Surah Al-Fajr - Azerbaijani Translation by Alikhan Musayev
وَٱلۡفَجۡرِ
And olsun dan yerinə
Surah Al-Fajr, Verse 1
وَلَيَالٍ عَشۡرٖ
And olsun on gecəyə
Surah Al-Fajr, Verse 2
وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ
And olsun cütə və təkə
Surah Al-Fajr, Verse 3
وَٱلَّيۡلِ إِذَا يَسۡرِ
And olsun keçib getməkdə olan gecəyə
Surah Al-Fajr, Verse 4
هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ
Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi
Surah Al-Fajr, Verse 5
أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə
Surah Al-Fajr, Verse 6
إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ
sütunlar sahibi İrəm qəbiləsinə –
Surah Al-Fajr, Verse 7
ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ
halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi
Surah Al-Fajr, Verse 8
وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ
Habelə vadidə qayaları yonan Səmud qövmünə
Surah Al-Fajr, Verse 9
وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ
Eləcə də sütunlar sahibi Firona
Surah Al-Fajr, Verse 10
ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ
Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış
Surah Al-Fajr, Verse 11
فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ
çoxlu fitnə-fəsad törətmişdilər
Surah Al-Fajr, Verse 12
فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ
Rəbbin də onları əzabla qamçıladı
Surah Al-Fajr, Verse 13
إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ
Həqiqətən, sənin Rəbbin nəzarət edir
Surah Al-Fajr, Verse 14
فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ
İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər
Surah Al-Fajr, Verse 15
وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ
Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər
Surah Al-Fajr, Verse 16
كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ
Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz
Surah Al-Fajr, Verse 17
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz
Surah Al-Fajr, Verse 18
وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا
mirası hərisliklə yeyirsiniz
Surah Al-Fajr, Verse 19
وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا
var-dövləti də hərisliklə sevirsiniz
Surah Al-Fajr, Verse 20
كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا
Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq
Surah Al-Fajr, Verse 21
وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا
sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
Surah Al-Fajr, Verse 22
وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ
və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası
Surah Al-Fajr, Verse 23
يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي
O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir
Surah Al-Fajr, Verse 24
فَيَوۡمَئِذٖ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٞ
O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
Surah Al-Fajr, Verse 25
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٞ
və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz
Surah Al-Fajr, Verse 26
يَـٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ
O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs
Surah Al-Fajr, Verse 27
ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةٗ مَّرۡضِيَّةٗ
Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön
Surah Al-Fajr, Verse 28
فَٱدۡخُلِي فِي عِبَٰدِي
Mənim qullarımın cərgəsinə keç
Surah Al-Fajr, Verse 29
وَٱدۡخُلِي جَنَّتِي
Cənnətimə daxil ol
Surah Al-Fajr, Verse 30