UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Haaqqa - Azerbaijani Translation by Khan Musayev


ٱلۡحَآقَّةُ

Haqq olan Qiyamət
Surah Al-Haaqqa, Verse 1


مَا ٱلۡحَآقَّةُ

Nədir haqq olan Qiya­mət
Surah Al-Haaqqa, Verse 2


وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ

Sən nə biləsən ki, nədir haqq olan Qiyamət
Surah Al-Haaqqa, Verse 3


كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ

Səmud və Ad tayfaları qəl­bləri qor­xuya salan Qiya­məti ya­lan say­dılar
Surah Al-Haaqqa, Verse 4


فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ

Səmud tayfası qorxunc bir səslə məhv edildi
Surah Al-Haaqqa, Verse 5


وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ

Ad tayfası isə hədsiz so­yuq və şid­dətli küləklə yox edildi
Surah Al-Haaqqa, Verse 6


سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ

Allah onu yeddi gecə, sək­kiz gün fasilə vermədən onla­rın üs­tün­də əsdir­di. Sən orada olsaydın, o tayfanı xurma ağa­cının yıxılmış çü­rük gövdələri kimi yerə sərilmiş görər­din
Surah Al-Haaqqa, Verse 7


فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ

Sən onlardan qalan bir kim­səyə heç rast gəlmisənmi
Surah Al-Haaqqa, Verse 8


وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ

Firon da, ondan əvvəl­ki­lər də, alt-üst olmuş kəndlər (Lut qöv­mü) də günah işlətmişdi­lər
Surah Al-Haaqqa, Verse 9


فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً

Onlar öz Rəbbinin elçi­si­nə asi ol­dular, O da onları şid­dəti ar­tan bir əzab­la yaxa­ladı
Surah Al-Haaqqa, Verse 10


إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ

Su aşıb-daşdıqda Biz si­zi üzən gə­midə daşıdıq
Surah Al-Haaqqa, Verse 11


لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ

Sizə bir xatırlatma olsun və yad­da saxlayan qulaqlar onu yad­da saxlasın deyə belə etdik
Surah Al-Haaqqa, Verse 12


فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ

Sur bircə dəfə üfürülə­cə­yi
Surah Al-Haaqqa, Verse 13


وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ

yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı za­man –
Surah Al-Haaqqa, Verse 14


فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ

həmin gün Vaqiə qopa­caq
Surah Al-Haaqqa, Verse 15


وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ

Göy yarılacaq və həmin gün o, süst olacaqdır
Surah Al-Haaqqa, Verse 16


وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ

Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaq
Surah Al-Haaqqa, Verse 17


يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ

O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək
Surah Al-Haaqqa, Verse 18


فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ

Kitabı sağ əlinə verilən deyəcək­: “Budur, oxuyun ki­ta­bı­mı
Surah Al-Haaqqa, Verse 19


إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ

Mən bilirdim ki, etdik­lə­rimin he­sabına qovuşaca­ğam”
Surah Al-Haaqqa, Verse 20


فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ

O, xoşbəxt həyat sürə­cək­ –
Surah Al-Haaqqa, Verse 21


فِي جَنَّةٍ عَالِيَةٖ

uca bir Cənnətdə –
Surah Al-Haaqqa, Verse 22


قُطُوفُهَا دَانِيَةٞ

elə bir Cənnətdə ki, onun meyvə­ləri lap yaxınlıqda ola­caq
Surah Al-Haaqqa, Verse 23


كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ

Onlara: “Keçmiş gün­lər­də etdiyi­niz əməllərə görə nuş­can­lıq­la yeyin-için!”– deyi­ləcək­
Surah Al-Haaqqa, Verse 24


وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ

Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş ki­tabım mə­nə veril­mə­yəydi
Surah Al-Haaqqa, Verse 25


وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ

Hesabımdan da xəbərim olma­yaydı
Surah Al-Haaqqa, Verse 26


يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ

Kaş ilk ölümüm həmi­şəlik olaydı
Surah Al-Haaqqa, Verse 27


مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ

Var-dövlətim məni əzab­dan qur­tarmadı
Surah Al-Haaqqa, Verse 28


هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ

Hökmranlığım da məhv olub getdi”
Surah Al-Haaqqa, Verse 29


خُذُوهُ فَغُلُّوهُ

Mələklərə deyiləcək: “Onu yaxa­la­yıb zəncirləyin
Surah Al-Haaqqa, Verse 30


ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ

Sonra da Cəhənnəmə atın
Surah Al-Haaqqa, Verse 31


ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ

Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun
Surah Al-Haaqqa, Verse 32


إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ

Çünki o, Böyük Allaha iman gətirmirdi
Surah Al-Haaqqa, Verse 33


وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ

və heç kəsi kasıbı yedirt­məyə rəğ­bətləndirmirdi
Surah Al-Haaqqa, Verse 34


فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ

Bu gün burada onun üçün bir dost tapılmaz
Surah Al-Haaqqa, Verse 35


وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ

Qanlı irindən başqa ye­məyi də yoxdur
Surah Al-Haaqqa, Verse 36


لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ

Onu ancaq günahkarlar yeyər”
Surah Al-Haaqqa, Verse 37


فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ

And içirəm həm gör­dük­lərinizə
Surah Al-Haaqqa, Verse 38


وَمَا لَا تُبۡصِرُونَ

həm də görmədiklə­ri­ni­zə
Surah Al-Haaqqa, Verse 39


إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ

Bu, möhtərəm bir Elçi­nin sözü­dür
Surah Al-Haaqqa, Verse 40


وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ

O, şair sözü deyil! Ne­cə də az inanırsınız
Surah Al-Haaqqa, Verse 41


وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

O, kahin sözü də deyil­! Necə də az düşünürsü­nüz
Surah Al-Haaqqa, Verse 42


تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

O, aləmlərin Rəbbi tərə­findən vəhy edilmişdir
Surah Al-Haaqqa, Verse 43


وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ

Əgər Muhəmməd bəzi söz­ləri özün­dən uydurub Bizə aid et­səy­di
Surah Al-Haaqqa, Verse 44


لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ

Biz onu sağ əlindən ya­xalayar
Surah Al-Haaqqa, Verse 45


ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ

sonra da şah damarını kəsərdik
Surah Al-Haaqqa, Verse 46


فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ

İçərinizdən heç kəs buna mane ola bilməzdi
Surah Al-Haaqqa, Verse 47


وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ

Həqiqətən, bu Quran müt­təqilər üçün bir nəsihətdir
Surah Al-Haaqqa, Verse 48


وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

Aranızdan Quranı yalan sayan­lar olduğunu da bilirik
Surah Al-Haaqqa, Verse 49


وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ

Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır
Surah Al-Haaqqa, Verse 50


وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ

Sözsüz ki, bu Quran əsl həqi­qətdir
Surah Al-Haaqqa, Verse 51


فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

Elə isə Böyük Rəbbinin adına tə­riflər de
Surah Al-Haaqqa, Verse 52


Author: Khan Musayev


<< Surah 68
>> Surah 70

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai