Surah Ash-Shams - Azerbaijani Translation by Alikhan Musayev
وَٱلشَّمۡسِ وَضُحَىٰهَا
And olsun günəşə və onun saçdığı şəfəqə
Surah Ash-Shams, Verse 1
وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا
And olsun ondan sonra zühur edən aya
Surah Ash-Shams, Verse 2
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
And olsun günəşi açıqlığa çıxardan gündüzə
Surah Ash-Shams, Verse 3
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا
And olsun günəşi bürüyən gecəyə
Surah Ash-Shams, Verse 4
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
And olsun göyə və onu qurana
Surah Ash-Shams, Verse 5
وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا
And olsun yerə və onu döşəyənə
Surah Ash-Shams, Verse 6
وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə
Surah Ash-Shams, Verse 7
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا
ona günahları və Allahdan qorxmağı təlqin edənə
Surah Ash-Shams, Verse 8
قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا
Nəfsini günahdan təmizləyən uğur qazanmışdır
Surah Ash-Shams, Verse 9
وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا
Onu günaha batıran isə ziyana uğramışdır
Surah Ash-Shams, Verse 10
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ
Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi
Surah Ash-Shams, Verse 11
إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا
Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
Surah Ash-Shams, Verse 12
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا
Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”
Surah Ash-Shams, Verse 13
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا
Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi
Surah Ash-Shams, Verse 14
وَلَا يَخَافُ عُقۡبَٰهَا
Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz
Surah Ash-Shams, Verse 15