol­muşdur ki, bir çox dindar­larla­ bir­likdə vuruş­muşlar. Onlar Allah yolunda başlarına gələn­ müsibət­lərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə bo­yun əymiş­lər. Allah səbir edən­ləri sevər
Surah Aal-e-Imran, Verse 146


وَمَا كَانَ قَوۡلَهُمۡ إِلَّآ أَن قَالُواْ رَبَّنَا ٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَإِسۡرَافَنَا فِيٓ أَمۡرِنَا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

Onların sözü an­caq: “Ey Rəbbimiz, günah­la­rı­mızı və əməl­lə­rimizdə həddi aşma­ğımızı bizə bağışla, qə­dəmlə­rimizi sabit et və kafir qövmə qələbə çalmaq­da bizə yardım et!”– ol­muşdur
Surah Aal-e-Imran, Verse 147


فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنۡيَا وَحُسۡنَ ثَوَابِ ٱلۡأٓخِرَةِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ

Beləcə, Allah onlara həm dün­ya mükafatını, həm də axirət mü­kafatının ən gö­zəlini ver­di. Allah yaxşı iş görənləri se­vər
Surah Aal-e-Imran, Verse 148


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تُطِيعُواْ ٱلَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ

Ey iman gətirənlər! Əgər ka­fir­lərə itaət etsəniz, onlar si­zi dininizdən geri döndərər və beləliklə də, siz zi­yana uğramış hal­da geri dönərsiniz
Surah Aal-e-Imran, Verse 149


بَلِ ٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ خَيۡرُ ٱلنَّـٰصِرِينَ

Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edən­lə­rin ən yax­şısıdır
Surah Aal-e-Imran, Verse 150


سَنُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ بِمَآ أَشۡرَكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗاۖ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَبِئۡسَ مَثۡوَى ٱلظَّـٰلِمِينَ

Haqqında heç bir dəlil na­­zil et­mədiyi şeyi Allaha şə­rik qoş­­­duq­larına görə kafirlə­rin qəlblə­rinə qorxu salacağıq. On­ların gedəcəkləri yer Od­dur. Zalım­la­rın məskunlaşacağı yer nə pisdir
Surah Aal-e-Imran, Verse 151


وَلَقَدۡ صَدَقَكُمُ ٱللَّهُ وَعۡدَهُۥٓ إِذۡ تَحُسُّونَهُم بِإِذۡنِهِۦۖ حَتَّىٰٓ إِذَا فَشِلۡتُمۡ وَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَعَصَيۡتُم مِّنۢ بَعۡدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنۡيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلۡأٓخِرَةَۚ ثُمَّ صَرَفَكُمۡ عَنۡهُمۡ لِيَبۡتَلِيَكُمۡۖ وَلَقَدۡ عَفَا عَنكُمۡۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ

Siz Allahın izni ilə düş­­mənlərinizi qı­rıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini ye­ri­nə yetir­di. Nəhayət, Allah sizə istədi­yiniz qələbəni göstərdikdən sonra siz zəiflik göstərib Pey­ğəmbərin əmri ba­­rəsində bir-bi­rinizlə mü­bahisə etdi­niz və asi oldunuz. İçə­riniz­dən kimisi dün­yanı, kimisi də axi­rəti istə­yirdi. Sonra Allah sizi sı­na­maq üçün üzünüzü onlardan dön­dər­di. O, artıq sizi əfv etdi. Allah mö­minlərə qarşı lütf­kar­dır
Surah Aal-e-Imran, Verse 152


۞إِذۡ تُصۡعِدُونَ وَلَا تَلۡوُۥنَ عَلَىٰٓ أَحَدٖ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ فِيٓ أُخۡرَىٰكُمۡ فَأَثَٰبَكُمۡ غَمَّۢا بِغَمّٖ لِّكَيۡلَا تَحۡزَنُواْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا مَآ أَصَٰبَكُمۡۗ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ

O zaman Peyğəmbər ar­­xa­nız­dan – düşmənə yaxın olan sı­ra­lar­dan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düş­mən­dən qaçırdı­nız. Allah da qəminizin üstünə qəm qoy­maqla si­zi cəza­lan­dırdı ki, əli­niz­dən çı­xan şeylərə və ba­şı­nı­za gələn mü­si­bə­tə gö­rə kə­dər­lən­məyəsi­niz. Allah etdik­ləriniz­dən xə­bərdardır
Surah Aal-e-Imran, Verse 153


ثُمَّ أَنزَلَ عَلَيۡكُم مِّنۢ بَعۡدِ ٱلۡغَمِّ أَمَنَةٗ نُّعَاسٗا يَغۡشَىٰ طَآئِفَةٗ مِّنكُمۡۖ وَطَآئِفَةٞ قَدۡ أَهَمَّتۡهُمۡ أَنفُسُهُمۡ يَظُنُّونَ بِٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ ظَنَّ ٱلۡجَٰهِلِيَّةِۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلۡأَمۡرِ مِن شَيۡءٖۗ قُلۡ إِنَّ ٱلۡأَمۡرَ كُلَّهُۥ لِلَّهِۗ يُخۡفُونَ فِيٓ أَنفُسِهِم مَّا لَا يُبۡدُونَ لَكَۖ يَقُولُونَ لَوۡ كَانَ لَنَا مِنَ ٱلۡأَمۡرِ شَيۡءٞ مَّا قُتِلۡنَا هَٰهُنَاۗ قُل لَّوۡ كُنتُمۡ فِي بُيُوتِكُمۡ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيۡهِمُ ٱلۡقَتۡلُ إِلَىٰ مَضَاجِعِهِمۡۖ وَلِيَبۡتَلِيَ ٱللَّهُ مَا فِي صُدُورِكُمۡ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Sonra bu qəm-qüs­sə­nin ar­dınca Allah sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü na­zil etdi. Bir dəstə də, öz can­la­rı­nın hayına qalaraq: “Bu işdə bizim üçün bir xeyir var­mı?”– de­yə, Allah ba­rəsində haqsız yerə, cahiliy­yə dövrün­dəkinə bən­zər zənnə qapıl­dılar. De: “Sözsüz ki, bütün iş­lər Allaha aid­dir!” Onlar sə­nə açıb demədik­lərini öz içərilə­rin­də gizlədərək: “Əgər bu işdə bi­zim üçün bir xeyir olsay­dı, elə bu­radaca öldürülməz­dik”– de­yir­lər. De: “Əgər siz evləri­niz­də ol­saydınız belə, öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin köks­lərinizdə olanları sı­namaq və qəlb­ləri­niz­də olan­ları təmiz­lə­­mək üçün belə etdi. Allah köks­lərdə olanları bilir.”
Surah Aal-e-Imran, Verse 154


إِنَّ ٱلَّذِينَ تَوَلَّوۡاْ مِنكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ إِنَّمَا ٱسۡتَزَلَّهُمُ ٱلشَّيۡطَٰنُ بِبَعۡضِ مَا كَسَبُواْۖ وَلَقَدۡ عَفَا ٱللَّهُ عَنۡهُمۡۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ

Uhudda iki qoşun qar­şı­laşdığı gün içərinizdən geri dönən­ləri şey­tan qazandıq­ları bə­zi günahlar üzün­dən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları ba­ğışladı. Həqi­qətən, Allah ba­ğış­la­yan­dır, həlimdir
Surah Aal-e-Imran, Verse 155


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ كَفَرُواْ وَقَالُواْ لِإِخۡوَٰنِهِمۡ إِذَا ضَرَبُواْ فِي ٱلۡأَرۡضِ أَوۡ كَانُواْ غُزّٗى لَّوۡ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجۡعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسۡرَةٗ فِي قُلُوبِهِمۡۗ وَٱللَّهُ يُحۡيِۦ وَيُمِيتُۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ

Ey iman gətirənlər! Yer üzündə sə­fə­rə çıxmış və ya döyüşə get­miş qardaş­ları barəsində: “Əgər onlar bizim yanı­mızda olsay­dı­lar, nə ölər, nə də öldü­rü­lər­di­lər”– deyən kafirlər ki­mi olmayın! Allah bu­ qənaəti on­la­rın qəlblərində bir həsrət ol­sun deyə yaratdı. Halbuki, Dirildən də, öl­dürən də, Allah­dır. Allah nə etdiklə­ri­nizi görür
Surah Aal-e-Imran, Verse 156


وَلَئِن قُتِلۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ أَوۡ مُتُّمۡ لَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرَحۡمَةٌ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ

Əgər siz Allah yolunda öldü­rü­lər və ya ölərsinizsə, bi­lin ki, Allahın məğfirəti və rəhməti onların topladıqları şey­lər­dən da­ha xeyirlidir
Surah Aal-e-Imran, Verse 157


وَلَئِن مُّتُّمۡ أَوۡ قُتِلۡتُمۡ لَإِلَى ٱللَّهِ تُحۡشَرُونَ

Ölsəniz də, öldürülsə­niz də, müt­ləq Allahın hüzu­ru­na top­lanacaq­sınız
Surah Aal-e-Imran, Verse 158


فَبِمَا رَحۡمَةٖ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمۡۖ وَلَوۡ كُنتَ فَظًّا غَلِيظَ ٱلۡقَلۡبِ لَٱنفَضُّواْ مِنۡ حَوۡلِكَۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمۡ وَشَاوِرۡهُمۡ فِي ٱلۡأَمۡرِۖ فَإِذَا عَزَمۡتَ فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَوَكِّلِينَ

Allahın mərhəməti sa­yə­sində sən onlarla mülayim rəftar et­din. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sə­nin ət­rafından dağı­lıb gedərdilər. Elə isə onla­rı əfv et, on­lar üçün Allah­dan bağış­lan­ma dilə və gö­rəcəyin iş­lər barədə onlarla məs­ləhət­ləş, qəti qərara gəldikdə isə Alla­ha tə­vəkkül et! Həqi­qə­tən, Allah təvəkkül edən­ləri sevir
Surah Aal-e-Imran, Verse 159


إِن يَنصُرۡكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمۡۖ وَإِن يَخۡذُلۡكُمۡ فَمَن ذَا ٱلَّذِي يَنصُرُكُم مِّنۢ بَعۡدِهِۦۗ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ

Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bil­məz. Yox, əgər sizi zəlil edər­sə, Ondan sonra kim sizə yar­dım edə bi­lər?! Qoy möminlər Allaha təvək­kül etsinlər
Surah Aal-e-Imran, Verse 160


وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّۚ وَمَن يَغۡلُلۡ يَأۡتِ بِمَا غَلَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ

Peyğəmbərə əmanətə xə­­­ya­nət etmək yaraşmaz. Əma­nətə xə­yanət edən kimsə Qiya­mət gü­nü xəyanət etdiyi şeylə gələr. Son­ra isə hər kəsə əməl­lə­rinin əvəzi tam verilər və onlara zülm edil­mə­­z
Surah Aal-e-Imran, Verse 161


أَفَمَنِ ٱتَّبَعَ رِضۡوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٖ مِّنَ ٱللَّهِ وَمَأۡوَىٰهُ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ

Allahın rizasını qazanmağa can atan kəs, Alla­hın qəzə­binə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bi­lər­mi? Ora nə pis qayıdış yeri­dir
Surah Aal-e-Imran, Verse 162


هُمۡ دَرَجَٰتٌ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ

Onlar Allah yanında ayrı-ayrı də­rəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür
Surah Aal-e-Imran, Verse 163


لَقَدۡ مَنَّ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ إِذۡ بَعَثَ فِيهِمۡ رَسُولٗا مِّنۡ أَنفُسِهِمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٖ مُّبِينٍ

Allah möminlərə, onların öz işərisindən, özlərinə Allahın ayə­lə­ri­ni oxu­yan, on­ları günahlar­dan tə­miz­ləyən, onlara Ki­tabı və hik­məti öy­rədən bir Elçi gön­dərməklə lütf göstər­di. Hal­buki, bun­dan öncə onlar açıq-ay­dın azğınlıq içərisində idilər
Surah Aal-e-Imran, Verse 164


أَوَلَمَّآ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَدۡ أَصَبۡتُم مِّثۡلَيۡهَا قُلۡتُمۡ أَنَّىٰ هَٰذَاۖ قُلۡ هُوَ مِنۡ عِندِ أَنفُسِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

Siz onların başına iki­qat müsibət gətirmiş olduğu­nuz hal­da, başınıza bir mü­sibət gəl­­diyi za­man: “Bu, haradan gəl­di?”– söy­lə­di­niz. De: “Bu, si­zin özü­nüz­­dəndir!” Həqiqə­tən, Allah hər şeyə qa­dirdir
Surah Aal-e-Imran, Verse 165


وَمَآ أَصَٰبَكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ فَبِإِذۡنِ ٱللَّهِ وَلِيَعۡلَمَ ٱلۡمُؤۡمِنِينَ

Uhudda iki qoşunun üz-üzə gəl­di­yi gün sizə üz ver­miş mü­si­bət Alla­hın izni ilə ol­du ki, möminləri aşkara çı­xart­sın
Surah Aal-e-Imran, Verse 166


وَلِيَعۡلَمَ ٱلَّذِينَ نَافَقُواْۚ وَقِيلَ لَهُمۡ تَعَالَوۡاْ قَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ أَوِ ٱدۡفَعُواْۖ قَالُواْ لَوۡ نَعۡلَمُ قِتَالٗا لَّٱتَّبَعۡنَٰكُمۡۗ هُمۡ لِلۡكُفۡرِ يَوۡمَئِذٍ أَقۡرَبُ مِنۡهُمۡ لِلۡإِيمَٰنِۚ يَقُولُونَ بِأَفۡوَٰهِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يَكۡتُمُونَ

və münafiqləri bəlli et­sin. Münafiqlərə: “Gəlin, Allah yo­lun­da döyüşün, ya­xud heç ol­masa mü­da­fiədə durun!”– de­yildi. On­­­lar: “Dö­yüş olacağını bilsəy­dik, sizin ardınızca gələrdik”– de­di­lər. On­­lar o gün iman­dan çox küfrə ya­xın idi­lər. On­lar qəlb­lə­rin­də ol­ma­ya­nı ağız­ları ilə deyirlər. Hal­buki, Allah onların nəyi giz­lət­­dik­lə­rini çox yaxşı bilir
Surah Aal-e-Imran, Verse 167


ٱلَّذِينَ قَالُواْ لِإِخۡوَٰنِهِمۡ وَقَعَدُواْ لَوۡ أَطَاعُونَا مَا قُتِلُواْۗ قُلۡ فَٱدۡرَءُواْ عَنۡ أَنفُسِكُمُ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ

Evlərində oturub öz qar­­daşları ba­rəsində: “Əgər on­lar bi­zə itaət etsəydilər, öl­dü­rül­məzdi­lər”– söylə­yənlərə de: “Əgər doğru danı­şırsı­nız­sa, on­da ölümü özünüzdən uzaq­laş­dı­rın!”
Surah Aal-e-Imran, Verse 168


وَلَا تَحۡسَبَنَّ ٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتَۢاۚ بَلۡ أَحۡيَآءٌ عِندَ رَبِّهِمۡ يُرۡزَقُونَ

Allah yolunda öldürü­lən­ləri əsla ölü sanma. Ək­sinə, on­lar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi ve­rilir
Surah Aal-e-Imran, Verse 169


فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ وَيَسۡتَبۡشِرُونَ بِٱلَّذِينَ لَمۡ يَلۡحَقُواْ بِهِم مِّنۡ خَلۡفِهِمۡ أَلَّا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ

Onlar Allahın Öz lüt­fün­dən on­lara verdiyi nemətə ­fərəhlə­nir, ar­xala­rınca gəlib hələ on­la­ra çatmamış kəs­lərin heç bir qor­xu ilə qar­şılaşmaya­caq­ları və kədərlən­mə­yə­cəklə­ri müjdəsinə se­vi­nir­lər
Surah Aal-e-Imran, Verse 170


۞يَسۡتَبۡشِرُونَ بِنِعۡمَةٖ مِّنَ ٱللَّهِ وَفَضۡلٖ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُؤۡمِنِينَ

Onlar Allahın nemə­ti və lütfünə görə, həm də Alla­hın mö­min­lərin mü­­kafatını he­çə çı­xarmayacağı müjdəsinə se­vinirlər
Surah Aal-e-Imran, Verse 171


ٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعۡدِ مَآ أَصَابَهُمُ ٱلۡقَرۡحُۚ لِلَّذِينَ أَحۡسَنُواْ مِنۡهُمۡ وَٱتَّقَوۡاْ أَجۡرٌ عَظِيمٌ

Yara aldıqdan son­ra belə Allahın və Onun Rəsulunun də­vətini qə­bul edən kimsələrdən yaxşı işlər gö­rən­lər və Allah­dan qorxanlar üçün bö­yük bir mükafat vardır
Surah Aal-e-Imran, Verse 172


ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدۡ جَمَعُواْ لَكُمۡ فَٱخۡشَوۡهُمۡ فَزَادَهُمۡ إِيمَٰنٗا وَقَالُواْ حَسۡبُنَا ٱللَّهُ وَنِعۡمَ ٱلۡوَكِيلُ

O kəslər ki, bəzi adamlar onlara: “Ca­maat si­zə qarşı ordu topla­yıb­, onlardan qor­xun!”– de­di­kdə, bu söz onların imanını da­ha da ar­tırdı və onlar: “Allah bizə ye­tər. O nə gözəl Qoruyan­dır!”– dedi­lər
Surah Aal-e-Imran, Verse 173


فَٱنقَلَبُواْ بِنِعۡمَةٖ مِّنَ ٱللَّهِ وَفَضۡلٖ لَّمۡ يَمۡسَسۡهُمۡ سُوٓءٞ وَٱتَّبَعُواْ رِضۡوَٰنَ ٱللَّهِۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَظِيمٍ

Beləcə, özlərinə heç bir pis­lik to­xunmadan, Allahın ne­məti və lütfü sayəsində ge­ri dön­dülər və beləliklə də, Alla­hın rizasına uydular. Allah bö­yük lütf sahibidir
Surah Aal-e-Imran, Verse 174


إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيۡطَٰنُ يُخَوِّفُ أَوۡلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمۡ وَخَافُونِ إِن كُنتُم مُّؤۡمِنِينَ

Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Mömin­si­nizsə, onlardan qorxmayın, Mən­­dən qorxun
Surah Aal-e-Imran, Verse 175


وَلَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِۚ إِنَّهُمۡ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗاۚ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجۡعَلَ لَهُمۡ حَظّٗا فِي ٱلۡأٓخِرَةِۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ

Küfrə can atanlar səni kə­dər­lən­dirməsin. Çünki onlar Alla­ha heç bir zərər yetirə bil­məzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib et­mə­sin. Onlar üçün böyük bir əzab vardır
Surah Aal-e-Imran, Verse 176


إِنَّ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ

Doğrudan da, imanı əl­dən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağ­rılı-acılı bir əzab vardır
Surah Aal-e-Imran, Verse 177


وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّمَا نُمۡلِي لَهُمۡ خَيۡرٞ لِّأَنفُسِهِمۡۚ إِنَّمَا نُمۡلِي لَهُمۡ لِيَزۡدَادُوٓاْ إِثۡمٗاۖ وَلَهُمۡ عَذَابٞ مُّهِينٞ

Kafirlər elə güman et­mə­sinlər ki, onlara möh­lət ver­məyi­miz onların xe­yrinədir. Biz onlara ancaq gü­nah­larını ar­tırmaları üçün möhlət ve­ri­rik. Onlar üçün alçaldıcı bir əzab vardır
Surah Aal-e-Imran, Verse 178


مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلۡمُؤۡمِنِينَ عَلَىٰ مَآ أَنتُمۡ عَلَيۡهِ حَتَّىٰ يَمِيزَ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطۡلِعَكُمۡ عَلَى ٱلۡغَيۡبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجۡتَبِي مِن رُّسُلِهِۦ مَن يَشَآءُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ فَلَكُمۡ أَجۡرٌ عَظِيمٞ

Allah möminləri sizin hazırda ol­du­ğu­nuz vəziyyət­də tərk edən de­yil, sonda murdarı təmizdən ayıracaqdır. Allah sizə qeybi də bil­dirən de­yil­dir. La­kin, Allah Öz elçi­lə­rin­dən istə­diyini seçər. Elə isə Alla­­ha və Onun elçi­lərinə iman gə­ti­rin! Əgər iman gətirib Allahdan qorx­sa­nız, sizin üçün böyük bir mü­ka­fat vardır
Surah Aal-e-Imran, Verse 179


وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ يَبۡخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ هُوَ خَيۡرٗا لَّهُمۖ بَلۡ هُوَ شَرّٞ لَّهُمۡۖ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِۦ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ

Allahın Öz lütfündən bəxş etdi­yini xərcləməyə xəsis­lik edən­ kimsə­lər elə gü­man etməsin­lər ki, bu, on­ların xeyrinə­dir. Ək­sinə, bu, onların zərərinədir. On­ların xə­sis­lik et­dikləri şey qiya­mət gü­nü bo­yun­larına do­la­nacaqdır. Göy­lə­rin və yerin mi­rası Allaha məx­sus­dur. Allah nə etdiklərinizdən xəbər­dar­dır
Surah Aal-e-Imran, Verse 180


لَّقَدۡ سَمِعَ ٱللَّهُ قَوۡلَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ فَقِيرٞ وَنَحۡنُ أَغۡنِيَآءُۘ سَنَكۡتُبُ مَا قَالُواْ وَقَتۡلَهُمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَنَقُولُ ذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ

“Allah kasıbdır, biz isə varlı­yıq!”– deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dedik­lə­rini və haqsız olaraq pey­ğəmbər­ləri öldürdüklərini ya­za­caq və on­lara deyəcəyik: “Da­­dın o yandırıb-ya­xan əza­bı
Surah Aal-e-Imran, Verse 181


ذَٰلِكَ بِمَا قَدَّمَتۡ أَيۡدِيكُمۡ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّامٖ لِّلۡعَبِيدِ

Bu, öz əllərinizlə etdi­yi­niz əməl­lərə görədir.” Yoxsa Allah qullarına zülm edən de­yildir
Surah Aal-e-Imran, Verse 182


ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيۡنَآ أَلَّا نُؤۡمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأۡتِيَنَا بِقُرۡبَانٖ تَأۡكُلُهُ ٱلنَّارُۗ قُلۡ قَدۡ جَآءَكُمۡ رُسُلٞ مِّن قَبۡلِي بِٱلۡبَيِّنَٰتِ وَبِٱلَّذِي قُلۡتُمۡ فَلِمَ قَتَلۡتُمُوهُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ

“Doğrusu, Allah biz­dən əhd almışdı ki, odun yan­dıracağı bir qur­ban gə­tir­məyincə heç bir el­çi­yə inan­ma­yaq”– deyən­lə­rə de: “Mən­dən əvvəl sizə el­çilər açıq-aydın dəlil­lər­lə və dediyiniz qur­banla gəl­miş­dilər. Əgər doğru danı­şır­sı­nızsa, onda nə üçün on­ları öl­dü­r­dünüz?”
Surah Aal-e-Imran, Verse 183


فَإِن كَذَّبُوكَ فَقَدۡ كُذِّبَ رُسُلٞ مِّن قَبۡلِكَ جَآءُو بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ

Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əv­vəl açıq-aydın dəlillər, səhifələr və nur sa­çan kitab­ gətirmiş elçiləri də yalançı hesab etmiş­dilər
Surah Aal-e-Imran, Verse 184


كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَإِنَّمَا تُوَفَّوۡنَ أُجُورَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ فَمَن زُحۡزِحَ عَنِ ٱلنَّارِ وَأُدۡخِلَ ٱلۡجَنَّةَ فَقَدۡ فَازَۗ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ

Hər kəs ölümü da­da­caq. Sözsüz ki, Qiyamət günü mü­kafat­larınız si­zə tam verilə­cək­dir. Kim Oddan uzaq­laşdı­rılıb, Cən­nətə daxil edilərsə, o, əlbəttə, uğur qazan­mış olar. Dünya həyatı isə al­da­dıcı ləzzətdən başqa bir şey de­yildir
Surah Aal-e-Imran, Verse 185


۞لَتُبۡلَوُنَّ فِيٓ أَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡ وَلَتَسۡمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَمِنَ ٱلَّذِينَ أَشۡرَكُوٓاْ أَذٗى كَثِيرٗاۚ وَإِن تَصۡبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ

Siz hökmən malınız və canı­nız­la sınaqdan keçiriləcək­si­niz. Sizdən əv­vəl kitab veri­lən­­lərdən və Allaha şərik qoşanlardan bir çox əziy­yət­ve­rici sözlər eşidə­cək­si­niz. Əgər səbir edib Allah­­dan qorx­sanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllər­dəndir
Surah Aal-e-Imran, Verse 186


وَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكۡتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمۡ وَٱشۡتَرَوۡاْ بِهِۦ ثَمَنٗا قَلِيلٗاۖ فَبِئۡسَ مَا يَشۡتَرُونَ

Allah Kitab ve­ri­lən­lərdən: “Siz o ki­ta­bı mütləq insanlara açıqlayacaqsınız və onu giz­lət­məyə­cək­si­niz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qu­laq­ardına vurub onu ucuz qiy­mətə satdılar. On­la­rın bu al­ış-ve­rişi necə də pisdir
Surah Aal-e-Imran, Verse 187


لَا تَحۡسَبَنَّ ٱلَّذِينَ يَفۡرَحُونَ بِمَآ أَتَواْ وَّيُحِبُّونَ أَن يُحۡمَدُواْ بِمَا لَمۡ يَفۡعَلُواْ فَلَا تَحۡسَبَنَّهُم بِمَفَازَةٖ مِّنَ ٱلۡعَذَابِۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ

Etdikləri əməllər­ə görə sevi­nən və etmədikləri iş­lə­rə gö­­rə tərif olun­mağı xoş­la­yan kim­sələrin əzabdan qur­tu­la­caq­larını əs­la güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır
Surah Aal-e-Imran, Verse 188


وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

Göylərin və yerin hökm­­­ran­lığı Allaha məxsusdur. Allah hər şeyə qa­dir­dir
Surah Aal-e-Imran, Verse 189


إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلۡأَلۡبَٰبِ

Həqiqətən, göylərin və ye­­rin yaradılışında, gecə ilə gün­­düzün bir-bi­rini əvəz et­mə­sində ağıl sahibləri üçün dəlillər var­dır
Surah Aal-e-Imran, Verse 190


ٱلَّذِينَ يَذۡكُرُونَ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِهِمۡ وَيَتَفَكَّرُونَ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبَّنَا مَا خَلَقۡتَ هَٰذَا بَٰطِلٗا سُبۡحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uza­nan­da da Allahı yad edər, göy­lərin və yerin yaradılışı haq­­qında düşü­nər­ və deyərlər: “Ey Rəbbi­miz! Sən bunları əbəs ye­rə yaratmamı­san. Sən pak və müqəd­dəssən. Bizi Odun əza­bından qo­ru
Surah Aal-e-Imran, Verse 191


رَبَّنَآ إِنَّكَ مَن تُدۡخِلِ ٱلنَّارَ فَقَدۡ أَخۡزَيۡتَهُۥۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٖ

Ey Rəbbimiz! Sən Oda sal­dığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Za­lım­ların heç bir kö­məkçisi olmaz
Surah Aal-e-Imran, Verse 192


رَّبَّنَآ إِنَّنَا سَمِعۡنَا مُنَادِيٗا يُنَادِي لِلۡإِيمَٰنِ أَنۡ ءَامِنُواْ بِرَبِّكُمۡ فَـَٔامَنَّاۚ رَبَّنَا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَكَفِّرۡ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلۡأَبۡرَارِ

Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəbbinizə iman gə­ti­rin!”– de­yə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbi­miz! Günah­ları­mızı bi­zə bağışla, təqsirləri­mizdən keç və ca­nımızı yaxşılarla bir yer­də al
Surah Aal-e-Imran, Verse 193


رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ

Ey Rəbbimiz! Öz elçi­lə­rinin va­si­təsi ilə vəd et­diklə­rini bizə ver və Qi­yamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”
Surah Aal-e-Imran, Verse 194


فَٱسۡتَجَابَ لَهُمۡ رَبُّهُمۡ أَنِّي لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٖ مِّنكُم مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰۖ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۖ فَٱلَّذِينَ هَاجَرُواْ وَأُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأُوذُواْ فِي سَبِيلِي وَقَٰتَلُواْ وَقُتِلُواْ لَأُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأُدۡخِلَنَّهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ ثَوَابٗا مِّنۡ عِندِ ٱللَّهِۚ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلثَّوَابِ

Rəbbi də onların dualarını qəbul edib cavab verdi: “Mən, sizlərdən yaxşı iş­lər gö­rən – istər kişi, istərsə də qa­dın olsun, – heç bir kə­­sin əmə­yini puç etmə­rəm. Siz bir-bi­ri­nizdənsiniz. Hicrət edənlə­rin, öz yurd­la­rından çıxarılan­ların, Mə­nim yolum­da əziy­yə­tə düçar olan­ların, vu­ruşan­la­rın və öldü­rü­lən­lərin, əlbəttə, təq­sir­lə­rindən ke­çəcək və on­la­rı al­tın­dan çaylar axan cən­nətlərə daxil edə­­cə­yəm. Bu, Allah tərəfin­dən bir mü­kafat­dır. Gözəl mü­kafat məhz Allah yanın­dadır”
Surah Aal-e-Imran, Verse 195


لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُواْ فِي ٱلۡبِلَٰدِ

Qoy kafirlərin rifah içində diyarbə­di­yar gə­zib dolaşması səni al­dat­ma­sın
Surah Aal-e-Imran, Verse 196


مَتَٰعٞ قَلِيلٞ ثُمَّ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمِهَادُ

Bu, az bir mənfəətdir. Son­ra isə onların gedəcəkləri yer Cəhən­nəm­dir. Ora nə pis ya­taqdır
Surah Aal-e-Imran, Verse 197


لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلٗا مِّنۡ عِندِ ٱللَّهِۗ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ لِّلۡأَبۡرَارِ

Fəqət öz Rəbbindən qorxan­lar üçün, Allah­dan bir ziyafət olaraq, altından çay­lar axan, içində əbədi qalacaq­ları cən­nətlər vardır. Alla­h ya­nın­da olan nemət­­lər yaxşılar üçün daha xeyir­lidir
Surah Aal-e-Imran, Verse 198


وَإِنَّ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَمَن يُؤۡمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡكُمۡ وَمَآ أُنزِلَ إِلَيۡهِمۡ خَٰشِعِينَ لِلَّهِ لَا يَشۡتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ

Doğrusu, Kitab əhlin­dən elələ­ri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə, Allaha müti ola­raq iman gəti­rər, Alla­hın ayə­­lə­rini ucuz qiy­mətə satmazlar. Məhz on­­ların öz Rəb­bi yanında mükafatları var­dır. Şüb­həsiz ki, Allah tez haqq-he­sab çəkəndir
Surah Aal-e-Imran, Verse 199


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱصۡبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ

Ey iman gətirənlər! Sə­­bir edin, düşmən qarşısında dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə ni­cat tapası­nız
Surah Aal-e-Imran, Verse 200


Author: Khan Musayev


<< Surah 2
>> Surah 4

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai