UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Adh-Dhariyat - Azerbaijani Translation by Khan Musayev


وَٱلذَّـٰرِيَٰتِ ذَرۡوٗا

And olsun toz-torpağı ət­ra­fa sə­pə­ləyənlərə
Surah Adh-Dhariyat, Verse 1


فَٱلۡحَٰمِلَٰتِ وِقۡرٗا

And olsun yağmur yükü daşıyan­lara
Surah Adh-Dhariyat, Verse 2


فَٱلۡجَٰرِيَٰتِ يُسۡرٗا

And olsun asanlıqla üzüb gedən­lərə
Surah Adh-Dhariyat, Verse 3


فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا

And olsun işləri paylaş­dı­ranlara
Surah Adh-Dhariyat, Verse 4


إِنَّمَا تُوعَدُونَ لَصَادِقٞ

Sizə vəd olunanlar həqi­qət­dir
Surah Adh-Dhariyat, Verse 5


وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٞ

Haqq-hesab da, mütləq çə­­ki­lə­cək­dir
Surah Adh-Dhariyat, Verse 6


وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ

And olsun gözəl gö­rü­nü­şü olan səmaya
Surah Adh-Dhariyat, Verse 7


إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ

Sizin sözləriniz ziddiy­yət­li­dir
Surah Adh-Dhariyat, Verse 8


يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ

Ondan (Qurandan və Pey­ğəm­bər­dən) dönən kimsə dön­də­ri­lər
Surah Adh-Dhariyat, Verse 9


قُتِلَ ٱلۡخَرَّـٰصُونَ

Məhv olsun yalançılar
Surah Adh-Dhariyat, Verse 10


ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ

O kəslər ki, cəhalət için­də olan qafillərdir
Surah Adh-Dhariyat, Verse 11


يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ

Onlar Haqq-hesab günü­nün nə vaxt olacağını soru­şur­lar
Surah Adh-Dhariyat, Verse 12


يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ

O gün onlara odda əzab veri­lə­cək
Surah Adh-Dhariyat, Verse 13


ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ

Onlara deyiləcək: “Da­dın əzabı­nı­zı! Sizin tez-tələsik gəl­mə­si­ni istə­diyi­niz şey bu­dur!”
Surah Adh-Dhariyat, Verse 14


إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَعُيُونٍ

Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və bulaqlar ba­şın­da olacaq­lar
Surah Adh-Dhariyat, Verse 15


ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ

öz Rəbbinin onlara ver­di­yini ala­caqlar. Həqiqətən, on­lar bun­dan əvvəl yaxşı iş gö­rən adamlar olmuşdular
Surah Adh-Dhariyat, Verse 16


كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ

Onlar gecələr ibadət edib az ya­tır­dı­lar
Surah Adh-Dhariyat, Verse 17


وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ

Sübh çağı isə bağış­lan­ma diləyir­dilər
Surah Adh-Dhariyat, Verse 18


وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ

Onların mal-dövlətində di­lənçi­nin və yoxsulun payı var­
Surah Adh-Dhariyat, Verse 19


وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ

Qəti inananlar üçün yer üzündə dəlillər var
Surah Adh-Dhariyat, Verse 20


وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ

Sizin özünüzdə də dəlil­lər var. Məgər görmür­sü­nüz
Surah Adh-Dhariyat, Verse 21


وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ

Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir
Surah Adh-Dhariyat, Verse 22


فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ

Göyün və yerin Rəbbinə and ol­sun ki, bu vəd sizin da­nış­ma­ğa qüd­rə­ti­niz olduğu ki­mi hə­qiqətdir
Surah Adh-Dhariyat, Verse 23


هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ

İbrahimin möhtərəm qo­naq­la­rı­nın əhvalatı sənə gəlib çatdı­mı
Surah Adh-Dhariyat, Verse 24


إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ

Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– de­di­lər. İb­rahim: “Sizə də salam ol­sun! Siz yad adamlara oxşa­yırsı­nız!”– de­di
Surah Adh-Dhariyat, Verse 25


فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ

O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qı­zar­dıb gətirdi
Surah Adh-Dhariyat, Verse 26


فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ

Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– de­di
Surah Adh-Dhariyat, Verse 27


فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ

O, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. On­lar: “Qorx­ma!”– de­dilər və ona elmli bir oğlan uşağı ilə müj­də ver­dilər
Surah Adh-Dhariyat, Verse 28


فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ

Zövcəsi qışqırıb üz-gö­zü­nə vura-vura dedi: “Axı mən son­suz qoca qarı­yam!”
Surah Adh-Dhariyat, Verse 29


قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ

Onlar dedilər: “Sənin Rəb­bin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Bi­ləndir!”
Surah Adh-Dhariyat, Verse 30


۞قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ

İbrahim dedi: “Sizin vəzifə­niz nədir, ey elçilər?”
Surah Adh-Dhariyat, Verse 31


قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ

Onlar dedilər: “Biz gü­nah­kar bir qövmə göndəril­mişik ki
Surah Adh-Dhariyat, Verse 32


لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن طِينٖ

onların üstünə gildən daş­lar yağdıraq –
Surah Adh-Dhariyat, Verse 33


مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ

həddi aşanlar üçün sə­nin Rəb­bi­nin yanında nişan qoyul­muş daşlar!”
Surah Adh-Dhariyat, Verse 34


فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ

Biz orada olan mömin­ləri o kənd­dən çıxartdıq
Surah Adh-Dhariyat, Verse 35


فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٖ مِّنَ ٱلۡمُسۡلِمِينَ

Amma orada bir evdən başqa müsəlman tap­madıq
Surah Adh-Dhariyat, Verse 36


وَتَرَكۡنَا فِيهَآ ءَايَةٗ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ

Ağrılı-acılı əzabdan qor­xan­lar üçün orada bir əlamət qoy­duq
Surah Adh-Dhariyat, Verse 37


وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٖ مُّبِينٖ

Musanın əhvalatında da ibrət var­. O zaman Biz onu Fi­ro­nun yanına aydın bir də­lil­lə göndərmişdik
Surah Adh-Dhariyat, Verse 38


فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٞ

Fi­ro­n öz camaatı ilə bir­lik­də üz çe­vi­rib: “Bu sehrbazdır, ya da də­lidir!”– de­di
Surah Adh-Dhariyat, Verse 39


فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٞ

Biz Fironu və əsgərlərini yaxa­la­yıb dənizə atdıq. O, qı­nan­ma­ğa layiq idi
Surah Adh-Dhariyat, Verse 40


وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ

Ad qövmünün hekayə­tin­də də ib­rət var. O zaman Biz on­la­rın üstünə xeyir-bərə­kət­siz bir külək göndər­miş­dik
Surah Adh-Dhariyat, Verse 41


مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ

O külək üstündən keç­diyi hər bir şeyi sovurub külə dön­də­rir­di
Surah Adh-Dhariyat, Verse 42


وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٖ

Səmud qövmünün heka­yətində də ibrət var. O za­man on­la­ra: “Müəy­yən vax­ta­dək dolanıb-keçinin!”– deyil­miş­di
Surah Adh-Dhariyat, Verse 43


فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ

Onlar öz Rəbbinin əm­rindən çıx­dılar və onları göz­ləri baxa-ba­xa ildı­rım vurdu
Surah Adh-Dhariyat, Verse 44


فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٖ وَمَا كَانُواْ مُنتَصِرِينَ

Onlar ayağa qalxa bil­mə­dilər və onlara kömək edən də ol­ma­dı
Surah Adh-Dhariyat, Verse 45


وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ

Daha əvvəl Nuh qöv­mü­nü məhv etdik. Çünki onlar fa­siq adam­lar idilər
Surah Adh-Dhariyat, Verse 46


وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ

Biz göyü qüdrətlə yarat­dıq və Biz onu genişləndiririk
Surah Adh-Dhariyat, Verse 47


وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ

Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz
Surah Adh-Dhariyat, Verse 48


وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ

Biz hər şeydən erkək və dişi ol­maq­la cütlər yaratdıq ki, bəlkə, dü­şünüb ib­rət alasınız
Surah Adh-Dhariyat, Verse 49


فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ

De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm
Surah Adh-Dhariyat, Verse 50


وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ

Allahla yanaşı başqa bir məbud qə­bul etməyin. Mən si­zi Onun­la açıq-aş­kar xəbərdar edənəm!”
Surah Adh-Dhariyat, Verse 51


كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ

Beləcə, onlardan əvvəl­kilərə də elə bir elçi gəlmədi ki, onun ba­rəsində: “Sehrbaz­dır, ya da dəlidir!”– deməsin­lər
Surah Adh-Dhariyat, Verse 52


أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ

Onlar bunu bir-birinə və­siyyətmi etmişlər? Xeyr, on­lar həd­di aşan adam­lardır
Surah Adh-Dhariyat, Verse 53


فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٖ

Artıq onlardan üz dön­dər! Sən bu­na görə qınan­maz­san
Surah Adh-Dhariyat, Verse 54


وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ

Sən xatırlat! Çünki xatır­latmaq möminlərə fayda verir
Surah Adh-Dhariyat, Verse 55


وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ

Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün ya­rat­dım
Surah Adh-Dhariyat, Verse 56


مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ

Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm
Surah Adh-Dhariyat, Verse 57


إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ

Həqiqətən, Allah ruzi ve­rəndir, qüvvət sahibidir, Mə­tindir
Surah Adh-Dhariyat, Verse 58


فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبٗا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ

Şübhəsiz ki, zülm edən­ləri həm­taylarının qisməti ki­mi bir qis­mət göz­ləyir. Qoy onlar Məni tələsdirməsinlər
Surah Adh-Dhariyat, Verse 59


فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ

Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin ha­lına
Surah Adh-Dhariyat, Verse 60


Author: Khan Musayev


<< Surah 50
>> Surah 52

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai