UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah An-Nisa - Azerbaijani Translation by Khan Musayev


يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَخَلَقَ مِنۡهَا زَوۡجَهَا وَبَثَّ مِنۡهُمَا رِجَالٗا كَثِيرٗا وَنِسَآءٗۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِي تَسَآءَلُونَ بِهِۦ وَٱلۡأَرۡحَامَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيۡكُمۡ رَقِيبٗا

Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, ondan zöv­cəsini ya­radan və o ikisindən də bir çox kişi və qa­dın tö­rədib yer üzü­nə yayan Rəb­bi­niz­dən qor­xun! Adı ilə bir-bi­ri­niz­dən cür­bə­cür şey­lər istə­diyiniz Allahdan və qo­humluq əlaqə­lə­ri­ni kəsmək­dən çə­kinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir
Surah An-Nisa, Verse 1


وَءَاتُواْ ٱلۡيَتَٰمَىٰٓ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَتَبَدَّلُواْ ٱلۡخَبِيثَ بِٱلطَّيِّبِۖ وَلَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَهُمۡ إِلَىٰٓ أَمۡوَٰلِكُمۡۚ إِنَّهُۥ كَانَ حُوبٗا كَبِيرٗا

Yetimlərin mallarını öz­lə­ri­nə ve­rin və yaxşını pis ilə də­yiş­mə­­yin. Onla­rın mallarını öz mal­ları­nıza qatıb ye­mə­­yin. Şüb­hə­siz ki, bu, böyük gü­nah­dır
Surah An-Nisa, Verse 2


وَإِنۡ خِفۡتُمۡ أَلَّا تُقۡسِطُواْ فِي ٱلۡيَتَٰمَىٰ فَٱنكِحُواْ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا تَعۡدِلُواْ فَوَٰحِدَةً أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَلَّا تَعُولُواْ

Əgər himayənizdə olan yetim qızlarla evlənəyəcəyiniz təqdirdə əda­lət­lə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qa­dın­lardan ikisi, üçü və dördü ilə ev­lənin. Əgər o qa­dın­­larla ədalət­lə dolanmaya­ca­ğı­nız­dan qorxarsınızsa, on­da onlardan biri ilə evlənin və ya sa­hib olduğunuz cariyə­lər­lə ki­fayət­lə­nin. Bu, haqsızlıq et­­mə­məyiniz üçün ən uyğun olanıdır
Surah An-Nisa, Verse 3


وَءَاتُواْ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحۡلَةٗۚ فَإِن طِبۡنَ لَكُمۡ عَن شَيۡءٖ مِّنۡهُ نَفۡسٗا فَكُلُوهُ هَنِيٓـٔٗا مَّرِيٓـٔٗا

Qadınlara öz mehrlərini kö­nül xoş­luğu ilə verin! Əgər onlar öz xoşları ilə onun bir qismini si­zə bağışlasalar, onu nuş­can­lıqla və ha­lallıqla yeyin
Surah An-Nisa, Verse 4


وَلَا تُؤۡتُواْ ٱلسُّفَهَآءَ أَمۡوَٰلَكُمُ ٱلَّتِي جَعَلَ ٱللَّهُ لَكُمۡ قِيَٰمٗا وَٱرۡزُقُوهُمۡ فِيهَا وَٱكۡسُوهُمۡ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا

Alla­hın sizin üçün dolanışıq vasitəsi etdiyi malları­nı­zı səfeh­lərə ver­məyin. On­ları o mal­dan yedirdib ge­yin­dirin və on­la­ra xoş söz söyləyin
Surah An-Nisa, Verse 5


وَٱبۡتَلُواْ ٱلۡيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُواْ ٱلنِّكَاحَ فَإِنۡ ءَانَسۡتُم مِّنۡهُمۡ رُشۡدٗا فَٱدۡفَعُوٓاْ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَأۡكُلُوهَآ إِسۡرَافٗا وَبِدَارًا أَن يَكۡبَرُواْۚ وَمَن كَانَ غَنِيّٗا فَلۡيَسۡتَعۡفِفۡۖ وَمَن كَانَ فَقِيرٗا فَلۡيَأۡكُلۡ بِٱلۡمَعۡرُوفِۚ فَإِذَا دَفَعۡتُمۡ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡ فَأَشۡهِدُواْ عَلَيۡهِمۡۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا

Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduq­la­rını görsəniz, malları­nı öz­lə­ri­nə qay­ta­rın. Böyü­yüb mal­la­rı­nı geri alacaqlar deyə, o malları is­raf­çı­lıqla, tələm-tələsik ye­mə­yin. Varlı olan qəyyum nəfsini saxlasın, yox­sul isə o maldan eh­ti­yacı ol­du­ğu qədər yesin. Yetim­lə­rin malla­rı­nı özlə­ri­nə qay­tar­dığı­nız zaman yanlarında şahid tutun. Haqq-hesab çək­­məyə Allah ye­tər
Surah An-Nisa, Verse 6


لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ مِمَّا قَلَّ مِنۡهُ أَوۡ كَثُرَۚ نَصِيبٗا مَّفۡرُوضٗا

Valideynlərin və yaxın qo­humla­rın qoyub getdikləri mal­dan kişilərə pay vardır; va­li­deyn­lərin və yaxın qohum­la­rın qoyub get­dik­ləri mal­dan qa­dınlara da pay vardır. Bu malın istər azından, is­tər çoxundan müəyyən bir pay ayrılmışdır
Surah An-Nisa, Verse 7


وَإِذَا حَضَرَ ٱلۡقِسۡمَةَ أُوْلُواْ ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينُ فَٱرۡزُقُوهُم مِّنۡهُ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا

Əgər bölgü vaxtı orada, mirasdan payı olmayan qo­humlar, yetimlər və kasıblar işti­rak edərlərsə, on­lara da o mal­dan bir şey verin, özlərinə də xoş söz de­yin
Surah An-Nisa, Verse 8


وَلۡيَخۡشَ ٱلَّذِينَ لَوۡ تَرَكُواْ مِنۡ خَلۡفِهِمۡ ذُرِّيَّةٗ ضِعَٰفًا خَافُواْ عَلَيۡهِمۡ فَلۡيَتَّقُواْ ٱللَّهَ وَلۡيَقُولُواْ قَوۡلٗا سَدِيدًا

Özlərindən sonra zəif övlad­lar qoyub gedəcəkləri təq­­dir­də onlardan ötrü qorxan kəs­lər, qoy yetimlərə haqsızlıq etməkdən qorx­­sun­­lar, Allahdan çəkinsinlər və doğru söz söy­lə­sin­lər
Surah An-Nisa, Verse 9


إِنَّ ٱلَّذِينَ يَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلۡيَتَٰمَىٰ ظُلۡمًا إِنَّمَا يَأۡكُلُونَ فِي بُطُونِهِمۡ نَارٗاۖ وَسَيَصۡلَوۡنَ سَعِيرٗا

Şübhəsiz ki, yetimlərin mal­ları­nı haqsızlıqla yeyənlər öz qa­rın­larına ancaq od doldu­rurlar və beləcə, onlar alovlu atəşə gi­rə­­cəklər
Surah An-Nisa, Verse 10


يُوصِيكُمُ ٱللَّهُ فِيٓ أَوۡلَٰدِكُمۡۖ لِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۚ فَإِن كُنَّ نِسَآءٗ فَوۡقَ ٱثۡنَتَيۡنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَۖ وَإِن كَانَتۡ وَٰحِدَةٗ فَلَهَا ٱلنِّصۡفُۚ وَلِأَبَوَيۡهِ لِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٞۚ فَإِن لَّمۡ يَكُن لَّهُۥ وَلَدٞ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُۚ فَإِن كَانَ لَهُۥٓ إِخۡوَةٞ فَلِأُمِّهِ ٱلسُّدُسُۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِي بِهَآ أَوۡ دَيۡنٍۗ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ لَا تَدۡرُونَ أَيُّهُمۡ أَقۡرَبُ لَكُمۡ نَفۡعٗاۚ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا

Allah sizə övladlarınız haq­qın­da, ki­şiyə iki qadının pa­yı qə­dər pay verilməsini buyurur. Əgər övladlar iki­dən ar­tıq sayda qa­dın­­dır­sa, və­fat edə­nin qoyub getdiyi malın üçdə iki his­sə­si onlara ça­tır. Əgər təkcə bir qa­dın­dır­sa, mirasın ya­rısı ona çatır. Ölə­nin öv­ladı olduğu təqdirdə, onun vali­deyn­­ləri­ndən hər birinə, qoyub get­­diyi ma­­lın al­tıda bir his­sə­si çatır. Əgər onun öv­ladı yox­dursa, varisi də ancaq va­li­deyn­­ləri­dirsə, onun anasına mi­ra­sı­nın üçdə bir hissəsi dü­şür. Əgər ölənin qar­daşları və ya ba­cı­ları varsa, onun ana­­sına mirası­n altıda bir hissəsi dü­şür. Bu böl­gü ölənin vəsiy­yəti ye­ri­nə ye­tiril­dik­­dən və borcu ödə­nil­dikdən sonra apa­rılır. Vali­deyn­­lə­ri­niz­­dən və övladlarınız­dan han­sının fay­da baxı­mından si­zə da­ha yaxın ol­duğu­nu siz bil­məzsiniz. Bun­lar Allah tərəfin­dən fərz buy­rul­muş paylardır. Hə­qi­qətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir
Surah An-Nisa, Verse 11


۞وَلَكُمۡ نِصۡفُ مَا تَرَكَ أَزۡوَٰجُكُمۡ إِن لَّمۡ يَكُن لَّهُنَّ وَلَدٞۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٞ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكۡنَۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِينَ بِهَآ أَوۡ دَيۡنٖۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكۡتُمۡ إِن لَّمۡ يَكُن لَّكُمۡ وَلَدٞۚ فَإِن كَانَ لَكُمۡ وَلَدٞ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكۡتُمۚ مِّنۢ بَعۡدِ وَصِيَّةٖ تُوصُونَ بِهَآ أَوۡ دَيۡنٖۗ وَإِن كَانَ رَجُلٞ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمۡرَأَةٞ وَلَهُۥٓ أَخٌ أَوۡ أُخۡتٞ فَلِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُۚ فَإِن كَانُوٓاْ أَكۡثَرَ مِن ذَٰلِكَ فَهُمۡ شُرَكَآءُ فِي ٱلثُّلُثِۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصَىٰ بِهَآ أَوۡ دَيۡنٍ غَيۡرَ مُضَآرّٖۚ وَصِيَّةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٞ

Əgər vəfat etmiş zövcə­lə­ri­nizin öv­ladı yoxdursa, on­la­rın və­siy­yəti yeri­nə yetiril­dik­dən və borcu ödənildik­dən sonra, qo­­yub getdikləri malın yarısı si­zin­dir. Onla­rın övladı olduğu təqdirdə isə qo­­yub getdiklərinin dörddə bir his­sə­si sizə çatır. Əgər sizin öv­­la­­dı­nız yox­dursa, və­siy­yə­tiniz ye­rinə yetiril­dikdən və bor­cu­nuz ödə­­nil­dikdən son­ra, qo­yub get­diyiniz malın dörd­də bir his­səsi zövcə­lə­rinizindir. Övladınız olduğu təqdirdə isə qo­yub get­di­yi­niz malın sək­­kizdə bir his­səsi zövcələrinizə çatır. Vəfat etmiş kişi­nin və ya qadı­nın va­li­deyni və övladı olmadığı halda malı varislərə qa­lar­sa və eyni ana­dan bir qar­da­şı yaxud bir bacısı varsa, onda on­la­rın hər birinə mi­rasın altıda bir his­səsi düşür. Əgər on­lar sayca bun­­dan artıq olsalar, mi­rasın üçdə bi­rinə şərik­dir­lər. Bu bölgü, va­ris­lərə zərər ye­tir­məmək şərti ilə, və­siy­yətin ye­ri­nə yeti­ril­mə­sin­dən və bor­cun ödə­nil­mə­sindən son­ra apa­rılır. Bun­lar Allah tərə­fin­dən bir buyruqdur. Allah hər şeyi bi­lən­dir, hə­limdir
Surah An-Nisa, Verse 12


تِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

Bunlar Allahın qoyduğu hü­dud­la­rdır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu altından çay­lar axan, için­də əbədi qalacağı cən­nətlərə da­xil edər. Bu, böyük uğurdur
Surah An-Nisa, Verse 13


وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدٗا فِيهَا وَلَهُۥ عَذَابٞ مُّهِينٞ

Kim Allaha və Onun rəsuluna asi olub Onun hü­dud­la­rını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm odu­na va­sil edər. Onun üçün al­çaldıcı bir əzab vardır
Surah An-Nisa, Verse 14


وَٱلَّـٰتِي يَأۡتِينَ ٱلۡفَٰحِشَةَ مِن نِّسَآئِكُمۡ فَٱسۡتَشۡهِدُواْ عَلَيۡهِنَّ أَرۡبَعَةٗ مِّنكُمۡۖ فَإِن شَهِدُواْ فَأَمۡسِكُوهُنَّ فِي ٱلۡبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلۡمَوۡتُ أَوۡ يَجۡعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلٗا

Qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd şahid gətirin! Əgər onlar şa­hid­lik etsə­lər, o qadınları, ölüm onların hə­ya­tına son qoyana­dək, ya­xud Allah onlar üçün bir yol aça­na­dək evlərdə həbs edin
Surah An-Nisa, Verse 15


وَٱلَّذَانِ يَأۡتِيَٰنِهَا مِنكُمۡ فَـَٔاذُوهُمَاۖ فَإِن تَابَا وَأَصۡلَحَا فَأَعۡرِضُواْ عَنۡهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابٗا رَّحِيمًا

Aranızda belə yaramaz iş tu­tan­la­rın hər ikisinə əziyyət ve­rin. Əgər töv­bə edib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Hə­qi­qətən, Allah tövbə­ləri qə­bul edəndir, rəhmli­dir
Surah An-Nisa, Verse 16


إِنَّمَا ٱلتَّوۡبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٖ فَأُوْلَـٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيۡهِمۡۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar avam­lıqları üzün­dən pis iş gör­dükdən sonra dərhal töv­bə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir
Surah An-Nisa, Verse 17


وَلَيۡسَتِ ٱلتَّوۡبَةُ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ إِنِّي تُبۡتُ ٱلۡـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمۡ كُفَّارٌۚ أُوْلَـٰٓئِكَ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا

Günah işlər görməkdə da­vam edən­lərdən birinə ölüm gəl­di­yi zaman: “Mən indi töv­bə et­dim!”– deyənlərlə ka­fir kimi ölən­lərin tövbəsi qə­­bul deyil­dir. Biz onlar üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq
Surah An-Nisa, Verse 18


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا

Ey iman gətirənlər! Qa­dın­lara zor­la varis çıxmaq sizə halal de­yildir. Qa­dınlar açıq-aş­kar ya­ramaz bir iş gör­mə­­yin­cə, on­lara ver­diklərinizin bir his­səsini geri almaq üçün on­ları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun
Surah An-Nisa, Verse 19


وَإِنۡ أَرَدتُّمُ ٱسۡتِبۡدَالَ زَوۡجٖ مَّكَانَ زَوۡجٖ وَءَاتَيۡتُمۡ إِحۡدَىٰهُنَّ قِنطَارٗا فَلَا تَأۡخُذُواْ مِنۡهُ شَيۡـًٔاۚ أَتَأۡخُذُونَهُۥ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا

Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsə­niz, on­lardan birinə yı­ğın-yı­ğın mal vermiş olsanız belə, bundan heç bir şey geri al­mayın! Mə­gər ver­di­yi­nizi böhtan atmaq və açıq-aş­kar gü­nah iş­lət­mək­lə geri ala­caqsı­nız
Surah An-Nisa, Verse 20


وَكَيۡفَ تَأۡخُذُونَهُۥ وَقَدۡ أَفۡضَىٰ بَعۡضُكُمۡ إِلَىٰ بَعۡضٖ وَأَخَذۡنَ مِنكُم مِّيثَٰقًا غَلِيظٗا

Onu necə geri ala bilər­si­niz ki, siz bir-birinizlə yaxın­lıq et­miş­­diniz və onlar siz­dən möh­kəm əhd-peyman al­­mışdılar
Surah An-Nisa, Verse 21


وَلَا تَنكِحُواْ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدۡ سَلَفَۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَمَقۡتٗا وَسَآءَ سَبِيلًا

Olub-keçənlər istisna ol­­maq­la bun­dan sonra atalarını­zın ev­lənmiş ol­du­ğu qa­dın­lar­la evlən­məyin. Çünki bu, iyrənc və qə­zəb doğuran bir əməl, həm də pis bir yoldur
Surah An-Nisa, Verse 22


حُرِّمَتۡ عَلَيۡكُمۡ أُمَّهَٰتُكُمۡ وَبَنَاتُكُمۡ وَأَخَوَٰتُكُمۡ وَعَمَّـٰتُكُمۡ وَخَٰلَٰتُكُمۡ وَبَنَاتُ ٱلۡأَخِ وَبَنَاتُ ٱلۡأُخۡتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّـٰتِيٓ أَرۡضَعۡنَكُمۡ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمۡ وَرَبَـٰٓئِبُكُمُ ٱلَّـٰتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّـٰتِي دَخَلۡتُم بِهِنَّ فَإِن لَّمۡ تَكُونُواْ دَخَلۡتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ وَحَلَـٰٓئِلُ أَبۡنَآئِكُمُ ٱلَّذِينَ مِنۡ أَصۡلَٰبِكُمۡ وَأَن تَجۡمَعُواْ بَيۡنَ ٱلۡأُخۡتَيۡنِ إِلَّا مَا قَدۡ سَلَفَۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا

Sizə analarınız, qız­ları­nız, ba­cıla­rı­nız, bibiləriniz, xa­la­la­rı­nız, qardaş qız­ları, bacı qız­ları, sizi əmizdirən süd ana­ları­nız, süd ba­cılarınız, arvad­ları­nızın ana­la­rı, yaxınlıq etdi­yiniz qadınlarınız­dan olan hima­yə­niz­dəki ögey qız­larınız, – yox əgər o qadın­larla ya­xın­lıq et­məmiş­si­niz­sə, onda onların qız­la­rı­ ilə ev­lən­məyi­niz sizə gü­nah de­yil­dir, – öz beli­niz­dən gə­lən oğul­la­rını­zın arvadları ilə ev­lən­mək və iki bacını birlikdə al­maq ha­ram edildi. Olub-ke­çən­lər isə artıq keç­mişdir. Həqi­qə­tən, Allah ba­ğışlayan­dır, rəhm­lidir
Surah An-Nisa, Verse 23


۞وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۖ كِتَٰبَ ٱللَّهِ عَلَيۡكُمۡۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمۡ أَن تَبۡتَغُواْ بِأَمۡوَٰلِكُم مُّحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَۚ فَمَا ٱسۡتَمۡتَعۡتُم بِهِۦ مِنۡهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا تَرَٰضَيۡتُم بِهِۦ مِنۢ بَعۡدِ ٱلۡفَرِيضَةِۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا

Sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­ları al­maq da sizə haram edildi. Allahın sizə buyurduğu hök­mü belə­dir. Bun­lar­dan baş­qası ilə, nikah bağlamaqla, zina­kar­lı­ğa yol ver­mə­dən, malları­nızı sərf edərək (mehrlərini verərək) ev­lənməyiniz si­zə ha­­lal edildi. Evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, vacib bu­yu­rul­muş mehr­lə­ri­ni verin. Bu mehr müəy­yən edil­dik­dən sonra öz aranızda ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir
Surah An-Nisa, Verse 24


وَمَن لَّمۡ يَسۡتَطِعۡ مِنكُمۡ طَوۡلًا أَن يَنكِحَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ فَمِن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلۡمُؤۡمِنَٰتِۚ وَٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِكُمۚ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۚ فَٱنكِحُوهُنَّ بِإِذۡنِ أَهۡلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلۡمَعۡرُوفِ مُحۡصَنَٰتٍ غَيۡرَ مُسَٰفِحَٰتٖ وَلَا مُتَّخِذَٰتِ أَخۡدَانٖۚ فَإِذَآ أُحۡصِنَّ فَإِنۡ أَتَيۡنَ بِفَٰحِشَةٖ فَعَلَيۡهِنَّ نِصۡفُ مَا عَلَى ٱلۡمُحۡصَنَٰتِ مِنَ ٱلۡعَذَابِۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ ٱلۡعَنَتَ مِنكُمۡۚ وَأَن تَصۡبِرُواْ خَيۡرٞ لَّكُمۡۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olma­yan kimsə əllərinizin altında olan mö­min cariyələrdən alsın. Allah sizin ima­nınıza daha yaxşı bə­ləddir. Hamınız eyni kökdənsiniz. Elə isə na­musunu qo­ru­yan, zinakarlıq et­məyən və aşna saxlama­yan cariyələrlə sa­hib­lərinin icazəsi ilə ev­lənin və mehr­lə­ri­ni şəriətə mü­vafiq qayda­da verin. Əgər ərə get­dik­dən sonra zina et­sə­lər, onlara, azad qadın­lara ve­ri­lən cəzanın ya­rısı tətbiq edilər. Cariyə­lərlə evlənmək izni, günaha batmaqdan qor­xanları­nız üçündür. Əgər sə­bir etsəniz, bu si­zin üçün daha yaxşı olar. Allah bağış­la­yandır, rəhmlidir
Surah An-Nisa, Verse 25


يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمۡ وَيَهۡدِيَكُمۡ سُنَنَ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ وَيَتُوبَ عَلَيۡكُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ

Allah sizə şəriət hökmlə­rini bəyan etmək, sizi özünüz­dən əv­vəl­kilərin yol­la­rına yö­nəltmək və tövbələrinizi qəbul etmək is­tə­yir. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah An-Nisa, Verse 26


وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيۡكُمۡ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُواْ مَيۡلًا عَظِيمٗا

Allah sizin tövbələrinizi qə­bul etmək istəyir. Eh­ti­ras­la­rına uyan­lar isə sizin haqq yoldan büsbütün çıxmanızı istəyirlər
Surah An-Nisa, Verse 27


يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمۡۚ وَخُلِقَ ٱلۡإِنسَٰنُ ضَعِيفٗا

Allah sizin üçün şəriət hökm­­lərini yüngülləşdirmək is­tə­yir, çün­ki in­san zəif yaradıl­mışdır
Surah An-Nisa, Verse 28


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٖ مِّنكُمۡۚ وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِيمٗا

Ey iman gətirənlər! Qar­şı­lıqlı ra­zılıqla aparılan ticarət is­tis­na olmaqla, mal­larınızı öz ara­nız­da haqsız yerə ye­məyin və özü­nüzü öldürməyin. Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir
Surah An-Nisa, Verse 29


وَمَن يَفۡعَلۡ ذَٰلِكَ عُدۡوَٰنٗا وَظُلۡمٗا فَسَوۡفَ نُصۡلِيهِ نَارٗاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا

Kim düş­mən­­çi­lik və zülm etməklə bu işləri görər­sə, Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asan­dır
Surah An-Nisa, Verse 30


إِن تَجۡتَنِبُواْ كَبَآئِرَ مَا تُنۡهَوۡنَ عَنۡهُ نُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَنُدۡخِلۡكُم مُّدۡخَلٗا كَرِيمٗا

Sizə qadağan olunmuş bö­yük gü­nahlardan çəkin­sə­niz, Biz sizin kiçik günahlarınızdan keçər və si­zi şərəfli bir yerə – Cən­nətə da­xil edərik
Surah An-Nisa, Verse 31


وَلَا تَتَمَنَّوۡاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖۚ لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبُواْۖ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبۡنَۚ وَسۡـَٔلُواْ ٱللَّهَ مِن فَضۡلِهِۦٓۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا

Allahın sizi, bir-birinizdən üs­tün etdiyi şeylərə ta­mah sal­ma­yın. Kişi­lə­rin qazan­dıqla­rın­dan öz nəsibi, qadın­la­rın da qa­zan­dıq­larından öz nə­sibi var­dır. Allah­dan, Onun lüt­fünü diləyin. Hə­qi­­qətən, Allah hər şeyi bilir
Surah An-Nisa, Verse 32


وَلِكُلّٖ جَعَلۡنَا مَوَٰلِيَ مِمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَۚ وَٱلَّذِينَ عَقَدَتۡ أَيۡمَٰنُكُمۡ فَـَٔاتُوهُمۡ نَصِيبَهُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا

Hər kəs üçün valideyn­lə­rin və ya­xın qohumların qo­yub get­dikləri mal­dan öz pay­larını ala­caq varislər təyin et­dik. Əhd bağladı­ğı­nız kəs­lə­rə də öz pay­larını verin. Hə­qiqətən, Allah hər şeyə şa­hid­dir
Surah An-Nisa, Verse 33


ٱلرِّجَالُ قَوَّـٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖ وَبِمَآ أَنفَقُواْ مِنۡ أَمۡوَٰلِهِمۡۚ فَٱلصَّـٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٞ لِّلۡغَيۡبِ بِمَا حَفِظَ ٱللَّهُۚ وَٱلَّـٰتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهۡجُرُوهُنَّ فِي ٱلۡمَضَاجِعِ وَٱضۡرِبُوهُنَّۖ فَإِنۡ أَطَعۡنَكُمۡ فَلَا تَبۡغُواْ عَلَيۡهِنَّ سَبِيلًاۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيّٗا كَبِيرٗا

Allahın insanlardan birini di­gərin­dən üstün etdiyinə və öz mal­larından xərc­lədiklərinə görə, kişi­lə­r qadınlar üzərin­də ixtiyar sahibidirlər. Əməlisaleh qa­dın­lar itaətkar olub qo­run­ması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır. Öz­ba­şı­na­lıq etmələ­rindən qorx­du­ğunuz qa­dın­la­ra nəsihət edin, bunun fay­dası olmadığı təqdirdə, ya­taqda onları tərk edin, bu da fayda ver­məzsə, onları dö­yün! Əgər sizə itaət etsələr, on­lara əziyyət vermək üçün başqa yol ax­tar­mayın. Həqiqətən, Allah ucadır, bö­yükdür
Surah An-Nisa, Verse 34


وَإِنۡ خِفۡتُمۡ شِقَاقَ بَيۡنِهِمَا فَٱبۡعَثُواْ حَكَمٗا مِّنۡ أَهۡلِهِۦ وَحَكَمٗا مِّنۡ أَهۡلِهَآ إِن يُرِيدَآ إِصۡلَٰحٗا يُوَفِّقِ ٱللَّهُ بَيۡنَهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرٗا

Əgər ər-arvad arasında ix­tilaf ola­cağından qorxsanız, onda ki­şinin ailə­sin­dən bir ha­kim və qadının ailəsindən bir hakim gön­­dərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları ba­rış­dı­rar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xə­bərdardır
Surah An-Nisa, Verse 35


۞وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşma­yın! Va­li­deynlərə, qo­hum-əqrə­ba­ya, ye­tim­lərə, kasıblara, ya­xın və uzaq qo­num-qonşuya, yol yol­daşına, müsafirə və sahib oldu­ğunuz kö­lə və kənizlərə yax­şı­lıq edin! Həqi­qə­tən, Allah lov­ğalıq edən­­ləri və özü­nü öyən­ləri sevmir
Surah An-Nisa, Verse 36


ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِ وَيَكۡتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا

O kəslər ki, xəsislik edir və in­san­ları da xəsisliyə sövq edir­lər, Alla­hın Öz lüt­fün­dən on­lara verdiyini giz­lə­dir­lər. Biz ka­fir­lər üçün alçaldıcı bir əzab ha­zırlamışıq
Surah An-Nisa, Verse 37


وَٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۗ وَمَن يَكُنِ ٱلشَّيۡطَٰنُ لَهُۥ قَرِينٗا فَسَآءَ قَرِينٗا

Və o kəslər ki, öz mal­la­rını in­san­lara göstərmək məq­sədi­lə xərcləyir, Alla­ha və Axi­rət günü­nə inanmırlar. Şey­tan kimin dos­tu­dursa, necə də pis dostdur o
Surah An-Nisa, Verse 38


وَمَاذَا عَلَيۡهِمۡ لَوۡ ءَامَنُواْ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ ٱللَّهُۚ وَكَانَ ٱللَّهُ بِهِمۡ عَلِيمًا

Onlar Allaha və Axi­­rət gü­nünə iman gətirib, Allahın onlara verdi­yi ruzidən Onun yo­lunda xərcləsəydilər, nə itirər­di­lər? Allah onların hər bir işini bi­lir
Surah An-Nisa, Verse 39


إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ مِثۡقَالَ ذَرَّةٖۖ وَإِن تَكُ حَسَنَةٗ يُضَٰعِفۡهَا وَيُؤۡتِ مِن لَّدُنۡهُ أَجۡرًا عَظِيمٗا

Şübhəsiz ki, Allah zərrə qə­dər haqsızlıq etməz. Əgər qu­lun gördü­yü iş yaxşı əməl olar­sa, Allah onun savabını qat-qat artırar və bu əməl sahibinə Öz tə­rə­fin­dən böyük mükafat verər
Surah An-Nisa, Verse 40


فَكَيۡفَ إِذَا جِئۡنَا مِن كُلِّ أُمَّةِۭ بِشَهِيدٖ وَجِئۡنَا بِكَ عَلَىٰ هَـٰٓؤُلَآءِ شَهِيدٗا

Hər ümmətdən bir şa­hid gə­ti­rəcəyimiz və səni də on­lara şa­hid gəti­rə­cəyimiz za­man onla­rın halı necə ola­caq
Surah An-Nisa, Verse 41


يَوۡمَئِذٖ يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ ٱلرَّسُولَ لَوۡ تُسَوَّىٰ بِهِمُ ٱلۡأَرۡضُ وَلَا يَكۡتُمُونَ ٱللَّهَ حَدِيثٗا

Küfr edib Peyğəmbərə asi olan­lar o gün yerlə bir olmalarını təmənna edə­r və heç bir sözü Allahdan giz­lədə bilməzələr
Surah An-Nisa, Verse 42


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡرَبُواْ ٱلصَّلَوٰةَ وَأَنتُمۡ سُكَٰرَىٰ حَتَّىٰ تَعۡلَمُواْ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغۡتَسِلُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُمۡۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

Ey iman gətirənlər! Sər­xoş ikən nə dediyinizi anla­ya­na qə­dər, eləcə də, cunub olduğunuz halda, – yolda olan müsafirlər is­tisna ol­maqla – qüsl edənə­dək nama­za yaxın­laş­mayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadın­lar­la yaxın­lıq etmişsinizsə, su tap­ma­sa­nız, təmiz tor­paqla təyəm­müm edin, üzünüzə və əllə­ri­nizə sür­tün! Hə­qi­qətən, Allah əfv edən­­dir, bağış­la­yan­dır
Surah An-Nisa, Verse 43


أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يَشۡتَرُونَ ٱلضَّلَٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ ٱلسَّبِيلَ

Kitabdan özlərinə pay ve­rilmiş kəslərin azğınlığı satın al­dıq­larını və si­zi doğru yoldan az­dır­maq is­tədiklərini görmürsən­mi
Surah An-Nisa, Verse 44


وَٱللَّهُ أَعۡلَمُ بِأَعۡدَآئِكُمۡۚ وَكَفَىٰ بِٱللَّهِ وَلِيّٗا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرٗا

Allah sizin düşmənləri­nizi daha yaxşı tanıyır. Dost ola­raq Allah ki­fayət edər! Yardımçı olaraq Allah yetər
Surah An-Nisa, Verse 45


مِّنَ ٱلَّذِينَ هَادُواْ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعۡنَا وَعَصَيۡنَا وَٱسۡمَعۡ غَيۡرَ مُسۡمَعٖ وَرَٰعِنَا لَيَّۢا بِأَلۡسِنَتِهِمۡ وَطَعۡنٗا فِي ٱلدِّينِۚ وَلَوۡ أَنَّهُمۡ قَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَا وَٱسۡمَعۡ وَٱنظُرۡنَا لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَقۡوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا

Yəhudilərdən bəziləri kəl­mələrin ye­rini dəyişdirir, dillə­ri­ni əyə­rək və di­nə tənə vura­raq: “Eşitdik və asi ol­duq”, “eşit, eşitməz olasan” və “raina!”– deyirlər. Əgər on­lar: “Eşit­dik və ita­ət etdik!”, “eşit” və “bizə nəzər yetir!”– de­səydilər, əlbəttə, onlar üçün da­ha xe­yirli və daha doğru olar­dı. La­kin Allah onları küfr­lə­rinə gö­rə lə­nət­lədi. Onlar olduqca az ina­nırlar
Surah An-Nisa, Verse 46


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ ءَامِنُواْ بِمَا نَزَّلۡنَا مُصَدِّقٗا لِّمَا مَعَكُم مِّن قَبۡلِ أَن نَّطۡمِسَ وُجُوهٗا فَنَرُدَّهَا عَلَىٰٓ أَدۡبَارِهَآ أَوۡ نَلۡعَنَهُمۡ كَمَا لَعَنَّآ أَصۡحَٰبَ ٱلسَّبۡتِۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولًا

Ey Kitab verilmişlər! Üz­ləri sıyı­rıb dümdüz edərək ar­xa­la­rına çe­vir­mə­mişdən, ya­xud şən­bə əhlini lənətlədi­yi­miz ki­mi on­ları da lə­nətlə­mə­miş­dən öncə, ya­nınızda olanları təs­diq­lə­yici kimi na­­zil etdi­yi­­miz Qu­rana iman gə­tirin! Allahın əmri mütləq ye­rinə yetə­cək­dir
Surah An-Nisa, Verse 47


إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدِ ٱفۡتَرَىٰٓ إِثۡمًا عَظِيمًا

Allah Özü­nə şərik qoşulmasını əsla bağışla­maz, bun­­dan başqa olan günahları isə istə­diyi kimsəyə bağışla­yar. Alla­ha şərik qoşan kəs böyük bir günah etməklə if­tira at­mış olur
Surah An-Nisa, Verse 48


أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمۚ بَلِ ٱللَّهُ يُزَكِّي مَن يَشَآءُ وَلَا يُظۡلَمُونَ فَتِيلًا

Özlərini təmizə çıxaranları gör­mür­sənmi? Xeyr, Allah istə­di­yini təmizə çıxardar və on­lara xurma çər­də­yindəki lif qədər haq­­sız­lıq edil­məz
Surah An-Nisa, Verse 49


ٱنظُرۡ كَيۡفَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَكَفَىٰ بِهِۦٓ إِثۡمٗا مُّبِينًا

Bax, necə də Allaha qar­şı ya­lan uy­dururlar. Bu, açıq-aşkar gü­nah olaraq onlara ki­fayət edər
Surah An-Nisa, Verse 50


أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يُؤۡمِنُونَ بِٱلۡجِبۡتِ وَٱلطَّـٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُواْ هَـٰٓؤُلَآءِ أَهۡدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ سَبِيلًا

Kitabdan pay verilmişləri görmədinmi? Özləri bütə və ta­ğuta inan­maqla yanaşı, hələ bir kafirlər üçün də: “Bun­lar mö­min­­lərdən daha doğru yol­dadırlar”– deyirlər
Surah An-Nisa, Verse 51


أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُۖ وَمَن يَلۡعَنِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ نَصِيرًا

Onlar Allahın lənətlə­di­yi kimsə­lər­dir. Allah kimi lənət­lə­yər­sə, ona heç bir yardımçı tapa bilməz­sən
Surah An-Nisa, Verse 52


أَمۡ لَهُمۡ نَصِيبٞ مِّنَ ٱلۡمُلۡكِ فَإِذٗا لَّا يُؤۡتُونَ ٱلنَّاسَ نَقِيرًا

Yoxsa on­ların hökmranlıqdan bir payı vardır? Elə ol­say­dı, on­lar in­sanlara xurma çər­dəyi­ndəki oyuq qədər bir şey verməzdi­lər
Surah An-Nisa, Verse 53


أَمۡ يَحۡسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۖ فَقَدۡ ءَاتَيۡنَآ ءَالَ إِبۡرَٰهِيمَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَءَاتَيۡنَٰهُم مُّلۡكًا عَظِيمٗا

Yoxsa onlar Allahın Öz lüt­fün­dən insanlara verdiyi şe­yə görə on­la­ra həsəd aparır­lar?! Biz İbrahim nəs­li­nə Kitab və hik­mət bəxş etmiş və on­la­ra bö­yük bir səltənət vermiş­dik
Surah An-Nisa, Verse 54


فَمِنۡهُم مَّنۡ ءَامَنَ بِهِۦ وَمِنۡهُم مَّن صَدَّ عَنۡهُۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا

Onlardan kimisi Muhəm­mə­də iman gətirdi, kimisi də on­dan üz çevirdi. Yan­dırıb-ya­xan od olaraq Cəhənnəm on­lara ye­tər
Surah An-Nisa, Verse 55


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا سَوۡفَ نُصۡلِيهِمۡ نَارٗا كُلَّمَا نَضِجَتۡ جُلُودُهُم بَدَّلۡنَٰهُمۡ جُلُودًا غَيۡرَهَا لِيَذُوقُواْ ٱلۡعَذَابَۗ إِنَّ ٱللَّهَ كَانَ عَزِيزًا حَكِيمٗا

Şübhəsiz ki, ayələrimizi in­kar edən­ləri oda ata­ca­ğıq. Hər də­fə on­ların dəriləri yan­dıq­ca, əzabı daim dadsınlar deyə, Biz o də­ri­ləri başqa də­ri­lərlə əvəz edəcəyik. Həqi­qə­tən, Allah qüd­rət­li­dir, hikmət sahibidir
Surah An-Nisa, Verse 56


وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَنُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَنُدۡخِلُهُمۡ ظِلّٗا ظَلِيلًا

İman gətirib saleh əməl­lər edən­ləri isə al­tın­dan çay­lar axan, içində əbədi qalacaqları cən­nətlərə da­xil edə­cə­yik. Orada onlar üçün pak zövcələr var­dır. Biz on­la­rı sıx köl­gəlik­də yer­ləş­di­rə­­cə­yik
Surah An-Nisa, Verse 57


۞إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تُؤَدُّواْ ٱلۡأَمَٰنَٰتِ إِلَىٰٓ أَهۡلِهَا وَإِذَا حَكَمۡتُم بَيۡنَ ٱلنَّاسِ أَن تَحۡكُمُواْ بِٱلۡعَدۡلِۚ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓۗ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعَۢا بَصِيرٗا

Həqiqətən, Allah sizə əma­nətləri sahiblərinə qaytar­manızı və insanlar ara­sında hökm verər­kən ədalətlə hökm vermənizi əmr edir. Allahın si­zə ver­di­yi bu öyüd-nəsihət ne­cə də gözəldir! Şüb­hə­siz ki, Allah eşidəndir, gö­rəndir
Surah An-Nisa, Verse 58


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا

Ey iman gətirənlər! Alla­ha itaət edin, Peyğəmbərə və özü­nüzdən olan rəh­bərlərə də itaət edin. Əgər bir şey haq­qında mü­ba­hisə et­sə­niz, Allaha və Axirət gününə ina­­nır­­sı­nız­sa, Allaha və Peyğəmbərə mü­raciət edin. Bu, sizin üçün daha xe­yirli və nəticə etibarilə daha yaxşıdır
Surah An-Nisa, Verse 59


أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يَزۡعُمُونَ أَنَّهُمۡ ءَامَنُواْ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓاْ إِلَى ٱلطَّـٰغُوتِ وَقَدۡ أُمِرُوٓاْ أَن يَكۡفُرُواْ بِهِۦۖ وَيُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُضِلَّهُمۡ ضَلَٰلَۢا بَعِيدٗا

Sənə nazil edilənə və sən­dən əv­vəl nazil edilənlərə iman gə­tir­diklərini iddia edən­ləri gör­mədinmi? Onlar mü­ha­kimə olun­­ma­la­rı üçün tağuta mü­ra­ci­ət et­mək istəyirlər. Hal­buki onlara ta­ğu­ta inanmamaları əmr olun­muş­dur. Şey­tan isə onları dərin bir azğın­lığa sal­maq istəyir
Surah An-Nisa, Verse 60


وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيۡتَ ٱلۡمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودٗا

Onlara: “Allahın nazil et­diyinə və Rəsuluna tərəf gə­lin!”– de­yil­dikdə, mü­nafiqlərin sən­dən tamamilə üz çevir­dik­­lə­rini gö­rər­­sən
Surah An-Nisa, Verse 61


فَكَيۡفَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ ثُمَّ جَآءُوكَ يَحۡلِفُونَ بِٱللَّهِ إِنۡ أَرَدۡنَآ إِلَّآ إِحۡسَٰنٗا وَتَوۡفِيقًا

Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz ver­dikdən son­ra sənin ya­nına gə­lib: “Biz ancaq yax­şı­lıq etmək və mü­bahisə edənləri ba­rış­dır­maq is­tədik!”– deyə Alla­ha and içdik­də, onla­rın halı ne­cə olacaq
Surah An-Nisa, Verse 62


أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يَعۡلَمُ ٱللَّهُ مَا فِي قُلُوبِهِمۡ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَعِظۡهُمۡ وَقُل لَّهُمۡ فِيٓ أَنفُسِهِمۡ قَوۡلَۢا بَلِيغٗا

Onlar o kəslərdir ki, Allah on­ların qəlblərində olanı bilir. Elə isə on­lardan üz dön­dər, on­la­ra öyüd-nəsihət ver və onlara öz­ləri ba­rə­sində təsirli söz söylə
Surah An-Nisa, Verse 63


وَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذۡنِ ٱللَّهِۚ وَلَوۡ أَنَّهُمۡ إِذ ظَّلَمُوٓاْ أَنفُسَهُمۡ جَآءُوكَ فَٱسۡتَغۡفَرُواْ ٱللَّهَ وَٱسۡتَغۡفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُواْ ٱللَّهَ تَوَّابٗا رَّحِيمٗا

Biz hər bir elçini, – Alla­hın iz­ni ilə, – məhz itaət edilsin de­yə gön­dərdik. Əgər onlar öz­lə­ri­nə zülm etdikləri za­man sə­nin ya­nı­­na gəlib Allah­dan ba­ğış­lan­ma di­ləsəy­dilər və Pey­ğəmbər də on­lar üçün ba­ğış­lanma di­ləsəy­di, əl­bət­tə ki, Alla­hın tövbələri qəbul edən və rəhmli oldu­ğunu görərdilər
Surah An-Nisa, Verse 64


فَلَا وَرَبِّكَ لَا يُؤۡمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيۡنَهُمۡ ثُمَّ لَا يَجِدُواْ فِيٓ أَنفُسِهِمۡ حَرَجٗا مِّمَّا قَضَيۡتَ وَيُسَلِّمُواْ تَسۡلِيمٗا

Xeyr, sənin Rəbbinə and ol­sun ki, onlar öz aralarında baş verən çəkiş­mə­lərdə səni hakim təyin etməyincə, sonra da ver­di­yin hökmlərə görə içlə­rində bir sıxıntı duymadan tam təslim ol­ma­yınca iman gə­tir­miş olmazlar
Surah An-Nisa, Verse 65


وَلَوۡ أَنَّا كَتَبۡنَا عَلَيۡهِمۡ أَنِ ٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ أَوِ ٱخۡرُجُواْ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٞ مِّنۡهُمۡۖ وَلَوۡ أَنَّهُمۡ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَشَدَّ تَثۡبِيتٗا

Əgər onlara: “Özü­nü­zü öldü­rün, ya­xud yurdlarınız­dan çı­xın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna ol­maqla, bunu yerinə yeti­rməzdilər. Əgər on­lar öz­lə­rinə ve­ri­lən öyüd-nəsi­hətlərə əməl et­səy­di­lər, əl­bət­tə, bu, onlar üçün da­ha xe­yir­li və sa­bitlik baxımından da­ha güclü olardı
Surah An-Nisa, Verse 66


وَإِذٗا لَّأٓتَيۡنَٰهُم مِّن لَّدُنَّآ أَجۡرًا عَظِيمٗا

Onda Biz də onlara Öz tə­rə­fi­miz­dən böyük bir müka­fat ve­rər
Surah An-Nisa, Verse 67


وَلَهَدَيۡنَٰهُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا

və onları doğru yola yö­nəl­dər­dik
Surah An-Nisa, Verse 68


وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُوْلَـٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَۚ وَحَسُنَ أُوْلَـٰٓئِكَ رَفِيقٗا

Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın ne­mət bəxş et­di­yi pey­ğəm­bər­lər­, siddiqlər, şə­hid­lər və əməli­sa­leh­lərlə bir­likdə olarlar. Onlar necə də gözəl dost­lardır
Surah An-Nisa, Verse 69


ذَٰلِكَ ٱلۡفَضۡلُ مِنَ ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ عَلِيمٗا

Bu lütf Allahdandır. Hər şeyi bi­lən olaraq Allah yetər
Surah An-Nisa, Verse 70


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ خُذُواْ حِذۡرَكُمۡ فَٱنفِرُواْ ثُبَاتٍ أَوِ ٱنفِرُواْ جَمِيعٗا

Ey iman gətirənlər! Eh­ti­yatınızı əldən verməyin və düş­mənə qar­şı ya bö­lük­-bölük, ya da hamı­nız birgə çıxın
Surah An-Nisa, Verse 71


وَإِنَّ مِنكُمۡ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنۡ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَالَ قَدۡ أَنۡعَمَ ٱللَّهُ عَلَيَّ إِذۡ لَمۡ أَكُن مَّعَهُمۡ شَهِيدٗا

İçərinizdə elələri də var ki, cihada çıxdıqda ləng tərpənər və sizə bir müsibət üz verərsə: “Allah mə­nə lütf etdi ki, mən on­larla birlikdə bəlaya düçar ol­madım”– deyər
Surah An-Nisa, Verse 72


وَلَئِنۡ أَصَٰبَكُمۡ فَضۡلٞ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمۡ تَكُنۢ بَيۡنَكُمۡ وَبَيۡنَهُۥ مَوَدَّةٞ يَٰلَيۡتَنِي كُنتُ مَعَهُمۡ فَأَفُوزَ فَوۡزًا عَظِيمٗا

Əgər Allahdan sizə bir lütf yeti­şərsə, sanki si­zin­lə onun ara­sında heç bir dostluq yox­muş kimi: “Kaş mən də on­lar­la birlik­də olub böyük bir uğur qa­zanaydım!”– deyər
Surah An-Nisa, Verse 73


۞فَلۡيُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشۡرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۚ وَمَن يُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ فَيُقۡتَلۡ أَوۡ يَغۡلِبۡ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا

Qoy dünya həyatı qarşılığında axirəti satın alanlar Allah yo­­lun­da vuruş­sun­lar. Kim Allah yo­lunda vuruşub öl­dü­rülərsə və ya qalib gə­lərsə, Biz ona bö­yük bir müka­fat verərik
Surah An-Nisa, Verse 74


وَمَا لَكُمۡ لَا تُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡ هَٰذِهِ ٱلۡقَرۡيَةِ ٱلظَّالِمِ أَهۡلُهَا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ وَلِيّٗا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا

Sizə nə olub ki, Allah yo­lunda və: “Ey Rəbbimiz! Bi­zi əha­li­si zalım olan bu şəhər­dən çı­xart, bizə Öz tərəfindən bir hi­mayəçi yolla, bizə Öz tərəfin­dən bir yardımçı göndər!”– deyən zəif ki­şi­lər, qadın­lar və uşaqlar uğ­runda vu­ruş­­mursunuz
Surah An-Nisa, Verse 75


ٱلَّذِينَ ءَامَنُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ وَٱلَّذِينَ كَفَرُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱلطَّـٰغُوتِ فَقَٰتِلُوٓاْ أَوۡلِيَآءَ ٱلشَّيۡطَٰنِۖ إِنَّ كَيۡدَ ٱلشَّيۡطَٰنِ كَانَ ضَعِيفًا

İman gətirənlər Allah yo­lun­da, kafir olanlar isə tağut yo­lunda vuru­şur­lar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şey­ta­nın hiyləsi zəifdir
Surah An-Nisa, Verse 76


أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمۡ كُفُّوٓاْ أَيۡدِيَكُمۡ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ إِذَا فَرِيقٞ مِّنۡهُمۡ يَخۡشَوۡنَ ٱلنَّاسَ كَخَشۡيَةِ ٱللَّهِ أَوۡ أَشَدَّ خَشۡيَةٗۚ وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبۡتَ عَلَيۡنَا ٱلۡقِتَالَ لَوۡلَآ أَخَّرۡتَنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖۗ قُلۡ مَتَٰعُ ٱلدُّنۡيَا قَلِيلٞ وَٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظۡلَمُونَ فَتِيلًا

Məgər sən, özlərinə: “Mü­haribə­dən əl çəkin, namaz qılın və zə­kat ve­rin!”– deyilən kəs­ləri gör­mədinmi? On­lara vu­ruşmaq fərz buyrulduqda, içə­ri­lə­rindən bir dəstəsi Allahdan qorx­duq­la­rı ki­mi, hətta daha artıq qorxu ilə in­­san­lardan qorx­dular və: “Ey Rəbbi­miz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bi­zə yaxın vax­ta­dək möh­lət verəy­din!”– dedi­lər. De: “Dün­yanın ləz­zəti az­dır. Müttəqilər üçün isə axi­rət daha xeyirlidir. Sizə xur­ma çər­də­yin­dəki lif qədər belə haqsız­lıq edil­məz”
Surah An-Nisa, Verse 77


أَيۡنَمَا تَكُونُواْ يُدۡرِككُّمُ ٱلۡمَوۡتُ وَلَوۡ كُنتُمۡ فِي بُرُوجٖ مُّشَيَّدَةٖۗ وَإِن تُصِبۡهُمۡ حَسَنَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِ ٱللَّهِۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِكَۚ قُلۡ كُلّٞ مِّنۡ عِندِ ٱللَّهِۖ فَمَالِ هَـٰٓؤُلَآءِ ٱلۡقَوۡمِ لَا يَكَادُونَ يَفۡقَهُونَ حَدِيثٗا

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əl­çatmaz qala­lar­da ol­sanız belə. On­la­ra bir yaxşılıq üz ver­dik­də: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, sən­dən­dir!”– deyərlər. De: “Ha­mısı Allahdan­dır!” Bu adam­la­ra nə olub ki, az qala söz də anlamırlar
Surah An-Nisa, Verse 78


مَّآ أَصَابَكَ مِنۡ حَسَنَةٖ فَمِنَ ٱللَّهِۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٖ فَمِن نَّفۡسِكَۚ وَأَرۡسَلۡنَٰكَ لِلنَّاسِ رَسُولٗاۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا

Sənə gələn yaxşılıq Allah­­­dan­dır, sənə üz vermiş bə­la isə sənin özün­dəndir. Biz sə­ni in­san­lara elçi gön­dərdik. Şa­hid ola­raq Allah yetər
Surah An-Nisa, Verse 79


مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدۡ أَطَاعَ ٱللَّهَۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظٗا

Kim Peyğəmbərə itaət edər­sə, Alla­ha itaət etmiş olar, kim üz çevi­rər­sə, bil ki, Biz sə­ni on­lara gözətçi gön­dər­mə­mi­şik
Surah An-Nisa, Verse 80


وَيَقُولُونَ طَاعَةٞ فَإِذَا بَرَزُواْ مِنۡ عِندِكَ بَيَّتَ طَآئِفَةٞ مِّنۡهُمۡ غَيۡرَ ٱلَّذِي تَقُولُۖ وَٱللَّهُ يَكۡتُبُ مَا يُبَيِّتُونَۖ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

Onlar: “İtaət edirik!”– de­yirlər. Sənin yanından çıxıb get­dik­də isə, on­la­rın bir qismi gecələr sə­nin de­diyinin ək­­sinə tədbir görər­. Allah on­ların gecələr nə tədbir gördük­lə­ri­ni ya­zır. Onlar­dan üz döndər və Allaha tə­vəkkül et! Qoruyan ola­raq Allah yetər
Surah An-Nisa, Verse 81


أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَۚ وَلَوۡ كَانَ مِنۡ عِندِ غَيۡرِ ٱللَّهِ لَوَجَدُواْ فِيهِ ٱخۡتِلَٰفٗا كَثِيرٗا

Onlar Quran ba­rə­­sində dü­şünmürlərmi?! Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu ixtilaf ta­pardı­lar
Surah An-Nisa, Verse 82


وَإِذَا جَآءَهُمۡ أَمۡرٞ مِّنَ ٱلۡأَمۡنِ أَوِ ٱلۡخَوۡفِ أَذَاعُواْ بِهِۦۖ وَلَوۡ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُوْلِي ٱلۡأَمۡرِ مِنۡهُمۡ لَعَلِمَهُ ٱلَّذِينَ يَسۡتَنۢبِطُونَهُۥ مِنۡهُمۡۗ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَٱتَّبَعۡتُمُ ٱلشَّيۡطَٰنَ إِلَّا قَلِيلٗا

Onlara əmin-amanlıq və ya qor­xu xəbəri gəldikdə, dərhal onu ya­yar­lar. Hal­buki bunu Pey­ğəm­bərə və özlərindən olan əmr sahib­lərinə çatdırsaydılar, içə­rilərin­dən o xəbərin mahiy­yətinə va­ran kəslər onu bi­lərdilər. Əgər sizə Alla­hın lüt­fü və rəhmi ol­ma­say­dı, əl­bət­tə, az bir qis­miniz istisna ol­maq­la, şeytana uyar­­­dı­nız
Surah An-Nisa, Verse 83


فَقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفۡسَكَۚ وَحَرِّضِ ٱلۡمُؤۡمِنِينَۖ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأۡسَ ٱلَّذِينَ كَفَرُواْۚ وَٱللَّهُ أَشَدُّ بَأۡسٗا وَأَشَدُّ تَنكِيلٗا

Sən Allah yolunda vu­ruş! Sən an­caq özünə cavab­dehsən. Mö­min­ləri də döyüşə təşviq et! Ola bilsin ki, Allah ka­firlərin qüv­və­sinin qarşısını alsın. Alla­­hın qüv­vəsi daha çox, cəzası daha şid­dət­lidir
Surah An-Nisa, Verse 84


مَّن يَشۡفَعۡ شَفَٰعَةً حَسَنَةٗ يَكُن لَّهُۥ نَصِيبٞ مِّنۡهَاۖ وَمَن يَشۡفَعۡ شَفَٰعَةٗ سَيِّئَةٗ يَكُن لَّهُۥ كِفۡلٞ مِّنۡهَاۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ مُّقِيتٗا

Kim yaxşı bir işə vasitə­çi­lik edərsə, ona onun savab­ın­dan bir pay düşər, kim də pis bir işə va­sitəçilik edərsə, ona da onun gü­nahın­dan bir pay düşər. Allah hər şeyin qarşılığını verəndir
Surah An-Nisa, Verse 85


وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٖ فَحَيُّواْ بِأَحۡسَنَ مِنۡهَآ أَوۡ رُدُّوهَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَسِيبًا

Sizə salam verildiyi za­man onu daha gö­zəl şəkildə alın və ya ve­ri­lən sa­lamı olduğu kimi qay­ta­rın! Hə­qi­qətən, Allah hər şeyin he­sabını çəkəndir
Surah An-Nisa, Verse 86


ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ لَيَجۡمَعَنَّكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِۗ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ حَدِيثٗا

Özündən başqa məbud ol­ma­yan Allah, baş verəcəyinə şübhə edilməyən Qi­yamət gü­nü sizi mütləq bir yerə top­la­ya­caqdır. Ver­di­yi xəbərdə Allah­dan da­ha doğ­ru danışan kim ola bilər
Surah An-Nisa, Verse 87


۞فَمَا لَكُمۡ فِي ٱلۡمُنَٰفِقِينَ فِئَتَيۡنِ وَٱللَّهُ أَرۡكَسَهُم بِمَا كَسَبُوٓاْۚ أَتُرِيدُونَ أَن تَهۡدُواْ مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا

Sizə nə oldu ki, müna­fiq­lər barə­sin­də iki dəstəyə ay­rıl­dı­nız? Halbuki Allah onları et­dik­ləri əməllərə görə küfrə qay­tar­maqla başı­aşağı etmişdir. Alla­hın sapdır­dı­ğı kim­səni doğru yola gətirməkmi­ is­tə­yir­si­niz? Allahın asapdırdığı kim­sə üçün əsla doğru yol ta­pa bil­məz­sən
Surah An-Nisa, Verse 88


وَدُّواْ لَوۡ تَكۡفُرُونَ كَمَا كَفَرُواْ فَتَكُونُونَ سَوَآءٗۖ فَلَا تَتَّخِذُواْ مِنۡهُمۡ أَوۡلِيَآءَ حَتَّىٰ يُهَاجِرُواْ فِي سَبِيلِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَخُذُوهُمۡ وَٱقۡتُلُوهُمۡ حَيۡثُ وَجَدتُّمُوهُمۡۖ وَلَا تَتَّخِذُواْ مِنۡهُمۡ وَلِيّٗا وَلَا نَصِيرًا

Onlar özləri küfr etdik­ləri kimi, sizin də küfr edib on­larla ey­ni ol­manızı is­təyər­lər. Onlar Allah yolunda hicrət et­məyincə, on­­lar­dan heç birini özünüzə dost tut­ma­yın. Əgər üz çevir­sələr, on­ları hara­da gör­səniz, tutub öldürün. Onlar­dan nə bir dost, nə də bir kö­mək­çi tutun
Surah An-Nisa, Verse 89


إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٌ أَوۡ جَآءُوكُمۡ حَصِرَتۡ صُدُورُهُمۡ أَن يُقَٰتِلُوكُمۡ أَوۡ يُقَٰتِلُواْ قَوۡمَهُمۡۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمۡ عَلَيۡكُمۡ فَلَقَٰتَلُوكُمۡۚ فَإِنِ ٱعۡتَزَلُوكُمۡ فَلَمۡ يُقَٰتِلُوكُمۡ وَأَلۡقَوۡاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمۡ عَلَيۡهِمۡ سَبِيلٗا

Ancaq sizinlə aralarında mü­qa­vi­lə olan bir camaata sığı­nan­lar, yaxud si­zinlə və ya öz ca­maatı ilə vuru­şmaqdan köks­­ləri sıxıldığı üçün sizin ya­nınıza gələn kimsələr istis­na­dır. Əgər Allah istəsəydi, on­la­rı sizə qarşı qal­dı­rardı və onlar da sizinlə vu­ru­­şar­dı­lar. Əgər onlar sizdən ara­­lanıb geri çə­kil­sə­lər, sizinlə vu­ruş­ma­sa­lar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vu­ruş­ma­nıza yol verməz
Surah An-Nisa, Verse 90


سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأۡمَنُوكُمۡ وَيَأۡمَنُواْ قَوۡمَهُمۡ كُلَّ مَا رُدُّوٓاْ إِلَى ٱلۡفِتۡنَةِ أُرۡكِسُواْ فِيهَاۚ فَإِن لَّمۡ يَعۡتَزِلُوكُمۡ وَيُلۡقُوٓاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓاْ أَيۡدِيَهُمۡ فَخُذُوهُمۡ وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡۚ وَأُوْلَـٰٓئِكُمۡ جَعَلۡنَا لَكُمۡ عَلَيۡهِمۡ سُلۡطَٰنٗا مُّبِينٗا

Siz bir başqalarına da rast gə­lə­cəksiniz ki, onlar həm siz­dən, həm də öz cama­atın­dan ar­xayın olmaq istə­yər­lər. Onlar hər dəfə fitnəyə qay­ta­rıl­dıq­da başıaşağı ona dalarlar. Əgər on­lar siz­dən ara­­lanıb geri çəkil­məsələr, sizə sülh təklif etmə­sələr və siz­dən əl çək­mə­­sələr, onlara harada rast gəl­səniz, tu­tub öl­dürün. Biz on­la­ra qarşı çıxmaq üçün sizə açıq-aydın dəlil verdik
Surah An-Nisa, Verse 91


وَمَا كَانَ لِمُؤۡمِنٍ أَن يَقۡتُلَ مُؤۡمِنًا إِلَّا خَطَـٔٗاۚ وَمَن قَتَلَ مُؤۡمِنًا خَطَـٔٗا فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖ وَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُواْۚ فَإِن كَانَ مِن قَوۡمٍ عَدُوّٖ لَّكُمۡ وَهُوَ مُؤۡمِنٞ فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ وَإِن كَانَ مِن قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞ فَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦ وَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ تَوۡبَةٗ مِّنَ ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Heç bir mö­minin başqa bir mömini öldürməyə haqqı yox­dur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səh­vən bir mö­mi­ni öl­dü­rərsə, onda mö­min bir kölə azad etməli və ölə­nin ailə­sinə qan­bahası ver­məli­dir. Ölənin ailəsinin qanbahasını bağışla­ması isə müstəsnadır. Əgər ölən adam mö­min olduğu hal­da, sizə düş­­mən olan bir qövmdəndirsə, onda qatil mö­min bir kölə azad et­mə­li­dir. Əgər ölən adam si­zinlə arala­rın­da müqavilə olan bir qövmdəndir­sə, onda qatil onun ailə­sinə qan­­ba­ha­sı verməli və mö­­min bir kölə azad et­məlidir. Bun­ları et­mə­yə imkan tapa bil­məyən kəs Allah tərəfindən töv­bə­si­nin qəbul ol­ma­sı üçün iki ay ar­dıcıl oruc tutmalıdır. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah An-Nisa, Verse 92


وَمَن يَقۡتُلۡ مُؤۡمِنٗا مُّتَعَمِّدٗا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدٗا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمٗا

Kim bir mö­mi­ni qəsdən öldü­rərsə, onun cəzası içə­ri­sin­də əbədi qala­cağı Cəhən­nəm olar. Allah ona qəzəb­lə­nər, onu lənət­lə­yər və onun üçün bö­yük bir əzab hazırlayar
Surah An-Nisa, Verse 93


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا ضَرَبۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُواْ وَلَا تَقُولُواْ لِمَنۡ أَلۡقَىٰٓ إِلَيۡكُمُ ٱلسَّلَٰمَ لَسۡتَ مُؤۡمِنٗا تَبۡتَغُونَ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٞۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبۡلُ فَمَنَّ ٱللَّهُ عَلَيۡكُمۡ فَتَبَيَّنُوٓاْۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا

Ey iman gətirənlər! Allah yolun­da cihada çıxdığınız za­man kimə qarşı vu­ruşacağınızı müəyyən edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən­­fə­əti­nə can ataraq: “Sən mömin de­yil­sən!”– de­mə­yin. Allah yanın­da çox qə­nimətlər vardır. Əvvəl­lər siz də belə idi­­niz, Allah sizə mərhəmət gös­tərdi. Elə isə kimə qarşı vu­ruşacağınızı müəyyən edin! Şüb­həsiz ki, Allah nə etdikləri­niz­dən xə­bər­dardır
Surah An-Nisa, Verse 94


لَّا يَسۡتَوِي ٱلۡقَٰعِدُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ غَيۡرُ أُوْلِي ٱلضَّرَرِ وَٱلۡمُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ فَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ عَلَى ٱلۡقَٰعِدِينَ دَرَجَةٗۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَفَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ عَلَى ٱلۡقَٰعِدِينَ أَجۡرًا عَظِيمٗا

Möminlərdən, – üzrlü­ olanlar müstəsna olmaqla, – evdə otu­ran­larla Allah yolun­da öz mal­ları və can­ları ilə cihad edən­lər eyni olmaz­lar. Allah öz mal­la­rı və canları ilə cihad edənləri evdə otu­ran­­lar­­dan dərəcə eti­ba­rilə üstün etmişdir. Allah on­ların hamısı­na ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah müca­hidləri ev­də otu­ran­lardan böyük bir mü­ka­fatla üstün et­mişdir
Surah An-Nisa, Verse 95


دَرَجَٰتٖ مِّنۡهُ وَمَغۡفِرَةٗ وَرَحۡمَةٗۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمًا

Bu, Onun tərəfindən mö­minlərə nə­­sib olan dərəcələr, ba­ğış­lan­ma və mər­həmət­dir. Allah bağışlayandır, rəhmli­dir
Surah An-Nisa, Verse 96


إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡ قَالُواْ فِيمَ كُنتُمۡۖ قَالُواْ كُنَّا مُسۡتَضۡعَفِينَ فِي ٱلۡأَرۡضِۚ قَالُوٓاْ أَلَمۡ تَكُنۡ أَرۡضُ ٱللَّهِ وَٰسِعَةٗ فَتُهَاجِرُواْ فِيهَاۚ فَأُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَسَآءَتۡ مَصِيرًا

Mələklər özlərinə zülm edənlə­rin canlarını alarkən on­la­ra: “Siz nə hal­da idiniz?”– de­yə­cəklər. Onlar: “Biz yer üzün­də zəif in­san­lar idik!”– de­yə cavab verə­cəklər. Mələklər də onlara: “Mə­gər Alla­hın yeri o qə­dər ge­niş deyil­dimi ki, siz də orada hic­rət edəy­di­niz?”– deyə­cək­lər. On­ların gedəcəkləri yer Cə­hən­nəm­dir. Ora nə pis dö­nüş yeridir
Surah An-Nisa, Verse 97


إِلَّا ٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ لَا يَسۡتَطِيعُونَ حِيلَةٗ وَلَا يَهۡتَدُونَ سَبِيلٗا

Yalnız zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar is­tis­nadır
Surah An-Nisa, Verse 98


فَأُوْلَـٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعۡفُوَ عَنۡهُمۡۚ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورٗا

Ola bilsin ki, Allah on­la­rı əfv et­sin. Həqiqətən, Allah əfv edən­dir, ba­ğış­layandır
Surah An-Nisa, Verse 99


۞وَمَن يُهَاجِرۡ فِي سَبِيلِ ٱللَّهِ يَجِدۡ فِي ٱلۡأَرۡضِ مُرَٰغَمٗا كَثِيرٗا وَسَعَةٗۚ وَمَن يَخۡرُجۡ مِنۢ بَيۡتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدۡرِكۡهُ ٱلۡمَوۡتُ فَقَدۡ وَقَعَ أَجۡرُهُۥ عَلَى ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا

Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu gözəl yer və bolluq tapar. Kim Allaha və Onun rəsuluna tə­rəf hicrət edərək evindən çıxdıq­dan sonra ölüm onu haq­la­yarsa, onun mü­ka­fa­tı­nı Allah verər. Allah bağış­layandır, rəhm­lidir
Surah An-Nisa, Verse 100


وَإِذَا ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَقۡصُرُواْ مِنَ ٱلصَّلَوٰةِ إِنۡ خِفۡتُمۡ أَن يَفۡتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓاْۚ إِنَّ ٱلۡكَٰفِرِينَ كَانُواْ لَكُمۡ عَدُوّٗا مُّبِينٗا

Yer üzündə səfərə çıx­dı­ğınız za­man kafirlərin sizə zərər ye­ti­rəcək­lə­rin­dən qor­xar­sınızsa, namazı qısaltmanızda sizə gü­­nah yoxdur. Şüb­həsiz ki, ka­firlər sizin açıq-ay­dın düşmən­i­niz­dir
Surah An-Nisa, Verse 101


وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا

Sən səhabələrinin ara­sın­da olub onlara namaz qıl­dır­dığın za­man onla­rın bir dəs­tə­si səninlə birlikdə namaza dur­sun, silahla­rını da özləri ilə gö­tür­sün­lər. Bun­lar səcdə et­dik­ləri zaman bi­rin­ci rükəti ta­mam­layanadək o biri dəs­tə arxa­nızda olsun. Sonra na­ma­zını qıl­ma­mış digər dəstə gəlib sə­nin­lə bir­lik­də na­maz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər. Ka­fir­lər is­tərlər ki, siz silah­ları­nız­dan və əşyalarınızdan xəbər­siz ola­sınız və onlar da sizin üzəri­nizə bircə dəfə hü­cum et­sinlər – bir həmlədə si­zi məğlub et­sin­lər. Əgər siz ya­ğış­dan əziy­yət çəksə­niz və ya xəs­tə ol­sa­nız, si­lahlarınızı yerə qoy­maqda sizə gü­nah yoxdur, lakin eh­ti­yatınızı əldən vermə­yin. Şüb­hə­siz ki, Allah kafirlər üçün alçal­dı­cı bir əzab hazırla­mışdır
Surah An-Nisa, Verse 102


فَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا

Namazı bitirdikdən son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda da Allahı yad edin. Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə, namazı lazımi qay­dada qı­lın. Çün­ki namaz mömin­lərə vaxtları müəyyən edilmiş bir fərzdir
Surah An-Nisa, Verse 103


وَلَا تَهِنُواْ فِي ٱبۡتِغَآءِ ٱلۡقَوۡمِۖ إِن تَكُونُواْ تَأۡلَمُونَ فَإِنَّهُمۡ يَأۡلَمُونَ كَمَا تَأۡلَمُونَۖ وَتَرۡجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرۡجُونَۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

Kafir qövmü təqib et­mək­də zə­iflik göstərməyin. Əgər siz dö­yüşdə ağrı-acı çəkir­si­niz­sə, on­lar da sizin kimi ağrı-acı çəkirlər. Fəqət siz on­la­rın ummadıq­larını Allahdan umur­­sunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah An-Nisa, Verse 104


إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِتَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُۚ وَلَا تَكُن لِّلۡخَآئِنِينَ خَصِيمٗا

Doğrusu, Allahın sənə göstərdiyi kimi in­san­lar arasında hökm ve­rə­sən deyə, Biz sənə Ki­ta­bı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma
Surah An-Nisa, Verse 105


وَٱسۡتَغۡفِرِ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا

Allahdan bağışlanma di­lə! Şüb­həsiz ki, Allah bağış­la­yan­dır, rəhm­li­dir
Surah An-Nisa, Verse 106


وَلَا تُجَٰدِلۡ عَنِ ٱلَّذِينَ يَخۡتَانُونَ أَنفُسَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمٗا

Özlərinə xəyanət edən­ləri müdafiə etmə. Şüb­hə­siz ki, Allah xain gü­nah­karı sevməz
Surah An-Nisa, Verse 107


يَسۡتَخۡفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسۡتَخۡفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمۡ إِذۡ يُبَيِّتُونَ مَا لَا يَرۡضَىٰ مِنَ ٱلۡقَوۡلِۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطًا

Onlar Alla­hın razı qal­madığı söz­ləri gecələr xəl­vət­də söylə­yərkən, onu in­sanlardan gizlədir, öz yanlarında olan Allahdan isə gizlətmirlər. Allah on­­la­rın nə etdik­lə­rini əha­tə edir
Surah An-Nisa, Verse 108


هَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ جَٰدَلۡتُمۡ عَنۡهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنۡهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيۡهِمۡ وَكِيلٗا

Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan öt­rü mü­­bahisə etdiniz, bəs Qi­yamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, yaxud onlara kim vəkil olacaq
Surah An-Nisa, Verse 109


وَمَن يَعۡمَلۡ سُوٓءًا أَوۡ يَظۡلِمۡ نَفۡسَهُۥ ثُمَّ يَسۡتَغۡفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورٗا رَّحِيمٗا

Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyər­sə, Allahın bağışla­yan, rəhmli ol­du­ğunu görər­
Surah An-Nisa, Verse 110


وَمَن يَكۡسِبۡ إِثۡمٗا فَإِنَّمَا يَكۡسِبُهُۥ عَلَىٰ نَفۡسِهِۦۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Kim günah qazanarsa, onu an­caq öz əleyhinə qa­zan­mış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir
Surah An-Nisa, Verse 111


وَمَن يَكۡسِبۡ خَطِيٓـَٔةً أَوۡ إِثۡمٗا ثُمَّ يَرۡمِ بِهِۦ بَرِيٓـٔٗا فَقَدِ ٱحۡتَمَلَ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا

Kim xəta edər və ya gü­nah qaza­nar, sonra da onu təq­siri ol­mayanın boynuna atar­sa, özü özü­nə böhtan atmış və açıq aydın gü­naha batmış olar
Surah An-Nisa, Verse 112


وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكَ وَرَحۡمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٞ مِّنۡهُمۡ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمۡۖ وَمَا يَضُرُّونَكَ مِن شَيۡءٖۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيۡكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَكَ مَا لَمۡ تَكُن تَعۡلَمُۚ وَكَانَ فَضۡلُ ٱللَّهِ عَلَيۡكَ عَظِيمٗا

Əgər sənə Allahın lüt­fü və rəhmi olmasaydı, əlbət­tə, on­la­rın bir qismi sə­ni doğru yol­­dan az­dır­maq istəyəcəkdi. Halbuki on­lar özlərin­dən baş­qasını azdıra bil­məz və sənə də heç bir zərər verə bilməz­lər. Allah sənə Ki­tabı və hikməti nazil etdi və sənə bil­mə­diklərini öyrətdi. Alla­­hın sənə olan lütfü bö­yükdür
Surah An-Nisa, Verse 113


۞لَّا خَيۡرَ فِي كَثِيرٖ مِّن نَّجۡوَىٰهُمۡ إِلَّا مَنۡ أَمَرَ بِصَدَقَةٍ أَوۡ مَعۡرُوفٍ أَوۡ إِصۡلَٰحِۭ بَيۡنَ ٱلنَّاسِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا

Onların pıçıdaşmalarının ço­xunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi ya­xud da insanlar ara­sında sülh ya­rat­mağı əmr edən şəx­sin pıçıl­daması isə istisnadır. Kim bunu Alla­hın razılığını qa­zan­maq üçün edər­sə, Biz ona böyük mükafat ve­rə­rik
Surah An-Nisa, Verse 114


وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُ ٱلۡهُدَىٰ وَيَتَّبِعۡ غَيۡرَ سَبِيلِ ٱلۡمُؤۡمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصۡلِهِۦ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرًا

Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­ıb möminlərin yo­lun­dan başqa bir yol­la gedər­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmə giriftar edərik. Ora nə pis dö­nüş yeridir
Surah An-Nisa, Verse 115


إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا

Allah Özünə şə­rik qoşulmasını əsla bağışla­maz. Bun­­dan baş­qa gü­nah­ları isə istədiyi kimsəyə bağış­lar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğın­lığa düş­müşdür
Surah An-Nisa, Verse 116


إِن يَدۡعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثٗا وَإِن يَدۡعُونَ إِلَّا شَيۡطَٰنٗا مَّرِيدٗا

Onlar Allahı qoyub, yal­nız qadın adlarını daşıyan büt­lərə dua edir və yalnız üsyan­kar şeytana sitayiş edir­lər
Surah An-Nisa, Verse 117


لَّعَنَهُ ٱللَّهُۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنۡ عِبَادِكَ نَصِيبٗا مَّفۡرُوضٗا

Allah şeytanı lənətlədi. O isə dedi: “Mən Sənin qul­la­rın­dan müəy­yən bir qis­mini hökmən ələ alacağam
Surah An-Nisa, Verse 118


وَلَأُضِلَّنَّهُمۡ وَلَأُمَنِّيَنَّهُمۡ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلۡأَنۡعَٰمِ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُغَيِّرُنَّ خَلۡقَ ٱللَّهِۚ وَمَن يَتَّخِذِ ٱلشَّيۡطَٰنَ وَلِيّٗا مِّن دُونِ ٱللَّهِ فَقَدۡ خَسِرَ خُسۡرَانٗا مُّبِينٗا

Onları mütləq doğ­ru yoldan azdıracaq və xül­ya­lara sa­la­cağam, on­lara heyvanların qu­laqlarını kəsməyi bu­yuracaq və Alla­hın yarat­dıq­la­rına də­yi­şiklik etməyi əmr edə­cəyəm.” Alla­hı qo­yub şey­tanı özünə dost tu­tan kəs açıq-aşkar ziyana uğ­ra­mış­­dır
Surah An-Nisa, Verse 119


يَعِدُهُمۡ وَيُمَنِّيهِمۡۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا

Şeytan onlara vədlər ve­rir və on­ları xülyalara salır. Halbu­ki şeytanın on­lara verdiyi vəd­lər al­­datmaqdan başqa bir şey deyil­dir
Surah An-Nisa, Verse 120


أُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنۡهَا مَحِيصٗا

Onların gedəcəkləri yer Cə­hənnəmdir. Onlar ora­dan xi­las olmağa bir yol tapa bil­məz­lər
Surah An-Nisa, Verse 121


وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَنُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ قِيلٗا

İman gətirib saleh əməl­­lər edən­ləri isə altın­dan çay­lar axan, içində əbədi qa­la­caq­ları cən­nətlərə daxil edə­cə­yik. Bu, Allahın ger­­çək və­di sayəsində olacaqdır. Sözün­də Allah­dan da­ha doğ­ruçu kim ola bilər
Surah An-Nisa, Verse 122


لَّيۡسَ بِأَمَانِيِّكُمۡ وَلَآ أَمَانِيِّ أَهۡلِ ٱلۡكِتَٰبِۗ مَن يَعۡمَلۡ سُوٓءٗا يُجۡزَ بِهِۦ وَلَا يَجِدۡ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا

Bu nemətə nail olmaq nə si­zin ar­zunuzla, nə də Kitab əh­li­nin arzusu ilə­dir. Pislik edən kəs, onun cəzasını ala­caq və o, Allah­dan başqa özünə nə bir dost, nə də bir yar­dımçı tapa­caqdır
Surah An-Nisa, Verse 123


وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّـٰلِحَٰتِ مِن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَـٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ نَقِيرٗا

Həm kişilərdən, həm də qa­dın­lar­dan mömin olaraq yaxşı işlər görənlər Cənnətə gi­rərlər və onlara xurma çər­də­yindəki oyuq qədər haqsızlıq edil­məz
Surah An-Nisa, Verse 124


وَمَنۡ أَحۡسَنُ دِينٗا مِّمَّنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ وَٱتَّبَعَ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبۡرَٰهِيمَ خَلِيلٗا

Muhsin olduğu halda özünü Alla­ha təs­lim edən və hənif İbra­himin dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kim ola bilər? Allah İb­ra­himi Özünə yaxın dost tutmuş­dur
Surah An-Nisa, Verse 125


وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٖ مُّحِيطٗا

Göylərdə və yerdə nə var­sa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir
Surah An-Nisa, Verse 126


وَيَسۡتَفۡتُونَكَ فِي ٱلنِّسَآءِۖ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِيهِنَّ وَمَا يُتۡلَىٰ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ فِي يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّـٰتِي لَا تُؤۡتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرۡغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلۡوِلۡدَٰنِ وَأَن تَقُومُواْ لِلۡيَتَٰمَىٰ بِٱلۡقِسۡطِۚ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمٗا

Səndən qadınlar haqqında fitva istəyir­lər. De: “Onlar haq­qında fitvanı sizə Allah verir: “Ki­tabda sizə oxu­nan ayə­lərdə öz­lə­ri­nə müəyyən edil­miş mi­rası ver­mə­yərək evlən­mək istədiyiniz ye­tim qızlarla, zəif uşaqlarla və ye­timlərlə əda­lətlə rəftar edin.” Siz nə yaxşılıq edir­sinizsə, şüb­həsiz ki, Allah onu bi­lir
Surah An-Nisa, Verse 127


وَإِنِ ٱمۡرَأَةٌ خَافَتۡ مِنۢ بَعۡلِهَا نُشُوزًا أَوۡ إِعۡرَاضٗا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يُصۡلِحَا بَيۡنَهُمَا صُلۡحٗاۚ وَٱلصُّلۡحُ خَيۡرٞۗ وَأُحۡضِرَتِ ٱلۡأَنفُسُ ٱلشُّحَّۚ وَإِن تُحۡسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا

Əgər bir qadın öz əri­nin onu yola verməməsindən, yaxud ondan üz döndər­məsindən qor­­xarsa, ər-arvadın öz ara­la­rında an­laş­masında onlara günah gəlməz. Çünki bir-biri ilə anlaşmaq da­ha xeyirlidir. Doğ­rusu, nəfslər qısqanclığa meyillidir. Əgər qa­dınlarla yaxşı dav­ra­nıb Allah­dan qorxsanız, şübhəsiz ki, Allah nə et­dik­lə­riniz­dən xəbər­dar­dır
Surah An-Nisa, Verse 128


وَلَن تَسۡتَطِيعُوٓاْ أَن تَعۡدِلُواْ بَيۡنَ ٱلنِّسَآءِ وَلَوۡ حَرَصۡتُمۡۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلۡمَيۡلِ فَتَذَرُوهَا كَٱلۡمُعَلَّقَةِۚ وَإِن تُصۡلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا

Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə dav­ra­n­a bilməzsi­niz. Birinə ta­ma­­mi­lə meyl edib, digərini ası­lı vəziy­yət­də qalmış kimi burax­mayın. Əgər özü­nüzü düzəldib Allahdan qorx­sanız, şüb­hə­siz ki, Allah bağış­la­yandır, rəhmli­dir
Surah An-Nisa, Verse 129


وَإِن يَتَفَرَّقَا يُغۡنِ ٱللَّهُ كُلّٗا مِّن سَعَتِهِۦۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمٗا

Əgər ər-arvad ayrılsa­lar, Allah hər birini Öz lütfün­dən zən­gin edər. Allah geniş lütf və hikmət sahibidir
Surah An-Nisa, Verse 130


وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَلَقَدۡ وَصَّيۡنَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَإِيَّاكُمۡ أَنِ ٱتَّقُواْ ٱللَّهَۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدٗا

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Biz sizdən əvvəl Ki­tab verilənlərə də, sizə də: “Allahdan qorx­­un!”– deyə bu­yur­duq. Əgər küfr etsəniz, bi­lin ki, göylərdə və yerdə nə var­sa, Allaha məx­susdur. Allah zən­gin­dir, tə­ri­fə­layiqdir
Surah An-Nisa, Verse 131


وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Vəkil ola­raq Allah yetər
Surah An-Nisa, Verse 132


إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ أَيُّهَا ٱلنَّاسُ وَيَأۡتِ بِـَٔاخَرِينَۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرٗا

Ey insanlar! Əgər Allah is­təsə, si­zi yox edib yerinizə baş­qa­larını gətirər. Allah buna qa­dir­dir
Surah An-Nisa, Verse 133


مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَكَانَ ٱللَّهُ سَمِيعَۢا بَصِيرٗا

Kim dünya müka­fa­tı­nı is­tər­sə, bilsin ki, dünya­nın da, axi­rətin də mü­kafatı Alla­h yanın­dadır. Allah eşi­dəndir, görəndir
Surah An-Nisa, Verse 134


۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّـٰمِينَ بِٱلۡقِسۡطِ شُهَدَآءَ لِلَّهِ وَلَوۡ عَلَىٰٓ أَنفُسِكُمۡ أَوِ ٱلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَۚ إِن يَكُنۡ غَنِيًّا أَوۡ فَقِيرٗا فَٱللَّهُ أَوۡلَىٰ بِهِمَاۖ فَلَا تَتَّبِعُواْ ٱلۡهَوَىٰٓ أَن تَعۡدِلُواْۚ وَإِن تَلۡوُۥٓاْ أَوۡ تُعۡرِضُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا

Ey iman gətirənlər! Şa­hid­liyiniz özünüzün, vali­deyn­lə­rini­zin, ya­xın qohum­larınızın əley­hinə olsa belə, Allah üçün ədaləti qoru­yan şahidlər olun. Əley­hi­nə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah on­ların hər ikisinə siz­dən da­ha yaxın­dır. Nəf­sinizin istəyinə uyub ədalətdən sapma­yın! Əgər dilinizi əysə­niz, yaxud hə­qi­qəti demək­dən boyun qa­çırsanız, bi­lin ki, Allah nə etdik­ləriniz­dən xə­bər­­dardır
Surah An-Nisa, Verse 135


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِيٓ أَنزَلَ مِن قَبۡلُۚ وَمَن يَكۡفُرۡ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا

Ey iman gətirənlər! Alla­ha, Onun elçisinə, elçisinə na­zil etdiyi Kitaba və on­dan əv­vəl nazil etdiyi ki­tablara iman gəti­rin! Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilərini və Axirət gü­nü­nü in­kar edən kəs, şübhəsiz ki, dərin bir az­ğınlığa düş­müşdür
Surah An-Nisa, Verse 136


إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ٱزۡدَادُواْ كُفۡرٗا لَّمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ سَبِيلَۢا

Doğrusu, iman gə­ti­rib sonra kafir olan, yenə iman gə­ti­­rib sonra ka­fir olan, sonra da küfrlərini artıranları Allah bağış­lama­ya­caq və doğru yola yö­nəlt­məyəcəkdir
Surah An-Nisa, Verse 137


بَشِّرِ ٱلۡمُنَٰفِقِينَ بِأَنَّ لَهُمۡ عَذَابًا أَلِيمًا

Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab var­dır
Surah An-Nisa, Verse 138


ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَيَبۡتَغُونَ عِندَهُمُ ٱلۡعِزَّةَ فَإِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعٗا

O kəslər ki, möminləri qoyub ka­fir­­ləri özlə­ri­nə dost tutur­lar. Onlar kafirlərin yanında izzətmi axtarır­lar? Hal­buki izzət ta­ma­mi­lə Allaha məxsusdur
Surah An-Nisa, Verse 139


وَقَدۡ نَزَّلَ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ أَنۡ إِذَا سَمِعۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ يُكۡفَرُ بِهَا وَيُسۡتَهۡزَأُ بِهَا فَلَا تَقۡعُدُواْ مَعَهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦٓ إِنَّكُمۡ إِذٗا مِّثۡلُهُمۡۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡكَٰفِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا

Allah Kitabda sizə na­zil et­miş­dir ki, Allahın ayələ­rinin in­kar edil­di­yi­ni, yaxud onlara is­teh­za olunduğunu eşit­di­yi­niz za­man, kafirlər başqa bir söh­­bə­tə keçməyincə, onlarla bir yerdə otur­ma­yın. Yoxsa siz də onların tayı olar­sı­nız. Şübhəsiz ki, Allah mü­na­fiq­lərin və kafirlərin hamısını Cə­hənnəmdə toplaya­caqdır
Surah An-Nisa, Verse 140


ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمۡ فَإِن كَانَ لَكُمۡ فَتۡحٞ مِّنَ ٱللَّهِ قَالُوٓاْ أَلَمۡ نَكُن مَّعَكُمۡ وَإِن كَانَ لِلۡكَٰفِرِينَ نَصِيبٞ قَالُوٓاْ أَلَمۡ نَسۡتَحۡوِذۡ عَلَيۡكُمۡ وَنَمۡنَعۡكُم مِّنَ ٱلۡمُؤۡمِنِينَۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَلَن يَجۡعَلَ ٱللَّهُ لِلۡكَٰفِرِينَ عَلَى ٱلۡمُؤۡمِنِينَ سَبِيلًا

Sizə göz qoyan münafiqlər, Allah­dan sizə bir zəfər gəl­dik­də: “Məgər biz sizinlə de­yil­dik­mi?”– deyər, ka­fir­lə­rin qələbədən bir nə­sibi olduqda isə: “Mə­gər biz mö­min­lər­lə birlikdə sizə qalib gələ bilə­cəyimiz halda, si­zi mö­min­lər­dən qoru­ma­dıq­mı?”– söy­lə­yər­lər. Qi­ya­mət gü­­nü Allah sizin aranızda hökm verə­cəkdir. Allah kafir­lərə mö­minlərin əleyhinə əsla bir yol ver­mə­yə­cək­dir
Surah An-Nisa, Verse 141


إِنَّ ٱلۡمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمۡ وَإِذَا قَامُوٓاْ إِلَى ٱلصَّلَوٰةِ قَامُواْ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلٗا

Doğrusu, münafiqlər Alla­hı aldatmağa çalışırlar. Hal­buki Allah onları aldadır. Onlar namaza durarkən kö­nül­­süz qal­xar, öz­lə­rini camaata gös­tərər və Allahı olduqca az yad edərlər
Surah An-Nisa, Verse 142


مُّذَبۡذَبِينَ بَيۡنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَـٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَـٰٓؤُلَآءِۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا

Onlar mömin­lə­rlə kafir­lər ara­­sında tə­rəddüd edir; nə bun­la­ra, nə də onlara tərəf olur­lar. Alla­hın az­dır­dığı kəs üçün heç bir yol tapa bilməzsən
Surah An-Nisa, Verse 143


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَتُرِيدُونَ أَن تَجۡعَلُواْ لِلَّهِ عَلَيۡكُمۡ سُلۡطَٰنٗا مُّبِينًا

Ey iman gətirənlər! Mö­min­ləri qoyub kafirləri özü­nü­zə dost tut­mayın. Allaha, öz əleyhinizə açıq-aydın bir dəlilmi ver­mək istəyirsiniz
Surah An-Nisa, Verse 144


إِنَّ ٱلۡمُنَٰفِقِينَ فِي ٱلدَّرۡكِ ٱلۡأَسۡفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمۡ نَصِيرًا

Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində ola­­caq­lar. Sən on­lar üçün heç bir yardımçı tapa bilməzsən
Surah An-Nisa, Verse 145


إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَٱعۡتَصَمُواْ بِٱللَّهِ وَأَخۡلَصُواْ دِينَهُمۡ لِلَّهِ فَأُوْلَـٰٓئِكَ مَعَ ٱلۡمُؤۡمِنِينَۖ وَسَوۡفَ يُؤۡتِ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ أَجۡرًا عَظِيمٗا

Tövbə edənlər, özlə­ri­ni islah edənlər, Allahdan möh­­kəm ya­pı­şanlar və öz din­lərini Allaha məxsus edənlər is­tis­na­dır. Bun­lar möminlərlə bərabərdirlər. Allah mö­minlərə tezliklə böyük mü­ka­fat verə­cəkdir
Surah An-Nisa, Verse 146


مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمٗا

Şükür etsəniz və iman gə­­tir­sə­niz, Allah sizə nə üçün əzab versin! Allah şükrün əvəzini verən­dir, hər şeyi bi­lən­dir
Surah An-Nisa, Verse 147


۞لَّا يُحِبُّ ٱللَّهُ ٱلۡجَهۡرَ بِٱلسُّوٓءِ مِنَ ٱلۡقَوۡلِ إِلَّا مَن ظُلِمَۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا

Allah pis sözün açıq de­yil­mə­sini sevməz. Yalnız zülmə mə­­ruz qalmış kimsələr müstəsnadır. Allah hər şeyi eşidəndir, bi­ləndir
Surah An-Nisa, Verse 148


إِن تُبۡدُواْ خَيۡرًا أَوۡ تُخۡفُوهُ أَوۡ تَعۡفُواْ عَن سُوٓءٖ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوّٗا قَدِيرًا

Əgər bir xeyri aşkara çı­xar­sanız və ya onu giz­lət­sə­niz, ya­xud bir pisliyi bağış­la­sa­nız, bilin ki, Allah əfv edəndir, hər şeyə qa­dir­dir
Surah An-Nisa, Verse 149


إِنَّ ٱلَّذِينَ يَكۡفُرُونَ بِٱللَّهِ وَرُسُلِهِۦ وَيُرِيدُونَ أَن يُفَرِّقُواْ بَيۡنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤۡمِنُ بِبَعۡضٖ وَنَكۡفُرُ بِبَعۡضٖ وَيُرِيدُونَ أَن يَتَّخِذُواْ بَيۡنَ ذَٰلِكَ سَبِيلًا

Allaha və Onun elçilə­ri­nə küfr edənlər­, Allahla el­çi­lə­rini bir-birindən ayır­maq istəyib: “Biz o el­çi­lə­rin bəzisi­nə ina­nır, bəzilə­ri­nə isə inan­mırıq!”– de­yənlər və bunun ara­sın­da bir yol tutmaq is­tə­yən­lər –
Surah An-Nisa, Verse 150


أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ حَقّٗاۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا

məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazır­la­mışıq
Surah An-Nisa, Verse 151


وَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمۡ يُفَرِّقُواْ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ أُوْلَـٰٓئِكَ سَوۡفَ يُؤۡتِيهِمۡ أُجُورَهُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا

Allaha və Onun elçilə­rinə iman gətirən və onlardan heç bi­rini digərindən ayırmayan­lara gəlincə, Allah onlara öz müka­fat­la­rı­nı verə­cək­­dir. Allah bağış­la­yan­dır, rəhm­li­dir
Surah An-Nisa, Verse 152


يَسۡـَٔلُكَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيۡهِمۡ كِتَٰبٗا مِّنَ ٱلسَّمَآءِۚ فَقَدۡ سَأَلُواْ مُوسَىٰٓ أَكۡبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓاْ أَرِنَا ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ بِظُلۡمِهِمۡۚ ثُمَّ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ فَعَفَوۡنَا عَن ذَٰلِكَۚ وَءَاتَيۡنَا مُوسَىٰ سُلۡطَٰنٗا مُّبِينٗا

Kitab əhli səndən on­lara göy­dən bir kitab endirmə­yini is­tə­yirlər. On­lar Musadan, bundan daha böyüyü­nü istə­yə­rək: “Alla­hı bizə açıq-aşkar gös­tər!”– de­miş­dilər. Haqsız­lıqlarına görə on­­­ları ildırım vur­muşdu. Sonra on­lara gə­lən açıq-aydın dəlillərin ardın­dan bu­­zovu məbud qəbul etdilər. Biz bu­nu da əfv etdik və Musa­ya açıq-aşkar dəlil verdik
Surah An-Nisa, Verse 153


وَرَفَعۡنَا فَوۡقَهُمُ ٱلطُّورَ بِمِيثَٰقِهِمۡ وَقُلۡنَا لَهُمُ ٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُلۡنَا لَهُمۡ لَا تَعۡدُواْ فِي ٱلسَّبۡتِ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا

Biz onlardan aldığımız əh­də gö­rə, Tur dağını baş­ları üzə­ri­nə qal­dır­dıq və on­la­ra: “Qapı­dan səcdə edərək daxil olun!”– de­dik. Biz on­lara: “Şənbə günü üçün qo­yul­muş qadağanı poz­ma­yın!”– de­dik. Biz onlardan möh­kəm bir əhd a­dıq
Surah An-Nisa, Verse 154


فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ وَكُفۡرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتۡلِهِمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَقَوۡلِهِمۡ قُلُوبُنَا غُلۡفُۢۚ بَلۡ طَبَعَ ٱللَّهُ عَلَيۡهَا بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا

Onlar əhdlərini poz­duqlarına, Alla­hın ayə­lə­rinə küfr et­dik­­lərinə, pey­­ğəm­bər­ləri haq­sız yerə öl­dür­dük­­lə­ri­nə və: “Qəlb­lə­ri­miz qa­pa­lı­dır!”– demələ­rinə görə lə­nə­tə dü­çar edil­­dilər. Xeyr, küfrləri üzün­dən Allah on­ların qəlblə­rini mö­hür­lə­miş­dir. Onlar ol­duqca az ina­nırlar
Surah An-Nisa, Verse 155


وَبِكُفۡرِهِمۡ وَقَوۡلِهِمۡ عَلَىٰ مَرۡيَمَ بُهۡتَٰنًا عَظِيمٗا

Onlar həm də küfr et­dik­lə­rinə və Məryəmə qarşı böyük bir böh­tan dediklərinə görə
Surah An-Nisa, Verse 156


وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا

bir də: “Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!”– dediklə­ri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər
Surah An-Nisa, Verse 157


بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيۡهِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا

Əksinə, Allah onu Özü­nə tərəf qal­dırmışdır. Allah qüd­rət­lidir, hikmət sahibidir
Surah An-Nisa, Verse 158


وَإِن مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ إِلَّا لَيُؤۡمِنَنَّ بِهِۦ قَبۡلَ مَوۡتِهِۦۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكُونُ عَلَيۡهِمۡ شَهِيدٗا

Kitab əhlindən hər kəs öz ölümündən, ya­xud İsa­nın ölümün­dən əvvəl ona iman gətirəcək. Qiya­mət günü isə İsa onların əley­hi­nə şa­hid ola­caqdır
Surah An-Nisa, Verse 159


فَبِظُلۡمٖ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا عَلَيۡهِمۡ طَيِّبَٰتٍ أُحِلَّتۡ لَهُمۡ وَبِصَدِّهِمۡ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرٗا

Yəhudilərin etdikləri zül­mə gö­rə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram et­dik. Həm də bir çox­larını, elə­cə də özlərini Allah yolun­dan dön­dərdiklərinə
Surah An-Nisa, Verse 160


وَأَخۡذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدۡ نُهُواْ عَنۡهُ وَأَكۡلِهِمۡ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ مِنۡهُمۡ عَذَابًا أَلِيمٗا

qadağan olunmasına baxmaya­raq, sələm aldıqlarına və haq­sız yerə in­sanların mal­la­rını yediklərinə görə belə et­dik. Biz on­­lardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazır­lamışıq
Surah An-Nisa, Verse 161


لَّـٰكِنِ ٱلرَّـٰسِخُونَ فِي ٱلۡعِلۡمِ مِنۡهُمۡ وَٱلۡمُؤۡمِنُونَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَۚ وَٱلۡمُقِيمِينَ ٱلصَّلَوٰةَۚ وَٱلۡمُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلۡمُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أُوْلَـٰٓئِكَ سَنُؤۡتِيهِمۡ أَجۡرًا عَظِيمًا

Lakin onlardan elmdə qüv­vətli olanlar və möminlər sənə na­zil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, na­maz qılır, zə­kat verir, Allaha və Axi­rət günü­nə iman gə­ti­­rirlər. Biz on­la­­ra bö­yük mükafat ve­rəcəyik
Surah An-Nisa, Verse 162


۞إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِۦۚ وَأَوۡحَيۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيۡمَٰنَۚ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا

Biz Nuha və ondan son­ra­kı pey­ğəmbərlərə vəhy etdi­yi­miz kimi, sənə də vəhy etdik. Biz İb­rahimə, İsmailə, İs­ha­qa, Yaquba və onun nəslinə, İsa­ya, Əy­yuba, Yunusa, Haruna və Süley­ma­na da vəhy etdik. Da­vuda da Zəbu­ru ver­dik
Surah An-Nisa, Verse 163


وَرُسُلٗا قَدۡ قَصَصۡنَٰهُمۡ عَلَيۡكَ مِن قَبۡلُ وَرُسُلٗا لَّمۡ نَقۡصُصۡهُمۡ عَلَيۡكَۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكۡلِيمٗا

Elçilərin bir qisimi ba­rə­sində daha öncə sənə xəbər verdik, digərləri barə­sin­də isə sənə heç nə söyləmədik. Və Allah Mu­sa ilə söz­lə (vasitəsiz) da­nışdı
Surah An-Nisa, Verse 164


رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا

Biz müjdə verən və qor­xu­dan el­çilər göndərdik ki, in­san­la­rın elçilərdən sonra Alla­ha qarşı bir bəhanəsi olma­sın. Allah qüd­­rətlidir, hikmət sahibidir
Surah An-Nisa, Verse 165


لَّـٰكِنِ ٱللَّهُ يَشۡهَدُ بِمَآ أَنزَلَ إِلَيۡكَۖ أَنزَلَهُۥ بِعِلۡمِهِۦۖ وَٱلۡمَلَـٰٓئِكَةُ يَشۡهَدُونَۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا

Fəqət Allah sənə nazil et­diyinə şahidlik edər. O, bu Qura­nı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid ola­raq Allah yetər
Surah An-Nisa, Verse 166


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ قَدۡ ضَلُّواْ ضَلَٰلَۢا بَعِيدًا

Küfr edən və insanları Allah yolun­dan sapdı­ran kim­sələr, şübhəsiz ki, də­rin bir azğın­lı­ğa düş­müşlər
Surah An-Nisa, Verse 167


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَظَلَمُواْ لَمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ طَرِيقًا

Kafirləri və zalımları Allah əsla ba­ğışlamaz və doğ­ru yola yönəlt­mə­z
Surah An-Nisa, Verse 168


إِلَّا طَرِيقَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا

İçərisində əbədi qala­ca­q­ları Cə­hən­nəm yolundan baş­qa. Bu isə Allah üçün çox asandır
Surah An-Nisa, Verse 169


يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلۡحَقِّ مِن رَّبِّكُمۡ فَـَٔامِنُواْ خَيۡرٗا لَّكُمۡۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Ey insanlar! Pey­ğəm­bər sizə Rəb­binizdən haq­qı gətirdi. Elə isə ona iman gə­ti­rin! Bu si­zin üçün xeyirli olar. Əgər küfr et­sə­niz, şübhəsiz ki, göylər­də və yerdə nə varsa, Allaha məxsus­dur. Allah hər şeyi bi­lən­­dir, hikmət sahibidir
Surah An-Nisa, Verse 170


يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا

Ey Kitab əhli! Dini­niz­də ifrata varmayın və Allah ba­­rə­sin­də hə­qi­qətdən başqa bir şey söyləməyin. Məryəm oğ­lu İsa Məsih an­caq Allahın el­çisi, Onun Məryəmə gön­dər­diyi “Ol!” kəlməsi və Onun tə­rə­fin­dən gön­dərilən bir ruh­dur. Allaha və Onun el­çilə­rinə iman gətirin və: “Tanrı üç­dür!” de­məyin. Batil əqidə­nizə son qo­yun! Bu sizin üçün xe­yir­li olar. Həqi­qə­tən, Allah Tək İlahdır! O, pak­dır, mü­qəd­dəs­dir, övladı ol­maqdan uzaq­­dır. Göy­lərdə və yerdə nə var­sa, Ona məx­susdur. Vəkil ola­raq Allah yetər
Surah An-Nisa, Verse 171


لَّن يَسۡتَنكِفَ ٱلۡمَسِيحُ أَن يَكُونَ عَبۡدٗا لِّلَّهِ وَلَا ٱلۡمَلَـٰٓئِكَةُ ٱلۡمُقَرَّبُونَۚ وَمَن يَسۡتَنكِفۡ عَنۡ عِبَادَتِهِۦ وَيَسۡتَكۡبِرۡ فَسَيَحۡشُرُهُمۡ إِلَيۡهِ جَمِيعٗا

Nə İsa Məsih Allahın qu­lu ol­ma­ğı özünə ar bilər, nə də Alla­ha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlə­rinə ar bi­lənlərin və təkəbbür­lük gös­tə­rən­lərin hamısını Öz hüzuruna top­laya­caqdır
Surah An-Nisa, Verse 172


فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۖ وَأَمَّا ٱلَّذِينَ ٱسۡتَنكَفُواْ وَٱسۡتَكۡبَرُواْ فَيُعَذِّبُهُمۡ عَذَابًا أَلِيمٗا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا

İman gətirib xeyirxah iş­lər gö­rənlərə gəlincə, Allah on­ların mü­ka­fatlarını tam olaraq ve­rə­cək və Öz lütfündən on­lar üçün is­tə­diyi qədər artıracaq­dır. Alla­ha iba­dət etməyi özlə­rinə ar bilənlərə və təkəbbürlük gös­tə­rənlərə gə­lin­cə, Allah on­ları ağ­rılı-acılı bir əzaba düçar edə­cək­dir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yar­dımçı tapa­ bilərlər
Surah An-Nisa, Verse 173


يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُم بُرۡهَٰنٞ مِّن رَّبِّكُمۡ وَأَنزَلۡنَآ إِلَيۡكُمۡ نُورٗا مُّبِينٗا

Ey insanlar! Rəb­bi­niz­dən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur (Quran) na­zil etdik
Surah An-Nisa, Verse 174


فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَٱعۡتَصَمُواْ بِهِۦ فَسَيُدۡخِلُهُمۡ فِي رَحۡمَةٖ مِّنۡهُ وَفَضۡلٖ وَيَهۡدِيهِمۡ إِلَيۡهِ صِرَٰطٗا مُّسۡتَقِيمٗا

Allaha iman gətirən və On­dan möhkəm yapışan şəxslərə gəlincə, Allah onları Öz rəhmətinə və lüt­fünə qo­vuşduracaq və on­ları Özünə tə­rəf gedən düz yola yö­nəldə­cək­dir
Surah An-Nisa, Verse 175


يَسۡتَفۡتُونَكَ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِي ٱلۡكَلَٰلَةِۚ إِنِ ٱمۡرُؤٌاْ هَلَكَ لَيۡسَ لَهُۥ وَلَدٞ وَلَهُۥٓ أُخۡتٞ فَلَهَا نِصۡفُ مَا تَرَكَۚ وَهُوَ يَرِثُهَآ إِن لَّمۡ يَكُن لَّهَا وَلَدٞۚ فَإِن كَانَتَا ٱثۡنَتَيۡنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَۚ وَإِن كَانُوٓاْ إِخۡوَةٗ رِّجَالٗا وَنِسَآءٗ فَلِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۗ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ أَن تَضِلُّواْۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ

Səndən fitva istəyirlər. De: “Va­li­­deyni və övladı ol­ma­yan kə­sin mirası ba­­rəsində fit­vanı sizə Allah verir: “Öv­ladı ol­ma­yan şəxs öldükdə onun bacı­sı varsa, qoyub get­diyinin ya­rı­sı ba­cı­ya ça­tır. Əgər ölmüş bacının öv­ladı yox­dur­sa, qar­daşı ona varis olur. Əgər va­ris­lər iki bacıdırsa, ölən qardaşın qo­­yub getdiyi­nin üçdə iki his­səsi on­­lara çatır. Əgər varislər qardaş və bacılar­dır­sa, ki­şiyə iki qadı­nın pa­yı qədər pay dü­­şür.” Allah bunu sizə bəyan edir ki, haqq yoldan sapmayası­nız. Allah hər şeyi bi­lir
Surah An-Nisa, Verse 176


Author: Khan Musayev


<< Surah 3
>> Surah 5

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai