UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Abasa - Azerbaijani Translation by Khan Musayev


عَبَسَ وَتَوَلَّىٰٓ

Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi –
Surah Abasa, Verse 1


أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ

yanına korun gəldiyinə görə
Surah Abasa, Verse 2


وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ

Nə bilirdin ki, bəlkə o gü­nahlardan təmizlənəcəkdi
Surah Abasa, Verse 3


أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ

və yaxud nəsihət dinlə­yib fayda­lanacaqdı
Surah Abasa, Verse 4


أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ

Nəsihətə ehtiyacı olma­ya­na gəlincə isə
Surah Abasa, Verse 5


فَأَنتَ لَهُۥ تَصَدَّىٰ

sən ona diqqət yetirirsən
Surah Abasa, Verse 6


وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ

Onun təmizlənməməyi­nin sənə bir aidiyyəti yox­dur
Surah Abasa, Verse 7


وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ

Səy göstərib sənin yanına gələn
Surah Abasa, Verse 8


وَهُوَ يَخۡشَىٰ

Allahdan qorxan kimsəyə gəlincə
Surah Abasa, Verse 9


فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ

sən ona məhəl qoymursan
Surah Abasa, Verse 10


كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ

Xeyr! Şübhəsiz ki, bu, bir nəsi­hətdir
Surah Abasa, Verse 11


فَمَن شَآءَ ذَكَرَهُۥ

Kim istəsə, qoy onu xa­tırlayıb ibrət alsın
Surah Abasa, Verse 12


فِي صُحُفٖ مُّكَرَّمَةٖ

Bu Quran kəramətli sə­hi­fələr­də
Surah Abasa, Verse 13


مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ

yüksək və pak səhifələr­də­dir
Surah Abasa, Verse 14


بِأَيۡدِي سَفَرَةٖ

Bu səhifələr elçilərin əl­lə­rində –
Surah Abasa, Verse 15


كِرَامِۭ بَرَرَةٖ

möhtərəm və müti olan­ mələklərin əllə­rindədir
Surah Abasa, Verse 16


قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ

Qoy ölsün kafir insan! O necə də nankordur
Surah Abasa, Verse 17


مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ

Qoy baxıb görsün, Allah onu nədən yaradıb
Surah Abasa, Verse 18


مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ

Allah onu nütfədən ya­ratdı və onu müəyyən şəklə saldı
Surah Abasa, Verse 19


ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ

Sonra da onun yolunu asanlaş­dırdı
Surah Abasa, Verse 20


ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ

Sonra onu öldürüb qə­bi­rə yerləş­dirdi
Surah Abasa, Verse 21


ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ

Sonra da istədiyi vaxt onu yenidən dirildə­cək
Surah Abasa, Verse 22


كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ

Xeyr! O, hələ də Allahın ona bu­yurduğunu yerinə ye­tir­mə­miş­dir
Surah Abasa, Verse 23


فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ

Qoy insan yediyinə diq­qət yetir­sin
Surah Abasa, Verse 24


أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا

Həqiqətən, yağışı bol-bol Biz yağ­dırırıq
Surah Abasa, Verse 25


ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا

Sonra da yeri çat-çat ya­rıb
Surah Abasa, Verse 26


فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا

orada taxıl yetişdiririk
Surah Abasa, Verse 27


وَعِنَبٗا وَقَضۡبٗا

Habelə üzüm və yonca
Surah Abasa, Verse 28


وَزَيۡتُونٗا وَنَخۡلٗا

zeytun və xurma ağac­la­rı
Surah Abasa, Verse 29


وَحَدَآئِقَ غُلۡبٗا

sıx-sıx bağlar
Surah Abasa, Verse 30


وَفَٰكِهَةٗ وَأَبّٗا

meyvələr və otlar da bi­tiririk
Surah Abasa, Verse 31


مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ

Bu nemətlər sizin isti­fa­də­niz və mal-qaranızın fayda­lan­ması üçün­dür
Surah Abasa, Verse 32


فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ

Qulaqbatırıcı bir səs gə­ləndə –
Surah Abasa, Verse 33


يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ

o gün insan qaçacaq öz qarda­şından
Surah Abasa, Verse 34


وَأُمِّهِۦ وَأَبِيهِ

anasından, atasından
Surah Abasa, Verse 35


وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ

həyat yoldaşından və övladla­rından
Surah Abasa, Verse 36


لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ

O gün onlardan hər biri­nin yetə­rincə işi olacaq­
Surah Abasa, Verse 37


وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ

O gün neçə-neçə üzlər par­layacaq
Surah Abasa, Verse 38


ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ

güləcək və fərəhlənə­cək­
Surah Abasa, Verse 39


وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ

O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq
Surah Abasa, Verse 40


تَرۡهَقُهَا قَتَرَةٌ

onları zülmət bürüyə­cək­
Surah Abasa, Verse 41


أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ

Məhz onlar kafirlər, gü­nah­kar­lardır
Surah Abasa, Verse 42


Author: Khan Musayev


<< Surah 79
>> Surah 81

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai