Surah Adh-Dhariyat - Azerbaijani Translation by Alikhan Musayev
وَٱلذَّـٰرِيَٰتِ ذَرۡوٗا
And olsun toz-torpağı ətrafa səpələyənlərə
Surah Adh-Dhariyat, Verse 1
فَٱلۡحَٰمِلَٰتِ وِقۡرٗا
And olsun yağmur yükü daşıyanlara
Surah Adh-Dhariyat, Verse 2
فَٱلۡجَٰرِيَٰتِ يُسۡرٗا
And olsun asanlıqla üzüb gedənlərə
Surah Adh-Dhariyat, Verse 3
فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا
And olsun işləri paylaşdıranlara
Surah Adh-Dhariyat, Verse 4
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٞ
Sizə vəd olunanlar həqiqətdir
Surah Adh-Dhariyat, Verse 5
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٞ
Haqq-hesab da mütləq çəkiləcəkdir
Surah Adh-Dhariyat, Verse 6
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ
And olsun gözəl görünüşü olan səmaya
Surah Adh-Dhariyat, Verse 7
إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ
Sizin sözləriniz ziddiyyətlidir
Surah Adh-Dhariyat, Verse 8
يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ
Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər
Surah Adh-Dhariyat, Verse 9
قُتِلَ ٱلۡخَرَّـٰصُونَ
Məhv olsun yalançılar
Surah Adh-Dhariyat, Verse 10
ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ
O kəslər ki, cəhalət içində olan qafillərdir
Surah Adh-Dhariyat, Verse 11
يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ
Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar
Surah Adh-Dhariyat, Verse 12
يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ
O gün onlara odda əzab veriləcəkdir
Surah Adh-Dhariyat, Verse 13
ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ
Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
Surah Adh-Dhariyat, Verse 14
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَعُيُونٍ
Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar
Surah Adh-Dhariyat, Verse 15
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ
öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular
Surah Adh-Dhariyat, Verse 16
كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ
Onlar gecələr ibadət edib az yatırdılar
Surah Adh-Dhariyat, Verse 17
وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ
Sübh çağı isə bağışlanma diləyirdilər
Surah Adh-Dhariyat, Verse 18
وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır
Surah Adh-Dhariyat, Verse 19
وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ
Qəti inananlar üçün yer üzündə dəlillər vardır
Surah Adh-Dhariyat, Verse 20
وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ
Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz
Surah Adh-Dhariyat, Verse 21
وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ
Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir
Surah Adh-Dhariyat, Verse 22
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ
Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir
Surah Adh-Dhariyat, Verse 23
هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı
Surah Adh-Dhariyat, Verse 24
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ
Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi
Surah Adh-Dhariyat, Verse 25
فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ
O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi
Surah Adh-Dhariyat, Verse 26
فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ
Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi
Surah Adh-Dhariyat, Verse 27
فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ
O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər
Surah Adh-Dhariyat, Verse 28
فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ
Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
Surah Adh-Dhariyat, Verse 29
قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ
Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
Surah Adh-Dhariyat, Verse 30
۞قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”
Surah Adh-Dhariyat, Verse 31
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ
Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki
Surah Adh-Dhariyat, Verse 32
لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن طِينٖ
onların üstünə gildən daşlar yağdıraq –
Surah Adh-Dhariyat, Verse 33
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ
həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
Surah Adh-Dhariyat, Verse 34
فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ
Biz orada olan möminləri o kənddən çıxartdıq
Surah Adh-Dhariyat, Verse 35
فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٖ مِّنَ ٱلۡمُسۡلِمِينَ
Amma orada bir evdən başqa müsəlman tapmadıq
Surah Adh-Dhariyat, Verse 36
وَتَرَكۡنَا فِيهَآ ءَايَةٗ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq
Surah Adh-Dhariyat, Verse 37
وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٖ مُّبِينٖ
Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik
Surah Adh-Dhariyat, Verse 38
فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٞ
O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi
Surah Adh-Dhariyat, Verse 39
فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٞ
Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi
Surah Adh-Dhariyat, Verse 40
وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ
Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik
Surah Adh-Dhariyat, Verse 41
مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ
O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi
Surah Adh-Dhariyat, Verse 42
وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٖ
Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi
Surah Adh-Dhariyat, Verse 43
فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ
Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu
Surah Adh-Dhariyat, Verse 44
فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٖ وَمَا كَانُواْ مُنتَصِرِينَ
Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı
Surah Adh-Dhariyat, Verse 45
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər
Surah Adh-Dhariyat, Verse 46
وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk
Surah Adh-Dhariyat, Verse 47
وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ
Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz
Surah Adh-Dhariyat, Verse 48
وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız
Surah Adh-Dhariyat, Verse 49
فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ
De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm
Surah Adh-Dhariyat, Verse 50
وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ
Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
Surah Adh-Dhariyat, Verse 51
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ
Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər
Surah Adh-Dhariyat, Verse 52
أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ
Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır
Surah Adh-Dhariyat, Verse 53
فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٖ
Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan
Surah Adh-Dhariyat, Verse 54
وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ
Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir
Surah Adh-Dhariyat, Verse 55
وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım
Surah Adh-Dhariyat, Verse 56
مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ
Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm
Surah Adh-Dhariyat, Verse 57
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ
Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir
Surah Adh-Dhariyat, Verse 58
فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبٗا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ
Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər
Surah Adh-Dhariyat, Verse 59
فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ
Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına
Surah Adh-Dhariyat, Verse 60